Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə35/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   31   32   33   34   35   36   37   38   ...   70

dikdə isə ondan əvvəl: - Əlbəttə, mən dərsi öyrənmişdim. Mən dərsi, 
əlbəttə, öyrəmnişdim. 
d)
 
Hətta, ələlxüsus, habelə, baxmayaraq sözləri ilə xüsusilə- şən 
cümlə  üzvündən  əvvəl:  O  gecikmişdi,  hətta  zəng  vurulandan  xeyli 
sonra gəldi. 
e)
 
Cümlənin əvvəlində gələn xitabdan sonra; cümlənin ortasında 
gələn xitabdan əvvəl və sonra, xitab cümlənin sonunda gəldikdə isə 
ondan  əvvəl:  Adil,sən  axşam  harada  idin?  Adətdir,  ay  oğul,  gələni 
qarşılayarlar. 
3.
 
Nöqtəli vergül: 
İki  fikir  arasında  aydınlaşdırma  bildirən  tabesiz  mürəkkəb 
cümlənin tərkib hissələri arasında: - Qar hər tərəfə səpələnirdi; hətta 
eyvanlardan boylanan uşaqlann üstünə də yağırdı. 
4.
 
Défis: 
a)
 
Mürəkkəb  sözlərin  tərəfləri  arasında:  ətli-canlı,  ağlı-qaralı, 
gözəl-göyçək, səhər-səhər və s. 
b)
 
Mürəkkəb  qısaltmalarla  şəkilçilərin  arasında:  ABŞ-da; 
AŞPA-nı; BDU-ya və s. 
c)
 
Sıra sayları rəqəmlə yazıldıqda: 2-ci, 10-cu və s. 
ç) İzafət tərkiblərində: tərcümeyi-hal, tərzi-hərəkət, şəbi-  hicran 
və s. 
d)
 
Əks,  kontr,  qeyd,  qeyri,  vitse,  eks  sözlərindən  sonra:  qeyd- 
şərtsiz,  qeyri-qanuni,  əks-fənd,  eks-çempion,  kontr-admiral, 
vitse-prezident və s. 
5.
 
Tire: 
a)
 
Cümlə üzvünün əlavəsindən əvvəl: - Onun oxuduğu ali məktəb 
- universitet burada yerləşir. 
b)
 
Qarşılaşdırılan sözlərdən birincisindən sonra: Əsirlər - qocalar, 
cavanlar, yeniyetmələr kədərli idilər. 
c)
 
Həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra: - 
Onlar hər şeydən - ailədən, işdən, məhəbbətdən danışdılar. 
ç) Həmcins üzvlərdən sonra gələn ümumiləşdirici sözdən əvvəl: - 
Bu  bizə  atamdan,  atamın  atasından,  babamdan  -  ulularımızdan 
yadigar qalmışdır. 
108 


d)
 
Nəzərə  çarpdınlan  məntiqi  vurğulu  sözdən  sonra:  -  Şair,  sən 
şahın hüzurundasan? - Bunu sənsiz belə bilirəm, inan! 
e)
 
Dialoqlarda  replikalardan  əvvəl:  -  Hə,  muştuluq  mənə  nə 
verəcəksən?  -  Nəyim  var  ki,  nə  verim?!  -  Boyun  ol,  gələcəkdə 
verərsən. 
ə) Vasitəsiz nitqdə müəllif sözündən əvvəl və sonra: Bunu, - Əli 
dedi- buradan niyə götürməmisiniz? 
Şagirdlər  və  tələbələr  défis  işarəsi  ilə  tireni  qarışdırırlar.  Défis 
mürəkkəb sözlərin arasında qoyulur, tire  isə iki ölkə, şəhər, coğrafi 
məkan,  vaxt,  zaman  arasındakı  əlaqə  və  münasibətləri  göstərməyə 
xidmət  edən  işarədir.  Məsələn:  Azərbaycan  -Rusiya  ticarət 
müqaviləsi, 
Rusiya-tran 
müharibələri, 
Bakı-Gəncə 
qatan, 
Baki-îstanbul  reysi,  Kür-Araz  ovalığı,  Samur-Dəvəçi  kanalı, 
2000-2010-cu illər və s. Bunlar mürəkkəb sözlər olmadığından arada 
tire  işarəsi  qoyulur,  diqqətə  çatdırılmaq  üçün  tələffüzdə  fasilə  ilə 
ayrılır. 
6.
 
İki nöqtə: 
a)
 
Ümumiləşdirici  sözdən  sonra:-  Ktnik  azlıqlara:  ləzgilərə, 
saxurlara, talışlara, kürdlərə, laklara öz ana dillərində məktəb açmağa 
icazə verilmişdir. 
b)
 
"məsələn"  və  onun  ixtisar  şəklindən("məs.")  sonra:-  Belə 
cavab vermək lazımdır. Məsələn: Müəllim, zəhmət olmasa, mənə də 
söz verin. 
c)
 
Dialoqlarda: Əhməd: Vaqif məşqdə olmuşdu. 
ç) Vasitəsiz nitqdən əvvəl: 
Dedim: hər baxışda, ey sənəm nədən. 
Qəlbimə vurursan qəmzə oxun sən. 
Söylədi: "Bu təsir özgə yerdəndir. 
Vallah, özümdən də xəbərsizəm mən". 
7.
 
Üç nöqtə: 
a)
 
Fikrin  bitmədiyini  bildirmək  məqsədilə  cümlənin  sonunda: 
Onlar getdilər... getdilər... 



b)
 
Yüksək  hiss-həyəcanla  deyilib  özündən  sonrakı  sözdən 
müəyyən fasilələrlə ayrılan xitabdan sonra.  - Eh, ay ana... Məndə 0 
bəxt hanı?... 
c)
 
Dialoqlarda  müsahib  cavab  vermədikdə:  -  Sizə  gəlimmi?... 
Deyəsən, eşitmədin?... Deyirsən, bundan sonra daha nə gəlmək?! 
8.
 
Sual işarəsi: 
a)
 
Bütün sual cümlələrinin sonunda: - Məşqə gedəcəksən? 
b)
 
Elə sual cümlə tipləri vardır ki, onlar cavab almaq üçün deyil, 
nitqin təsirini artırmaq, dinləyicini düşünməyə vadar etmək məqsədi 
daşıyır:  -  Vətən  və  ana.  Bu  iki  sözdən  şirin  və  müqəddəs  nə  var 
dünyada? 
Vətənim verdi mənə nanü-nəmək. 
Vətəni, məncə, unutmaq nə demək? (A.Səhhət). 
Varlığa nə darlıq? 
Ritorik və ya bədii suallar nitqin üslubi rəngarəngliyini artmr. 
9.
 
Nida işarəsi: 
a)
 
Nida cümlələrinin sonunda: - Yaşasın müstəqil Azərbaycan! 
b)
 
Hiss-həyəcanla  deyilən  xitablardan  sonra:  -Vaqif!  Ey  taci- 
darım! 
Xuraman, Xuraman! Gör nəyin xəyalındasan! 
c)
 
Bəli,  xeyr,  yox,  çox  gözəl  kimi  təsdiq  və  ya  inkar  bildirən 
sözlərdən sonra: - Çox gözəl, çox gözəl! Razıyam, inan! 
Nida cümlələri danışanın məqsədinə uyğun məna çaları yaradır, 
nitqin ekspressivliyini, emosionallığını artmr. Nidalar müxtəlif hissi 
halları ifadə edərək fərqli intonasiyalarla söylənilir: 
-  Pəh,pəh!  Əcəb  söz  eşitdik!  Ay  belə  xoş  gəlibsən,  səfa 
gətiribsən!  Ah,  sən  nə  dəhşətli  adamsan!  Vay,  vay!  Nə  yaman 
müşkülə düşdü işim, Allah! (M.Ə.Sabir) 
Sual və tapşırıqlar 
1.
 
Nitqin intonasiyası dedikdə nələri başa düşürsünüz? 
2.
 
Yüksək mədəni səviyyəli nitqin şərtləri hansılardır? 
3.
 
Nitqin ifadəliyi dedikdə nə başa düşülür? 
no 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə