b)
Bəzi sözlərdə ötəri, çox qısa tələffüz olunur: quruluş-[qur- luş],
qurultay-[qrultay], burun-[brun] və s.
9.
ü saiti.
a)
ü saiti sual bildirən sözlərdə sual ədatı işlənmədikdə uzanır:
Sən gördün? Özün götürdün? Qonaqları ötürdün?
b)
Bir sıra sözlərdə qısa tələffüz olunur: tüfəng, bütün, qüsur,
mürəkkəb.
c)
ərəb-fars mənşəli sözlərin ilk hecasmdakı
ü saiti ikinci hecada
işlənən
i saitinə təsir edərək onu öz səs məxrəcinə gətirir:
mühit-[mühüt], münbit- [münbüt], müdir-[müdür] və s.
YANAŞI saıaH SAiTiaıiH raıarFOzl
1) Sözün tərkibində yanaşı gələn saitlər aşağıdakı kimi tələffüz
olunur:
a)
üa, üə səs birləşmələrində
ü saitinin tələffüzdən düşməsi
hesabına a,ə saitləri uzun tələffüz olunur: müasir-[ma:sir], müa-
licə-[ma:licə], müavin-[ma:vin], müayinə-[ma:yinə], müamilə-
[ma:milə],
müəllif-[mə:llif],
müəllim-[mə:llim],
müəssisə-
[mə:ssisə], müəyyən-[mə:yyən].
b)
ai, əi, oe, ue səs birləşmələri ilə yazılan sözlər tələffüz zamanı
yanaşı gələn saitlərin arasına y samitinin artırılması ilə deyilir:
ailə-[ayilə], bais-[bayis], dairə-[dayirə], daima-[dayima], dair-[dayir],
Nailə-[nayilə], zəif-[zəyif], məişət-[məyişət], poe- ma-[payema],
duet-[duyet] və s.
Şagird və tələbələr orfoepik tələffüzün təsiri altında belə
sözlərin
yazılışını da orfoepik tələffüzlə yazaraq orfoqrafik səhvə yol verirlər.
2. Açıq saitlə bitən çoxhecah isimlərə yönlük hal şəkilçisi
artırıldıqda bitişdirici y samitindən əvvəlki açıq sait qapalı saitə keçir:
anaya-[anıya],
babaya-[babıya],
nənəyə-[nəniyə],
tələbə-
yə-[tələbiyə] və s.
Bu hal dialektlərdə təsirlik hal şəkilçini qəbul edərkən də
müşahidə edilir: ananı-[amyı], nənəni-[nəniyi], xalanı-[xalıyı] və s.
127
Sual və tapşırıqlar
1.
Ədəbi dilin normaları hansı əsasda formalaşmışdır? Bu
proses indi də davam etməkdədirmi?
2.
Nitq mədəniyyətinin ədəbi dil normalanna bağlılığını
necə başa düşürsünüz?
3.
Fonetik norma nəyə əsaslanır?
Orfoqrafiya və orfoepiya anlayışını necə başa düşürsü-
4.
nüz?
5.
5.
7.
Orfoepiya prinsipəri hansılardır?
Orfoepik qüsurların əmələ gəlmə səbəblərini sadalayın.
Eyni cinsli qoşa saitlərin və yanaşı gələn müxtəlif cinsli
saitlərin orfoepiyasında hansı prinsip əsas götürülür?
Nümunə-
lərlə fikrinizi izah edin.
8.
Nitq mədəniyyəti və üslubiyyatın tədqiqat obyektləri
hansılardır?
9.
Şifahi nitqdə hansı vasitələrdən istifadə olunur?
10.
Nitqin ədəbi dil normalarına uyğunluğunu
necə izah
edərsiniz?
Çalışma 72. Mətndə yazılışı tələffüzündən fərqli sözləri tapın,
altından
xətt çəkin,
sözün tələffüz şəklini deyin;
-
Yox, mən heç yerə getməyəcəyəm! - Südabə ananın üzünə
baxmadan cavab verdi.
-
Heyfsiniz, müəllim xanım! Deyirlər onlar arvadlara, uşaqlara
da rəhm eləmirlər.
Kimdən bir az şübhələnirlər, boğazından asırlar...
Müəllim sakit və soyuqqanlı səslə:
-
Gör kimdir?- deyə oğlana müraciət etdi.
İldırım yüyürüb qapını açdı. Çadraya bürünmüş bir qadın içəri
keçdi,
0, üzünü açdıqda müəllim analığı Zərintac xanımı gördü.
Qadın göz yaşları içində qızlığına dedi:
-
Səhər tezdən gərək buradan çıxasan, özünə yazığın gəlsin.
Deyir, onlar sənin kimilərini sorğusuz-sualsız asırlar.
İldırım iri-iri açılmış gözləri ilə müəllimə baxırdı.
Birdən müəllim:
1Z8
-
Yox!-dedi. - Bu mümkün deyil! Mən heç yerə getməyəcəyəm!
-
Deyən, Azərbaycan haqqında
nəğmə öyrədirsiniz, xanım?
-
Bəli, ağa! Bəs siz, niyə sinif ətağma silahlı əsgərlə girirsiniz?
Sağ əlun, uşaqlar! Məni yadınızdan çıxarmayın. Böyük
oğlanlar əlanda vətənimizin səadəti uğrunda mübarizə edin.
-
Bu, hansı Məşədi Tağının qızıdır?
-
Bu qəribə sual hamını təəccübə saldı.
-
Şikayətin kimdəndir?
-
Bax, ə müəllimdən. (İlyas Əfəndiyevin "Xəncər" hekayəsindən)
Çahşma 73. Verilmiş sözləri cümlələr daxilində antonim kimi
işlədin:
ağa-nökər, varh-yəxsul, yaxşı-pis, gözəl-çirkin, az-çəx, hamı-heç
kim, gəlmək-getmək, əturmaq-durmaq, ağlamaq-gülmək, irəli-geri,
aşağı-yuxan.
Çahşma 74. Bakı şəhər Təhsil İdarəsinin əmrinə əsaslanaraq bir
müəllimi direktər müavini vəzifəsinə təyin etmək haqqında
sərəncam
verin.
SAMİTIƏRİN TaiƏFFÜZÜ İlƏ BAGII
QAYDAİAR
Samitlərin müəyyən fonetik məqam və şəraitdə öz məxrəcindən
fərqli şəkildə tələffüzü normativ üslubla əlaqədardır. Azərbaycan
dilində kar və cingiltili samitlərin bir qismi heç də həmişə yazıldığı
kimi tələffüz olunmur.
1.
b samiti.
a)
b samiti çoxhecah sözlərin sonunda karlaşır: kitab-[kitap],
corab-[corap], doşab-[doşap], məktəb-[məktəp] və s.
b)
Alınma sözlərin ortasında dominant samitlərdən birincisi
karlaşır: Abbas-[apbas]. Cabbar-[capbar], təşəbbüs-[təşəpbüs] və s.
129