Suleyman-m teze qxd


Bizim  məktəb,  sizin  ev



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə48/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

Bizim  məktəb,  sizin  ev.  Lakin  birinci  tərəfin  işlənmədiyi  hallarda 
mənsubiyyət  şəkilçisinin  işlənməsi  artıq  labüd  olur;  məktəbimiz, 
eviniz. 
Dilimizin  özünəməxsus  xüsusiyyəti  burada  da  özünü  göstərir. 
Mənim  məktəb,  sənin  ev,  onun  və  ya  onların  bağ  deyilməz. 
Deməli, nitqdə 111 növ təyini söz birləşməsi yiyəlik halda işlənmiş 
şəxs əvəzliyi ilə formalaşır, sahiblik anlayışını bildirən birinci tərəf 
isə ixtisar oluna bilir: "mənim anam" əvəzinə anam, "sənin adın" 
əvəzinə  adın,  onun  (onların)  atası"  əvəzinə  atası  işlədilir  və  bu 
zaman  əsas  məna  nəinki  dəyişmir,  həm  də  üslubi  məqam  kimi 
cümlədə  səlislik,  ahəngdarlıq,  yığcamlıq  yaradır.  Elə  bu  qayda  ilə 
mənsubiyyət şəkilçili getdiyim, gəldiyiniz, oyunçularımız, içdikləri 
tipli  sözləri  də  aynhqda  işlətmək  və  cümləni  daha  yığcam  şəklə 
salmaq  əlur.  Canlı  danışıq  dilində,  sual-cavab  şəklində  gedən 
dialəq-müsahibələrdə  mənsubiyyət  kateqəriyasmm  ikinci  tərəfi 
ixtisara düşür. Məsələn: - Bu kimin topudur? - Mənim. - Bəs dedilər 
ki, onundur. - Yəx, onun deyil, mənimdir. 
3)
 
11  şəxsin  cəmində  xəbərlik  kateqoriyasının  -sınız“'  şəkilçisi 
-sız“* 
şəklində 
tələffüz 
olunur: 
məşqçisiniz-[məşqçisiz], 
futbolçusunuz-[futbolçusuz] və s. 
4)
 
Feilin inkarlıq kateqoriyası təsdiq formada olan feilə -ma/- mə 
şəkilçisini  artırmaqla  düzəlir.  Məs:  o  yazır-o  yazmır,  sən 
oxuyursan-sən  oxumursan.  Amma  inkarlığı  -ma/mə  şəkilçisi 
olmadan da yaratmaq mümkündür. Nə, nə də ədatları işlənəndə feilin 
inkarlıq  şəkilçisini  işlətməyə  ehtiyac  qalmır:  o  nə  vazır.  nə  tdəi 
oxuvur. Biz bu cümləni "o nə vazmır. nə də oxumur" şəklində ifadə 
etsək,  dilimizin  qrammatik  norması  pozulmuş  olacaqdır.  Nə,  nə  də 
ədatları  feilin  qarşısında  deyil,  cümlənin  başqa  üzvlərinin  yanında 
gələndə şagird və tələbələr qrammatik normanın pozulmasını aydın 
təsəvvür etmirlər. Məs: "Nə müəllimin yazdığı aşağı kredit balı, nə də 
dekanın  göstərişi  mənim  qanuni  oxuduğum  Akademiyadan 
çıxarılmağıma  haqq  qazandıra  bilməz".  Cümlədə  inkarlıq 
bağlayıcılarının işlənməsinə 
149 


baxmayaraq xəbərin yenidən inkarlıq şəkilçisini qəbul etməsi düzgün 
deyildir. Qəzet səhifələrində, dərslik və dərs vəsaitlərində, ən çox da 
danışıq dilində bu qayda tez-tez pozulur. 
5)
 
Zərflər  işlənmə  yerindən  asılı  olmayaraq  hərəkətlə  (feil-  lə), 
cümlənin xəbəri ilə əlaqədar olur. Tələbələr bilməlidirlər ki, zərf kimi 
işlənə  bilən  sözlər  həm  isim  (səhər,  günorta,  axşam),  həm  sifət 
(yaxın, uzaq, pis, yaxşı), həm də say (az, çox, xeyli) kimi çıxış edə 
bilməz.  Bir  nitq  hissəsinə  aid  olan  sözün  başqa  bir  nitq  hissəsi  ola 
bilməməsi professor Yusif Seyidovun əsərlərində aydmlaşdmlsa da, 
hələ  də  orta  və  ali  məktəb  dərsliklərində  əvvəlki  səhv  fikirlər 
təkrarlanır. Tələbələr nitq hissəsi olan zərfi cümlənin ikinci dərəcəli 
üzvü olan zərfiiklə qanş- dırırlar. Doğrudur, onlar zərfin nitq hissəsi, 
zərfliyin  cümlə  üzvü  olduğunu  çox  vaxt  deyə  bilsələr  də,  cümlə 
təhlilində fikirlərini əsaslandıra bilmirlər. 
6)
 
Məlumdur ki, adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra 
mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının 
əlamətləri 
(şəkilçilər) 
artmlır: 
tələbə-i-lər-i-imiz- 
+in+dir, 
məşq+çi+lər+imiz+dən+siniz və s. 
7)
 
Feilin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan 
sonra isə şəxs - xəbər əlaməti (şəkilçisi) artırılır: sil+dir- +il+məli+dir. 
Bura  inkarlıq,  kəmiyyət  şəkilçilərini,  hətta  -mı4  sual  ədatmı  da 
arıtrmaq 
mümkündür: 
sil+dir+il+məli+dir+mi? 
(gərək) 
yaz+iş+ma+ya+sınız.  Tək-tək  hallarda  qrammatik  normanın 
pozulmasına rast gəlirik: "Onlar dərslərini gecələr öyrənirlərmiş" 
cümləsində qrammatik norma pozulmuşdur, çünki -imiş hissəciyi -lər 
cəmlik şəkilçisindən əvvəl işlənməli idi. 
8)
 
Sözlərin nitq axını prosesindəki sırası əhəmiyyətli olduğu üçün 
onun  pozulması  qrammatik  qaydanın  pozulmasına  gətirib  çı-  xanr. 
Məsələn:  "Sizi  mən  çox  vaxtlarda  istəyirdim  görmək".  "Artıq 
mənim  gözləməyimdən  nə  çıxar  indi".  Damşıq  dilində  belə 
cümlələrə rast gəlirik. "Görmək" "istəyirdim" sözündən əvvəl, "indi" 
cümlənin  başlanğıcında,  "artıq"  sözü  isə  "nə  çıxar"-  dan  əvvəl 
işənərsə, cümlə dilin qrammatik normasına uyğun olar. 
15Ö 


9)
 
Dilimizdə  mübtəda  ilə  xəbər  sintaktik-qrammatik  cəhətdən 
şəxsə və kəmiyyətə görə uzlaşmalıdır; "Tələbələr-əğlanlı, qızlı hamı 
universitetə gedirlər". "Bir neçə tələbə futbəl təpları- nı tərda stadiəna 
apanrlar".  İlk  baxışda  cümlələr  düzgündür.  Mübtəda  hansı  şəxsdə, 
hansı  kəmiyyətdədirsə,  xəbər  də  həmin  şəxsdə  və  kəmiyyətdə 
əlmahdır.  "Tələbələr  gedirdilər"cümləsində  uzlaşma  düzgün 
sayılmalıdır, amma "hamı" əvəzliyində cəmlik anlayışı əlsa da, "hamı 
gedirdilər" deyilməz (Xatırla: Hamı gedir quş gətirir, Şahqulu bayquş 
gətirir).  "Bir  neçə  tələbə"  anlayışı  cəmlik  bildirsə  də,  şəxs  kimi 
təkdədir,  buna  görə  də  "apanr"  deyilməlidir.  Yaxud  "Səndən  ötrü 
ayaqlanm evə getmirdilər" cümləsi düzgün qurulmamışdır. "Ayaqlar" 
sözü  cəmdə  olsa  da,  məntiqi  cəhətdən  "getmirdilər"  demək  olmaz, 
uzlaşma yanlışdır və s. 
10)
 
Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına 
tabedir. Cümlə üzvlərinin sırası nərmativ nitqdə pozulmur. Əgər biz 
"Mən həvəslə futbəl matçlanm izləyirəm" desək, çoxla- n cümlənin 
düzgün  qurulduğunu  təsdiqləyəcək.  Amma  "həvəslə"  zərfliyi 
qrammatik normaya görə "izləyirəm" xəbərinin qarşısında gəlməlidir. 
Yaddan  çıxarılmamalıdır  ki,  nitq  prosesində  sintak-  tik  vahidlərin 
ardıcıllıq qanunu söz sırası ilə tənzimlənir. Qrammatik norma sözlərin 
düzgün  yazılışı  və  deyilişi,  məna  və  məntiqi  cəhətdən  dəqiq 
işlədilməsi  şərti  ilə  söz  birləşmələri  və  cümlələrin  nitqdə  düzgün 
əlaqələndirilməsini tənzimləyir. 
11)
 
Sifətin çoxaltma dərəcəsi qrammatik əlamətlərlə yanaşı bütöv 
sözlərlə  də  düzəldilir.  "Təmiz"  əvəzinə  "aydan  arı,  sudan  duru" 
ifadəsi, "qırmızı" əvəzinə "qan qırmızı", "lalə kimi qırmızı", "lalədən 
də qırmızı", "ağ" əvəzinə" "süd kimi ağ" və ya "süddən də ağ" kimi 
bənzətmə bildirən birləşmələr daha təsirli üslubi effekt yaradır. 
12)
 
Emosional  nitqdə,  yüksək  pafosla  ifadə  olunan  poetik  dildə 
mübtəda ilə xəbər yerini dəyişə bilir: 
Qoy sənə desinlər ay qaçaq Nəbi
Həcəri özündən ay qoçaq Nəbi. 
151 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə