393
Fransız müstəmləkəçilərinin siyasəti 1871-ci ildə Fransa-
da inqilabi böhran
olduğu bir şəraitdə yeni, böyük bir üsyana
səbəb oldu. Fransadakı inqilabi hadisələr Əlcəzairdəki gəlmə
avropalıların demokratları tərəfindən rəğbətlə qarşılanmışdı.
Bununla yanaşı 1871-ci il martın 14-də iri bərbər feodalı
Məhəmməd Məkrani üsyana başladı. Rəhmaniyə Əl-həddad
adlı dini cəmiyyət aprelin 8-də cihad elan etdi. Onun çağırışı
ilə 150 min nəfər kabil-kəndli ayağa qalxdı. Məkraninin oğlu
Əziz isə üsyanda böyük rol oynayır və əsas təşkilatçılardan
idi.
Fransız inqilabçıları və Əlcəzair kəndliləri eyni siyasi
düşmənə qarşı mübarizə aparırdılar. Lakin onların arasında
birlik yox idi, üsyançılar bütün fransızları zülmkar hesab edir-
dilər, amma bəzi fransız inqilabçıları isə ərəblərin üsyanını
mür
təce, feodal-dini çıxış hesab edərək, müstəmləkələrin məz-
lum xalqlarının mübarizəsinə kömək etmək lüzumunu nəzərə
almırdılar. Nəticə etibarilə Versal hökuməti Əlcəzairdəki gəl-
mə avropalılar içərisində inqilabi hərəkatı asanlıqla yatırıb,
sonra da əlcəzairliləri təqib etməyə başladı və 1871-1872-ci
ill
ərdə üsyan ocaqlarını qəddarlıqla söndürdü. Fransa hökuməti
məğlub edilmiş qəbilələrin çoxlu torpağını müsadirə etdi və
əlcəzairliləri on milyon frank təzminat verməyə məcbur etdi.
Növbəti üsyan 1879-cu ildə Auras rayonunda baş verdi.
1881-1882-
ci illərdə Bu Əmməmin rəhbərliyi altında Uləd
Sidi-
Şeyx qəbilələri konfederasiyasının üsyanı oldu. Bunlar
son çıxışlar idi. Beləliklə, yarıməsrlik iri müharibələr və üs-
yanlar dövrü
hələlik sona çatdı.
Əlcəzair müharibəsi başlanandan sonra, Fransa Tunisə
özünün gələcək müstəmləkəsi kimi baxırdı və buna görə
Türkiyəni hərbi müdaxilə ilə hədələyərək, 1836-cı ildə məc-
bur etdi ki, Tunisə qoşun göndərməkdən əl çəksin. Fransız
kon
sulları hədə-qorxu gəlmək və rüşvət sayəsində bəylərin
saray dairələri içərisində böyük nüfuz qazanırdılar.
Belə bir çətin şəraitdə bəy Əhməd (1837-1855) öz möv-
qe
yini nizami ordu yaratmaqla möhkəmlətmək ümidində idi.
Bəy Əhmədin xalqdan gizli heç bir planı yox idi. O. Xalqla
səmimi və açıq danışırdı. Nəhayət, o, 10 piyada hərbi hissə,
bir süvari
hərbi hissə və 4 topçu hissə komplektləşdirdi. Bu
394
dövrdə Tunisin gəlirinin üçdə iki hissəsi bu ordunun təchiza-
tına və silahlanmasına sərf olunurdu, lakin bununla belə
ordunun döyüş qabiliyyəti çox aşağı idi. Əhmədin islahatçılıq
səyləri vergilərin artmasına səbəb oldu və 1840, 1842 və
1843-
cü illərdə xalqın barışmadığı vergi siyasəti və suni
bahalaşdırma siyasətinə qarşı kortəbii üsyanlar başlandı.
1857-
ci ildə bəy Əhməd belə bir qanun verdi ki, bu da
Türkiyənin 1856-cı ildəki xətt-humayununa bənzəyirdi. La-
kin vəd edilən islahatlar yalnız yeni vergilər şəklini aldı. Eyni
zamanda
islahatlar adı altında xaricilərə şərait yaradıldı.
Fran
sızlar teleqraf xətti çəkmək, ingilislər isə dəmir yolu çək-
mək konsessiyaları aldılar. Bu zaman belə bir sual meydana
çıxır. İqtisadi böhran içərisində boğulan ölkəyə telefon lazım
idi? –
Əlbəttə, hələlik yox, lazım deyildi.
İdarəçilik sistemində yanlış siyasətin nəticəsi idi ki,
1862-
ci ildə daxili borclar 28 milyon franka çatdı, maliyyə
çətinlikləri isə artmaqda davam edirdi. Belə bir vəziyyətdə
Tunis hökuməti Avropa bankirlərinə müraciət etdi. 1863-cü
ildə 35 milyon frank məbləğində borc almaq üçün müqavilə
bağlandı. Bundan yalnız 5,6 milyonu Tunis xəzinəsinə daxil
oldu. Bunun müqabilində bəy 15 il ərzində 63 milyon frank
qay
taracağını öhdəsinə götürürdü. 1865-ci ildə ikinci dəfə
əsarətli borc müqaviləsi imzalandı. Lakin yenə də vəsait ça-
tışmırdı. Əhalidən vergiləri toplamaq üçün işgəncə və edam-
la
ra əl atırdılar. Ölkəni aclıq bürümüşdü, vəba xəstəliyi yayıl-
mışdı. Maliyyə böhranı təhlükəsi altında bəy 1869-cu il iyu-
lun 5-
də Tunisin maliyyəsini Fransa, İngiltərə və İtaliya nü-
ma
yəndələrindən ibarət Beynəlxalq maliyyə komisyonunun
nəzarətinə verdi. 1870-ci il 23 mart qanununa əsasən Tunisin
"borcu" 125 milyon fr
ank məbləğində müəyyən edildi ki, bu-
nun 100 milyon frankı fransız bankirlərinin payına düşürdü.
Borc s
ələmlərini ödəmək üçün Tunis hər il 6,25 milyon frank
verməli idi ki, bu da Tunisin gəlirinin yarısını təşkil edirdi.
Nəhayət, Avropa dövlətlərinin müstəmləkə siyasətinin
tam reallaşması onları mürtəce addım atmağa sövq etdi. Nəti-
cədə Tunisin də müqəddəratı 1878-ci ildə Berlin konqresində
həll edildi. Bu konqresdə İngiltərə və Almaniya Tunisin Fran-
sa hakimiyyəti altına keçməsinə razılıq verdilər. Beynəlxalq
395
qalmaqala səbəb olan bi sövdələşmə ilə əlaqədar olaraq 1881-
ci il aprelin 24-
də 30 minlik fransız ordusu Əlcəzair-Tunis
sərhədini keçdi. Bizertaya 8 min nəfərlik desant çıxarıldı.
Bəy əs-Saddok hakimiyyətdən devrilmək təhlükəsi altında
qal
dığına görə 1881-ci il mayın 12-də Bardo şəhərində müqa-
vilə imzaladı. Bu müqavilə Tunisin Fransa tərəfindən işğalını
təsdiq etdi. Yəni Fransanın müstəmləkə ərazilərinə Tunisin
timsalında yeni bir müstəmləkə də əlavə oldu.
Təslimçilik və müstəmləkəçilik siyasətinə qarşı Tunis
əhalisi qəsbkarlara qarşı üsyan qaldırdı və 1881-ci ilin iyu-
nun
da Qəyruan, Sfaks və Qəbəsi də üsyanlar bürüdü. Üsyana
Əli ben Xəlifə rəhbərlik edirdi. Tunislilərə qarşı fransız ordu-
su və donanması göndərilmişdi. Şiddətli bombardmandan
sonra, iyulun 15-
də dəniz desantı Sfaksı tutdu. Oktyabrın 26-
da Qəyruan süqut etdu. İşğalçılar 1881-ci ilin axırlarında öl-
kəni tamamilə zəbt etdilər. Yalnız cənubdakı ən ucqar yerlər
tutulmamış qalırdı. Burada vuruşmalar 1883-cü ilə qədər
davam et
mişdi.
Beynəlxalq miqyasda aparılan profilaktik tədbirlərə görə
Türkiyə 1835-ci ildən yenidən Trablisi müstəqil idarə etmə-
yə, yəni Avropa dövlətləri ilə razılaşmadan sonra başlamışdı.
Burada
Qaramanlı sülaləsi hakimiyyətdən devrilmişdi. Lakin
türklər planlaşdırdığı kimi hadisələr cərəyan etmədi, burada bir
neçə müqavimətə rast gəldilər və ölkənin içərilərinə irəliləyə
bilmədilər. Burada Sənusiyə adlı dini təşkilat gün-gündən qüv-
vətlənirdi. Bu təşkilatın banisi Məhəmməd ibn Əli əs-Sənusi
idi (1791-1859). Onu
n nəzəriyyəsi vahabilər təliminə yaxın
idi. M
əhəmməd ibn Əli əs-Sənusi həm türklərə, həm də Avro-
pa müstəmləkəçilərinə qarşı mübarizə aparırdı. Mütərəqqi hal
ondan ibarət idi ki, Məhəmməd ibn əs-Sənusinin ideoliji mü-
ba
rizəsi ikitərəfli olduğuna görə bu mübarizə müxtəlif istiqa-
mətlərə parçalanırdı. Amma mübarizənin hədəf nöqtəsi
müstəmləkəçilik əleyhinə idi.
Sənusi 1855-ci ildə Kirenaikada Cərabub naihəsinə gəl-
di
və bura təşkilatın mərkəzinə çevrildi. Bu təşkilatın rəhbər-
ləri get-gedə patriarxal tipli feodallara çevrildilər. XIX əsrin
ikinci yarısında Sənusiyə təşkilatının təsiri Sudana, Ekvator
Af
rikasına, Tunisə də yayıldı. Çünki, avropalılar insani key-
fiy
yətlərdən uzaq zülmkarlığa başlamışdılar.
Dostları ilə paylaş: |