Milli Kitabxana
52
C ə b i, O v a n e s çıxırlar.
S ə f d ə r q u l u b ə y ( başıaşağı cibindən pul çıxarıb). Vəli bəy, qız da! Bu on
manat (başını qaldırır.) Nəbi!
N ə b i. Bəli.
S ə f d ə r q u l u b ə y. A gədə, bəylər hanı?
N ə b i. Ağa, bəylər yoxdur.
S ə f d ə r q u l u b ə y. Ay gədə, nə deyirsən? Vot tebe na. İndicə səsləri
gəlirdi. Qumar oynayırdılar.
N ə b i. Ağa, bəlkə, yuxunda görmüsən?
S ə f d ə r q u l u b ə y. Ay gədə, nə deyirsən? Vot tebe na. Başına at təpibdir
nədir? İndicə buradan Vəli bəyin, Mehdi bəyin səsləri gəlirdi. Piyan saldat kimi,
vot tebe na, evə gəlib gedəndən də xəbərin yoxdur. O biri otağa bax. Gör
oradadırlarmı?
N ə b i. Bu saat oradan gəlirəm, heç kəs yoxdur.
S ə f d ə r q u l u
b ə y. Allahü əkbər, vot tebe na. Ay gədə, mən dəli
olmamışam ki, indicə bu qulaqlarımla eşitdim ki, vot tebe na, Vəli bəy Mehdi bəyə
deyirdi ki, kartını açmasan getmərəm.
N ə b i. Ağa, and içkinən ki, sənə acığım tutmayacaq, düzunü deyim.
S ə f d ə r q u l u b ə y. Yaxşı, acığım tutmaz, de görüm.
N ə b i. Xeyr, Mələknisa xanımın goruna and iç, deyim.
S ə f d ə r q u l u b ə y. And olsun Mələknisa xanımın goruna. Vot tebe na!
Acığım tutmaz. İndi de.
N ə b i. Ağa, özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var,
gərək bazarlıq edəm. Mən də nə qədər çağırdım, qışqırdım, oyanmadın. Axırda
naəlac qalıb Cəbi və Ovanes ilə bəylərin qumar oynamaq təqlidini çıxartdım ki,
bəlkə onların səslərinə oyanasan. Düzü budur.
S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... Ay gədə, Nəbi, sən nə lotusan. Bəs Cəbi,
Ovanes hanı?
N ə b i. Ağa, onlar səsini eşitcək qorxub bayıra qaçdılar.
S ə f d ə r q u l u b ə y. Çağır buraya gəlsinlər.
N ə b i (qapını açıb çağırır.) Cəbi, Ovanes, buraya gəlin, ağa çağırır. Cəbi və
Ovanes daxil olurlar, baş eyirlər.
S ə f d ə r q u l u
b ə y. Adə, siz nə bicsiniz, indi də bizim təqlidimizi
çıxardırsınız? Vot tebe na. Cəbi, de görüm Mehdi bəy nə tövr karta gedir?
Milli Kitabxana
53
C ə b i (səsini dəyişdirir.) Doqquzluq napi pee... Yenə üzə düşdü. Atanti.
S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... Siz öləsiniz lap Mehdi bəyin özüdür. Adə,
Ovanes, sən de görüm, Saşa bəy nə tövr oynayır?
O v a n e s. Altılıq uqol, xalına da üç manat.
S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... (Barmağı ilə qorxudur.) Əlbət Saşa bəyi,
vot tebe na, görərəm. Bəs sizdən kim uddu?
C ə b i. Ağa, pulumuz haradaydı ki, puldan oynayaq.
S ə f d ə r q u l u b ə y (onlara pul paylayır.) Ala, bu sənin, bu sənin, bu da
sənin. (hərəsinə bir manat verir.)
Ü ç ü d ə. Sağ olsun Səfdərqulu ağa!
S ə f d ə r q u l u b ə y. Bu gün məni seçsələr, hərənizə bir xələt verəcəyəm.
C ə b i. Ağa, sizdən artıq kim var ki, onu seçələr.
N ə b i. Bu doğrudur, bizim ölkədə ikinci Səfdərqulu ağa tapılmaz.
O v a n e s. Ağa, çox sağ ol, kela allah sizi bizim üstümüzdən əskik etməsin.
C ə b i. Ağa, izin ver gedək.
S ə f d ə r q u l u b ə y. Yaxşı, gedin.
C ə b i və O v a n e s baş endirib çıxırlar.
S ə f d ə r q u l u b ə y. Nəbi, biz də gedək, bəylər üçün içkidən-zaddan alım,
gətir. Aşpazın hər şeyi hazırdırmı?
N ə b i. Bəli. Səfdərqulu bəy. Onda gedək.
Çıxırlar.
Pərdə
İKİNCİ ŞƏKİL
Birinci pərdənin səhnəsi. Pərdə qalxdıqda Səfdərqulu bəy görünür.
S ə f d ə r q u l u b ə y. (saata baxır.) İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..
Nəbi daxil olur.
Milli Kitabxana
54
N ə b i. Nə buyurursan, ağa?
S ə f d ə r q u l u b ə y. Ədə, oxuyan-çalanlara xəbər vermisənmi?
N ə b i. Bəli, vermişəm.
S ə f d ə r q u l u b ə y. Bəs niyə gəlməmişlər? Bu saat bəylər gələcəklər, vot
tebe na. Get gör nə üçün gecikmişlər.
Nəbi çıxır, sonra Mehdi bəy. Vəli bəy. Rüstəm bəy. Məşədi Səməd, Saşa bəy səs-
küylə daxil olurlar.
H a m ı. Urra... Urra... Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat!
Səfdərqulu bəyi götürüb yuxarı atıb-tuturlar.
S ə f d ə r q u l u b ə y. Qospada! Bir dayanın, vot tebe na, nəfəsimi alım.
V ə l i b ə y. Ədə, bu oxuyan, çalanlar harada qaldılar?
Rəhim və Kərim daxil olurlar.
M e h d i b ə y. Yaxşı vaxtda gəlmişsiniz, tez bir "Uzundərə" çalın.
Çalırlar.
V ə l i b ə y. Mehdi bəy, Səfdərqulu bəyin havası o deyil.
M e h d i b ə y. Vəli bəy, rica edirəm, iki dostun arasına girmə. (Oynayır, sonra
Səfdərqulu bəyin əlindən tutur.) Gəl oynayaq, vəfalı dostum.
Oynayırlar, qeyriləri də çırtıq çalırlar, sonra otururlar.
R ü s t ə m b ə y. Qospada, səhərə kimi buradayıq. Yeyəcəyik, içəcəyik,
oynayacağıq. Qumar vuracağıq. Ancaq gərək qabaqca işimizi qurtaraq. Ruslarda
bir məsəl var, deyərlər: Kuy, jelezo poka qoryaco.
M ə ş ə d i S ə m ə d. Rüstəmbəy, mənasını deyinizki, məndə başa düşüm.
R ü s t ə m b ə y. Yəni dəmiri qızğın ikən yastıla. Məşədi Səməd, indi başa
düşdünmü?
M ə ş ə d i S ə m ə d. Bəli, çox yaxşı başa düsdüm. Siz deyirsiniz ki, Məşədi
Səməd, belə fürsət ələ düşməz, Səfdərqulu bəydən Qırx manat dükan borcunu
almaq vaxtı gəlmişdir.
Milli Kitabxana
55
R ü s t ə m b ə y. Rəhmətliyin oğlu, sən Nuhinəbinin borcundan dəm vurursan.
Mən hal-hazırdan danışıram. Bu adamlar şahiddir ki, mən Səfdərqulu bəyin deputat
seçilməsi yolunda nə qədər çalışmışam. Qospada, doğrudurmu?
H a m ı. Doğrudur.
R ü s t ə m b ə y. Ona-buna mən ölüm demişəm. Cürbəcür hiylə qurmuşam,
axırı özümü
onun seçki qutusuna nəzarətçi təyin etdirmişəm. Qospada,
doğrudurmu?
H a m ı. Doğrudur.
R ü s t ə m b ə y. Özünüz bilirsiniz ki, bizim adamların əksəri seçki işinə bələd
deyillər. Bundan istifadə edərək xam adamları belə aldatmışam: Əmi, heç seçki
görmüsən? - xeyr, oğlum, görməmişəm. Al bu yumru şeyi özün sal. - Xeyr, əmi
onu eləmək olmaz, ancaq sənə kömək elərəm, - onun əlindən tutub qutunun
pərdəsini qaldıraraq, - bax, əmi, şarı belə salarlar, deyə kişinin əli ilə ağ şar
saldırmışam. Bax, imanımı belə satmışam. (Gülüşürlər.) Bu üsul ilə nə qədər şar
salmışam, özüm də hesabını itirmişəm.
M e h d i b ə y. Sənin dediyindən belə çıxır ki, hamı işləri sən görmüsən?
R ü s t ə m b ə y. Xeyr, Mehdi bəy, mən haqqı itirən adam deyiləm. Hamınız
işləmisiniz. Xüsusən siz, Mehdi bəy.
S a ş a b ə y. Rüstəm bəy, kela çox uzun danışmaq lazım deyil. Borcunu de
görüm.
Gülüşürlər.
R ü s t ə m b ə y. Hər ağ şara bir manat istəməyə haqqım var, onu da dedim ki,
hesabını itirmişəm, ona görə 80 manata iktifa
1
edirəm.
V ə l i b ə y. Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost,
dost yolunda canını qoyar. Lakin Səfdərqulu bəydən halalca altmış manat qumar
borcunu istəyirəm.
M e h d i b ə y. Qospada, sizdən sual edirəm, bu işin banisi kimdir və bu yolda
hamıdan artıq çalışan kim olmuş?
H a m ı. Siz.
M e h d i b ə y. Vəli bəy, sən vəkilsən, belə işlərdə məharətin var, məsələn, bir
belə işi götürüb sudda udsan neçə alardın?
Kifayətlənmək
Dostları ilə paylaş: |