Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə45/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

7.
 
Ədəbi dilə yiyələnməyin yüksək mərhələsi hansı nitqdir? 
8.
 
Tələffüz olunmayan səssiz nitqdə ədəbi dil normaları hansı 
səviyyədə təzahür tapır? 
9.
 
Sözlərin düzgün tələffüzü nəyə dəlalət edir? Düzgünlük 
kommunikativ keyfiyyətdirmi? 
10.
 
Düzgün olmayan tələffüzün sözün mənasını dəyişdirməsinə 
aid nümunələr göstərin. 
Çalışma 73. Aşağıdakı sxemlərə uyğun nümunələr göstərin: 
— b- [bacı] 
^^^^c- [corab] 
 
 
^ ^p- [məktəp] 
-...j- [vijdan] 
— d- [adam] 
^ ^g- [gavalı] 
 
 
^ ^t- [dört] 
^^k- [əhə(n)k] 
_ — [ ç ə t i r ]  
^k- [kitap] 
Ç 
 
" ^ 
0- [qaşdı] 
g- [seçgi] 
Çalışma 74. Aşağıdakı sözlərdə q-nin ifadə etdiyi səsləri 
müəyyənləşdirin, sözləri transkripsiyada yazın: 
doqquz 
məqsəd 
dodaq 
qarın 
baqqal 
nöqsan 
məşq 
quran 
diqqət 
Oqtay 
qaymaq 
qınaq 
toqqa 
rəqqasə 
xalq 
qonaq 
 
 
139 
 


Çalışma  75.  Verilmiş  sözlərdə  t  samitinin  tələffüzünü 
fərqləndirin; nə üçün karlaşdığını və ya düşdüyünü izah edin: 
ddstd Fəttah dost 
üstdən 
məftil 
Səttar 
neft 
dostlar 
taxta 
katta 
sərbəst 
növbətçi 
Çalışma  76.  Cümlələrdə  hərf  və  səs  tərkibinə  görə  fərqlənən 
sözlərin altından xətt çəkin, onları transkripsiyada yazın: 
1)  Səadət  heç  də  əbədi  deyildir;  2)  Yazın  gəlişi  ilə  təbiət  qış 
yuxusundan  oyanmışdır;  3)  Çiçəklərin  ətrini  iyləmək,  quşların 
nəğmələsinə  qulaq  kəsilmək,  qızların  gülüşünə  heyran  olmaq 
istəyirsiniz; 4) Siz məndən - müəllimdən inciməkdə haqlı deyilsiniz.; 
5) Əgər yüksək kredit balları toplasa idiniz, qrupunuzun oğlanları da, 
qızları  da  sizinlə  fəxr  edər,  hələ  dadlı,  südlü  şokolada  da  qonaq 
edərdilər.;  6)  Ana  ilə  mənə  nə  almışsan?;  7)  Bizim  qrup  güclü 
çətinliklərə  səbrli  oldu,  uşaqlann  hamısı  tamamilə  sərbəstlik 
istəyirdilər, onlara daha heç nə lazım deyildi. 
Çalışma  77.  Cüdo  üzrə  beynəlxalq  yanşda  uğurla  çıxış 
etdiklərinə  və  Azərb.DBTİA-nın  80  illiyi  münasibəti  ilə  3  nəfər 
tələbəyə rektorun əmri ilə təşəkkür elan edin. 
Çalışma 78. Misralardakı sözləri diqqətlə oxuyun, orfoqrafi- ya 
və orfoepiya qaydalannm tez-tez əvəzlənməsinə fikir verin, bu halın 
nə üçün baş verdiyini izah edin: 
Yenə yaz olaydı, yollar, yoxuşlar. 
Al-əlvan güllərdən naxışlanaydı. 
O köçəri quşlar, nəğməli quşlar 
Yenə eyvanıma uçub qonaydı. 
Yenə Əhrabdakı evmiz olaydı. Sərdar 
küçəsindən dönəydin bizə Ay ana, nə 
qədər gör ildi, aydı Sən bizə 
gəlmirsən, mənsə Təbrizə. 
140 


Sən Təbrizdən ayrı, uzaq sürgündə 
Mən dost torpağında səni anmışam 
Bu həsrətli ayda, həsrətli gündə 
Bu böyük dostluğa arxalanmışam (Mədinə Gülgün. 
"Yenə yaz olaydı" şeirindən) 
Çalışma 79. Diqqətlə oxuyun, əvvəlcə hərflərinin sayı səslərdən, 
sonra isə səslərinin sayı hərflərdən çox olan sözləri ayrıca yazın: 
inşaat, teorem, teatr, mənfəət, zəif, qıfıl, univermaq, təbii, ərizə, 
zoorpark, Şövkət, quruluş, müasir, müəyyən, duet, Nailə, məşqçisiniz, 
almışsan, müəllimlə, quzu üçün, qram. 
Çalışma  80.  Cümlələrdəki  antonimləri  tapın  və  qarşı-qarşıya 
yazın: 
Qan düşmən dost olmaz. 
Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu. Yeddi 
gün, yeddi gecə yemə-içmə oldu. 
Gecənin xeyirindən gündüzün şəri yaxşıdır. 
Ağlasan-ağlaram, gülsən-gülərəm, 
Yaşasan-yaşaram, ölsən-ölərəm. 
Çalışma  81.  Yaşadığınız  binanın  ətrafı  tez-tez  zibillənir. 
Təmizliyi  təmin  etmək  üçün  mənzil-istismar  idarəsinə  sakinlər 
adından təliqə yazın. 
lEKSİK NORMA 
Leksik  normada  əsas  prinsip  işlədilən  sözlərin  mənaca 
aydınlığıdır.  Nitqin  anlaşıqlı  olması  üçün  sözlərin  mənası  danışana 
da,  dinləyənə  də tam  məlum  olmalıdır.  Danışan  öz  nitqində  alınma 
sözlərə və ya dialektizmlərə çox yer verərsə, onlann mənası, əlbəttə, 
bütün dinləyicilərə eyni dərəcədə anlaşıqlı ola bilməz. 
141 


Kitablarda, lüğətlərdə müxtəlif yazı məxəzlərində sözləri, adətən, 
bir  variantda  görürük.  Amma  xalq  danışıq  dilində  və  dialektlərdə 
ədəbi dildə oxuduqlarımızm variantları da mövcuddur: "asan" əvəzinə 
asand, hasan, hasand; "ev" əvəzinə əv, öy, öv; "pendir" əvəzinə penir, 
pəndir; "deyil" əvəzinə dəyil, degil, döyü, döyül; "pəncərə" əvəzinə 
pencərə;  "ayaq"  əvəzinə  əyağ;  "bıçaq"  əvəzinə  pıçax;  "hökumət" 
əvəzinə  hökmət;  "təcrübə"  əvəzinə  təcürbə;  "indi"  əvəzinə  hindi; 
"telefon"  əvəzinə  telfun;  "şəkil"  əvəzinə  şikil;  "əlbəttə"  əvəzinə 
həlbət, həlbətdə; "yenə" əvəzinə genə; "cümə" əvəzinə cuma; "yəni" 
əvəzinə yanı və s. 
Azərbaycan  ədəbi  dilinin  lüğət  tərkibi  zəngin  olduğuna  görə 
burada  ümumxalq  danışıq  dilinə,  yaxud  dialekt  və  şivələrə  məxsus 
sözlərlə yanaşı alınma sözlərə - bir tərəfdən ərəb-fars mənşəli, digər 
tərəfdən  isə  XIX  əsrdən  başlayaraq  (M.B.Nadimin,  Q.Zakirin, 
M.F.Axundovun  əsərlərində,  H.Zərdabinin  nəşr  etdirdiyi  "Əkinçi" 
qəzetində və s.) rus dilindən və rus dili vasitəsilə dünya dillərindən 
alınmış  çoxlu  söz  və  ifadələrə  rast  gəlirik.  Deməli,  dilimizin  lüğət 
tərkibi  milli  mənşəli  və  alınma  sözlərdən  ibarətdir.  Milli  mənşəli 
sözlərdə  orfoqrafik  normalar  onların  bir  variantlı  tələffüzü  üzrə 
sabitləşməyə doğru getmişdir. Leksik-semantik normanın keyfiyyəti 
istər  danışıq  dilindən  gəlmiş  milli  sözlərdə,  istərsə  də  alınmalarda 
özünü  qabanq  göstərir.  Milli  mənşəli  sözlərdə  orfoqrafik  normalar 
onlann bir va- riantlı olmasını şərtləndirir. 
Dilimizin lüğət tərkibində elə sözlərə rast gəlirik ki, onlar qədim 
tarixə malik deyildir. Onlar, deyək ki, əlli il bundan əvvəl dilimizdə 
olmamışdır, termin kimi də başqa dillərdən alınmamışdır. Dilçilikdə 
özləşmə  meyilli  kimi  meydana  çıxan  bu  sözlər  sözyaratma 
hesabmadır.  Alınma  sözlərin  dilə  gətirilməsi  əleyhinə  yönəlmiş  bu 
proses  alınmalar  üçün  qarşılıq  tapmağı  nəzərdə  tutur.  Özləşmə, 
əsasən, söz sənətkarlarının xalq dilinə və Türkiyə türkcəsinə müraciəti 
əsasında  qarşılığı  milli  dilimizdə  olmayan,  oxşarlıq  əsasında 
sözyaratma prosesidir. Bir qismi ke 
14Z 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə