7.
Ədəbi dilə yiyələnməyin yüksək mərhələsi hansı nitqdir?
8.
Tələffüz olunmayan səssiz nitqdə ədəbi dil normaları hansı
səviyyədə təzahür tapır?
9.
Sözlərin düzgün tələffüzü nəyə dəlalət edir? Düzgünlük
kommunikativ keyfiyyətdirmi?
10.
Düzgün olmayan tələffüzün sözün mənasını dəyişdirməsinə
aid nümunələr göstərin.
Çalışma 73. Aşağıdakı sxemlərə uyğun nümunələr göstərin:
— b- [bacı]
^^^^c- [corab]
^ ^p- [məktəp]
-...j- [vijdan]
— d- [adam]
^ ^g- [gavalı]
^ ^t- [dört]
^^k- [əhə(n)k]
_ — [ ç ə t i r ]
^k- [kitap]
Ç
" ^
0- [qaşdı]
g- [seçgi]
Çalışma 74. Aşağıdakı sözlərdə q-nin ifadə etdiyi səsləri
müəyyənləşdirin, sözləri transkripsiyada yazın:
doqquz
məqsəd
dodaq
qarın
baqqal
nöqsan
məşq
quran
diqqət
Oqtay
qaymaq
qınaq
toqqa
rəqqasə
xalq
qonaq
139
Çalışma 75. Verilmiş sözlərdə t samitinin tələffüzünü
fərqləndirin; nə üçün karlaşdığını və ya düşdüyünü izah edin:
ddstd Fəttah dost
üstdən
məftil
Səttar
neft
dostlar
taxta
katta
sərbəst
növbətçi
Çalışma 76. Cümlələrdə hərf və səs tərkibinə görə fərqlənən
sözlərin altından xətt çəkin, onları transkripsiyada yazın:
1) Səadət heç də əbədi deyildir; 2) Yazın gəlişi ilə təbiət qış
yuxusundan oyanmışdır; 3) Çiçəklərin ətrini iyləmək, quşların
nəğmələsinə qulaq kəsilmək, qızların gülüşünə heyran olmaq
istəyirsiniz; 4) Siz məndən - müəllimdən inciməkdə haqlı deyilsiniz.;
5) Əgər yüksək kredit balları toplasa idiniz, qrupunuzun oğlanları da,
qızları da sizinlə fəxr edər, hələ dadlı, südlü şokolada da qonaq
edərdilər.; 6) Ana ilə mənə nə almışsan?; 7) Bizim qrup güclü
çətinliklərə səbrli oldu, uşaqlann hamısı tamamilə sərbəstlik
istəyirdilər, onlara daha heç nə lazım deyildi.
Çalışma 77. Cüdo üzrə beynəlxalq yanşda uğurla çıxış
etdiklərinə və Azərb.DBTİA-nın 80 illiyi münasibəti ilə 3 nəfər
tələbəyə rektorun əmri ilə təşəkkür elan edin.
Çalışma 78. Misralardakı sözləri diqqətlə oxuyun, orfoqrafi- ya
və orfoepiya qaydalannm tez-tez əvəzlənməsinə fikir verin, bu halın
nə üçün baş verdiyini izah edin:
Yenə yaz olaydı, yollar, yoxuşlar.
Al-əlvan güllərdən naxışlanaydı.
O köçəri quşlar, nəğməli quşlar
Yenə eyvanıma uçub qonaydı.
Yenə Əhrabdakı evmiz olaydı. Sərdar
küçəsindən dönəydin bizə Ay ana, nə
qədər gör ildi, aydı Sən bizə
gəlmirsən, mənsə Təbrizə.
140
Sən Təbrizdən ayrı, uzaq sürgündə
Mən dost torpağında səni anmışam
Bu həsrətli ayda, həsrətli gündə
Bu böyük dostluğa arxalanmışam (Mədinə Gülgün.
"Yenə yaz olaydı" şeirindən)
Çalışma 79. Diqqətlə oxuyun, əvvəlcə hərflərinin sayı səslərdən,
sonra isə səslərinin sayı hərflərdən çox olan sözləri ayrıca yazın:
inşaat, teorem, teatr, mənfəət, zəif, qıfıl, univermaq, təbii, ərizə,
zoorpark, Şövkət, quruluş, müasir, müəyyən, duet, Nailə, məşqçisiniz,
almışsan, müəllimlə, quzu üçün, qram.
Çalışma 80. Cümlələrdəki antonimləri tapın və qarşı-qarşıya
yazın:
Qan düşmən dost olmaz.
Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu. Yeddi
gün, yeddi gecə yemə-içmə oldu.
Gecənin xeyirindən gündüzün şəri yaxşıdır.
Ağlasan-ağlaram, gülsən-gülərəm,
Yaşasan-yaşaram, ölsən-ölərəm.
Çalışma 81. Yaşadığınız binanın ətrafı tez-tez zibillənir.
Təmizliyi təmin etmək üçün mənzil-istismar idarəsinə sakinlər
adından təliqə yazın.
lEKSİK NORMA
Leksik normada əsas prinsip işlədilən sözlərin mənaca
aydınlığıdır. Nitqin anlaşıqlı olması üçün sözlərin mənası danışana
da, dinləyənə də tam məlum olmalıdır. Danışan öz nitqində alınma
sözlərə və ya dialektizmlərə çox yer verərsə, onlann mənası, əlbəttə,
bütün dinləyicilərə eyni dərəcədə anlaşıqlı ola bilməz.
141
Kitablarda, lüğətlərdə müxtəlif yazı məxəzlərində sözləri, adətən,
bir variantda görürük. Amma xalq danışıq dilində və dialektlərdə
ədəbi dildə oxuduqlarımızm variantları da mövcuddur: "asan" əvəzinə
asand, hasan, hasand; "ev" əvəzinə əv, öy, öv; "pendir" əvəzinə penir,
pəndir; "deyil" əvəzinə dəyil, degil, döyü, döyül; "pəncərə" əvəzinə
pencərə; "ayaq" əvəzinə əyağ; "bıçaq" əvəzinə pıçax; "hökumət"
əvəzinə hökmət; "təcrübə" əvəzinə təcürbə; "indi" əvəzinə hindi;
"telefon" əvəzinə telfun; "şəkil" əvəzinə şikil; "əlbəttə" əvəzinə
həlbət, həlbətdə; "yenə" əvəzinə genə; "cümə" əvəzinə cuma; "yəni"
əvəzinə yanı və s.
Azərbaycan ədəbi dilinin lüğət tərkibi zəngin olduğuna görə
burada ümumxalq danışıq dilinə, yaxud dialekt və şivələrə məxsus
sözlərlə yanaşı alınma sözlərə - bir tərəfdən ərəb-fars mənşəli, digər
tərəfdən isə XIX əsrdən başlayaraq (M.B.Nadimin, Q.Zakirin,
M.F.Axundovun əsərlərində, H.Zərdabinin nəşr etdirdiyi "Əkinçi"
qəzetində və s.) rus dilindən və rus dili vasitəsilə dünya dillərindən
alınmış çoxlu söz və ifadələrə rast gəlirik. Deməli, dilimizin lüğət
tərkibi milli mənşəli və alınma sözlərdən ibarətdir. Milli mənşəli
sözlərdə orfoqrafik normalar onların bir variantlı tələffüzü üzrə
sabitləşməyə doğru getmişdir. Leksik-semantik normanın keyfiyyəti
istər danışıq dilindən gəlmiş milli sözlərdə, istərsə də alınmalarda
özünü qabanq göstərir. Milli mənşəli sözlərdə orfoqrafik normalar
onlann bir va- riantlı olmasını şərtləndirir.
Dilimizin lüğət tərkibində elə sözlərə rast gəlirik ki, onlar qədim
tarixə malik deyildir. Onlar, deyək ki, əlli il bundan əvvəl dilimizdə
olmamışdır, termin kimi də başqa dillərdən alınmamışdır. Dilçilikdə
özləşmə meyilli kimi meydana çıxan bu sözlər sözyaratma
hesabmadır. Alınma sözlərin dilə gətirilməsi əleyhinə yönəlmiş bu
proses alınmalar üçün qarşılıq tapmağı nəzərdə tutur. Özləşmə,
əsasən, söz sənətkarlarının xalq dilinə və Türkiyə türkcəsinə müraciəti
əsasında qarşılığı milli dilimizdə olmayan, oxşarlıq əsasında
sözyaratma prosesidir. Bir qismi ke
14Z
Dostları ilə paylaş: |