Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə120/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   116   117   118   119   120   121   122   123   ...   135

Milli Kitabxana

392


Bu  vaxt  Qaraca  qız  gözlərini  açdı  və hələ yuxulu  olduğu  üçün  Qara  kopəyi

tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib dedi:

-

Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun?



-

Baba, burada ayı var.

-

Yox,  qızım,  Qara  köpəkdir,  qorxma,  burada  ayının  nə işi  var? - Sonra



Qara köpəyə: - Çəkil, - deyib onu bayıra qovladı.

-

Yat, qızım, hələ tezdir.



-

Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam.

-

Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən dura ki, bədəni sağlam



ola.

Qaraca qız paltarını geyib dedi:

-

Baba, əl-üzümü harada yuyum?



-

Budur, daxmamızın yanından su axır, get orada yu.

Qaraca qız üzünü yumağa getdi. Piri kişi də süfrəni salıb pendir, çörək və yağ

qoydu,  sonra  çaydandan  iki  fincan  çay  töküb  süfrəyə qoydu.  Bu  vaxt  Qaraca  qız

üzünü yuyub içəri girdi.

-

Al, qızım, üzünü sil, otur çay içək.



Piri  kişi  Qaraca  qıza  dəsmal  verdi.  Qaraca  qız  da əl-üzünü  qurudub  süfrəyə

oturdu, hər ikisi yeyib-içməyə məşğul oldular. Çaydan sonra Piri kişi Qaraca qıza

dedi:

-

Dur,  qızım,  gün  qızmamış  həm  bağımızı  gəzək,  həm  də ağalar  üçün



meyvə dərək.

Piri  kişi  özü  bir  səbət  götürdü  və Qaraca  qıza  da  bir  ceverən  verdi.  Evdən

bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya-bulaya Qaraca

qıza  yanaşdı.  Qaraca  qız  onun  başını  sığallayıb  cəvərəni  onun  boynundan  asdı.

Qara  köpək  başını  bulayıb  cəvərəni  yerə saldı.  Qaraca  qız  götürüb  yenə boynuna

keçirdi. Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı. Piri kişi dedi:

-

Qızım,  zəhmət  çəkmə,  Qara  köpək  azadəliyə öyrənmişdir,  o,  təlimə



yatmaz.

-

Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.



Bunu  deyib  Qaraca  qız  Qara  köpəyin  qabağına  çöməldi  və onun gözlərinə

baxarkən dedi:

-

Qaraca köpəyim, ağıllı köpəyim, cəvərəni götür.



Qaraca  qız  cəvərəni  yenə onun  boynuna  saldı.  Bu  dərə Qara  köpək  cəvərəni

yerə salmayıb Qaraca qızın üzünə baxa-baxa yanınca getdi. O da sevincək dedi:




Milli Kitabxana

393


-

Afərin, Qaraca köpəyim! Baba, gördünmü?

-

Görürəm,  qızım,  və çox  da  təəccüb  edirəm.  Qara  köpək  indiyə qədər



məndən başqasının əmrinə tabe olmamışdı. İndi isə hətta cəvərəni də aparır.

-

Hələ bu nədir ki, baba, gor ona qədər öyrədəcəyəm. Mən qaraçı dəstəsində



olan  zaman  ayını,  meymunu  və qeyri  heyvanları  öyrədəndə görmüşəm,  ancaq,

baba,  heyvanı əzizləyə-əzizləyə öyrətməlidir,  yoxsa,  döymək  ilə bir  şey  olmaz.

Amma qorxutmağın eybi yoxdur.

Bax, Yusif ayını doydü, o da onu parçaladı.

Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi.

İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı

nağıl etdirdi. Qaraca qızın ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin

oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı.

Səhərin  saf  və gözəl  havası,  kolların  və meyvələrin ətri,  quşların  nəğmələri

insana zövq-səfa verirdi. Belə təbiət içində yaşamış Piri kişiyə baxanda adam onun

yetmiş yaşında olduğuna inanmırdı.

Onlar  gəlib  almalığa  çatdılar.  Qırmızı ətirli  almaları  gördükdə,  Qaraca  qızın

gözləri parladı.

-

Baba, nə gözəl almalardır.



-

Qızım,  bağımızda  hər  cür  meyvə var,  dərib  yeməyi  qadağan  etmirəm,

ancaq ac qarına yeməyəsən, yoxsa azarlarsan. İndi sən ağaca çıx, almaları dər, mən

də səbətə yığım.

Qaraca qız tez ağaca dırmaşdı, almaları dərib yere tökməyə başladı. Ağzını da

bikar qoymurdu. Bir azdan sonra Piri baba dedi:

-

Qızım, daha bəsdir, düş gedək bir qədər armud, üzüm və hulu yığaq.



Qaraca  qız  düşdü.  Almalardan  cəvərəninə qoyub  yenə Qara  köpəyin  boynuna

asdı.  Armudluğa  gedərkən  birdən  Qara  köpək  cəvərəni  yerə atıb  ildırım  kimi

götürüldü. Qaraca qız tökülmüş almaları yığarkən baxıb gördü ki, bir balaca pişik

qaçır,  Qara  köpək  də istəyir  onu  tutsun.  Bunu  görcək  Qaraca  qız  cəld  qalxıb

yüyürə-yüyürə Qara  köpəyi  geri  çağırdı.  Lakin  nə qədər  qışqırdısa  o,  pişikdən əl

çəkmədi.  Piri  baba  da  çağırdı,  Qara  köpək  onun  da  sözünə qulaq  asmadı.  Qara

köpək az qalmışdı ki, onu tutsun pişik cəld armud ağacına dırmaşıb özünü qızmış

köpəkdən  xilas  edə bildi.  Qaraca  qız  bu  işdən  xeyli  şad  olub, əllərini  bir-birinə

vura-vura qaqqıltı ilə gülməyə başladı.



Milli Kitabxana

394


-

Dızz, Qara köpək, dızz, necəsən, tuta bildinmi, - deyə Qara köpəyə yanıq

verdi.

Qara  köpək  isə işi  belə gördükdə ağacın  dibində elə həşir  etməyə başladı  ki,



sanki bu saat pişiyi səsi ilə qorxudub yerə salacaqdı. Yızıq pişik hərçəndi hündürdə

idi  və əl  çatan  yerdə deyildi,  lakin  bununla  belə titrəyə-titrəyə gözlərini  Qara

köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca yetirib dırmaşmağa başladı. Pişik

onu görüb oturduğu budaqdan yuxarı çıxmadı. Qaraca qız ona yaxınlaşıb gördü ki,

xallıca  gözəl  bir  pişik  balasıdır.  Piri  kişi  də Qaraca  qızın  almalarını  cəvərənə

doldurub  armud  ağacının  dibinə gəldi.  Bu  halda  Qara  köpək  bir  qədər  sakit

olmuşdu. Amma yenə də gözləri ağacda idi.

-

Baba, bax, nə gözəl pişik baiasıdır, bunu aparıb evimizdə saxlayacayam.



-

Çox yaxşı, qızım, apar. İndi o, armudları da dər, sonra düş.

Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yerə düşdü.

Qara  köpək əvvəl  bir  qədər  özünü  rahatsız  saxladı,  sonra  Qaraca  qızın  səyilə

bilmərrə sakit  oldu  və axırda  pişiyə də dəyməyib  onunla  dostluq  binasını  qoydu.

Meyvələr hazır olduqda Piri baba dedi:

-

İndi bunları ağalığa aparmaq lazımdır. Qapıya kimi mənə kömək et, sonra



mən özüm apararam.

-

Baba, məgər mən ağalığa gedə bilmərəm?



-

Yox,  qızım,  getsən  Pəricahan  xanıma  xoş  gəlməz,  elə bilər  ki,  onun

əmrindən çıxırıq.

Qaraca  qız  Piri  kisini  bağın  qapısına  kimi  ötürüb  öz  xal-xal  pişiyini  qucağına

aldı, bağı gəzməyə başladı. Çəpərin qırağı ilə gedərkən, Qaraca qız gördü ki, Ağca

xanım  da  mürəbbiyəsi  ilə skamyanın  üstündə oturub  kitab  oxuyur.  Görünürdü  ki,

Ağca  xanım  kitabı  fikirlə oxumur  və oxuduğunu  da  sevmirdi.  Bu  halda  bir  gözəl

kəpənək  gəlib  Ağca  xanım  oturduğu  skamyanın  üstünə qondu.  Ağca  xanım

gizlincə kəpənəyi tutmaq istədisə də lakin tuta bilmədi. Bunu mürəbbiyə görüb çox

acığı tutdu və hirsli Ağca xanımın əlindən tutub evə apardı.

Qaraca qız bir müddət dayandı ki, görsün Ağca xanım yenə bağçaya çıxacaqmı.

Bir  azdan  sonra  mürəbbiyə yalnızca  gəlib  skamyanın  üstündə əyləşdi  və kitab

oxumağa məşğul oldu. Qaraca qız duydu ki, o, Ağca xanımı evə salıb dustaq etdi.

Bu  işdən  rəhmdil  Qaraca  qızın  nə qədər  Ağca  xanıma  ürəyi  yanıb  yazığı  gəldisə,

bir o qədər də mürəbbiyəyə düşmənçiliyi artdı.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə