Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə54/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   50   51   52   53   54   55   56   57   ...   70

227
Mənim filmimdən kadr: “balaca Holandiya” ayaq altında


228
Hollandiya  əsasən  protestant  ölkəsidir.  Amma  iki  yüz  il 
əvvəl kraliçaları həyatının sonuna kimi pravoslav dininə sa-
diq qalan, imperator I Pavelin qızı Anna Pavlovna idi. Onun 
dövründə bir neçə pravoslav məbədi inşa olunub və onlar bu 
günə kimi qalır.
Rotterdamda  olarkən,  biz  onlardan  birini  ziyarət  etdik. 
Gördük ki, məbəddə hollandlarla yanaşı, çoxlu qaradərililər 
– Efiopiyadan, Surinamdan, Qabondan olanlar da var. Əlbət-
tə, mən özümü saxlaya bilmədim və onlarla söhbətə girişdim. 
Bu  adamların  pravoslav  məbədində  nə  etdiklərini  anlamaq 
istəyirdim.  Onların  cavabları  məni  dərindən  heyrətləndirdi. 
Hollandlar danışırdılar ki, əvvəllər bu insanlar katolik, yaxud 
protestant  olublar.  Lakin  bir  dəfə  pravoslav  məbədində  ol-
duqdan bir müddət sonra, inanclarını dəyişərək, pravoslavlı-
ğa keçiblər. Katolik məbədlərində yumşaq oturacaqlar mənim 
üçün rahat görünmüşdü. Onların fikrincə isə, kilsədə rahatlıq 
qəbul edilməzdir.
Konsert  salonundakı  kimi  oturursan,  musiqi,  oturacaq-
da yastıqçalar, - Yen hətta bir qədər mühakimə edirmiş kimi 
mənə danışdı. – Pravoslav kilsəsinə isə gəlirsən, ibadət vaxtı 
ayaq üstə dayanırsan və hiss edirsən ki, ruhun çalışır, bədənin 
işə düşür, əvvəlcə ağrıyır, ayaqların sızıldayır, sonra isə sanki 
bu ağrılardan azad olursan. Axırda, xor heç bir musiqi aləti ol-
madan oxuyanda, hiss edirsən ki, qəlbin çırpınır, problemlər 
səni tərk edir, başın yüngülləşir. 
- Bəli, mən də bunu hiss edirəm, - qaradərili Yorn söhbətə 
qoşulur. – Amma mənim üçün ən böyük həzz ibadətdən sonra 
ümumi çayiçmə mərasimidir. Hər kəs özü hazırladığı piroqu, 
özü  bişirdiyi  mürəbbəni  təklif  edir.  Bu,  mağaza  cemi  deyil, 
mən beləsini ilk dəfə burada yemişəm, “matuşka” qonaq edib.
“Matuşka”  sözünün  afroamerikalının  deyil,  afrohollandi-
yalının deməsi mənə çox gülməli göründü, onun rəfiqəsi – efi-
opiyalı qız isə əlavə etdi:
- Burda hər şey və hər kəs bir yerdədir. Bu məbəddən başqa 
heç yerdə bu yoxdur. 
Monastırın  başçısı,  çoxuşaqlı  ailənin  atası  yaxınlaşaraq, 
dəqiqləşdirdi:


229
- Onlarda kollektivçilik hissi çatışmır. Cəmiyyət bir-birin-
dən  çox  ayrılıb,  atomlaşıb,  -  o,  dünyəvi  anlayış  əlavə  etdi. 
–  Mənim  fikrimcə,  hollandiyalılar  qətiyyən  sərbəstləşə  bil-
mirlər,  axı,  onlar  doğrudan  sutkada  24  saat  çalışırlar.  On-
lar effektlə işləyən robotlara çevriliblər. Cəmi on altı milyon 
nəfərdirlər, amma iqtisadiyyatları Avropada dördüncü yerdə-
dir.  Belə yüksək əmək məhsuldarlığına və firavan həyatlarına 
rəğmən, hollandlar arasında intihar faizi çox yüksəkdir. Onlar 
heç kimlə danışa, qəlblərini aça, dəstək qazana bilmirlər. Yal-
nız  saysız-hesabsız  kafe-şoplarda  sakitlik  tapmaq  istəyirlər, 
orada isə rəsmi olaraq yüngül narkotiklər satılır. 
* * *
P.S. Yeri gəlmişkən, çəkiliş günlərindən birində, mənim ba-
şım filmin qəhrəmanlarından biri ilə söhbətə qarışanda, sevim-
li  operatorum  sevimli  səs  rejissorumla  birgə,  mənə  dedikləri 
kimi, bir dəqiqəlik “qəhvə içmək” üçün icazə aldılar. Bir saat 
sonra,  donqar  körpüdə,  bir-birinə  sarmaşmış,  elə  körpü  kimi 
donqarlaşmış tanışları gördüm. Bunlar Fyodor və Saşa idilər.  
Onlar ara vermədən pıçıldaşır və səfeh-səfeh gülüşürdülər. On-
lar mənə yaxınlaşanda, Fyodor gülümsəyərək, dedi:
- Nina, işləyək? – eyni zamanda axmaqcasına güldü.
“Yoxsa onlar içiblər?” – baş aça bilmirdim, çünki spirtli içki 
iyi gəlmirdi.
- Göbələklər! – Fyodor öz vəziyyətini şən halda izah etdi.
Günortadan sonrakı çəkilişlər holland göbələkləri ilə kor-
landı.


230
STRADİVARİNİN ƏBƏDİ MÜƏMMASI
1995-ci ildə Birinci kanalda mənim “Stradivarinin əbədi 
müəmması” filmim nümayiş olundu. Bu sənədli filmi mən 
ssenari  müəllifi  və  prodüser  kimi  Stradivarinin  vətənin-
də, Kremonda, Milanın 60 kilometrliyində çəkmişəm. Film 
üzərində işləmək inanılmaz dərəcədə maraqlı idi. Bundan 
az əvvəl Saxalin vilayətində, İturup adasında, kommunal 
mənzildə  “Stradivari”  möhürü  olan  qədim  skripka  aşkar 
olunmuş və müsadirə edilmişdi.
Bizim  çəkiliş  qrupumuz  skripkalar  üzrə  mütəxəssislə 
Saxalinə uçdu. Əgər bu, həqiqətən Stradivarinin skripkası 
idisə,  tapıntı  əsil  sensasiyaya  çevriləcəkdi.  Dahi  italiyalı-
nın əsərləri Sotbis hərracında milyon funt sterlinqdən baha 
qiymətə satılırdı. 
Mən Saxalinə zəng edib, skripka ilə maraqlananda bil-
dirdilər ki, onu kommunal mənzillərdən birində dalaşanla-
rı aralamağa getmiş sahə müfəttişi aşkar edib. Dava köhnə 
skripkaya görə başlayıb: sakinlərdən biri onu vahimə do-
ğuran    məbləğə  -  doqquz  min  dollara  yaponlara  satmağa 
hazırlaşırmış. Onun birgə yaşadığı qadın isə təkid edirmiş 
ki, o axmaqdır, “belə skripkaya görə”, yaponlardan mini-
mum on min dollar tələb etmək lazımdır. Bir sözlə, əməl-
li-başlı  dalaşıblar,  qonşular  isə  səs-küyə  sahə  müfəttişini 
çağırıblar.
Saxalinə  qədər  yol  yaxın  deyildi.  Biz  ora  uçana  kimi, 
təxəyyülüm bir-birindən maraqlı fərziyyələr irəli sürürdü. 
Təyyarə  yarımadadan  enənə  yaxın  isə  birdən  bu  skripka-
nın ehtiraslı musiqi həvəskarı admiral Kolçaka məxsus ola 
bilməsi  ağlıma  gəldi.  Onun  qatarı  bolşeviklər  tərəfindən 
ucsuz-bucaqsız  Sibir  çöllərində  qarət  olunmuşdu.  Qlinka 
muzeyindən  olan  skripkalar  üzrə  mütəxəssis  mənim  fər-
ziyyəmi  rədd  etmədi.  Bizim  çəkiliş  qrupumuz  istənilən 
gözlənilməzliklərə hazır idi.  


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə