Milli Kitabxana
202
H ə c ə r x a n ı m. Qorxuram ona kimi Çingizi tutalar.
Z ö h r ə x a n ı m. Səfi bəyin Gəncədən qayıtması beş-altı gün çəkər.
H ə c ə r x a n ı m. Onda qoy Şəmsi getsin, sənin getməyin artıqdır.
Z ö h r ə x a n ı m. Yox, ana, mən gərək gedəm, Şəmsi bacarmaz. Çingiz ona
inanmaz. Mən olsam, Qəmər ilə köməkləşib onu inandırarıq və qaçırdarıq.
H ə c ə r x a n ı m. Yaxşı deyirsən, sənin getməyin vacibdir.
Şəmsi bəy ovçu libasında, əlində tüfəng, dalınca Səfa daxil olurlar.
Ş ə m s i b ə y. Ana, iki günə Züleyxa xalama qonaq gedirəm, izin ver Səfa
faytonu qoşub məni aparsın.
H ə c ə r x a n ı m. İndi atan getdi, sən də getmək istəyirsən, bəs evdə kim
qalsın?
Ş ə m s i b ə y. Bəs sən və Zöhrə nədir?
H ə c ə r x a n ı m. Biz arvadıq, evi kişisiz qoymaq olarmı?
Ş ə m s i b ə y. Ana, sənə söz verirəm ki, iki gündən artıq qalmayam. İndi
əhvalım çox pərişandır, havamı dəyişmək istəyirəm.
H ə c ə r x a n ı m. Onda səbir et, Zöhrə də gedəcəkdir, xalan istəyibdir, onunla
gedərsiniz.
Heydərqulu daxil olur.
H ə c ə r x a n ı m. Heydərqulu, nə var, xeyir ola?
H e y d ə r q u l u. İnşallah xeyirdir, ancaq Züleyxa xanım bir az naxoşdur,
məni göndərdi ki, sizi aparam.
Z ö h r ə x a n ı m. Ana, biz də gedəcəyik?
H e y d ə r q u l u. Xanım dedi ki, uşaqları da gətirsin.
H ə c ə r x a n ı m. Heydərqulu, düzünü de, yoxsa xalam bərk naxoşdur?
H e y d ə r q u l u. Xeyr, xanım, başınız üçün qorxusu yoxdur, həkim gəlmişdi,
dedi soyuq dəyibdir. Üç-dörd günə sağalıb duracaqdır.
H ə c ə r x a n ı m. Səfa, tez faytonu qoş.
H e y d ə r q u l u. Lazım deyil, Züleyxa xanımın faytonunu gətirmişəm, gecə
gəlib çıxdım, karvansarada açdım.
H ə c ə r x a n ı m. Onda sən get, tez faytonu qoş gətir.
Milli Kitabxana
203
H e y d ə r q u l u. Baş üstə.
H ə c ə r x a n ı m. Heydərqulu, axşama düşmərik ki?
H e y d ə r q u l u. Xeyr, xanım, axşama beş saat qalmış orada olacağıq.
Faytona dörd at qoşmuşam, ancaq yarım saatlıq Piri babagilə dönəcəyəm. Xanım
üçün göyərti aparacağam.
H ə c ə r x a n ı m. Çox yaxşı. Get. (Heydərqulu gedir.) Səfa evi sənin ümidinə
qoyuram, yaxşı muğayat ol.
S ə f a. Arxayın ol, xanım.
H ə c ə r x a n ı m. Get Xavərə də bizim üçün dəyişəcək hazır etsin.
Səfa gedir.
Ş ə m s i b ə y. Ana, bu çox yaxşı otdu, hərgah bu gün özümüzü Piri babaya
yetirməsək, Çingizi tutacaqlar.
Z ö h r ə x a n ı m. Onu sənə kim dedi?
Ş ə m s i b ə y. Səfi bəy.
H ə c ə r x a n ı m. Səfi bəy ilə sən haçan görüşdün?
Ş ə m s i b ə y. Bir az bundan İrəli.
Z ö h r ə x a n ı m. Nə deyirsən, Səfi bəy atam ilə Gəncəyə getmədimi?
Ş ə m s i b ə y. Xeyr, Səfi bəy Gəncədən kağız aldı, oxuyandan sonra qalmalı
oldu. Atam tək getdi.
H ə c ə r x a n ı m. Səfi bəy sənlə daha nə danışdı?
Ş ə m s i b ə y. Mənə böyük divan qurmuşdu. Dedi: Zöhrə ilə də danışmışam.
Mən əhvalatı necə olmuşdur tamamilə nağıl etdim. Hətta Çingiz ilə sözləşdiyimi də
ondan gizlətmədim. Dedim, hərgah mən biləydim ki, Çingiz oradadır, heç vaxtı
Piri babagilə getməzdim. Mən səy edirdim ki, onu inandırım ki, firini açdırım.
Məni tərif edib dedi: Mən bilirəm ki, sən qeyrətli oğlansan, bizi bacın Zöhrə kimi
düşmənə satmazsan.
H e y d ə r q u l u (daxil olur.) Fayton hazırdır.
H ə c ə r x a n ı m. Uşaqlar, gedək.
Gedirlər.
Pərdə
Milli Kitabxana
204
DÖRDÜNCÜ PƏRDƏ
Səhnə birinci pərdənin mənzərəsini göstərir. Həyətdə skamyanın qarşısında bir masa,
üstündə bir neçə kitab. Qəmər kitabların şəklinə baxarkən gözünə bir məktub sataşır.
Q ə m ə r (məktubu əlinə götürüb). Bu Zöhrənin xəttinə oxşayır. Yox, səhv
edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda məlum olar. Yox,
özgənin məktubunu oxumaq qəbih şeydir. Qoy başını açıb oxuyum, onda məlum
olar, dalını oxumaram. (Məktubu paketdən çıxarıb oxuyur.) "Ey qəlbimin sultanı,
sevgili Çingizim!" Paho, qəlbimin sultanı, sevgili, bu məktubdan ətir iyi gəlir.
Gərək oxuyam. (Oxuyur.) "Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan
çıxmırsan. Ah, hicran atəşi, məni yaxıb yandırır. Çingizim, dəxi səbir edə
bilmirəm, məhəbbətin uğrunda şam tək əriyən, eşqindən məcnun olan Zöhrəyə
rəhmin gəlisin". Hə, doğrudan da yazan Zöhrə imiş. Ey bivəfa Zöhrə, bəs sən
mənlə belə dost imişsən? Mənə bir çox məktub yazmışsan, heç birində işarə edə
bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə
imiş. Çingizə ah çəkdirən nə imiş. (Məktubu gizlədib kağız yazır.) Zöhrə xanım,
məktubu belə yazarlar, özü də şeir ilə.
Y a s ə m ə n (içəridən). Qəmər, Qəmər!
Q ə m ə r. Gəlirəm.
Gedir, Çingiz otaqdan çıxır, masaya tərəf gəlir, Qəmərin yazdığı kağızı əlinə götürür.
Ç i n g i z. Bunu kim yazmış. Qəmərin xəttinə oxşayır. Görüm bacım nə yazıb.
Deyəsən şeirdir. (Oxuyur.)
Ey gərdişi ədalı Şəmsi,
Ey fəzanın nazlı sultanı.
Kainatı şad edən sənsən,
Cahana nur verən sənsən.
Ziyan ilə yaşar.
Qəmə mübtəla Qəmər.
Ha-ha-ha...
Qəmər daldan gəlib kağızı onun əlindən dartıb alır.
Milli Kitabxana
205
Q ə m ə r. Başqasının məktubunu oxumaq qəbih şeydir. Belədirmi, bəradərim
Çingiz?
Ç i n g i z. Elədir, bacım Qəmər.
Q ə m ə r. Bəs nə üçün oxuyursunuz?
Ç i n g i z. Çünki məktub deyil, şeirdir. Şair şeir yazır ki, insanlar onu oxuyub
ləzzət aparsınlar, hissləri incələnib zərif olsun. Bacım Qəmər, bu şeirlərlə sən
ədəbiyyatımızda yeni bir cığır açırsan. Daha bundan sonra şeirdə nə qafiyə, nə
məna lazım deyil.
Q ə m ə r. Necə? Mənim şeirimdə məna yoxdur?
Ç i n g i z. Mən ki tapa bilmirəm. Bəlkə, özünüz o pünhan mənanı izhar
edəsiniz.
Q ə m ə r. Ey qəlbimin sultanı Çingiz, Qəmərin şeirinin mənasını anlamağa sən
hələ xamsan, püxtə olmağa çox səfər gərək...
Ç i n g i z. Qəmər!
Q ə m ə r. Bəli.
Ç i n g i z. Gözlərimə bax.
Q ə m ə r (onun gözlərinə baxarkən). Ah, bəradərimin gözləri nə gözəldir.
Şahin baxışlı. İndi o gözlərdə bir iztirab, bir həyəcan görünür. Fəqət gülümsünəndə
başqa lətafət, basqa məlahət... Ey bu gözlərə aşiq olan parlaq ulduz, Qəmər sənə
həsəd aparır.
Ç i n g i z. Ha-ha-ha...
Q ə m ə r. Bax belə, yoxsa qaşqabağını tökəndə üzün Cəbi lələnin
gülümsəməsinə bənzəyir.
Ç i n g i z. Qəmər, güldürdüyün yetər, bir az da səndən böyük qardaşını dinlə.
Q ə m ə r. Oy, məndən nə çox böyüksən, heç hesab edə bilməyəcəyəm. Sən
məndən min səkkiz yüz saniyə böyüksən.
Ç i n g i z. Ha-ha-ha... Qəmər bu gün mən sənlə bacarmayacağam. Ona görə
rica edirəm bəndənizi əfv edəsiniz, buradan təşrif aparasınız. Mənə dərs oxumağa
mane olmayasınız.
Q ə m ə r. Çingiz, daha zarafatı buraxdım.
Ç i n g i z. Qəmər, bir neçə vaxtdan bəri mən səndə təğyir görürəm.
Q ə m ə r. Məsələn...
Ç i n g i z. Məsələn, irəlilərdə sən məndən heç bir şeyi gizlətməzdin, ürəyində
nə olsa açıb mənə söyləyərdin. Məndən gizlin bir sirrin olmazdı, indi isə onu
görmürəm.
Q ə m ə r. Mən də səndə təğyir görürəm.
Dostları ilə paylaş: |