5)
Cümlələrdə müəyyən sözlərin şüurlu olaraq müəllif pri- yəmu
kimi təkrarlanmasr vurğunun yerini müəyyənləşdirir, təkrar əlunan
sözün birinci tərəfi qüvvətli tələffüz edilir; Məsələn: Günlər
bircə-bircə keçir, məqsədimizə biz çatınq yavaş-yavaş. Bir
məqsədimiz əlmuşdur: öyrənmək, öyrənmək, yenə də öyrənmək.
6)
Kəskin etiraz, təşviq bildirən sözlərə vurğu düşür: Yəx, belə
əlmayacaq. Xeyr, belə əxumaq olmaz. Haydı, iş başına.
7)
Hiss, həyəcan bildirən nidaların üzərinə vurğu düşür:
Məsələn: Aman, əlmasm azar! Əfsus, günlər boş keçir. Heyhat, vaxt
gözləmir.
8)
Tərzi-hərəkət zərflərinə məntiqi vurğu düşür; Məsələn; O,
ətağa yavaşca keçdi. Külək birdən başladığı kimi, qəflətən sakitləşdi.
9)
Xitablar, müraciət bildirən sözlər məntiqi vurğu qəbul edir;
Məsələn: Vaqif, indi get. Əsmə, ey külək, yağma, ey yağış.
10)
Sual cümlələrində sual əvəzlikləri və sual ədatlan ilə işlənən
sözər: Məsələn: - Adm, səyadm nədir? Yəlumuz hayanadır?
Harada yaşayırsan? Sən dərsdən sənra stadiənaım gedəcəksən?
11)
-da/də bağlayıcıları ilə işlənən sözlər; - Mən idmançılara da,
məşqçilərə də təşəkkür edirəm.
12)
Qüvvətləndirici və məhdudlaşdırıcı ədatlardan (hətta, məhz,
əksərən, ancaq, yalnız, bircə, təkcə və s.) sonra gələn sözün üzərinə
düşür: Hətta hakim də təəccüblə baxdı. Yalnız yaxşı oxumaq azdır,
həm də yarışlarda yaxşı çıxış etmək lazımdır.
HƏVaCANLI VURfiU
Nitqin emosionallığını artıran vasitələrdən biri də həyəcanlı
vurğudur. Yüksək emosiya, hiss-həyəcan ifadə etmək məqsədilə
cümlədə, abzasda sözün və ya ayrıca bir cümlənin yüksək intonasiya
ilə deyilməsi hayəcanlı vurğu adlanır. Məntiqi vurğudan fərqli
olaraq, həyəcanlı vurğu ən azı bir cümləni əhatə edir, iki, üç və daha
çox cümlə, hətta bir abzas, beyt, bənd həyəcanlı vurğu altında deyilə
bilir, danışanın nəzərdə tutduğu məqsədi məharətlə əks etdirir.
Deməli, cümlənin bütün üzvləri, yaxud
lOZ
iki, üç cümlə, bəzən də bir abzas xüsusi intonasiya ilə ifadə olunur,
nitq axarında aktuallaşmış üzvə, hissəyə çevrilir, dinləyicilərin
diqqətini özünə yönəldir. Məsələn:
-
Bir qulağın məndə olsun, a Bəbir, gör sənə nə deyirəm. Qədiri
də öldürüblər!
Bəbir bəy qaşlarını çatdı. Ona tərəf əyildi. Qəlyan əlindən düşdü:
-
Necə?
-
Qədiri ey!.. Qədir tərəfindən başın sağ olsun... Allah sənə səbir
versin! Necə olsa nökərin idi!
-
Belə bizim bu Qumrunun əri!..
-
Özüdür, həmin Qumrunun əri!...
Məşədi Cahangir son sözlərini mənalı əda ilə bitirdi. "Qu..
.mru..nun.. .əəəəri!" (Mir Cəlal. "Dirilən adam" romanından).
Azərbaycan dilində qoşa sait və ya qoşa samitlərin işlənməsi
təsadüfi xarakter daşıyır, amma həyəcanlı vurğu zamanı nitqdə belə
hallara yol verilir: Məs: - Əccəb oldu, qoy ollsun! Danışşş!
Məni, məni, məni qəmzə oxilə öldürdü!
Sənin, sənin, sənin ol cadu gözlərin yeksər (Nəsimi).
A-a-a-al ki, yeridir kö-kö-kö-könlümü mənim.
Sa-sa-sa-sal ki, yeridir zü-zü-zü-zülfünə çini (Nəsimi).
Vurğunun bu növü danışanın daxili hissinin, həyəcanının səslərlə
ifadəsidir. Bu zaman sözün bir səsi-saiti, yaxud samiti daha gərgin,
daha güclü olur, səs uzadılır (2, səh,88). Ay, can, of, uf, tfu, vay və s.
nidalararmda sait və samitlər qoşalaşdırıldıq- da, üçləşdirildikdə
əmələ gələn məna həyəcanlı vurğu hesabı- nadır.
-
Vay (vayy), vay (vayy)! Nə yaman müşkülə düşdü işim, Allah
(M.Ə.Sabir). Çox qəşəngdir (qəşşşəngdir)!
FASİia
(PAUZA)
Nitq axını zamanı cümləyə fonosintaktik çalar verən fasilənin də
xüsusi yeri vardır. Danışıqda tənəffüs məqsədilə edilən
103
fasilə fonetik-ritmik qrupun yaranmasında başlıca vasitədir. Tənəffüs
nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Fasilə nitqi məntiqi məna
daşıyan hissələrə bölməklə onun dəqiqliyinə, düzgünlüyünə,
aydınlığına səbəb olur. Məsələn: Oxu, qardaşın kimi, tənbəl olma -
Oxu qardaşın kimi, tənbəl olma; Gözəl qızın lenti hanı?- Gözəl, qızın
lenti hanı? Əmiqızm yatmayıb ki, səni gözləyir - Əmi, qızın yatmayıb
ki, səni gözləyir və.s. Bu cümlələrdə diqqəti çəkən fasilədir. Şifahi
nitqdəki fasiləni yazıda durğu işarəsi (vergül) əvəz edir. Tənəffüs və
durğu işarələri cümlənin mənasını dəyişdirə bilir.
Cümlədə qarşılaşdırma bildirən amma, ancaq, fəqət, lakin,
səbəb bildirən çünki bağlayıcılarmdan, bir sıra ədatlardan, artıq,
hətta, bəri, qabaq, əvvəl, sonra, ötrü, ilə qoşmalarından, xitablardan
sonra da fasilə edilir, yazıda onlardan əvvəl və ya sonra vergül işarəsi
qoyulur.
Əruz vəznində yazılmış əsərlərdə, xüsusən qəzəllərdə fasilə
təfllələrini (təqtləri) gözləmək mütləq lazımdır. Hər bir təqtdən sonra
edilən qısa və ya davamlı fasilə nitqdə xüsusi ritm yaradır. Məsələn:
Qamu bimarinə canan/dəvayi-dərd edər ehsan,//
Neçin qılmaz/mənə dərman/, məni bimar o sanmazmı?// (Füzuli)
Kipriyin xəncərdir/, qaşların kaman//
Yıxdığın acizə/ verməzsən aman,//
Dedilər//, cəlladsan/, etməzdim güman,//
Salacaqdır məni/ qana gözlərin,// (Ə.Vahid)
Nitq zamanı səsin müəyyən intervalda alçalıb yüksəlməsi
melodiklik əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi hallann ifadəsinə
xidmət edir, emosional həssaslığın göstəricisinə çevrilir. Cümlənin
melodiyası əvvəlcə yüksək olur, sona doğru alçalır. Səs tonunun
ucalıb enməsi yazıda durğu işarələri ilə tənzimlənir. Sual və nida
işarələri ilə işlənmiş cümlələr səs tonunun yük- səklyi ilə seçilir:
Məsələn: Haydı dəlilərim, bu gün dava günüdür! Dostum, bəs harada
qalmışdın?
m
Dostları ilə paylaş: |