yur], işləyər-[işliyər], gözləyən-[gözlüyən], ovlayar-[ovluyar],
oynayanda-[oynuyanda] və s.
11.
Feilin indiki və qeyri-qəti gələcək zaman formalarının inkarı
ədəbi dilin qaydalarına uyğun formada yox, şifahi nitqin tələbinə
uyğun tələffüz olunur və yazılır: yazmayır-yazmır, oxu-
mayar-oxumaz, gəlməyir-gəlmir, getməyər-getməz və s.
12.
Nəqli keçmiş zamanda 11 şəxsin təkində -mış'* şəkilçisinin ş
səsi deyilmir, cəmində isə ş samiti düşməklə yanaşı həm də şəxs
sonluğu -sınız'* qısaldılmış -sız'* şəklində tələffüz olunur:
almışsan-[almısan],
gəlmişsən-[gəlmisən],
oxumuşsunuz-[oxu-
musuz],
getmişsiniz-[getmisiz],
oynamışsan-[oynamışan],
oynamışsınız-[oynamısız] və s.
13.
-ma/mə şəkilçisindən sonra saitlə başlanan şəkilçi gəldikdə
inkarlıq bildirən şəkilçilərin saiti söz kökünün ahənginə uyğun olaraq
qapalı saitlə əvəzlənərək tələffüz olunur: gəlməyim-[gəlmiyim],
almayasan-[almıyasan],
oxumaya-[oxumuya],
görməyim-[görmüyüm] və s.
14.
ilə qoşması samitlə bitən sözlərdə -nan/nən şəklində tələffüz
olunur:
müəllimlə-[müəllimnən],
dostunla-[dostunnan],
anamla-[anamnan]. Arzu ilə-[arzuynan], ata ilə-[ataynan], [atey- nən]
və s.
15.
üçün qoşması tələffüzdə ahəng qanununa tabe olaraq
əvvəlinci saitin düşməsi hesabına -çin'* şəklində tələffüz olunur:
atamız üçün-[atamızçın], vətən üçün-[vətənçün], onun üçün-
[onunçun] və s.
Bu qoşma sonu açıq saitlə bitən sözlərdən sonra gəldikdə həmin
sait bitişdirici y samiti qarşısında e səsi ilə tələffüz olunur: ana
üçün-[aneyçün], nənə üçün-[nəneyçün], idarə üçün-[i- dareyçün] və.s.
Üçün qoşması qapalı saitlər qarşısında bitişdirici y samitindən sonra
yalnız ilk saitini itirir: qutu üçün-[qutuy- çun], ütü üçün-[ütüyçün], su
üçün-[suyçun], inəyin südü üçün- [inəyin südüyçün]. və.s
Haqqında danışdığımız bütün bu fonetik qanun və hadisələr,
səslərin yer dəyişməsi və əvəzlənməsi saitlərin çox işlənməsi ilə
136
bağlıdır. Nitq axını zamanı müxtəlif məxrəcli səsləri tələffüz etmək
üçün danışıq üzvləri daha asan, səlis, rəvan tələffüzə meyil- li
olduğundan səs təhrifləri - fonetik hadisələr meydana çıxır. Bəzi
məqamlarda bir səsin başqa birisinə təsir edərək onu tamamilə öz
məxrəcinə, yaxud yaxın səs məxrəcinə salması özünü assimilyasiya
(səs uyuşması) kimi göstərir ki, biz bunlardan bəhs etdik;
məndən-[mənnən], alırlar-[ahllar], qaçdı-[qaşdı] və s.
Yaxud, bəzi hallarda bir səs öz cinsindən olana təsir edərək onun
səslənməsini dəyişdirir ki, buna dissimilyasiya deyilir (qa-
rarmaq-qaralmaq, sararmaq-saralmaq, hammal-hambal və s.).
Eləcə də danışıq zamanı söz daxilində yanaşı gələn samitlərin öz
yerini dəyişməsi metateza hadisəsi kimi özünü göstərir:
(yanhş-yalnış, doğru-dorğu, süfrə-sürfə, küflət-külfət, nəlbəki-
lənbəki).
Samitlə başlanan və ya samitlə qurtaran bir sıra alınma sözlərin
əvvəlinə, yaxud sonuna sait səs artırılır. Bu, Azərbaycan dili üçün
xarakterik olmayan iki samitin yanaşı gəlməsi ilə əlaqədardır və
dilçilikdə bu hadisəni proteza adlandmrlar: qrup-qu- rup, qram-qıram,
klub-kulub, stəkan-istəkan, stansiya-istansiya, şkaf-işkaf, stol-ustol
və s.
r samiti ilə başlayan bir sıra alınma sözlərin əvvəlinə i saiti
artırılır: Rza-[irza], razi-[irazi]. Rəsul-[irəsul]. Rəhim-[irəhim]
və s.
Bir sıra alınma sözlərin sonunda iki samit yanaşı gəlirsə, onların
arasına bir qapalı sait artınhr: səbr-[səbir], qəbr-[qəbir], sədr-[sədir],
dövr-[dövür], zülm-[zülüm] və s.
Bəzən iki sözün birləşməsi və ya sözə müəyyən şəkilçinin
artırılması zamanı çoxhecalıhq yaranmasın deyə, alınmış sözü
müəyyən dərəcədə qısaltmaq lazım gəlir. Eliziya adlanan bu fonetik
hadisə müxtəlif samit və ya sait səslərin dəyişməsi ilə xarakterizə
olunur. Bir qrup milli sözlərimizdə (alın, beyin, burun, boyun, çiyin,
qarın və s.) və əslən alınma mənşəli sözlərdə (fikir, sinif, şəkil, nəsil,
ömür və s.) son hecadakı qapalı saitlər hal və mənsubiyyət
şəkilçilərindən əvvəl yazıda və tələffüzdə dü
137
şür; (onun) oğlu, bumu, alnına, ağzını, boynunun; sinfimiz, şək-
linə,ömrünü, nəsliniz və s.
Dialekt və şivələr üçün adi hal almış bu hadisə canlı danışıq
dilində də dilin fonetk imkanlanndan uğurla istifadə bacarığının
nümayişinə çevrilir.
ABBREVİATÜRLƏRİN
TƏLƏFFÜZÜ İLƏ BAĞLI QAYDALAR
Baş hərfərdən ibarət mürəkkəb qısaltmalar aşağıdakı şəkildə
yazılır və tələffüz olunur:
1) səslərin adı ilə: YAP-Yeni Azərbaycan Partiyası, ABŞ-
Amerika Birləşmiş Ştatlan, ATƏT-Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı, AŞPA-Avropa Şurası Parlament Assambleyası
və s.
2.
hərflərin adlan ilə: MSK (emseka) - Mərkəzi Seçki
Komissiyası, MDB (emdebe)-Müstəqil Dövlətlər Birliyi,BMT-
(beemte)-Birləşmiş Millətlər Təşkilatı, BDU-(bedu)-Bakı Dövlət
Universiteti və s.
3.
bütöv şəkildə, tərkibindəki sözlərlə oxunanlar: DYP-Döv- lət
Yol Polisi, KİV-Kütləvi İnformasiya Vasitələri, AMEA- Azərbaycan
Milli Elmlər Akademiyası, ADBTİA-Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyası və s.
Sual və tapşırıqlar
1.
Fonetik-orfoqrafik norma nə deməkdir və hansı nitq üçün
əsasdır?
2.
Yazılı nitqdə şifahi nitq ünsürlərini əvəz edən nədir?
3.
Monoloji nitqin növlərini deyin və onları izah edin.
4.
Ədəbi dilin yazılı üslubları hansı cəhətdən şifahi üslubdan
fərqlənir?
5.
Nitqi fərdi, yoxsa ümumi hadisə adlandırmaq düzgündür?
6.
Ədəbi dil normaları hansı nitqdə tam gözlənilir?
138
Dostları ilə paylaş: |