Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə121/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   117   118   119   120   121   122   123   124   ...   135

Milli Kitabxana

395


Ağalıq  evi  təzə qayda  ilə tikilmiş  iki  mərtəbə gen-bol  bir  imarət  idi.  Bundan

başqa  evin  baş  tərəfində üç  balaca  otaqdan  ibarət  bir  qədim  tikili  də vardı.  Bu,

Hüseynqulu  ağanın  babasından  qalma  köhnə bir  imarət  idi.  Bu  evin  pəncərələri

xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu. Həmişə iki

otağın ağzı bağlı olardı. Orada Hüseynqulu ağanın babasından qalma əntiq şeyləri

saxlanırdı.  Ancaq  üçüncü  otaq  qədim  yaraqlar  və zinətli  şeylərlə bəzənib

Hüseynqulu  ağa  üçün  açıq  saxlanırdı.  Burada  Hüseynqulu  ağa  nahardan  sonra

uzanıb  bir  az  rahatlıq  edərdi.  Bu  otağın  bircə dənə pəncərəsi  vardı,  o  da  qeyri

pəncərələr  kimi  yana  açılmayıb,  yuxarı  çəkilirdi.  Onun  xırdaca  və rəngbərəng

şüşələri içəriyə bir o qədər işın buraxmazdı, ona görə də otağın içi qaranlıq idi. Bu

otaq ağalıqda "Baba otağı" adı ilə məhşur idi. Axır vaxtlarda Ağca xanım müqəssir

olduqda,  onu  tənbeh  üçün  bu  otağa  salırdılar.  Qaraca  qız  çəpər  uzunu  gəlib,  evin

başına çatdıqda gözləri nağıl etdiyimiz Baba otağına sataşdı. Pəncərənin abı, yasıl,

qırmızı, Sarı və qeyri rəngli şüşələri Qaraca qızın diqqətini cəlb etdi. Çəpər hündür

olduğundan Qaraca qız bu otağı yaxşı görə bilmirdi, ona görə də bir ağaca çıxdı ki,

oradan  baxsın.  Bunu  Ağca  xanım  içəridən  görürdü.  Barmağı  ilə şüşəni  döydü  ki,

özünün  orada  olduğunu  Qaraca  qıza  bildirsin;  birdən  şüşə cingilti  ilə sınıb  yerə

töküldü. Bundan  hər ikisi qorxuya düşdü. Qaraca qız ağacdan  yerə düşmədisə də,

yarpaqların  qalın  yerində özünü  gizlətdi.  Bir  azdan  sonra  Ağca  xanım  sınan

şüşənin  yerindən  baxıb  yavaşcadan  Qaraca  qızı  çağırdı.  O  da  özünü  ona  göstərib

dedi:

-

Ağca xanım, səni orada mürəbbiyənmi dustaq eləmiş?



-

Bəli, onu sən haradan bildin?

-

Mən  bayaq  çəpərin  arasından  güllü  bağçaya  baxırdım,  sən  də kitab



oxuyurdun. İstəyirdin kəpənəyi tutasan, mürəbbiyənin sənə acığı tutdu, dustaq etdi.

-

Doğru deyirsən, anamın və mürəbbiyəm Mariya İvanovanın acığı tutanda,



məni  buraya  salırlar.  Ah,  sən  nə xoşbəxt  uşaqsan.  Mənim  kimi  dustaq  olmayıb

özün üçün bağda azad gəzirsən.

-

Sən də həmişə dustaq olmursan ki, qeyri vaxtlarda mənim kimi gəzirsən.



-

Yox,  məni  heç  kəs  ilə oynamağa  qoymurlar,  gəzəndə həmişə Mariya

İvanovna yanımda olur. Mən onunla gəzməyi sevmirəm.

Qaraca qız dedi:




Milli Kitabxana

396


-

Nə etməli, səni mənimlə oynamağa qoymurlar.

-

O qucağındakı  nədir, - deyə Ağca  xanım soruşdu. Qaraca  qız xallı pişiyi



ona göstərib dedi:

-

Bu pişik balasını bu sabah bağdan tapmışam.



-

Ah, nə gözəl pişikdir, - deyə Ağca xanım köksünü ötürdü.

-

İstəyirsən, sənə bağışlayım.



-

Çox yaxşı, gətir bu deşikdən ver.

-

Oraya nə tövr gəlim, qapıdan gəlsəm, məni görərlər və qoymazlar.



-

Gör çəpərdən keçə bilərsənmi?

-

Yaxşı, görüm keçə bilərəmmi, - deyə Qaraca qız ağacdan düşüb çəpərdən



keçməyə yol  axtarmağa  başladı.  Gəzərkən  çəpərin  altından  su  arxının  yolunu

gördü,  bu  deşikdən  Qaraca  qız  xeyli  çətinliklə evin  dal  həyətinə çrxdı.  Sonra

gizlincə gəlib pəncərənin qabağına çıxdı. Ağca xanım sevinə-sevinə dedi:

-

Haradan keçdin?



-

Su arxının deşiyindən. Al, gör nə yaxşı pişikdir.

Ağca xamm pişiyi alıb bağrına basdı. Qaraca qız deşikdən içəri baxıb dedi:

-

Nə gözəl otaqdır, nə çox yaraq asılmışdır.



Ağca xanım dedi:

-

Mən buranı sevmirəm, özüm də qorxuram. Pəncərəni aça bilsəydim sən də



gələrdin, burada söhbət edərdik. Ancaq onu yuxarı qaldırmaq lazımdır. Mənim də

gücüm çatmır. Qoy görüm, Mariya İvanovna qapını daldan bağlamış ya yox. Bunu

deyib Ağca qapını çəkdi, qapı açıldı.

-

Ah nə yaxşı oldu, tez ol gəl.



Qaraca  qız ətrafına  baxa-baxa  cəld  içəri  girdi.  Hər  ikisi  sevinərək  bir-birini

qucaqladı. Sonra da şirin söhbət etməyə başladılar.

Bu  vaxt  Mariya  İvanovnanın  oxuduğu  kitab  xeyli  maraqlı olduğundan  başı

qarışıb,  Ağca  xanımı  bir  saat əvəzinə iki  saat  dustaq  etdiyindən  xəbəri  yox  idi.

Lakin bu unudulmağa  Ağca  xanım çox şad idi. O, Qaraca qızı vaxtında qaçırmaq

üçün  tez-tez  qapıya  çıxıb  baxırdı  ki,  görsün  mürəbbiyəsi  gəlirmi.  Bir  dəfə də

çıxanda  anasını  yanında  hazır  gördü.  Bu  ittifaqdan  Ağca  xanımın  rəngi  qaçıb

bədəninə titrətmə düşdü.  Özünü  elı itirmişdi  ki,  anasının  sualına  cavab  verə

bilmirdi.



Milli Kitabxana

397


Pəricahan xanım Baba otağını açıq görüb fikir etdi ki, Hüseynqulu ağa içəridə

olar, bu qəsd ilə oraya girmək istədikdə Ağca xanım lap özünü itirib onun qabağını

kəsdi:

-

Ana, buraya girmə, girmə, - deyə özü də ağlamağa başladı.



Pəricahan təəccüblü ikən Mariya İvanovna gəlib çıxdı və ondan qızının dustaq

olmağını bildi. Pəricahan xanım, mürəbbiyə və onların arxasınca Ağca xanım otağa

girdilər. Pəricahan xanım pişiyi görüb soruşdu:

-

Bundan  ötrümü  qorxdun?  Nə gözəl  pişikdir,  bunu  saxlamağa  sənə izin



verirəm.

Ağca  xanım  Qaraca  qızı  içəridə görməyib  bir  qədər  ürəkləndi,  Qaraca  qız  isə

divanın altına girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar və nahar

yeməyinə getdilər. Qaraca qız qapısı bağlı evdə qaldı.

Xanımlar  gedəndən  sonra  Qaraca  qız  cəld  divanın  altından  çıxıb  qapıya

yüyürdü  ki,  bir  kəs  gəlməmiş  buradan  getsin.  Lakin  qapını  daldan  cəftələnmiş

görüb  məyus  qaldı.  Sonra  pəncərəni  çəkmək  fikrinə düşdü,  amma  nə qədər

çalışdısa,  bir  şey  bacarmadı,  çünki  pəncərənin  yuxarıdan  iki  nazik  dəmir  mil  ilə

bağlı olduğunu anlamayıb, ancaq var gücü ilə yuxarı qaldırırdı. Xeyli çalışdıqdan

sonra  Qaraca  qız  ümidsiz  divanın  üstündə oturdu.  O, xeyli  təşvişdə idi,  çünki

bilirdi  ki,  bu  sirrin  üsrü  acılsa,  Pəricahan  xanım  onu  buradan  qovub,  qızına  da

böyük tənbeh edəcəkdir. Bir az oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək

fikrinə düşdü, bu səfər diqqət yetirdikdə, nəzəri dəmir millərə sataşdı, dərhal qalxıb

onları çıxartdı və sonra pəncərəni çəkməyə başladı. Pəncərə hərçənd ağır idi, amma

Qaraca qız da qüvvətli idi. O, pəncərəni qaldırıb altından cəftə ilə bənd elədi. Sonra

pəncərədən  çıxıb  qapını  açdı.  Pəncərəni  saldı,  bayıra  çıxıb  qapını  bağladı,  gəldiyi

deşikdən bağa girib komalarına getdi.

Bu  vaxt  Ağca  xanım  Qaraca  qız  barəsində artıq  dərəcədə iztirabda  idi.

Boğazından əsla  çörək  getmirdi,  fikri  müdam  Qaraca  qızın  yanında  idi.  Hətta

qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib yenə Baba otağına salarlar,

lakin  bu  hiylə onu  muradına  çatdırmadı;  çünki  Pəricahan  xanım  qızının  rəngi

qaçdığını görüb təşvişə düşdü:

-

Qorxma,  qızım,  eybi  yoxdur,  xörəyi  süfrəyə qəsdən  dağıtmadın  ki,  özü



töküldü. Yoxsa, qızım, azarlısan?


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə