Milli Kitabxana
192
Ş ə m s i b ə y. Çingiz, mən elə fikir edirdim ki, atalarımızın ədavəti biz
övladlarına keçməyəcəkdir, çünki hər iki tərəf bir-birlərindən intiqamını almış.
Mən əmim İlyas bəyin və başqa qohumlarımın qanını səndən iddia etmirəm. Fəqət
indi görürəm ki, siz başqa fikrə düşmüşsünüz, bismillah, mən meydandan qaçan
oğlan deyiləm.
Ç i n g i z. Hə, indi biqeyrət Şahbaz bəyin oğlu Şəmsi bəy özünü büruzə verdi.
Ş ə m s i b ə y. Quldurbaşı Əlimərdanın oğlu Çingiz də öz gədalığını göstərdi.
Ç i n g i z. Mənə gəda deyirsən?
Onun üstünə yeriş edir, Zöhrə xanım başını uca tutaraq, döşünü gərərək onun qarşısında
durur. Həcər xanım qışqırıb qəşş edir, Qəmər ağlayır.
Z ö h r ə x a n ı m. Çingiz, biz düşmən də olsaq qapınıza gəlmişik, sizə qonaq
olmuşuq, qonağın ehtiramı beləmi olur?
Ç i n g i z (başını aşağı salaraq). Zöhrə xanım, məni əfv ediniz, xəcalətimdən
üzünüzə baxa bilmirəm. Tutduğum əməldən özüm də peşmanam.
Z ö h r ə x a n ı m. Öz tərbiyəsilə cavanlar arasında şöhrət tapmış Çingizi indi
tanıdım, əfvinizi qəbul edirəm. Ancaq anamız Həcər xanımdan üzr istəməlisiniz.
Ç i n g i z. Həcər xanım, məni əfv etməlisiniz. (Əllərindən öpür, Həcər də onun
alnından öpür.)
H ə c ə r x a n ı m. Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, allah səni
hər bəladan hifz etsin.
Q ə m ə r (gedib Çingizin əlindən tutub Şəmsi bəyə tərəf gedir.) Çingiz, Şəmsi
bəylə də barış.
Ç i n g i z (ona əl verərək). Şəmsi bəy, məni əfv ediniz, o sözləri deməyə
ürəyimin qəm-qüssəsi səbəb oldu. Qürbətdə çəkdiyim əziyyətdən sonra əziz anamı,
sevgili bacımı, qoca babamı sağ və salamat gördükdə bəxtiyar ömrünü Sibirdə
çürüdüb axırı canını namus yolunda fəda edən yazıq atam yadıma düşdü. Özümü
saxlaya bilməyib sizlərə biehtiramlıq etdim.
Y a s ə m ə n (gedib onu qucaqlayaraq). Oğlum, bu sözlərin ilə yaralı ürəyimi
oxladın. (Ağlayır.)
P i r i b a b a. Yasəmən, sakit ol, naşükür olma, Çingiz kimi oğlun, Qəmər kimi
qızın var. Ölüm cümlə yaranmış üçün var. Oğlum, Çingiz, bəs mən qoca baban ilə
nə üçün görüşmürsən?
Milli Kitabxana
193
Ç i n g i z. Bağışla baba, bu gün özümü başqa halda görürəm. ( Gedib onun
əllərini öpür.)
Q ə m ə r. İndi gəl gedək, su töküm əl üzünü yu.
Otağa gedirlər.
Ş ə m s i b ə y. Ana, siz də hazır olun, mən də gedib faytonu qoşdurum.
P i r i b a b a. Oğlum, nə tələsirsən, çörək yeyib gedərsiniz.
H ə c ə r x a n ı m. Şəmsinin fikrini anlayıram, o qorxur ki, yenə aralarında
toqquşma ola. Mən də onun fikrinə şərikəm.
Y a s ə m ə n. İndi Çingiz nəinki yenidən toqquşmaq, hətta səy edəcəkdir ki,
sizin könlünüzü alsın.
P i r i b a b a. Yasəmən doğru deyir, Çingizin ürəyi çox yumşaqdır, heç kəsi
özündən incitməz.
Z ö h r ə x a n ı m. Biz Çingizdən rəncidə olmuruq. Ürəyi yanıqlı idi, onun
üçün də təbiətindən çıxdı. Sonra peşman olub bizdən üzr istədi. Bu bizə kifayət
edər. İrəlilərdə mənə heç vaxt ədavət göstərməyibdir. Çox mehriban rəftar edibdir.
Çingiz və Qəmər gülə -gülə gəlirlər.
Ç i n g i z. Piri baba, eşitdim səni sultanlıqdan əzl ediblər.
P i r i b a b a. Ay oğul, çox da yaxşı ediblər, mənim sultanlığım keçmiş.
Cavanlıqda atdığım güllə boşa çıxmazdı, indi isə çox vaxtı ovdan əliboş qayıdıram.
Ç i n g i z. Demək on iki addımda durmuş dovşanı daha vura bilmirsiniz.
Gülüşürlər.
Z ö h r ə x a n ı m. Şəmsi, payını aldın?
Ş ə m s i b ə y. Allah heç kəsi Qəmər bəyimin dilinə salmasın.
Q ə m ə r. Allah heç kəsi Şəmsi bəy kimi ovçunun ümidinə qoymasın, çünki
şamsız yatar.
Gülüşürlər.
Ç i n g i z. Allah heç qardası Qəmər kimi bacının ümidinə qoymasın, çünki
səfərdən gəlmiş qardaşım çaysız qoyar.
Milli Kitabxana
194
Q ə m ə r. Bu saat, qardaşım. ( ona çaytöküb verir.) Gör bacın sənə
badımcandan, pamidordan nə dürlü-dürlü ləziz xörəklər bişirəcəkdir.
Ş ə m s i b ə y. Qəmər bəyim, nə qədər xörək bişirməkdə mahir olsanız, yenə
də mənim bacım Zöhrəyə çata bilməzsiniz.
Z ö h r ə
x a n ı m. Yəqin yenə də mənim qayğanaq məsələm meydana
çıxacaqdır.
Ş ə m s i b ə y. Əlbəttə çıxacaqdır. Camaat, bir dəfə çox bərk acmışdım, evdə
də Zöhrədən başqa heç kəs yoxdu. O da oturub roman oxuyurdu. Dedim, bacım dur
mənə qayğanaq bişir, yeyim. O vaxtı Zöhrə xanım təzəcə gimnaziyanı qurtarmışdı.
Bacım bişirdi, mən də yedim. Nəticəsi - indi də qayğanağa baxa bilmirəm.
H ə c ə r
x a n ı m (gülür.) Zöhrə yumurtanı əvvəl suya salıb sonra yağ
tökmüşdür.
Gülüşürlər.
Ş ə m s i b ə y. Ana, mən bacımın icadının sirrini açmaq istəmədim, sən niyə
açırsan?
Ç i n g i z. Piri baba, arıların nə haldadır?
Y a s ə m ə n. Anan ölsün, hər bal yeyəndə boğazımdan getmirdi. Bilirəm, sən
balı çox sevirsən.
P i r i b a b a. Oğlum, sənin bəxtindən bu il balım boldur, nə qədər xətrin istəsə
ye, qurtaran deyil.
Ç i n g i z. Cəbi lələ, get Piri babanın o tərifli balından kəs gətir, yeyək.
P i r i b a b a. Topal, cökə ağacının altındakı səbətdən kəs gətir. Onun balı çox
dadlıdır.
Cəbi gedir. Səfa daxil olur.
H ə c ə r x a n ı m. Səfa nə var, xeyir ola.
S ə f a. Xanım siz gedəndən sonra Şahbaz bəy gəlib çıxdı. Nurəli bəyin evində
qumar oynayırmışlar. Ağa gecə də orada yatıb qalıbmış. Məndən soruşdu ki, Həcər
xanım və usaqlar haraya gediblər. Dedim Züleyxa xanımgilə qonaq gediblər, üç
gündən sonra gələcəklər. Elə bunu demiş oldum, ağa hirslənib qışqırdı, söyməmiş
bir xidmətçi qoymadı.
Dostları ilə paylaş: |