Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə36/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   32   33   34   35   36   37   38   39   ...   70

4.
 
Nitqin  düzgünlüyü,  dəqiqliyi  hamıdan  tələb  olunur.  Bəs 
nitqin ifadəliyi necə? İfadəli nitq kimə aiddir? 
5.
 
Nitqin təmizliyi ədəbi dilin normalarına əsaslanmaq əsasında, 
yoxsa dil vasitələrinin təhrif olunması hesabına təmin olunur? 
6.
 
Nitqin əsas keyfiyyətləri hansılardır? 
7.
 
Fikrin aydın ifadəsinin ilkin şərti nədir? 
8.
 
Azərbaycan  dilində  hansı  səslər  işlənmə  tezliyinə  və 
kəmiyyətinə görə əsas yeri tutur? 
9.
 
Azərbaycan  sözləri  üçün  hansı  hecalar  səciyyəvidir,  səbəbi 
nədir? 
10.
 
Ahəng qanunu nitqin hansı keyfiyyətində əsas rola malikdir? 
Çalışma  67.  Yazılışından  fərqli  tələffüz  olunan  səsləri 
müəyyənləşdirin: 
Bu bayram da sənsiz keçdi, ay ata, 
Daha bayramların duzu da yoxdur. 
Yeddi il olubdur görmürəm səni, 
Yaralı qəlbimin sözü də yoxdur. 
Ata, gələcəyəm yolumu gözlə
Yanında yer ayır, məni əzizlə. 
Necə darıxmışam deyilmir sözlə, 
Payız günlərimin yazı da yoxdur. 
Nəvələrim bal suyundan içsinlər, 
Seçib sevib yar evinə köçsünlər. 
Pərvazlanıb duma kimi uçsunlar
Qız-gəlinin kəsilməsin ayağı, 
Sözüm "Qızlar bulağı". 
Bənövşədən rəng alacaq gözləri
Görən balmı, şəkərdirmi sözləri. 
Hansı qəlbdən keçəcəkdir izləri
Şirin dillə bura yığın, qızlan. 



Allah, bu da öz bəndənə sirdinni? 
Qayalardan qəpan damcı dürdürmü? 
Dədəm Qərqud gəlib səni gördümü? 
Bu daşlara dəyibdirmi ayağı? 
Gözüm "Qızlar bulağı". 
Min gözələ işvə verdin, naz verdin. 
Sevənlərə bir ətirli yaz verdin. 
Ozanlara vəsf etinəkçün saz verdin
Qənaqlıdır, gəlimlidir hər çağın. 
Sazım  "Qızlar  bulağı".  (Elmira  Qasıməva.  Şirin  duyğu. 
Bakı, 2007, səh. 198) 
Çabşma  68.  Avrəpa  çempiənatinda  qalib  gəlmiş  bir  tələbəyə 
Prezident  təqaüdü  verilməsi  haqqında  Akademiyanın  rektəruna 
xahişnamə ilə müraciət edin. 
NATİQIİK SaNƏTİNİN SAHOIORİ 
Forma  və  məzmununa  görə  nitqin  geniş  yayılmış  növləri 
aşağıdakılar hesab olunur: 
1.  İctimai-siyasi  natiqlik.  Bura:  1)  Prezidentin  inoqurasiya 
(andiçmə) nitqi; 2) Siyasi mövzuda məruzə; 3) Siyasi mövzuda çıxış 
(xarici ölkələrdə prezidentin çıxışı); 4) İcmal nitqi. Böyük məclislərdə 
son  söz;  5)  Mitinqdə  çıxışlar;  6)  Siyasi  təbliğatçıların  nitqi; 
Qanunvericilik layihələri; Parlament mübahisələri və s. 
İctimai-siyasi nitq siyasi-ictimai əhəmiyyətli hadisələri (prezident 
seçkisi,  deputat  seçkisi,  yeni  il  ərəfəsində  ölkə  başçısının  xalqa 
müraciəti. Prezidentin hərbi hissələrdə ölkənin hərbi qüdrəti haqqında 
çıxışı  və  s.),  müvafiq  strukturlar  qarşısında,  toplantıda  hesabat 
məruzəsi, kütlə və ya sahə nümayəndələri qarşısında çıxış, eləcə də 
radio-televiziya vasitəsilə ölkə vətəndaşlarına 



müraciət-çıxışları  əhatə  edir.  İstər  Sovet  hakimiyyəti  dövründə, 
istərsə  də  Müstəqillik  illərində  ulu  öndərimiz,  ümummilli  lider 
H.Ə.Əliyevin,  hazırda  Respublikamızın  prezidenti  möhtərəm 
İ.H.Əliyev  cənablarının  ölkənin  daxili  və  xarici  siyasəti,  ölkə 
daxilində  gedən  ictimai-siyasi  hadisələrlə  bağlı  çıxışları  ictimai- 
siyasi nitqin ən dəyərli nümunələridir. 
2.
 
Diplomatik natiqlik. Diplomatik natiqliyə dövlət başçısı və ya 
xarici  işlər  nazirinin  BMT-dəki  çıxışları,  mətbuat  konfranslarında 
siyasi məsələlərlə bağlı çıxışlar və diplomatik müsahibələr daxildir. 
Diplomatik  nitq  öz  xarakteri,  forması  və  məzmununa  görə 
ictimai-siyasi  nitqdən  ciddi  fərqlənmir.  Prezidentin  nitqi  dövlətin 
taleyüklü  problemləri  ilə  bağlı  olduğuna  görə  onda  beynəlxalq 
səviyyəli məsələlərin qoyuluşu, respublikanın mənafeyi baxımından 
münasibəti  öz  əksini  tapırsa,  xarici  işlər  naziri  BMT-də,  ayrı-ayrı 
ölkələrdə  keçirdiyi  mətbuat  konfranslarında  öz  ölkəsinin  siyasi 
baxışını dünya birliyinə çatdırır. 
3.
 
Mahkama  natiqliyi.  Bura  hakimlərin,  prokuror,  vəkil, 
müttəhim və şahidlərin nitqi daxil edilir. Prokuror və hakimin nitqi 
ittihamedici, müttəhim və vəkilin nitqi müdafləedici xarakterdə olur. 
İttihamçıların  nitqi  faktların  dərin  təhlilinə,  dəlil  və  sübutlara 
əsaslanır, obyektivliyə, ədalətə əsaslanır, qanunun aliliyi müttəhimə 
inandırıcı şəkildə çatdırılır. 
Vəkilin çıxışı da dəlil və sübutlarla müşayiət olunmalı, məhkəmə 
prosesində qaldırılan vəsadət baş vermiş hadisənin təhlili nəticəsində 
hakimin  hökmünə  müsbət  təsir  göstərməlidir.  Müttəhimin  istər  öz 
cinayəti  haqqındakı  çıxışı,  istərsə  də  özünü  müdafiə  nitqi  münasib 
sözlər,  ifadələr,  cümlələrlə  öz  şərhini  tapmalıdır,  o,  nitqini  məntiqi 
əsasda  qurmağa  çalışmalıdır.  Hadisənin  ədalətli  çözümü  üçün 
məhkəmə  salonlarında  qanunların  keşiyində  duran  prokurorun  da, 
ədliyyə  sistemində  çalışıb  qanunun  aliliyini  qorumalı  olan  hakimin 
də,  adamların  vətəndaş  hüquqlarını  müdafiə etməli  olan  vəkilin  də, 
müttəhimin  də  nitqi  rabitəli  olmalı,  əsas  fikrin  açılmasına  xidmət 
etməlidir. 
H3 


4.
 
Hərbi  natiqlik.  Hərbi  nitqə  aiddir:  a)  Həqiqi  hərbi  xidmətə 
çağırılmış gəncləri, əsgərləri ruhlandırmaq, müqəddəs ana vətənimizi 
qorumaq,  xalqımızın  firavan  həyatını,  təhlükəsiz  yaşamasını  təmin 
etmək  üçün  hərbi  komissann,  müdafiə  nazirinin  çağınş  nitqi;  b) 
Əsgərlərin hərbi andı; c) Hərbi nizamnamənin şərhi; ç) Komandirlərin 
hərbçilər qarşısında çıxışı. 
5.
 
Akademik  natiqlik.  Akademiya  sistemində,  universitet  və 
müxtəlif  ali  məktəblərdə,  elmi  müəssisələrdə,  beynəlxalq  konfrans, 
simpozium,  treninqlərdə  edilən  məruzələr,  çıxışlar,  oxunan 
mühazirələr,  elmi  rəy  və  dissertasiya  müdafiəsində  çıxışlar  və  s. 
akademik  natiqliyə  daxildir.  Bu,  elm  adamlarının  müxtəlif 
toplantılarda,  müdafiə  şuralannda,  müəllimlərin  ali  məktəb  au- 
ditoriyalannda,  elmi-praktik  konfranslarda,  savadlı  və  hazırlıqlı 
apancı və diktorların ekran və efir qarşısında etdikləri nitqdir. Nitqin 
bu növü yaradıcı xarakter daşıyır. Ziyalılar, alimlər, professor, dosent 
və  baş  müəllimlər  öz  araşdırmalarını,  tədqiqatlarını  yazılı 
(monoqrafiya,  dərslik,  dərs  vəsaiti,  məqalə)  və  şifahi  (mühazirə, 
məruzə, çıxış, məlumat) vasitələrlə məntiqli, ardıcıl, dəlil-sübutlarla, 
ümumiləşdirmələr, nəticələrlə oxucu və dinləyicilərə çatdırırlar. 
6.
 
İctimai-məişət  natiqliyi.  Natiqliyin  bu  növündə  yubiley 
tədbirlərində, bayramlarda, toylarda, şənliklərdə, ad günlərində, dəfn 
mərasimlərində və s. adamlar təbrik nitqi söyləyir, sağlıq deyir, çıxış 
edirlər.  Məişət  zəminində  söylənilən  bu  çıxış  -  nitqlərdə  haqqında 
söhbət  gedən  adamın  şəxsiyyətinə,  hadisənin  mahiyyəti  və 
əhəmiyyətinə  aid  xoş  sözlərə,  obrazlı  ifadələrə,  təntənəli  qurulmuş 
cümlələrə,  təriflərə,  təbriklərə  və  başsağlığı  etiketlərinə  geniş  yer 
verilir. 
Natiqliyin bu növü iki formada özünü göstərir: Birincisi, görkəmli 
şəxslərə  -  elm,  təhsil  və  mədəniyyət  xadimlərinə,  yazıçı,  bəstəkar, 
rəssam,  aktyorlara,  əmək  və  müharibə  veteranlarına,  eləcə  də 
əlamətdar  tarixi  günlərə  həsr  olunmuş  tədbirlər;  ikincisi,  ailədə 
dostlar,  yaxın  adamlar  və  tanışlarla  keçirilən  ad  günləri,  yubiley 
şənlikləri. 
114 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə