Min turac ötdükcə ellər bağında
Göylərə uçdunmu sən o qanadla? (S. Vurğun).
Çalışma 58. Frazeoloji birləşmələri tapıb onların ümumişlək
sözlərə uyğun qarşılığını göstərin:
Gözüm bir alagöz xanıma düşdü, Sındı qol-qanadım yanıma
düşdü. (A.Ələsgər); Mənim ürəyim yumşaqdır. Hicran qəmini çəkib,
sənin halına yanır; Bilirsən ki, hər nə vardı, hamısı əldən getdi; O,
xırda oğurluqla məşğul olmur, həmişə qaz vurub qazan doldurmağa
çalışır; Üz vermə nadana, sirr vermə pisə; Sənin ona əl qaldırmağa
ixtiyarın yoxdur; Söz vermişəm, yalan gəlməz dilimə.
Çalışma 59. Frazeoloji birləşmələrə uyğun gələn ümumişlək
sözləri tapıb qarşı-qarşıya yazın:
a)
üzü gülmək; əl altından; yada salmaq; yola düşmək; əldən
düşmək; dabanına tüpürmək; ürəyi ağzına gəlmək; ağzına su almaq;
dilotu yemək; başa düşmək; göz verib, işıq
verməmək; yola salmaq;
b)
qorxmaq, qaçmaq, susmaq, yorulmaq, çox danışmaq, getmək,
anlamaq, xatırlamaq, ötürmək, gizli, sevinmək, incitmək.
Çalışma 60. Səslənməsinə və yazılışına görə eyni olan, mənaları
arasında heç bir əlaqə olmayan omonim sözlərin mənalarını tapın,
hansı nitq hissələrinə aid olduğunu qarşısında
göstərin;
axmaq, divan, dava, əlli, alıcı, düz, başlıq
Çalışma 61. İsimlə feilin kökünü omonim saymaq olarmı?
Fikrinizi əsaslandırın:
bit-bitmək, az-azmaq, çat-çatmaq, yol-yolmaq, saç-saçmaq,
tut-tutmaq, sol-solmaq, sağ-sağmaq, üz-üzmək, qırx-qırxmaq,
ağrı-ağrımaq, gül-gülmək, yay-yaymaq, say-saymaq, qız-qız- maq,
yaz-yazmaq,
aş-aşmaq, qır-qırmaq, inci-incimək.
Çalışma 62. İndiyə qədər gördüyünüz afişaları xatırlayaraq bir
konsert
afişası tərtib edin.
Çalışma 63.
Elan ilə
bildiriş arasında fərq varmı? Bir
bildiriş
yazın.
96
İNTONASİYA, VURĞU VU FASİIU
intonasiya latın sözüdür,
"ucadan təlaffüz etmdk" mənasında
işlənir. İntonasiya modallıq bildirir.
Məntiqi nitqdə fikrin, mövzunun məzmununu dəqiq və aydın
şəkildə çatdırmaq üçün cümlələrin ekspressivliyini təmin etməyə
yönəlmiş
intonasiya diqqətdə saxlanılır. Nitqdə emosional boya kəsb
etməklə dinləyicilərin hisslərinə təsir mexanizmi kimi intonasiya
xüsusi əhəmiyyət daşıyır. İntonasiya baxımından düzgün qurulmuş
nitq insanların qəlbinə tez yol tapır, onları darıxmağa, yorulmağa
qoymur, xoş əhval-ruhiyyə yaradır, maraq oyadır.
Nitqin
ahəngi, mclodik səs quruluşu, ritmi (vurğulu və vur-
ğusuz hecaların nisbəti, əlaqəsi),
tempi və ya
surəti (müəyyən vaxt
ərzində sürətli və ya yavaş tələffüzü),
intensivliyi (nəfəsal- manm
güclənməsi və ya zəifləməsi),
məntiqi vurğusu, tembri kimi
xüsusiyyətləri - birlikdə
intonasiyanı təşkil edir. Məhz intonasiya
vasitəsilə nitqdə müxtəlif emosional vəziyyət yaradılır. Modallıq
bildirən intonasiya cümlənin mənasını müəyyənləşdirir, cümlə
üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, cümlə daxilində
xitabları, ara sözləri, ümumiləşdirici sözləri, əlavələri və
xüsusiləşmələri nəzərə çarpdınr.
Dilimiz intonasiya cəhətdən zəngindir və bu hesaba nitq
prosesində rəngarəng məna çalarları yaratmaq olur. İntonasiya, qısa
şəkildə desək, tələffüz hadisəsidir. Ünsiyyət prosesində natiq öz
məqsədinə uyğun tərzdə nitqini qurur. Yazılı nitqi oxuyan şəxs
yazanın intonasiyasını eşitmir, amma yazı manerasından, durğu
işarələrinə və dil vasitələrinə istinadən onun hansı hisslərlə cümlələri
qurmasını təsəvvür edir. Məsələn:
əyləşin, bağışlayın, üzr istəyirəm,
xoş gəldiniz, bəli, əhsən, təşəkkür edirəm və s.
kimi söz və ifadələr
intonasiyadan asılı olaraq
97