Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə40/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   36   37   38   39   40   41   42   43   ...   70

gözləyəcək-[gözlüyəcək] və s. Xalqın böyük əksəriyyətinin işlətdiyi 
bu tələffüz şəkli ərfəepiya baxımından məqbul sayılır və nərma kimi 
götürülür.  Nitqin  axıcılıq  və  rəvanlıq  tələbinə  görə  bu  halda  səslər 
bir-birinə tələffüzcə yaxınlaşır. 
Müəyyən  fonetik  məqam  və  şəraitdən  asılı  olaraq  sait  və  samit 
səslərin  deyilişi  ilə  bağlı  tələffüz  nərmaları  nitq  prosesində  özünü 
biruzə  verir.  Xüsusən,  samitlərin  cingiltiləşməsi,  karlaş-  ması, 
əvəzlənməsi  və  tələffüzdən  düşməsi  ədəbi  tələffüz  baxımından 
məqbul sayılır. Dilimizin ərfəepiya və orfoqrafiya qaydaları bir-biri 
ilə  qarşılıqlı  əlaqədədir.  Sözlərin  bir  qisminin  yazılışı  ilə  tələffüzü 
fərqlənmədiyi halda başqa bir hissəsinin yazılışı ilə tələffüzü uyğun 
gəlmir. 
SAİTiaRİN  TaiƏFFÜZÜ  iıa  BAGII 
QAYDAİAR 
Orfoepik  normalara  uyğun  olaraq  saitlər  aşağıdakı  şəkillərdə 
tələffüz olunur: 
1.
 
A saiti. 
a)
 
a saiti bir sıra sözlərdə uzun tələffüz əlunur: alim, Arif, Qabil, 
kabel,  zalım,  namus,  katib,  zabit,  əmanət  və  s.  Ahəng  qanununa 
tabe olmayan ərəb-fars mənrşəli sözlərdə bu halla çox rastlaşırıq. 
b)
 
Qoşa  a  saitləri  iki  vahiddə  yox,  bir  uzun  [a:]  kimi  tələffüz 
əlunur. Saat -[sa:t], camaat- [cama:t], inşaat-[inşa:t], maarif-[ma:rif]. 
c)
 
Öz dilimizə məxsus barı(ədat), san(qəşma), nann(xırda, sifət), 
qan(qoca, sifət) sözlərindəki a səsi də uzadılır. 
2.
 
E saiti. 
a)
 
e saiti bəzi alınma sözlərdə bir qədər uzun tələffüz əlunur. Bu 
sözlərin  bir  qismi  latın  qrafikalı  əlifbaya  qədər  apəstrəf  işarəsi  ilə 
yazılan sözlərdir: emal, elan, edam, nemət, memar, istedad, istefa 
və s. 
b)
 
Avropa  mənşəli  bir  qrup  söz  də  mənbə  dildə  əlduğu  kimi 
müəyyən  qədər  uzun  tələffüz  əlunur:  era,  epos,  etika,  estetika, 
fonetika. 



c)
 
ea, eo sait birləşməli sözlərdə e saiti i ilə əvəzlənir, qoşa- lıq iy, 
iya,  iyo  çalarında  tələffüz  olunur:  teatr-[tiyatr],  okean-  [akiyan], 
realizm-[riyalizm], teorem-[tiyarem], frazeologiya- [fraziyalogiya] və 
s. 
3.
 
Ə saiti. 
a)
 
ə saiti bir sıra ərəb-fars mənşəli, eləcə də vaxtilə apostrof- la 
yazılan  sözlərin  ilk  hecasında  uzun  tələffüz  olunur:  Rəna,  məşuqə, 
qəbul, təmin, təmir, təlim, məna, dəvət, mədən, təsir və s. 
b)
 
Qoşa  ə  ilə  yazılan  sözlər  bir  uzun  sait  kimi  tələffüz  olunur: 
mənfəət-[mənfə:t], məətəl-[mə:təl], təəccüb-[tə:cüb], təəssüf- [tə:süf] 
və s. 
4.1 saiti. 
a)
 
çoxhecalı sözlərin ilk hecasında ı saiti eşidilməz dərəcədə zəif 
tələffüz olunur: qıfıl-[qfıl], qızartı-[qzartı]. 
b)
 
Cümlədə  sual  ədatları  işlənmədikdə  sual  məqamındakı 
sözlərdə 1 saiti bir qədər uzanır: Kitabları aldın? İşdən qayıtdın? Yenə 
qalır? Çox qazamr? Qardaşı? 
5. i saiti. 
a)
 
i  saiti  alınma  sözlərdə  uzun  tələffüz  olunur:  İran,  şivə,  nizə, 
əqidə, zinət, mərifət və s. 
b)
 
Azərbaycan dilinə məxsus bir neçə köməkçi söz azacıq uzun 
tələffüz olunur: idi, imiş, isə, ikən, ilə. 
c)
 
Bir  sıra  sözlərdə  qısa  tələffüz  olunur:  kitab,  inqilab,  iştirak, 
ikisi, məktəbimiz, dirijor, seminar, orijinal, universitet, univer- maq 
və  s.  Təsadüfi  deyildir  ki,  tələbələrimiz  bu  sözləri  -[mək-  təbmiz], 
[semnar],  [oijinal],  [unverstet],  [inkşaf]  və  s.  deməyə  və  yazmağa 
üstünlük verirlər. 
ç)  Qoşa  i  saiti  ilə  yazılan  sözlərdə  i  bir  uzun  sait  kimi  tələffüz 
olunur: bədii-[bədi:], təbii-təbi:] 
d)
 
Fars dilindən alınmış bi- ön şəkilçili sözlərdə i uzun tələffüz 
olunur: biçarə, biar, bixəbər, bisavad və s. 
e)
 
1
,  i,  u  saitləri  bir  sıra  sözlərin  vurğusuz  hecasında  zəif  (qısa) 
tələffüz olunduğuna görə şagirdlər və tələbələrimiz yazıda 
X25T 


da  çox  vaxt  onları  buraxırlar:  hamısı-  [hamsı],  qızmar-[qzmar], 
ərizə-[ərzə],  əsəbiləşmək-[əsəbləşmək],  yubiley-[yubley],  özü- 
nü-[öznü], məktəbimiz-[məktəbmiz] və s. 
6.
 
O saiti. 
a)
 
0 saiti alınma sözlərdə bir qədər uzun tələffüz olunur: filoloq, 
texnoloq, geoloq və s. 
b)
 
Qoşa 
0
  saifli  sözlər  bir  uzun  o  kimi  fələffüz  olunur: 
zooloq-[zo:loq], zoopark-[zo:park]. 
c)
 
ov səs birləşməsi ilə işlənən sözlərdə v samifi deyilişdə düşür 
və 0 saifi bir qədər uzun deyilir: buzov-[buzo], Buzovna- [buzona], 
buxov-[buxo],  dovğa-[doğa],  dovşan-[doşan],  qovun-  [qoun], 
ovuc-[ouc], oxlov-[oxlo], novruz-[noruz], alov-[alo], yovşan-[yoşan]. 
Novxanı-[noxanı] və s. 
Alınma  sözlərin  orfoqrafiyasmı  qismən  yaxşı  mənimsəməyən 
şagird və fələbələr həmin sözləri ya yazıldığı kimi fələffüz edir, ya da 
fələffüz  efdikləri  kimi  yazırlar.  Onlar  belə  sözlərin  həm 
orfoqrafiyasmı,  həm  də  orfoepiyasını  mükəmməl  öyrənməklə 
orfoepiya normalarına düzgün əməl etmiş olarlar. 
c)
 
Rus dilindən və rus dili vasitəsilə alınmış sözlərin vurğu- suz 
hecasında  o  saiti  a  kimi  tələffüz  olunur:  komanda-[kamanda], 
komediya-[kamedya], 
orkestr-[arkestr], 
problem-[prablem], 
proqram-[praqram],  konsert-[kansert],  olimpiya-[alimpiya],  fon- 
tan-[fantan], prokuror-[prakror], mikroskop-[mikraskop] və s. 
7.
 
Ö saiti. 
a)
 
ö  saiti  V  samitindən  əvvəl  gəldikdə  v  samitinin  düşməsi 
hesabına  uzun  tələffüz  olunur:  mövsüm-[mö:süm],  növbə-[nö:-  bə], 
tövbə-[tö:bə], lövbər-[lö:bər], Şövkət-[şö:kət], kövrək- [kö:rək] və s. 
b)
 
Yeni əlifba islahatından sonra əvvəllər apostrofla yazılan ərəb 
mənşəli sözlərdə ö səsi uzanır: şöbə, şölə, mötəbər. 
8.
 
u saiti. 
a)
 
u  saiti  alınma  sözlərdə  uzun  tələffüz  olunur:  aludə,  asudə. 
Füzuli, Səbuhi, ümumi və s. 
İ26
 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə