Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə51/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   47   48   49   50   51   52   53   54   ...   70

214
du. Bu anda böyrümdə ərimin fiquru peyda oldu. Arvadının 
Amerikanın bir nömrəli yoldan çıxaranı ilə həvəslə söhbətləş-
diyini görüb, Çubaysla söhbətini kəsərək bizə yaxınlaşmışdı. 
Klinton  onu  görə  bilməzdi,  çünki  Aleksey  arxa  tərəfdən 
gəlmişdi.  O,  sadəcə  olaraq,  yüngül  hərəkətliliyi  hiss  etmiş-
di. Budur, Klinton geriyə dönür, həyat yoldaşımla görüşərək, 
onu salmlayır:
- İşləriniz necədir? Necəsiniz?
- Çox yaxşı, - Aleksey cavab verdi. – Mən Aleksey Puşko-
vam. Biz bir neçə il öncə, sizin radiomüraciətiniz zamanı gö-
rüşmüşdük. 
- Əlbəttə, əlbəttə! Mən sizi xatırlayıram! – Onun həqiqəti 
söyləmədiyinə necə inanmamaq olar.
- Bu isə mənim həyat yoldaşımdır, - Aleksey davam etdi.
- Bəli-bəli. Biz artıq tanış olmuşuq. Mən yalnız salamlamaq 
üçün yaxınlaşmışdım. Sizə xoş axşam arzulayıram!
O, dərhal döndü və Rusiya prezidentinin dayandığı yerə 
getdi.
- Nədir, Klinton özünü sənə calayırdı? - ərim şən halda za-
rafat etdi.
-  Calayırdı  da,  -  mən  baş  verən  hadisədən  sarsılmaya 
bilməzdim.  – Alyoşa,  təsəvvür  edirsən,  bu,  necə  ola  bilər?.. 
Onun  yaşadığı  bütün  qalmaqallardan  sonra!  Bütün  ifşalar-
dan sonra! Axı istənilən başqa bir adamın libidosu nəinki əzi-
lib, boğulmalı idi, iltihablı kor bağırsaq kimi kəsilib atılmalı 
idi də! Onun əvəzinə istənilən başqa biri hicab geyinərdi ki, 
öz reaksiyasını gizləsin və dünyaya xırda bir dəlikdən baxsın. 
O, isə Alyoşa, başa düşürsən, yoldan çıxarmaqda davam edir. 
Elə-belə! Sadəcə olaraq tonusda qalmaq üçün, hər saniyə və 
hər dəqiqə! Mən sarsılmışam! Bax, bu, instinktdir!
- Basic instinct, - daha inandırıcı olmaq üçün əlavə etdim. 
–  Və  bu  qadınların  xoşuna  gəlir!  Onlar,  xüsusilə  də  ameri-
kalı  qadınlar,  öz  hüquq  bərabərliklərindən,  azadlıqlarından 
möhkəm  yorulublar.  Qadınlar  əsgər  Ceyn  ola  bilməzlər  və 
olmamalıdırlar.  Qadın  biləndə  ki,  onların  yanlarında  güclü 
cinsdən adam var, çox sevinirlər. Qadın zəifliyini, zərifliyini 
və müdafiəsizliyini hiss edəndə bu çox yaxşıdır. Əgər bu, “Bir 


215
Xanaan torpağının müdrik siyasətçisi. İsrail Prezidenti Şimon 
Peres 


216
nömrəli kişi” prezidentdirsə, inan ki, belə prezident ancaq si-
yasi mətnlər söyləyən hansısa plastik zəhlətökəndən dəfələr-
lə yaxşıdır.
* * *
P.S.  Gecənin  sonunda  biz  şəkil  çəkdirdik.  Hafizəm  onun 
qıyqacı  baxışlarını,  göz  vurmasını  və  qızlara  məhəbbət  se-
renadası  oxuyan  şuluq  saksofonçu-oğlan  uşağını  xatırladan 
görkəmini qoruyub saxlayıb.


217
BÖYÜK PYOTRUN KİÇİK HOLLANDİYASI
İnsan həyatı – romandır. Hər kəsin müstəqil olaraq yaz-
dığı roman. Bu roman avantüralarla zənginləşdirilə bilər, ya 
da şit təsir bağışlayar. Macəralı və ya həddindən artıq darıx-
dırıcı ola bilər. Roman məhəbbət haqqında, kədərli və qəmli, 
həyatımızı təşkil edən hər şey barəsində ola bilər. Hər bir ro-
manda olduğu kimi, orada da baş personajlar və ikinci dərə-
cəlilər, qəhrəmanlar və anti-qəhrəmanlar var. 
Əgər tale mənə teatr, kino aləmində qalmağı qismət etsə 
idi, istisna etmirəm ki, həyatım başdan-başa “ekşn”ə çevrilə-
cəkdi. Amma evlilik başqa bir mühitin sakini olmağıma gəti-
rib çıxardı, ünsiyyət dairəm də tədricən dəyişdi. Bu dairədə 
qalmaq  asan  deyil,  ora  daxil  olmaqsa  daha  çətindir.  Mənə 
bunu özüm üçün kəşf etmək çox maraqlı idi. Bütün bunlar 
həyat təcrübəmi, belə deyək, həyat ehtiyatımı təşkil etdi. 
Həm  xarici  ölkələrdəki  təcrübəm,  həm  ssenari  müəllifi 
olduğum  sənədli  filmlərin  çəkilişi,  həm  də  ərimi  müxtəlif 
ölkələrə səfərləri zamanı müşayiət etməyim sayəsində xeyli 
təəssürat toplamışdım. Bu təəssüratlar yalnız turist kimi de-
yil, həm də sosializm dövründə deyildiyi kimi, başqa dünya-
dan olan insanları psixoloji cəhətdən müşahidə nəticəsində 
əldə edilmişdi. 
Bu başqa dünya fövqəladə insanlardan və xüsusi müna-
sibətlərdən ibarət deyil. Oranın öz problemləri, öz tapmaca-
ları və öz parazitləri var.
Mənə  onların  gündəlik  həyatını,  bir-biri  ilə  söhbət 
edərkən ünsiyyət maneralarını, problem və məzəmmətləri-
ni anlamaq çətin deyildi. Bütün bunlara müxtəlif qitələrdəki 
dostlarımızın evlərində və mənzillərində yaşamaq təcrübə-
sini də əlavə etsək, diqqətli müşahidəçi həyatı olduğu kimi 
– bəzək-düzəksiz və parıltısız görə bilir. 
Yeri gəlmişkən, bu faydalı təcrübə Rusiya həyatında gün-
dəlik hadisə və adi hal hesab etdiklərimizi qiymətləndirmə-


218
yi öyrətdi. Sizə sadə bir misal çəkim: “Böyük Pyotrun kiçik 
Hollandiyası”  filmim  çəkilərkən,  çəkiliş  qrupumla  Nider-
landın  yarısını  gəzmişdim.  Leyden  universitetindən  olan 
professor-slavistlə söhbət edəndə, onun Rusiyada insanların 
necə  dostluq  etmələri  barəsində  həsədlə  danışmasına  çox 
heyrətləndim.  Hərçənd  mən  bunu  xüsusi  nailiyyət  hesab 
etmirdim.  Lakin  Harri  Peynenburq  gözlərini  parıldadaraq 
üzümə baxır, sanki İsa peyğəmbərdən hansısa vəhy və məs-
ləhət gözləyirmiş kimi, təkrarlayırdı:
- Bizdə zəng etmədən heç vaxt dostunun yanına proble-
minlə bağlı gedə bilməzsən. Bu, mümkün deyil. Hətta sən 
keflənib  ən  yaxın  dostuna  ürəyini  açmaq,  arvadından,  rəi-
sindən,  pulun  yoxluğundan,  yaxud  sağalmaz  xəstəlikdən 
şikayətlənsən,  əmin  ola  bilərsən  ki,  o,  yuxuya  getməzdən 
öncə  daha  səninlə  dostluq  edə  bilməyəcəyinə  dair  qərar 
verəcək. Sən sadəcə olaraq onun dostluğuna layiq deyilsən! 
Axı, “okeylik” prinsipi həyatımızın başlıca prinsipidir. Sən-
də hər şey yaxşı olmalıdır. Sən məhz bununla insanları cəlb 
edirsən. Əgər pis hadisə baş veribsə, psixoloqa, ya da psixo-
terapevtə  müraciət  et.  Orada  psixoloji  yardım  al.  Nə  üçün 
mən  sənə  peşəkar  köməyi  pulsuz  etməliyəm?  Belə  deyək, 
dostcasına?  Sən  mənim  vaxtımı  alırsan,  şikayətlənirsən. 
Ümumiyyətlə,  bu  mənim  əhvalımı  korlayır.  Mən  isə  bun-
dan sonra səninlə dostluq edəcəm? Buna görə də, - Harri 
Peynenburq  yekunlaşdırdı,  -  əgər  mənim  problemim  var-
sa, mən dost hesab etdiklərimin yanına yox, instansiyala-
ra getməyə üstünlük verirəm. İnstansiyalara mən həm də 
ona görə gedirəm ki, orada anonim qalacağam. Öz dostum 
üçün isə mən şən, həyatsevər olacağam. Mənimlə istirahət 
etmək, pivə içmək, dəniz sahilində gəzmək və tennis oyna-
maq xoşdur. 
Yaxud başqa bir şey: sizdə dostlardan borc pul götürmək 
qəbul olunub. Bizdə bu barədə hətta soruşmaq da ədəbsiz-
likdir.  Bu  pula  dostun  faiz  götürə,  yaxud  onu  hansısa  işə 
qoya, özünə nəsə ala bilər. Mən onun büdcəsinə müdaxilə 
etmək hüququna malik deyiləm. Axı, bizim pullarımız  pla-
na əsasən bölünüb. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə