Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə37/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

Bu  tədbirlərin  forma,  keçirilmə  və  qeyd  edilmə  şəraiti  müxtəlif 
olur:  səsləndirilən  fikirlər,  rəylər,  nitqlər  öz  ifadə  tərzinə  görə 
bir-birindən fərqlənir. 
Öz  dövrü  üçün  hadisə  sayılan  bir  şəxsin  yubiley  tədbirində 
neçə-neçə  kollektivin  nümayəndələrinin  iştirakı  ilə  keçirilən 
yığıncaqda müəssisə, ali məktəb rəhbəri özü, əgər birinci şəxsə həsr 
olunmuşsa  həmin  müəssisə,  təşkilat,  federasiya  və  ya 
konfederasiyanın mötəbər şəxslərindən biri giriş nitqi söyləyir, sonra 
əvvəlcədən müəyyənləşdirilmiş səlahiyyətli şəxslərə təbrik üçün söz 
verilir,  çıxışlar  olur,  xatirələr  söylənilir,  yubilyarm  əmək 
fəaliyyətindən,  şəxsi  keyfiyyətləridən,  xalq  və  dövlət  qarşısında 
gördüyü  işlərdən  bəlağətlə,  haqlı  təriflərlə  söz  açılır.  Belə  tədbirlər 
zamanı çıxışlarda ciddilik qorunur, amma zarafatlara yol verilmir. 
Ailədə,  dostlar,  qohumlar  arasında  keçirilən  yubiley  və  ad 
günündə  şənliyin  səbəbkarı  haqqında  ürək  sözləri  deyilir,  onun 
mənəvi  və  iş  keyfiyyətləri  qeyd  edilir,  ailədə  mövqeyi  və  qayğıları 
xatırlanır.  Bu  tip  təbrik  və  çıxışlar  daha  səmimi  olur,  yada  salınan 
hadisə və faktlar, səbəbkann xarakter cizgiləri incə yumorla, qanadlı 
sözlər, obrazlı ifadələrlə emosional tərzdə səsləndirilir. 
Şadlıq  saraylarında  keçirilən  toy  mərasimlərində  yaxşı  seçilmiş 
masabəyinin nitqi daha təsirli, canlı və xoşagələn olur. Ma- sabəyi toy 
məclisinin marağına rəğmən məzəli əhvalatlar söyləyir, gəlin, bəy və 
onların yaxınları, eləcə də, ümumiyyətlə, ata, ana, gözəl qız, qadın, 
məhəbbət  haqqında  bildiyi  şeirləri,  lətifələri  özünəməxsus  yumorla 
musiqi  sədalan  altında  xüsusi  ahənglə  ucadan  səsləndirir.  Şadlıq 
saraylannda söylənilən nitqlərdə dilimizin bütün zənginlikləri,  onun 
ifadəli dil vasitələri məclis əhlinin ruhunu oxşamağa yönəlir. 
Dəfn  mərasimlərində  söylənilən  nitqlər  həcmcə  qısa  və  yığcam 
olur.  Məişət  nitqinin  bu  formasında  monoton  ifadə  tərzi  insanları 
düşündürən  həyat  və  ölüm  məsələlərinə,  təskinedici  və  təsəlliverici 
sözlər və cümlələrlə hüznlü, qəmli, təsirli şəkildə insanlara çatdırılır. 



Natiqlik  sənətinin  digər  sahələrindən  dini  natiqliyi  (din 
xadimlərinin  moizə  və  xütbələri,  "Quran"dan  ayə  və  surələrin 
oxunması,  "Quran"  tapşırma,  ehsan  və  süfrə  dualarının  oxunması, 
axund və mollalann imamların müsibətləri haqqında çıxışları), bədii 
natiqliyi (bədii axşamlarda şair və yazıçıların nitqləri; şair, yazıçı və 
bəstəkarlar haqqında mühazirə, məruzə və çıxışlar), səhnə natiqliyi, 
ekran və efir natiqliyini qeyd etmək olar. (4, səh. 129) 
Ekran  natiqliyi  kütləvi  informasiya  vasitələrindən  olan 
televiziya verilişlərinə aiddir. Yazılı və şifahi nitqin xüsusiyyətlərini 
özündə  əks  etdirən  bu  nitq  monoloji  və  dialoji  formalarda  təzahür 
tapır. Televiziya verilişlərində nitqin məzmunu təsvirlər və mətnlərlə 
tamaşaçılara  canlı  çatdırılır.  Çoxmilyonlu  auditoriya  üçün 
səsləndirilən  bu  nitq  ədəbi  dilimizin  qaydalarına,  xüsusən  də  onun 
orfoepik  normalanna  cavab  verməli,  diksiya  baxımından  aydın  və 
təbii, effektivlik baxımından isə nümunəvi olmalıdır. 
Sual və tapşırıqlar 
1.
 
İctimai-siyasi natiqlik hansı mövzularda öz ifadəsini tapır? 
2.
 
Son  bir  ildə  ölkə  prezidentinin  hansı  çıxışını  televiziyada 
dinləmisiniz və bu çıxış əsasında ictimai-siyasi nitqi necə xarakterizə 
edə bilərsiniz? 
3.
 
Diplomatik  natiqliyi  ictimai-siyasi  natiqlikdən  fərqləndirən 
nədir? 
4.
 
Məhkəmə natiqliyində ittihamçının nitqi nələrə əsaslanır? Bəs 
müdafiə olunanın çıxışı? Haçansa məhkəmə iclasında olmusunuz və 
ya haqqında eşitmisinizmi? Nələri qeyd etmək istərdiniz? 
5.
 
Həqiqi  hərbi  xidmətə  çağırılan  gənclər  qarşısında  hərbi 
komissarın çıxışı haqqında fikrinizi izah edin. O, nələri deməlidir? 
6.
 
Akademik  natiqliyi  sizə  mühazirə  oxuyan  müəllimlərin 
timsalında xarakferizə edin. 
7.
 
İcfimai-məişəf  natiqliyin  bir  növünü  imifasiya  edin.  Nələrə 
yer vermək lazım olduğunu izah eməyə çalışın. 
116 


8.
 
Fonetik-orfoqraflk norma hansı nitq üçün əsasdır? 
9.
 
Şifahi nitqdə, əsasən, hansı cümlə tiplərindən istifadə olunur? 
10.
 
Cümlədə  eyni  köklü  üzvlərin  ardıcıl  sıralanması  nitq 
baxımından  nə  qədər  münasibdir?  Misallar  gətirin  və  fikrinizi  izah 
edin. 
11.
 
Ritorik suallardan hansı məqamlarda istifadə olunur? 
12.
 
Emosional nida və ədatlara aid nümunələr göstərin. 
13.
 
Dil,  yoxsa  nitq  dəyişikliklərə  çox  məruz  qalır?  Son  iyirmi 
ildəki dil dəyişikliklərini xatırlayın. 
Çalışma 69. Aşağıdakı söz birləşmələrini cümlələrdə həm həqiqi, 
həm də məcazi mənada işlədin: 
ağzına  su  almaq,  yoldan  çıxmaq,  əl  qaldırmaq,  dərs  almaq, 
boynuna qoymaq, atası yanmaq, bumu göynəmək. 
Çalışma  70.  Cümlələrdə  frazeoloji  birləşmələri  onlara  sinonim 
olan sözlərlə əvəz edin: 
qulaq  asmaq,  özündən  çıxmaq,  gözləri  kəlləsinə  çıxmaq,  bel 
bağlamaq, dünyasını dəyişmək, gözləri yolda qalmaq, bumunun ucu 
göynəmək, tüstüsü təpəsindən çıxmaq, atası yanmaq. 
Çalışma  71.  Auditoriyaya  gətirilmiş  təlimin  texniki  vasitəsini 
ehtiyatsız davranışı hesabına korlamış bir tələbəyə töhmət hazırlayın. 
ƏDOBİ DİİİN NORMAİARI
 
Nitq  mədəniyyətinin  əlaqədar  olduğu  cəhətlərdən  biri  də  ədəbi 
dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. Sabit normalara 
malik  ədəbi  dil  dialekt  və  şivələr  hesabına  müasir  səviyyəyə  gəlib 
çatsa  da,  dialekt,  şivə  və  canlı  danışıq  dilinin  mükəmməl  olmayan 
qaydalarını olduğu kimi qəbul etməmiş, bütün xalqımız üçün anlaşıqlı 
olmaqla  tarixi  inkişaf  nəticəsində  müştərək  bir  şəklə  salınmış  və 
müvəffəqiyyətlə işlənən 
117 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə