Milli Kitabxana
401
-
Yox, xanım, arını incitməsən və onlardan qorxmasan adamı sancmazlar.
Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri kişi dedi:
-
İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün, ya da budağı sındır,
torbanın içində qalsın.
Qaraca qız budağı sındırdı və aşağı endi. Piri kişi torbanı ondan aldı. Hamı
arılığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı.
-
Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam və balı da öz ixtiyarında
olacaqdır. Haçan könlün bal istədi, gələrsən, kəsib verərəm.
Bundan Ağca xanım çox şad oldu. Hüseynqulu ağa dedi:
-
Qızım, bu da sənin arın, indi gəl gedək, bir azdan sonra anan gələcəkdir.
* * *
Axşam çağı Pəricahan xanım Mariya İvanovna ilə şəhərdən gəlib çıxdı.
Pəricahan xamm Ağca xanımı çox şad və yanaqlan qızarmış görüb dedi;
-
Bax, qızım, mənə qulaq asıb evdən bayıra çıxmadın, ona görə sağalıb
rongin özünə gəldi. Gör, qızım, sənə nə qəşəng şeylər gətirmişəm.
Ağca xanım, anası gətirdiyi gözəl kuklalara, başqa oyun şeylərino və şirin
yeməli şeylərə baxıb çox şad oldu. Bu vaxt Ağca xanımm arzu etdiyi bir şey
vardısa, o da bu şeyləri Qaraca qıza göstərib onunla bölüşmək idi. Bu da ancaq
Baba otağmda mümkün idi.
Ağca xanımm təbiəti çox həlim idi, özü də sozə baxan bir qız idi. Lakin Qaraca
qız ilə görüşmək arzusu onda o qədər artıq idi ki, mürəbbiyəsinin əmrindən çıxıb
tez-tez özünü Baba otağına saldırırdı.
Ağca xanımın gündən-günə sağlam olmağı anasını nə qədər şad edirdisə, bir o
qədər də mürəbbiyəsinin əmrindən çıxıb özünə tənbeh etdirməyi onu qəmgin
edirdi. Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə, Hüseynqulu ağa rişxəndlə
deyirdi:
- İki böyük arvad bir balaca uşağı tərbiyələndirə bilmirsinizmi. Mən sizə
məsləhət görürəm ki, onu tez-tez Baba otağına salıb dustaq edəsiniz.
Bu kimi hallarda Hüseynqulu ağa qızına acıqlanıb Baba otağına göndərərdi və
gizlin Qaraca qıza xəbər verərdi.
Milli Kitabxana
402
* * *
Piri kişi Qaraca qızın Ağca xamm ilə gizlin görüşüb dostluq etməsinə əsla razı
deyildi, O bilirdi ki, quduz bəyzadələrdən başqa, qeyrilərini insan dərəcəsinə
qoymayan Hüseynqulu ağa bu yetim qızı arvadının acığına Ağca xanımın yanına
buraxır. O biri tərəfdən Piri kişi düşünürdü ki, bu sirr açıldıqda Pəricahan xanım
Qaraca qızı qovacaq Piri kişinin bir də narazılığı onda idi ki, Hüseynqulu ağa
ziynətli qaraçı libası tikdirib Qaraca qıza geyindirirdi və öz qonaqlıqlarında
oynadırdı.
Bunun üstündə Piri kişinin Hüseynqulu ağaya çox acığı tuturdu. Lakin qızı
onun əlindən almaqdan aciz idi. Piri kişinin fikri yanlış deyildi Belə ki, bir dəfə
Hüseynqulu ağa böyük qonaqlıq edib çox adam çağırmışdı. Bu qonaqlıqda oxuyub
çalan dostəsi də vardı. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki,
gəlib oynasın. Bu vaxt Qaraca qıza soyuq dəydiyinə görə yerdə yatırdı. Piri kişi
qızı getməyə qoymadı. Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq,
ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin, Piri kişi əlacsız
qaldıqda Qaraca qız qalxıb qaraçı paltarını geydi və qavalını əlinə alıb yola düşdü.
Qaraca qızın özünün də oynamağa meyli çox idi. O, rəqs etməyi olduqca
severdi. Odur ki, məclisə mübariz istəyən pəhləvan kimi atıldı. Bir məharətlə
oynamağa başladı ki, bütün danışıq və səs kəsildi. Qaraca qız elə coşmuşdu ki,
orada olan adamlar onun gözündən itmişdi. Ancaq öz ustadı olan Yasəınən
gözünün önündə durmuşdu. Birdən Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların
nəzərində bir şar kimi göründü. Qəflətən Qaraca qız bir dizi üstü çökərək əlinin
birini qaval ilə yuxarı tutub, o birini belinə qoydu.
Rəqsi belə bitirmək Qaraca qızın adəti idi. Qaraca qız qonaqlar tərəfindən
gurultulu alqışlandı. Sonra hamı rica etdi ki, bu oyunu bir də təkrar etsin. Qaraca
qız qəbul etmədi. Hətta Hüseynqulu ağanın da sözünə baxmadı. Hamının ümidi
kəsilmişdi ki, birdən Ağca xanım ortaya çıxıb, çalğıçılara həmin rəqsi çalmağı əmr
etdi. Hamı təəccüb ilə ona baxırdı. Çalğıçılar çaldılar, Ağca xanım da oynamağa
başladı. Bunun oynamağı gözəl və qaydalı idi. Hər hərəkətindən məlum edirdi ki,
bu, Qaraca qızın şagirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı cağırdı, o da
dərhal sıçrayıb ortalığa girdi və hər ikisi
Milli Kitabxana
403
qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda ağalıq xidmətçilərinə yayıldı.
Onlar dəstə ilə yüyürüb qapının ağzından tamaşa etməyə başladılar. Bu xəbər
Pəricahan xanıma da çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla
şad olmayıb acığından bilmirdi ki, nə etsin.
Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onlar alqışladılar. Hüseynqulu ağa
fərəhlənib qızını bağrına basdı. Bəylər onu tərif edib başını sığalladılar.
Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib Ağca xanımı yanına
çağırtdı. Hüseynqulu ağa duydu ki, arvadı qızını tənbeh etmək üçün çağırır. Bu
fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımın bağırtısı gəlirdi. Hüseynqulu
ağa səbir edə bilməyib qonaqlardan üzr istədi və Pəricahan xanımın yanına gəlib
gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır:
-
De görüm, bu oynamağı sənə kim öyrətmişdir?
Hüseynqulu ağa dedi:
-
Buyur, cavabım mən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir?
-
Qaraca qız onu harada görürdü ki, öyrətsin. Mən onunla görüşməyi
qadağan etməmişdimmi?
-
Sən etmişdin, lakin mən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən?
Kimin həddi var bundan sonra mənim əmrimdən çıxsın...
Pəricahan xanım indiyə qədər ərini bu dərəcədə hirsli görməmişdi.
-
İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam.
-
Özün bilərsən, oturursan-otur, gedirsən-get. Bunu bilməlisən ki, bundan
sonra mən öz istədiyim kimi davranacağam.
O biri otaqdan bəylər onun səsini eşitdilər. Rəhim bəy və Səlim bəy onun
ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə gəldilər. Hüseynqulu ağanı
çəkib o biri otağa apardılar. Bu itifaqdan qonaqlar pərişan olub bir-bir dağılmağa
başladılar. Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb,
getsinlər. Bunlar istədiklərinə çatdılar. Hüseynqulu ağanın hirsi yatıb arvadına
dedi:
-
Nə üçün razı olmursan Ağca xanım oynasın, oynamağın nə zərəri var ki?
Səlim bəy dedi:
Dostları ilə paylaş: |