Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə52/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

üslub  fərdidir.  Gözəl  nitq  sahiblərinin  özünəməxsus  üslubu  vardır. 
Deməli, üslub incəsənət sahələri ilə məşğul olan hər hansı bir yazıçı, 
bəstəkar,  rəssam  və  s.  kimi  sənətkarlar  üçün  bədii,  musiqi  və  rəsm 
əsərləri,  janr  və  cərayanlar  üçün  səciyyəvi  əlan  dil  və  nitq 
vasitələrindən istifadə üsullarının məcmusudur. 
Qədim dünyanın ən məşhur alimi və natiqi Aristotel üslubu nitq 
mədəniyyəti ilə əlaqələndirmiş, ona yüksək qiymət vermiş, üslubun 
nitqin mövzusuna uyğun olmasını əsaslandırmışdır. Qədim Rəmanm 
məşhur natiqi M. T. Siseron isə demişdir; "Əsl natiq ə şəxsdir ki, adi 
işlər  haqqında  sadə,  böyük  işlər  barəsində  əzəmətlə,  ərta  səviyyəli 
işlər haqqında isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubda 
danışmağı bacarsm".(16, səh.37) 
Dil vahidləri üslubi keyfiyyət qazanmaq üçün dilin fonetika- sı, 
leksikası və qrammatikası çərçivəsində üslubi çalarhğm yaranmasına 
xidmət  edir.  Leksik-semantik,  fonetik  və  qrammatik  normalar  dilin 
quruluşu  ilə  bağlıdır  və  nitqin  düzgünlüyünün  xidmətindədir,  üslub 
normaları isə  nitqin  gözəlliyini,  ifadəliyini artırır,  ünsiyyətin  təsirli, 
mövzuya uyğunluğunu və məqsədə müvafiqliyini reallaşdmr. 
Dil vahidlərinin üslubiyyatı aşağıdakı qruplara bölünür: 
1.
 
Fonetik üslubiyyat. 
Fənetikanm nitqdə kəsb etdiyi üslubi keyfiyyətlərdən ən başlıcası 
ahəngdarlıqdır.  Ahəngdarlıq  nitqin  səlisliyi,  axıcılığı,  təbiiliyi 
deməkdir.  Nitq  məhz  bu  keyfiyyətlər  hesabına  dinləyicilərə  və 
əxuculara  xəş  təsir  bağışlayır,  əxuyarkən  göz  əxşayır,  eşidilərkən 
qulaqlarda  xalq  musiqisi,  muğamlar  kimi  gözəl  səslənir.  Əlbəttə, 
bunun əsas səbəbi dilimizin sait səslərinin çoxluğudur ki, bu hesaba 
açıq hecalann üstünlüyü səslənmənin, sədanın, avazın ahəngdarlığına 
əvəzsiz  təsir  göstərir.  Dilimizdəki  dəqquz  sait  və  dörd  sənər  samit 
səsin yaratdığı harmoniya nitqdə avazh, musiqili tənu gücləndirir. 
Atalar sözündən (Ağ gün adamı ağardar, qara gün qaraldar; Ağzı 
aşa yetişəndə, başı daşa yetişər; Asta elə, usta elə); xalq mahnılanndan 
(Araz üstə, buz üstə; Kabab yanar köz üstə. Qəy 
163 


məni  öldürsünlər,  Bir  ala  göz  qız  üstə);  bayatılardan  (Belə  bağlar; 
Dost başın belə bağlar; Bülbül ağlar, gül açmaz, Verandı belə bağlar), 
"Kitabi-Dədə  Qorqud"dan  başlayaraq  İ.  Nəsimi,  Ş.  İ.  Xətai,  M. 
Füzuli,  M.  P.  Vaqif,  M.  F.  Axundov,  A.  Ələsgər,  C. 
Məmmədquluzadə,  M.  Ə.  Sabir,  Ü.  Hacıbəyov,  M.  Şəhriyar,  S. 
Vurğun, M. İbrahimov, İ. Əfəndiyev, B. Vahabzadə, X. R. Ulu- türk 
və başqa onlarla, yüzlərlə söz sənətkarının nəzm və nəsr əsərlərində, 
pyeslərdə,  faciələrdə,  komediyalarda,  mənsur  şeirlərdə  alınma 
sözlərdə  saitlərin  uzun  tələffüzü,  səs  uyuşması,  səs  artımı  ([ayilə], 
[şeyir]), səs düşümü ([nefçi], [dos köməyi]), milli sözlərdə iki saitin
iki  və  ya  üç  samitin  yanaşı  işlənə  bilməməsi,  çoxhecalı  sözlərin 
sonunda  cingiltili  samitlərin  karlaşması  ([kəntj,  [kitapj,  [gəşənk]), 
söz  daxilində  iki  kar  samitdən  birinin  cingiltiləşməsi  ([hətdaj, 
[asdar],  [seçgi]),  həmcins  üzvlü  cümlələrdə  şəkilçilərin  və 
hissəciklərin ixtisarı ("Kəndə yaxınlaşdıqca evlər seçilir, yollar ağarır, 
adamlar görünürdü"), tabesiz mürəkkəb cümlələrdə axırıncı xəbərin 
ixtisarı (Ağac acı, can şirin; Ağın adı olur, qaranın dadı; At mənimdir, 
don geyənin), ahəng qanunu, vurğu və s. kimi fonetik vasitələr nitqdə 
ahəngdarlıq yaradır, intonasiya, fasilə, səsin tembri, ritm və s. nitqin 
rəvanhğma səbəb olur. Azərbaycan dilinə musiqili dil deyənlər məhz 
bunları nəzərdə tutur. 
Nitqdə  ahəngdarlıq  yaradan  vasitələrdən  biri  alliterasiyadır. 
Alliterasiya bədii əsərlərdə cümləni təşkil edən sözlərin əvvəlində və 
ya  axırında  eyni,  yaxud  oxşar  samitlərin  işlənməsidir.  Belə  səs 
düzümü sözləri, söz birləşmələrini, cümlə, beyt və bəndləri musiqili, 
ahəngdar edir, öyrənilməyə, yadda saxlanmağa böyük kömək olur. Bu 
gün  də  uşaqlann  dil  açmasına,  musiqi,  avaz  üstündə  köklənməsinə, 
onlann gələcəkdə rəvan, rabitəli və ifadəli oxusuna, danışığına vasitə 
olan  alliterasiya  atalar  sözlərini,  ffazeoloji  ifadələri,  nəğmələri, 
mahmlan, nəzm parçalarını, mənsur şeirləri və bəhri-təvilləri cazibəli, 
oynaq və axıcı edir. 
Ahəngdar  sözlərin  münasibliyi,  cingiltili  samitlərin,  xüsusən 
sonorlarm və dodaqlanmayan saitlərin yaratdığı incə səslənmə 
164 


və axıcı düzülüş qulağa xoş gəlir. Alliterasiya poetik üslubi pri- yom 
kimi  şifahi  nitq  yaradıcılığından-laylalardan,  nazlamalar,  cır- 
natmalar,  öcəşmələr,  sanamalar,  holavarlar,  sayaçı  sözləri, 
qaravəllilər,  yanıltmaclardan  (Yetişmiş  yemişi  yetim  yemiş; 
Ağırhğım-  uğurluğum  odlara.  Azar-bezar  yadlara;  Ağırlığım  od 
olsun.  Odda  yanan  yad  olsun  və  s.)  başlamış,  klassik  və  müasir 
poeziyamızda  geniş  işləklik  qazanmışdır.  Alliterasiya  üzərində 
qurulan  şeir  parçalan  başdan-başa  axıcılıq,  rəvanlıq,  avazhhq 
təcəssümü  olur.  Qoşmalar,  gərayhlar,  cığalı  təcnişlər  məhz  bu 
baxımdan gözəldir. S. Rüstəmin "Çapayev" adlı şeirində ç samitinin 
tez-tez  təkran  çınqıllı,  daşlı  yollarda  nallı  atın  dımaqlarmdan  qopan 
səsləri xatırladır: Çıqıl daşlı çaylan, 
Çapayev çapa-çapa Çapır, 
biçir çöllərdə Çar 
canavarlanni. 
Çap çaylardan Çapayım, 
Çap o çapsın, biz çapaq. 
Çap, gələcək günlərin. 
Əlindən sevinc qapaq. 
Səs  düzümündən  məharətlə  istifadə  obrazlıq,  ahəngdarlıq 
yaratmağa hesablanır. Nitqdə ahəngdarlıq törədən vasitələrdən yalnız 
şərait və məqamdan asılı olaraq istifadə xaş avazlanmaya səbəb olur. 
2.
 
Leksik  üslubiyyat.  Nitqdə  üslubi  effekt  və  səlislik 
yaratmaq, lüzumsuz təkrara yol verməmək, fikrin daha təsirli və dəqiq 
ifadə  edilməsi  məqsədilə  rəngarəng  dil  vahidlərinin  işlədilməsi  çox 
zəruridir.  Bu  cəhətdən  sinonimlərin  üslubi  imkanlan  genişdir.  Öz 
nitqini quran şəxs eyni mənanı müxtəlif üslubi ça- larlıqda ifadə edən 
sinonim  cərgəyə  müraciət  edib  lazimi  sözü  seçib  işlədir.  Semantik 
məna  sahəsi  imkan  verir  ki,  biz  bir  fikri  şəraitdən,  üslubi 
münasibətdən,  subyektiv  mövqedən  asılı  olaraq  müxtəlif  sözlərlə 
işlədə 
bilirik. 
Məs.: 
böyük-yeks-iri-nshsng- 
zırpı-zırhov-dahi-zorba-yekəpər; 
eşitmsk-dinhm^k-qulaq 
asmaq-qulaq kəsilmək; ürək-könül-qəlb; ölmək-gözl^rini əbədi 
16
S
 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə