Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə61/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2010-cu 
il  tarixli  qərarı  ilə  Novruz  bayramı  20-27  martda  keçiriləcəkdir  və 
həmin günlər iş günü hesab edilmir. 
Tədris hissəsi 
18.
 
MÜQAVİLƏ 
"Müqavilə"  ərəb  mənşəli  söz  olub,  "qarşılıqlı  razılaşma", 
"anlaşma"  deməkdir.  Məzmununa  görə  müqavilənin  müxtəlif 
növləri vardır: sülh müqaviləsi, ticarət müqaviləsi, təhsil müqaviləsi, 
icarə müqaviləsi və s. 
Müqavilələr  müəyyən  şərtlərlə  bağlanır  və  hər  iki  tərəfin 
nümayəndələri tərəfindən təsdiqlənir. Müqavilə tərəflərin imzalandığı 
gündən qüvvəyə minir və nəzərdə tutulmuş vaxta qədər qüvvədə qalır. 
Müqavilələr dörd nüsxədə tərtib edilir və hər iki tərəfdə eyni qüvvəyə 
malik 2 nüsxə saxlanılır. 
Nümunə: 
Müqavilə 
Bakı şəhəri 
12 mart 2010-cu il 
Biz,  aşağıda  imza  edənlər-sonradan  "Nicat"  adlanacaq  ticarət 
kompleksinin  direktoru  Y.  Ə.  Nuriyev  və  gələcəkdə  "İcarəçi" 
adlanacaq satış birliyinin direktoru C. N. Hüseynli belə bir müqavilə 
bağladıq: 
1.
 
Bakı şəhəri H. Ə. Əliyev küçəsi-89, 1-ci mərtəbə, 105 kv metr 
sahəsi  olan  otaqlan  satış  müəssisəsi  yaratmaq  məqsədilə  "Nicat" 
ticarət  kompleksi  "İcarəçi"yə  kirayəyə  verir,  "Nicat"  isə  kirayə 
götürür. 
2.
 
Kirayə  müddəti  müəyyənləşdirilib:  02.03.2010-cu  ildən 
02.03.2012-ci ilə qədər. 
197 


3.
 
Tərəflərin razılığına görə kirayə haqqı hər kvadrat metr üçün 
10 (on) manatdır. 
4.
 
Bu  müqavilədə  göstərilən  hüquqların  başqasına  verilməsi 
yalnız "Nicaf'ın qeyd əlunmuş yazılı razılığı ilə mümkündür. 
5.
 
"İcarəçi"  hər  rübün  birinci  ayının  10-a  qədər  rüblük  kirayə 
haqqını ödəməlidir. 
6.
 
Müqavilə  iki  nüsxədə  imzalanmaqla  biri  "Nicaf'a,  digəri 
"İcarəçi"yə verilir. 
Tərəflər: 
"Nicat" ticarət kompleksi Bakı 
şəhəri, H. Əliyev küçəsi-89, 
Hesab 9876543 və 
Bakı, H. Cavid prospekti-156, 
Hesab 3210567 mərkəzi bank 
Ticarət kəmpleksinin sahibi: (imza) 
Y. Ə. Nuriyev "İcarəçi"nin müdiri: 
(imza) C. N. Hüseynli 
*** 
19.
 
MÜRACİƏT 
"Müraciət"  ərəb  mənşəli söz  əlub  "rica",  "çağırış"  mənasını 
ifadə edir. Müraciət şifahi və yazılı formada olur. Yazılı formada olan 
müraciətdə aşağıdakılar nəzərdə saxlanılır: 
1.
 
Müraciətin kimə ünvanlandığı qeyd əlunur; 
2.
 
Müraciətin mətni məzmunlu və qısa əlur; 
3.
 
Sənda müraciəti qəbul edən təşkilat və ya şəxs göstərilir. 
4.
 
Müraciətin qəbul olunduğu yer və tarix qeyd edilir. 
Nümunə: 
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik 
və MUli Birlik Günü münasibətUə bütün gənclərə 
138 


MÜRACIƏT
 
Xalqımız  bütün  tarixi  boyu  milli  birlik  və  həmrəylik  arzuları, 
ideyalan  ilə  yaşamışdır.  Dünya  azərbaycanlılarının  təşkilatlanması, 
onlann milli birlik və həmrəyliyinin güclənməsi son illərdə  daha da 
geniş  vüsət  almışdır.  Biz,  bütün  dünyada  yaşayan  azərbaycanhlann 
milli  birlik  və  həmrəylik  hisslərinin,  ümummilli  ideyalann 
güclənməsinə bütün bacarıq və iş fəaliyyətimizi sərf edək. Hər yerdə 
Azərbaycan  dövlətçiliyi  ətrafında  sıx  birləşək,  ölkəmizin  daxili  və 
xarici siyasətini dəstəkləyək. 
Şəmsəddin Hacıyev, 
Azərb. DBTİA-nm II kurs tələbəsi Bakı şəhəri, 31 dekabr 
2009-cu il. 
 
20.
 
PROTOKOL 
"Protokol"  yunanca  protok  "ilk,  birinci  vərəq",  kolos 
"yapışdırmaq" 
sözlərinin 
birləşməsindən 
düzəldilmişdir. 
Kollektivlərdə  keçirilən  müşavirə,  konfrans,  yığıncaq,  toplantı  və 
iclaslann  gedişini  nizamlamaq  üçün  sədr  və  katib  seçilir.  Sədrin 
vəzifəsi yığıncağı nəzərdə tutulmuş formada aparmaq, katibin vəzifəsi 
isə  iclasın  gedişini  sənədləşdirməkdir.  Bu  yazılı  sənəd  protokol 
adlanır. 
Forma və məzmununa görə protokol bir və ya bir neçə məsələni 
əhatə  edə  bilər.  Protokolun  tərtibi  və  yazılışında  aşağıda  göstərilən 
cəhətlər nəzərdə saxlanılır. 
1.
 
"Protokol" sözü və onun nömrəsi vərəqin yuxansmda, ortada 
böyük hərflərlə yazılır. 
2.
 
Təşkilatın adı, yığıncağın keçirildiyi tarix və yer qeyd edilir. 
3.
 
Yığıncaqda  iştirak  edən  kollektiv  üzvlərinin  sayı,  rəhbər 
orqanlann nümayəndələrinin adı, soyadı və vəzifəsi göstərilir. 
199 


4.
 
Giriş  hissədən  sonra  "Gündəlik  məsələlər"  qeydi  ortadan 
böyük  hərflə  yazılır,  müzakirə  olunacaq  məsələ  abzasdan  verilir. 
Məsələ birdən çoxdursa, nömrələrlə qeyd apanhr. 
5.
 
Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük hərflə 
"Eşidildi" sözü yazılır. 
6.
 
"Çıxış  etdilər"  hissəsində  çıxış  edənlərin  adı  və  soyadı  sətrin 
əvvəlində göstərilir, onlann çıxışındakı fikirlərin qısa məzmunu aydın 
qeyd olunur. 
7.
 
Sonra vərəqin ortasında "Qərar" sözü yazılır. Məsələnin qərar 
hissəsi  iclasın  məqsədini  ifadə  etməli,  bəndlər  üzrə  yığcam  şəkildə 
yazılmalıdır. 
8.
 
Protokolun  sonunda  sədr  və  katibin  adı,  soyadı  göstərilir  və 
onlar protokolu imzalayırlar. 
Nümunə: 
Azərb. DBTİA tələbə-gənclər təşkilatının 18 
noyabr 2009-cu il tarixli 8 saylı iclas 
Protokolu 
2009-cu il dekabr ayının 18-də Azərb. DBTİA Tələbə Həmkarlar 
İttifaqı Təşkilatının növbəti iclası keçirildi. İclasda 25 nəfər təşkilat 
üzvündən  23  nəfər  və  Akademiyanın  idman  işləri  üzrə  prorektoru, 
professor D.Q. Quliyev iştirak edirdi. Təşkilatın sədri Babanh Y.M. 
iclasın gündəliyini təşkilat üzvlərinin nəzərinə çatdırdı. 
İclasın gündəliyi: 
1.
 
2009-2010-cu  tədris  ilinin  birinci  yarısında  tələbələrin  dərsə 
davamiyyəti haqqında. 
2.
 
Ali  məktəblər  arasında  keçiriləcək  Spartakiadaya  hazırlıq 
haqqında. 
200 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə