Suleyman-m teze qxd


yummaq-dünyasım  ddyişmək-dünyadan  köçmək-o  dünyaya  təşrif



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə53/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

yummaq-dünyasım  ddyişmək-dünyadan  köçmək-o  dünyaya  təşrif 
aparmaq-cəhənnəmə 
vasil 
olmaq; 
yaxşı-gözəl-göyçək-gə- 
şəng-incə-zərif-nəfis-lətif;  qoçaq-igid-cəsur-qorxmaz-q^hrə-  man; 
dünya-cahan-aləm-kainat-yer üzü və s. və i. a. 
Ümumiyyətlə,  sinonimlər  nitqdə  lüzumsuz  təkrardan  qaçmaq, 
məzmundan asılı olaraq müəyyən məna koloriti yaratmaq, fikri dəqiq 
və daha incə məna çalarında çatdırmaq üçün əvəzsiz dil vasitəsidir. 
Əlbəttə, hamı eyni dərəcədə məqbul sinonimlərdən istifadə edə bilmir, 
çünki  bu  hal  şəxsin  söz  ehtiyatının  səviyyəsindən  asılıdır. 
Müşahidələr göstərir ki, kifayət qədər söz ehtiyatına malik olan şəxs 
nəzərdə  tutduğu  fikri  (cümləni)  çadır-  maq  üçün  söz  seçməkdə 
çətinlik çəkmir, zəngin dil vasitələrindən bacanqla yararlandığından 
onun nitqi təsir gücünü, ifadəli- yini artırmış olur. 
Nitq  prosesində  təzadlı,  ziddiyyətli  hadisə  və  faktları  qabarıq, 
eyni  zamanda  obrazlı  şəkildə  nəzərə  çatdırmaq  məqsədilə  antonim 
söz və ifadələrdən istifadə olunur. Obrazlıq yaratmağa xidmət edən 
antonimlər  üslubi  vasitə  kimi  əks  və  ziddiyyətli  cəhətləri  daha 
qabarıq  nəzərə  çarpdırmağa  yardımçı  olur.  Məs.:  doğma-ögey, 
cənnət-cəhənnəm, 
keçmiş-indi, 
isti-soyuq, 
cavan-qoca, 
ağlamaq-gülmək,  sevinc-kədər  və  s.  bu  kimi  antonimlər  hər  gün 
dəfələrlə nitqimizdə yan-yana işlənir. 
Nitq  mədəniyyətində  obrazlıq  yaradan,  fikri  yığcam  və  məntiqi 
çalarhqla  diqqətə  çatdıran  ifadə  vasitələri  içərisində  frazeo-  loji 
birləşmələr, idiomlar, ibarə, hikmətli söz, zərb-məsəl və atalar sözləri 
əhəmiyyətli yer tutur. 
Nitqin emosionallığını, obrazlıq və ifadəliyini artıran ən təsirli dil 
vasitəsi frazeologizmlərdir. 
Frazeoloji  ifadələr  məcazi  məna  kəsb  etməklə  fikri  sözlərə 
nisbətən daha yığcam və obrazlı ifadə edir. Onların böyük bir qismini 
əmələ gətirən sözlər, bir növ, daşlaşıb sabit vəziyyətə düşmüşdür.(7. 
səh.48)  Məs:  üz  çevlrmək(incimək),  ayaq  döy-  mək(hey 
gedib-gəlmək),  ağzım  aramaq(fikrini  öyrənmək),  ağzına  dil 
atmaq(yadma salmaq), kipriyi ilə od götürmək(çox 
US6 


çətinliklə  yaşamaq),  quşu  gözündən  vurmaq(düz  və  dəqiq  demək), 
əldən  düşmək(yorulmaq),  nəfəsi  kəsilmək(tamam  yorulmaq), 
gözünün  kökü  saralmaq(hey  gözləmək),  gözü  yolda  qalmaq(hey 
baxmaq), gözü yol çəkmək(flkrə getmək), gözünü yollara dikmək(hey 
baxmaq),  baş  sındırmaq(çox  düşünmək),  dəridən-qabıqdan 
çıxmaq(çox çalışıb işləmək), qabıq qoy- maq(çox işləmək), ölüb yerə 
girmək(bərk utanmaq), bir köynək ət tökmək(bərk xəcalət çəkmək), 
qanadının  altına  al-  maq(himayə  etmək),  kömək  əlini  uzatmaq-əl 
tutmaq(kömək etmək) və s. 
Frazeoloji birləşmələrdə ifadəni yaradan komponentlər öz əvvəlki 
leksik  mənalarından  əlaqəsini  kəsib  uzaqlaşmış  olur.  Onlar  dildə 
sözlər kimi neçə yüz illərdir ki, mövcuddür və hamı tərəfindən hazır 
şəkildə  götürülüb  işlədilir.  Nitq  prosesində  dilin  bu  ifadəlilik 
vasitəsindən nitqi qüvvətləndirmək, məna gözəlliyi və rəngarənqliyi 
yaratmaq  məqsədilə  istifadə  olunur.  Nitqin  məcazi  söz  və  ifadələrlə 
zəngin olması dilin adi danışıq, məişət üslubunu da maraqlı, eşidilməli 
edir.  Frazeoloji  birləşmələri  məqsədəuyğun  işlətməyi  bacaran 
insanların  nitqi  öz  gözəlliyi,  rəngarəngliyi  və  xəlqiliyi  ilə  seçilir, 
dinləyənlərdə və oxuyanlarda xoş ovqat yaradır. 
Xalq zəkasının, xalq müdrikliyinin ümumiləşdirilmiş bədii ifadəsi 
olan  atalar  sözləri,  zərb-məsəllər  və  aforizmlər  nitqi  rövnəqləndirir. 
İstər  səslənməsinə,  istərsə  də  mənasına  görə  deyilən,  yazılan  fikrin 
yığcam,  müdrik  və obrazlı ifadəsinə yardımçı olan afalar sözləri və 
zərb-məsəllər  tərbiyəvi  mövzuda  aparılan  söhbətlərdə  olduqca 
faydalıdır,  deyilənləri  əsaslandırmaq,  dinləyənləri  nəyə  isə 
inandırmaq, nədənsə çəkindirmək, düşündürmək üçün əhəmiyyətlidir. 
Məs:  Dirilik  birlikdədir;  El  gücü,  sel  gücü;  El  sevəni  aləm  sevər; 
Dost dosta arxadır; İgid ölər adı qalar; Elə arxalanan igidin arxası 
yerə dəyməz; Yaxşı dost yaman gündə tanınar; Sənətin pisi yoxdur; 
Halva,  halva  deməklə  ağız  şirin  olmaz;  Äza  qane  olmayan,  çoxa 
çatmaz;  Ağıl  yaşda  deyil,  başdadır;  Sirkə  nə  qədər  tünd  olsa,  öz 
qabını çatladar; 
167 


Ağıl ağıldan üstündür; Pis adam yaxşının qədrini bilməz; Başqasına 
quyu qazan özü düşər; Bağa baxarsan bağ olar, baxmazsan dağ olar 
və s. və i. 
Hər  kəs  atalar  sözləri  və  zərb-məsəllərdən  həyatın  müxtəlif 
sahələrinə  aid  mövzularda  yerində  və  məqsədəmüvafiq  şəkildə 
istifadə  etməyi  bacarmalı,  haqqında  söhbət  gedən  məsələlərlə  onlan 
əlaqələndirməlidir. 
Sual və tapşırıqlar 
1.
 
Dilin üslubi imkanları dedikdə nələr nəzərdə tutulur? 
2.
 
Üslub nərmalan nəyə xidmət edir? 
3.
 
Alliterasiya  nədir?  O,  poetik  üslubi  priyom  kimi  bədii  ifadə 
vasitəsi hesab əlunurmu? 
4.
 
Frazeoləji birləşmələr məcazi məna kəsb etməklə fikrin obrazlı 
ifadəsinə necə xidmət göstərir? 
5.
 
Atalar sözləri, zərb-məsəllər və aforizmlər hansı üslubda daha 
çox işlənir və səbəbi nədir? 
6.
 
Ədəbi dil normaları hansı nitqdə tam gözlənilir? 
7.
 
Daxili nitq hansı əsərlər üçün səciyyəvidir? 
8.
 
Hansı əsərlər makrodialəq əsasında yaradılır? 
9.
 
Bədii əsərlərdə qeyri-mədəni nitq hansı məqamlarda işlədilir? 
10.
 
Dialoq  hansı  formalarda  olur?  Replika  nədir  və  o,  hansı 
əsərlərdə təzahür edir? 
Çalışma 101. Azərb.DBTİA-da tələbələrin elmi-praktik kənfiansı 
keçirilir, onun reqlamentini tərtib edin. 
Çalışma  102.  Misra  və  cümlələrdə  eyni  cinsli  samitlərin 
təkrarlanaraq  müəyyən  ahəng,  musiqi  yaratmasına  fikir  verin.  Bədii 
üslubun daha da qüvvətləndinİməsinə xidmət edən fonetik təkrann bu 
növü necə adlandırılır? 
Qar üzərinə qan dammış kimi qızıl yanaqlım! 
Qəşa badam sığmayan dar ağızlım. 
Qələmçilər çaldağı qaraqaşhm! 
Qurumsu qırx tutan qara saçhm ("Kitabi-Dədə Qorqud"dan) 
168 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə