Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə43/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   39   40   41   42   43   44   45   46   ...   70

179
Bax bu cür coşqun çayda qayıqdan kənara yıxılırsansa, avar 
çəkmək lazım deyil, səni nə vaxt çıxaracaqlarını gözləməlisən


180
birdən Amerika, Kolorado ştatı, Qayalıqlı dağlar, prezident 
Fordun evi və onun balerinaya oxşayan həyat yoldaşı...
Daşa  öz  ingiliscəsini  nümayiş  etdirirdi.  Mən  onu  saxla-
maq istədim. Və gördüm ki, qızımın səmimi monoloqundan 
prezidentin arvadının gözləri yaşarıb. O da cavabında dedi 
ki,  hələ  heç  vaxt  rus  qızı  ilə  danışmayıb.  Və  həqiqətən  də 
uşaqlıqda balerina olmağı arzulayırmış və balet məktəbində 
oxuyub. Atasının  ölümündən  sonra  isə  Daşa  ilə  yaşıd  olan 
zaman rəqslə yaşamaq üçün pul qazanırmış. 
Mən bir dollar rəqs dərsi keçilən otağın icarəsi üçün ödə-
yirdim. Bir dollar pianoçuya gedirdi. Altı dollar isə anama 
verirdim.  Deməliyəm  ki,  bu,  kifayət  qədər  yaxşı  pul  idi. 
Amma biz burada niyə dayanmışıq? Gedək, sizə evi göstə-
rim. – O, öz gözəl əli ilə evi göstərdi və qızımla məni ardınca 
getməyə dəvət etdi.
Adətən, romanlarda yazılır: “Ev öz gözəlliyi ilə bizi hey-
ran  etdi...”  Bu  halda  isə  ev  öz  qeyri-adiliyi  ilə  heyranlıq 
doğurdu. Bu mənim Amerikada gördüyüm ilk şəxsi ev idi. 
Həm  də  bunun ABŞ  prezidentinin  evi  olmasına  şübhə  yox 
idi. Geniş hollun mərmər döşəməsində müxtəlif rəngli mər-
mər parçalarından prezident möhürü düzəldilmişdi. İngilis-
cə “möhür” sözünü bilmədiyimdən, Amerika ingiliscəsi isə 
başqa cür səsləndiyindən, Betti Fordun verdiyi izahatın bir 
çox məqamlarını anlaya bilmədim. 
Amma  məndə  elə  bir  hiss  qaldı  ki,  mərmər  döşəmədəki 
ornament rakursdan asılı olaraq, şəklini dəyişir, elə bil han-
sısa müəmmanı yaşadırdı.  Elə görünürdü ki, o nəsə vacib, 
dini mənanı gizləyir. Ola bilsin ki, altında hansısa dərinlik 
var, başqa mühitə, ayrıca  binaya girişdir. Sonralar Den Bra-
unun  romanlarında  bütün  bu  işarələr,  möhürlər  və  digər 
rəmzlər mistik, mason izahını tapdılar.
Biz  otaqdan-otağa,  bir  yerdən  başqasına  keçirdik.  Bəzi 
şeyləri  Daşadan  soruşurdum.  Betti  çox  gözəl  hekayəçi  idi. 
Həm də fokusçu kimi, bizim şəxsimizdə dinləyiciləri sürp-
rizlərə hazırlayır, sonra isə danışdıqlarının təsdiqini nüma-
yiş etdirirdi. 
Sən axı bilirsən, prezident Ford döyüşüb, - o, bir az müəl-


181
lim  kimi  Daşaya  müraciət  edirdi.  –  Bəli  o,  donanma  zabiti 
idi,  ayağından  yaralanmışdı.  Sonralar  ayağının  bir  hissəsi-
ni kəsdilər, əməliyyat olunmuş oynaqlarını işlətmək üçün o, 
hər gün üzməli idi. 
“Ah, bəs belə de, - mən düşündüm. – Deməli, tennis kor-
tunda Fordun ayağında gördüyüm sarğı bununla izah olu-
nurmuş”. 
Bax, indi – prezidentin arvadı davam etdi, - siz ərimin hər 
gün yarım mil üzdüyü basseyni görəcəksiniz. – O, başqa ota-
ğın qapısını açdı. Mən nəhəng, olimpiya basseynini görməyə 
hazırlaşırdım,  amma  bu  otaqda  təxminən  on-  iyirmi  metr 
uzunluğu və dörd metr eni olan hovuz vardı.  
Bu basseyni inşa etmək çox çətin idi, axı onu qayada ça-
pıblar. Fəhlələr çox yorulurdular. Mən tez-tez onlara barbek-
yu gətirirdim. Bir dəfə ət iyinə meşədən bizə ayı balası-qrizli 
gəlmişdi. Kişilər qonağı görəndə çox sevindilər. Dadlı təam-
lara qonaq etdilər, yedirtdilər. Təsəvvür edirsiniz, o bizə tez-
tez gəlməyə başladı. Mən o vaxt bu barədə bilmirdim. Bura 
səfərlərimdən birində isə onu gördüm və çox qorxdum. Mən 
fəhlələrə  xəbərdarlıq  etdim  ki,  belə  etmək  olmaz. Axı  istə-
nilən anda onun anası da gələ bilər və nəticə çox gözlənilməz 
olar. Bizim diyardakı qrizlilər çox böyükdür. Bəzi “analar”ın 
çəkisi ton yarımdan artıq, hündürlüyü isə üç metr yarımadək 
ola bilər. Təsəvvür edirsinizmi, öz balasını müdafiə etməyə 
gələn ana nələr törətməyə qadirdir.
Fəhlələr möhkəm qorxdular. Onlar bu barədə bilmirdilər 
axı. Həmin gündən onlar ayı balasından gizlənməyə başladı-
lar. Hətta bir neçə günlüyə işi dayandırdıq ki, o daha gəlmə-
sin. Ayı balası isə hələ uzun müddət evimizə gəldi: qapının 
dəstəyini cırmaqlayırdı ki, onu içəri buraxsınlar, öz şirniyyat 
payını tələb edirdi. 
O, bizə kifayət qədər dərin və dəfələrlə cırmaqlanmış tax-
tadan dayaq dirəyini göstərdi.
Budur,  bu  da  onun  qonaq  gəldiyi  günləri  xatırladan 
əlamətlər, - o, öz hekayətini gülə-gülə yekunlaşdırdı. 
Ümumiyyətlə,  amerikalıların  insanları  öz  evlərinə  asan-
lıqla dəvət etmələri məni təəccübləndirir və təsirləndirirdi. 


182
Yalnız qonaq kimi axşama yox, həm də qalmağa, bir müddət 
yaşamağa. Bizdə belə deyil. Bizim evlərimiz, bizim hasarlı, 
qıfıllı qalalarımızdır. Onlarda isə çox vaxt heç hasar da yox-
dur. Ev çəmənlikdədir, hər yerdən görünür, giriş qapıları isə 
yarıya kimi şüşəlidir. 
Forum başa çatdıqdan dərhal sonra Süzan və Kris de Mus-
lar  məni  və  qızımı  bir  neçə  günlüyə  evlərinə  qonaq  dəvət 
etdilər.  Aleksey  məzuniyyəti  başa  çatdığından  Moskvaya 
uçmağa hazırlaşırdı. Biz isə Daşa ilə Vaşinqtonda qonaq qal-
maq üçün daha bir gözlənilməz təklif aldıq.


183
81 yaşında ABŞ prezidenti qamətli və iti ağıllı idi


184
AMERİKA GÜNDƏLİYİ
Kolorado əfsanəsi başa çatdıqdan sonra, aeroporta yollan-
dıqda, qızımız gözlənilmədən gün eynəyi almaq istədi. Ame-
rikalıların taxdıqları eynəkdən. Onda amerikalı yeniyetmələr 
Con Lennonsayağı qara eynəklər taxırdılar. Xırda, yumru, na-
zik sağanaqlı. 
- Sənin ki, artıq bir eynəyin var. – Mən vaxt itirmək istəmir-
dim.
- O Krisin eynəyi idi. Mənə müvəqqəti vermişdi.
- Bəs niyə əvvəlcədən almamısan?
- Ana, bu bizim yolumuzun yaxınlığındadır. Düz şossenin 
üstündə. Odur, mağazanı görürsən?
Biz  o  anda  təpədən  aşağıya,  baş  magistrala  enirdik,  düz 
yolumuzun  üstündə,  “hayvey”dən  üç  yüz  metrlik  məsafə-
də həqiqətən də birmərtəbəli supermarket vardı. Super mar-
ket hər bir tərəfdən reklam lövhələri, fırlanan şəkilli kublarla 
əhatələnmişdi. Girişdə gəzişən Mikki Maus və pişik Cerri ge-
yimli reklam agentləri sevinclə əl edir, yoldan keçənləri içəri 
dəvət edirdilər. İyul satışının pik nöqtəsi idi. 
Aleksey etiraz etdi:
- Nə eynək, qızlar? Biz təyyarəyə gecikirik.
Amma  mən  qızımı  yaxşı  anlayırdım  və  gözəl  bilirdim  ki, 
Moskvada nə və hansı qiymətə satılır.
- Alyoşa, bir saniyəliyə. Biz tez gələcəyik. Sən heç hiss et-
məyəcəksən.   
- Ata, bu, düz girişdədir. Xahiş edirəm! – Biz tandemlə çıxış 
edirdik.
Azlıq  çoxluğa  tabedir,  odur  ki,  Aleksey  güzəştə  getməli 
oldu. Bizə elə gəldi ki, lazım olan eynəyi tez tapdıq və maşına 
qayıtdıq, amma Daşanın atasını bu, sakitləşdirmədi.
- Siz eynəyi düz on beş dəqiqəyə aldınız! Nə üçün onu al-
dın? Sən bu eynəkdə kor Pyuya oxşayırsan, - o, qızıma dedi. 
– Biz sənin ucbatından gecikə bilərik. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə