BƏZİ QRAMMATİK FORMAİARIN TƏIƏFFİİZİ
Azərbaycan dilində qrammatik şəkilçilərin bir qismi yazıldığı
kimi tələffüz olunmur. Onlara aşağıdakı hallarda qarşılaşmq:
1.
İkinci şəxsin cəm (xəbərlik) şəkilçisi
-sınız'' bir hecalı
-sız"'
şəklində tələffüz olunur: tələbəsiniz-[tələbəsiz], məşqçisiniz-
[məşqçisiz],
yazırsınız-[yazırsız],
işləyirsiniz-[işliyirsiz],
oturursunuz-[oturursuz] və s.
2.
Üçünü şəxsin xəbər şəkilçisi -dıf tələffüz zamanı r samitini
itirir, şəkilçi -dı'' formasında tələffüz olunur: məşqçidir- [məşqçidi],
qırmızıdır-[qırmızıdı], ondur-[ondu], gedibdir-[gedibdi] və s.
Xəbərlik kateqoriyasına məxsus qrammatik əlamətin -xəbər
şəkilçisinirm ixtisan nitqin həm yazılı, həm də şifahi formasında
ahəngdarlıq yaradır.
3.
İsmin çıxışhq hal şəkilçisi
-dan/dən, n və
m samitləri ilə
qurtaran sözlərə artmlarkən -nan nən şəklində tələffüz olunur,
adamdan-[adamnan],
alimdən-[alimnən],
anamdan-[anamnan],
atandan-[atannan], balondan-[balonnan], diplomdan-[diplom- nan],
Dilqəmdən-[dilqəmnən], məndən-[mənnən], milyondan- [milyonnan]
və s.
4.
Saitlə bitən sözlərə
idi, imiş köməkçi feil-hissəcikləri qo-
şulduqda sözün son saiti e və ya i düşür, son sait bitişdirici y samitinin
təsiri ilə müvafiq qapalı saitə çevrilərək tələffüz olunur: taxta
imiş-[taxdeymiş], ata idi-[ateydi], acı imiş-[acıymış], incə
imiş-[incəymiş], alsa idi-[alseydi], alsa imiş-[alseymiş], qala
idi-[qaleydi] və s.
5.
İndiki və qeyri-qəti gələcək zamanlarda 111 şəxsin cəmində
işlənən feillərdə zaman şəkilçisi -ır'*, -ar^ -ıf ,-aP şəklində tələffüz
olunur: alırlar-[ahllar], gedirlər-[gedillər], bilərlər-[biləl- lər],
alarlar-[alallar], oynayırlar-[oynuyullar] və s.
Orfoepiyada bu qaydalar
normativ üslubu təşkil etdiyinə
görə bu
hal
normativ üslub adlandmhr. Şagird və
tələbələrimizin bir qismi az
eşitdikləri, ola
bilsin ki,
valideynlərinin, tərbiyəçi
li
lərinin, müəllimlərinin danışığını, radio və televiziya verilişlərində
diktorların, aparıcıların nitqini diqqətlə izləmədiklərinə görə sözləri
yazıldığı kimi oxumağa, deməyə çalışırlar, sözlərin yazılışını, hərf
tərkibini əsas götürür və belə hesab edirlər ki, sözlər necə yazılmışsa
elə o şəkildə də oxunmalı, deyilməlidir. Sözlərin yazıldığı kimi
deyilməsi ədəbi tələffüz baxımından qüsurludur, gənc nəsil,
ümumiyyətlə, bütün insanlar orfoepiyası orfoqrafiyasmdan fərqlənən
sözləri və qrammatik formaları ədəbi tələffüz qaydalarına uyğun
oxumalı və söyləməlidirlər.
6.
Cəm şəkilçisi -lar,-lər qoşulduğu sözün son samitindən asılı
olaraq -nah, -dah, -rah şəklində tələffüz olunur: xanlar- [xannar],
oğlanlar-[oğlannar], aflar-[afdar], işlər-[işdər], qərar- lar-qərarrar, f
əkəri ər-[fəkərrər] və s.
7.
İsim düzəldən -hq\ sifəf düzəldən -h'* şəkilçiləri qoşulduq- ları
sözün son samitinin fəsiri ilə ilk samitini
d, n, r səslərindən biri ilə
əvəz edir: aydınlıq-[aydmnix], qanlı-[qannı], qarlı-[qar- rı], ath-[atdı],
ətli-[ətdi], dadlı-[daddı], varlı-[varrı], ətirli-[ətir- ri], unlu-[unnu],
bulanlıq-[bulannıx] və s.
8.
Ümumiyyətlə d, t, z, s, ş samitləri ilə bitən sözlərə 1 samiti ilə
başlayan şəkilçilər qoşulanda tələffüzdə 1 səsi d ilə əvəzlənir:
rahatlıq-[rahatdıx], südlü-[sütdü], otluq-[otdux], səslər- [səsdər],
qızlar-[qızdar], işlə-[işdə], gözlə-[gözdə] və s.
9.
Adhq halda qoşa samitli təkhecah alınma sözlərə samitlə
başlanan şəkilçilər artmldıqda qoşa samitlərdən biri düşür:
fənn-fənlər,
sirr-sirli,
xətt-xətkeş, haqq-haqsız, hiss-hissiz.
Bu qaydanı yaxşı mənimsəməyən şagird və tələbələr qoşa
samitləri saxlamağa çahşdıqlan kimi (fənnlər, sirrli, haqqsız), həmin
sözləri tək samitlə yazanlar da vardır, "sirr" əvəzinə "sir", "hiss"
əvəzinə "his", "xətt" əvəzinə "xət", "zidd" əvəzinə "zid", "fənn"
əvəzinə "fən", "haqq" əvəzinə "haq" və s.
10.
a, ə saitləri ilə bitən feillərə, feili sifət və feili bağlamalara
saitlə başlanan şəkilçi artırıldıqda sözün sonundakı həmin saitlər
ahəng qanununa uyğun olaraq müvafiq qapalı saitlə əvəzlənərək
tələffüz olunur: başlayır-[başlıyır], oynayır-[oynu-
13S