Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə44/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   40   41   42   43   44   45   46   47   ...   70

yur],  işləyər-[işliyər],  gözləyən-[gözlüyən],  ovlayar-[ovluyar], 
oynayanda-[oynuyanda] və s. 
11.
 
Feilin indiki və qeyri-qəti gələcək zaman formalarının inkarı 
ədəbi  dilin  qaydalarına  uyğun  formada  yox,  şifahi  nitqin  tələbinə 
uyğun  tələffüz  olunur  və  yazılır:  yazmayır-yazmır,  oxu- 
mayar-oxumaz, gəlməyir-gəlmir, getməyər-getməz və s. 
12.
 
Nəqli keçmiş zamanda 11 şəxsin təkində -mış'* şəkilçisinin ş 
səsi  deyilmir,  cəmində  isə  ş  samiti  düşməklə  yanaşı  həm  də  şəxs 
sonluğu  -sınız'*  qısaldılmış  -sız'*  şəklində  tələffüz  olunur: 
almışsan-[almısan], 
gəlmişsən-[gəlmisən], 
oxumuşsunuz-[oxu- 
musuz], 
getmişsiniz-[getmisiz], 
oynamışsan-[oynamışan], 
oynamışsınız-[oynamısız] və s. 
13.
 
-ma/mə  şəkilçisindən  sonra  saitlə  başlanan  şəkilçi  gəldikdə 
inkarlıq bildirən şəkilçilərin saiti söz kökünün ahənginə uyğun olaraq 
qapalı  saitlə  əvəzlənərək  tələffüz  olunur:  gəlməyim-[gəlmiyim], 
almayasan-[almıyasan], 
oxumaya-[oxumuya], 
görməyim-[görmüyüm] və s. 
14.
 
ilə qoşması samitlə bitən sözlərdə -nan/nən şəklində tələffüz 
olunur: 
müəllimlə-[müəllimnən], 
dostunla-[dostunnan], 
anamla-[anamnan]. Arzu ilə-[arzuynan], ata ilə-[ataynan], [atey- nən] 
və s. 
15.
 
üçün  qoşması  tələffüzdə  ahəng  qanununa  tabe  olaraq 
əvvəlinci  saitin  düşməsi  hesabına  -çin'*  şəklində  tələffüz  olunur: 
atamız  üçün-[atamızçın],  vətən  üçün-[vətənçün],  onun  üçün- 
[onunçun] və s. 
Bu qoşma sonu açıq saitlə bitən sözlərdən sonra gəldikdə həmin 
sait  bitişdirici  y  samiti  qarşısında  e  səsi  ilə  tələffüz  olunur:  ana 
üçün-[aneyçün], nənə üçün-[nəneyçün], idarə üçün-[i- dareyçün] və.s. 
Üçün qoşması qapalı saitlər qarşısında bitişdirici y samitindən sonra 
yalnız ilk saitini itirir: qutu üçün-[qutuy- çun], ütü üçün-[ütüyçün], su 
üçün-[suyçun], inəyin südü üçün- [inəyin südüyçün]. və.s 
Haqqında  danışdığımız  bütün  bu  fonetik  qanun  və  hadisələr, 
səslərin yer dəyişməsi və əvəzlənməsi saitlərin çox işlənməsi ilə 
136 


bağlıdır. Nitq axını zamanı müxtəlif məxrəcli səsləri tələffüz etmək 
üçün  danışıq  üzvləri  daha  asan,  səlis,  rəvan  tələffüzə  meyil-  li 
olduğundan  səs  təhrifləri  -  fonetik  hadisələr  meydana  çıxır.  Bəzi 
məqamlarda  bir  səsin  başqa  birisinə  təsir  edərək  onu  tamamilə  öz 
məxrəcinə, yaxud yaxın səs məxrəcinə salması özünü assimilyasiya 
(səs  uyuşması)  kimi  göstərir  ki,  biz  bunlardan  bəhs  etdik; 
məndən-[mənnən], alırlar-[ahllar], qaçdı-[qaşdı] və s. 
Yaxud, bəzi hallarda bir səs öz cinsindən olana təsir edərək onun 
səslənməsini  dəyişdirir  ki,  buna  dissimilyasiya  deyilir  (qa- 
rarmaq-qaralmaq, sararmaq-saralmaq, hammal-hambal və s.). 
Eləcə də danışıq zamanı söz daxilində yanaşı gələn samitlərin öz 
yerini  dəyişməsi  metateza  hadisəsi  kimi  özünü  göstərir: 
(yanhş-yalnış,  doğru-dorğu,  süfrə-sürfə,  küflət-külfət,  nəlbəki- 
lənbəki). 
Samitlə başlanan və ya samitlə qurtaran bir sıra alınma sözlərin 
əvvəlinə,  yaxud  sonuna  sait  səs  artırılır.  Bu,  Azərbaycan  dili  üçün 
xarakterik  olmayan  iki  samitin  yanaşı  gəlməsi  ilə  əlaqədardır  və 
dilçilikdə bu hadisəni proteza adlandmrlar: qrup-qu- rup, qram-qıram, 
klub-kulub,  stəkan-istəkan,  stansiya-istansiya,  şkaf-işkaf,  stol-ustol 
və s. 
r  samiti  ilə  başlayan  bir  sıra  alınma  sözlərin  əvvəlinə  i  saiti 
artırılır: Rza-[irza], razi-[irazi]. Rəsul-[irəsul]. Rəhim-[irəhim] 
və s. 
Bir sıra alınma sözlərin sonunda iki samit yanaşı gəlirsə, onların 
arasına bir qapalı sait artınhr: səbr-[səbir], qəbr-[qəbir], sədr-[sədir], 
dövr-[dövür], zülm-[zülüm] və s. 
Bəzən  iki  sözün  birləşməsi  və  ya  sözə  müəyyən  şəkilçinin 
artırılması  zamanı  çoxhecalıhq  yaranmasın  deyə,  alınmış  sözü 
müəyyən dərəcədə qısaltmaq lazım gəlir. Eliziya adlanan bu fonetik 
hadisə  müxtəlif  samit  və  ya  sait  səslərin  dəyişməsi  ilə  xarakterizə 
olunur. Bir qrup milli sözlərimizdə (alın, beyin, burun, boyun, çiyin, 
qarın və s.) və əslən alınma mənşəli sözlərdə (fikir, sinif, şəkil, nəsil, 
ömür  və  s.)  son  hecadakı  qapalı  saitlər  hal  və  mənsubiyyət 
şəkilçilərindən əvvəl yazıda və tələffüzdə dü 
137 


şür;  (onun)  oğlu,  bumu,  alnına,  ağzını,  boynunun;  sinfimiz,  şək- 
linə,ömrünü, nəsliniz və s. 
Dialekt  və  şivələr  üçün  adi  hal  almış  bu  hadisə  canlı  danışıq 
dilində  də  dilin  fonetk  imkanlanndan  uğurla  istifadə  bacarığının 
nümayişinə çevrilir. 
ABBREVİATÜRLƏRİN 
TƏLƏFFÜZÜ İLƏ BAĞLI QAYDALAR 
Baş  hərfərdən  ibarət  mürəkkəb  qısaltmalar  aşağıdakı  şəkildə 
yazılır və tələffüz olunur: 
1)  səslərin  adı  ilə:  YAP-Yeni  Azərbaycan  Partiyası,  ABŞ- 
Amerika  Birləşmiş  Ştatlan,  ATƏT-Avropada  Təhlükəsizlik  və 
Əməkdaşlıq Təşkilatı, AŞPA-Avropa Şurası Parlament Assambleyası 
və s. 
2.
 
hərflərin  adlan  ilə:  MSK  (emseka)  -  Mərkəzi  Seçki 
Komissiyası,  MDB  (emdebe)-Müstəqil  Dövlətlər  Birliyi,BMT- 
(beemte)-Birləşmiş  Millətlər  Təşkilatı,  BDU-(bedu)-Bakı  Dövlət 
Universiteti və s. 
3.
 
bütöv şəkildə, tərkibindəki sözlərlə oxunanlar: DYP-Döv- lət 
Yol Polisi, KİV-Kütləvi İnformasiya Vasitələri, AMEA- Azərbaycan 
Milli  Elmlər  Akademiyası,  ADBTİA-Azərbaycan  Dövlət  Bədən 
Tərbiyəsi və İdman Akademiyası və s. 
Sual və tapşırıqlar 
1.
 
Fonetik-orfoqrafik  norma  nə  deməkdir  və  hansı  nitq  üçün 
əsasdır? 
2.
 
Yazılı nitqdə şifahi nitq ünsürlərini əvəz edən nədir? 
3.
 
Monoloji nitqin növlərini deyin və onları izah edin. 
4.
 
Ədəbi  dilin  yazılı  üslubları  hansı  cəhətdən  şifahi  üslubdan 
fərqlənir? 
5.
 
Nitqi fərdi, yoxsa ümumi hadisə adlandırmaq düzgündür? 
6.
 
Ədəbi dil normaları hansı nitqdə tam gözlənilir? 
138 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə