Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə50/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   46   47   48   49   50   51   52   53   ...   70

Məlumdur ki, "canavar" yırtıcı, dağıdıcı vəhşi heyvandır. Lakin 
bu xüsusiyyət bədii əsərdə insan əbrazı üzərinə köçürüləndə metafəra 
yaranır.  Məs:  "sürüdən  yəxa  çıxmış  qoyunlar  ikiayaqlı  canavarın 
ayağına  yazılmalıdır".  Yaxud,  "tülkü"  hiyləgər  vəhşi  heyvandır, 
lakin hiyləgərlik, biclik bəzi adamlara da xasdır. Kimlərəsə canavar 
və  ya  tülkü,  quzu,  şir,  tutuquşu,  çaqqal,  ayı,  ilan,  eşşək,  öküz, 
qoyun, ceyran deyilirsə, həmin heyvanlara məxsus xüsusiyyətdə olan 
adamlar nəzərdə tutulur. Bu, dildə metaforaların yaranmasına səbəb 
əlmaqla  bəzən  rəzilliyin,  əclaflığm,  xainliyin,  bəzən  yumşaqlığın, 
sadəlövhlüyün (quzu, qəyun), bəzən də öz fikri olmayıb başqalarını 
yamsıla-  yanlarm  (tutuquşu)  iç  üzünün,  daxili  aləminin  rəmzi  kimi 
verilir.  Heyvan  adları  insan  üzərinə  köçürüldükdə  həmin  sözlər 
metaforalara çevrilir. 
Metaforalar  çoxmənalılığın  əlamət  üzrə  keçməsi  hesabına  da 
yaranır. Çox bilikli adama kəllə deyirlər. Başı keçəl adamı çox vaxt 
adı  ilə  deyil,  sadəcə  keçəl  deyə  çağırırlar.  Forma  oxşarlığına, 
səslənməyə,  xarici  əlamətə  görə  sözlərin  keçməsi  hallan  da  vardır: 
ayaqqabının  burnu,  südün  üzü,  işlər  axsayır,  ay  doğdu,  ölüm 
gəzir, dar ayaqda, ölüm ayağında olmaq, sözünün nə başını bilir, 
nə ayağını, yoldan çıxarmaq, aranı düzəltmək, topa tutmaq, dərd 
çəkmək,  külək  ulayır  və  s.  yüzlərlə  ifadə  məcaz  üzərində 
qurulmuşdur. 
2.
 
Metonimiya  sözlərin  əlaqə  üzrə  keçməsidir,  mənası  "ad 
dəyişmə"  deməkdir.  Bədii  üslubda  söhbət  gedən  şəxsin,  əşyanın, 
hadisənin  adı  əvəzinə  həmin  anlayışı  bildirən  söz  işlənir,  bir-birinə 
bağlanan sözlərdən birinin adı başqasına köçürülür. Məsələn: Bütün 
kand  ayaq  üstə  idi;  Bütün  şəhər  meydana  axışırdı;  Danışır  və 
göstərir  Bakı;  O,  gəncliyində  Vahidi  çox  oxuyurdu;  Sabiri  əzbər 
bilməyən yoxdur; Bədən Tərbiyəsi və İda- man Akademiyası tələbə 
qəbulu elan edir və s. Aydındır ki, bütün kənd, şəhər dedikdə evlər, 
binalar deyil, ərada yaşayan insanlar nəzərdə tutulur. Vahidi əxuyan. 
Sabiri əzbər bilən dedikdə həmin şairlərin özü yəx, şeirləri fikrə gəlir. 
Tələbə qəbulu 
1S6 


elan  edən  ali  məktəbin  binası  deyil,  onun  rektorluğudur  və  s.  "Bir 
boşqab yedim ", "Bir fincan içdim " -deyən də boşqabdakı xörəyi, 
fincandakı mayeni nəzərdə tutur. Eləcə də qara qızıl deyiləndə nefti, 
san qızıl dedikdə taxılı, ağ ölüm dedikdə nar- komaniyalıq, anaşa, 
tiryək, heroin kimi maddələr. Odlar yurdu  dedikdə Azərbaycan 
yada düşür. 
3.
 
Sinekdoxa. Məcazın bu növündə eyni söz həm bütövü, həm də 
bütövün  hissələrini  bildirir.  Bir  şey,  hadisə  haqqında  danışılarkən 
onun bütövünü deyil, bir hissəsinin adını çəkməklə təsəvvür yaradılır. 
Sözün  cəm  haldakı  forması  əvəzinə  təkdə  işlənməsi  də  sinekdoxa 
hesab  olunur.  Məsələn:  Tələbənin  vəzifəsi  yaxşı  oxumaqdır: 
Çalpapaq  iri  addımlarla  vargəl  edirdi;  Anam  sənə  qurban,  ay 
sarıköynək; O ki özün tutub keçəl qurumsaq və s. 
4.
 
Epitet məcazi mənada işlənən obrazlı, bədii təyindir. Epi- tet 
yunanca "epitos" sözündən olub mənası "əlavə" deməkdir. Əşya və 
hadisələrə məxsus əlamət oxşar olan başqa bir əşya və ya hadisəyə 
əlavə edilir. Məs: şıltaq dalğalar, qırçın hpolor, durna gözlü bulaq, 
göy  göyərçin  qanadlı  gecə,  mərmər  sinə  və  s.  birləşmələrindəki 
birinci tərəflər epitetdir. Epitetlər qüvvətli bədii təsvir vasitələrindən 
olub  bədii  üslubun  bütün  janrlannda  işlədilir,  əşya  və  hadisələri 
obrazlı şəkildə səciyyələndirir, nitqin təsir gücünü artırır. 
Bədii  üslub  özü  də  iki  yerə  bölünür:  nəzm  üslubu  və  nəsr 
üslubu. Nəzm üslubu dedikdə şeirlə yazılmış əsərlər nəzərdə tutulur. 
Burada  fikirlər,  təsvirlər  sözlərin  özünəməxsus  nizamla  misralar 
daxilində  düzülməsi  əsasında  verilir.  Bu  üslubda  müəyyən  ölçülər 
gözlənilir: eyni ölçülü səslər bir-birini izləyir, növbə ilə təkrarlanaraq 
ahəng və ya ritm yaradır. Misralar eyni ölçüdə olmaqla şeirin vəznini 
müəyyənləşdirir.  Əruz  vəznində  ölçü  uzun  və  qısa  saitlərin 
növbələşərək  onlann  təkrarı  əsasında  yaranır.  Heca  vəznində  isə 
misraların  ölçüsü  hecaların  sayı  ilə  müəyyənləşir.  Şeirdə  misralar 
qafiyələnir.  Qafiyə  misraların  sonunda  gələn  sözlərin  səs  fərkibinə 
görə bir-birinə uyğun, eyni (və ya oxşar) səslənən hecaları əhafə edir. 
Şeirdə qafiyə ilə 
1^7 


yanaşı rədif, bölgü (misradaxili fasilə), bir cümləni tam və ya onun bir 
hissəsini  özündə  ehtiva  edən  misralar  daxilində  olur.  Şeir  beytlər, 
yaxud  bəndlər  şəklində  yazılır.  Beyt  bir-biri  ilə  fik-  rən  bağlı  olan 
qafiyəli  iki  misradan  ibarət  olur.  Bayatı,  ağı,  qoşma,  gərayh,  təcnis 
(cığalı və ayağh təcnis istisnadır), rübai, tuyuğ dörd misradan ibarət 
dördlüklər şəklində, müxəmməs, müstə- zadlar və s. isə beşlik, altılıq, 
yeddilik şəkillərində qurulur. 
Bədii  əsərlər  dramatik  növdə  də  yazılır.  Dramatik  növün  üç 
janrı  vardır:  komediya,  faciə,  dram.  Bu  növün  əsas  xüsusiyyəti 
əsərdə  baş  verən  hadisələri  sürətlərin  (personajların)  hərəkəti  və 
danışığı  ilə  canlandırmaqdır.  Dramatik  əsərlər  səhnədə  tamaşaya 
qoyulmaq üçün yazılır. Sürətlərin danışığı dialoq və monoloq şəklində 
qurulur.  Pyeslər  daha  çox  nəsrlə  yazılır.  Lakin  H.Cavidin,  S. 
Vurğunun,  S.Rüstəmin  və  başqalarının  şeirlə  yazılmış  pyesləri  də 
vardır. Ədəbiyyatımızda dramaturgiyanın əsasını 
M.  F.Axundov öz altı komediyası ilə qoymuşdur. Faciə janrında 
N.  Nərimanovun,  N.Vəzirovun,  Ə.Haqverdiyevin  gözəl  əsərləri 
vardır.  Sonrakı  dövrlərdə  C.Cabbarlı,  S.Rəhman,  İ.Əfəndiyev, 
B.Vahabzadə, N.Xəzri, Anar və başqa görkəmli şair və yazıçılarımız 
nəzm və nəsrlə bədii cəhətdən bitkin pyeslər yazmışlar. 
Nəsr  üslubunun  əsas  əlaməti  müəyyən  bir  həyati  hadisə  və  ya 
əhvalatın  danışıq,  nəqletmə  yolu  ilə  təsvir  olunmasıdır.  Bu  üslubun 
əsas ifadə üsulu təhkiyədir. Epik növün janrlan nağıl, əfsanə, lətifə, 
təmsil, dastan, hekayə, novella,oçerk, povest və romandır. 
Bədii  üslubda  nitq  zamanı  şəxs  öz  fikrini  daha  emosional 
çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir. Bu hal, əsasən, yazılı 
nitq  üçün  xarakterikdir.  Danışan  və  yazan  dediyi  fikrin 
emosionallığını,  təsir  gücünü  artırarkən  bədii  təsvir  vasitələrinə, 
sintaktik fiqurlara, ən çox da bədii sual, təzad, mübaliğə, kinayə və 
təkrirlərə geniş yer verir. 
Ahəngdarlığın  artırılmasında,  fikrin  qüvvətləndirilməsində 
nitqdəki cümlənin başlanğıcında və ya sonunda təkrar olunan sözlər 
(anafora və epifora) diqqəti cəlb edir. Məsələn: 
15
»
 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə