Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə130/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   126   127   128   129   130   131   132   133   ...   140

Aman,  sizə  qurban olum.  Tezcə bir Ağcanm  yarasmı  sorub,  ilanm zəhərini 

yerə tökünüz.

Lakin heç kəs bu qorxulu işə cürət edib  qədəm qoymurdu.

Qaraca  qız  Pəricahan  xanımdan  bunu  eşitcək  Ağca  xanımm  qolundan  zəhəri 

sorub yerə tökməyə başladı.  Hamı  qorxulu bir halda buna təəccüb  edirdi.  Pəricahan 

xanım Qaraca qızm saçlarmı öpərək deyirdi:

Qaraca qız, mənə rəhmin gəlsin,  qızımı ölməyə  qoyma.

Qaraca qız isə Pəricahan xanımm naləsinə əsla fikir verməyib öz istəkli dostunu 

ölümdən xilas etməyə  səy  edirdi.  Bir azdan sonra Qaraca qız nə  qədər sordusa daha 

yaradan  qan  gəlmədi.  Ağca xanım  ağca xanımı yaradan bir o  qədər şikayət etmirdi, 

yaradan yuxarı  qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi:

Ana,  qaytanı  aç,  qolumu kəsir.

Yox,  qızım,  olmaz.  Onda zəhər bədəninə yayılıb  səni  öldürər.  Səbir et,  bu 

saat  şəhərə  teleqram  vuracağam.  Atan  həkim   gətirsin,  -  bunu  deyərək  Pəricahan 

xanım  bir  teleqram  yazdı  və  nökərə  verdi  ki,  aparıb  stansiyadan  vursun.  Ağca 

xanımm  qolunu  bağlayan  zaman  Piri  kişi  gəlib  çıxdı.  Əhvalatdan  xəbərdar  olub 

xeyli iztirab  ilə  Qaraca qızm üzünə baxdı.

Baba,  gördünmü başımıza nə  gəldi?  - deyə Pəricahan xanım  şikayətləndi.

Bəli,  gördüm.  Onu  da  gördüm  ki,  öz  balanı  ölümdən  xüas  etmək  üçün bu 

atasız-anasız yetimi bəlaya salmısan,  - deyə Piri kişi  sərt nəzərlə onun üzünə baxdı.

Baba, nə deyirsən.  Qaraca qıza heç bir şey  olmamış.

Yaxşı bax, xanım.

Bu vaxt Qaraca qız dedi:

Baba,  içərim yanır.  M ənə  su ver içim.

Gəl,  qızım,  gedək.  Görüm  sənə  nə  çarə  edə  bilərəm.  Sonra  üzünü 

xidmətçilərə tutub dedi:

Cəld  gedib mənim komamdan  qatıq gətirin,  ayran edib  qıza içirdim.

Baba, bu saat - deyə xidmətçilər yüyürüşdülər.

Baba,  sənə  yalvarıram,  Qaraca  qızı  aparma.  Qoy  burada yatsm.  Teleqram 

vurmuşam,  Hüseynqulu  ağa  şəhərdən  həkim  gətirəcəkdir.  -  Bunu  deyərək 

Pəricahan xanım onun qabağmı kəsdi.



Çəkil,  sən  indiyə  kimi  bu  qızı  ağalığm  ətrafmda  dolanmağa  qoymamısan  ki, 

bəyzadə  qızma  pis  xasiyyətləri  təsir  edər.  İndi  də  mən  onun  bu  zülm  yuvasmda 

qalmasma  razı  deyiləm.  -  Bunu  deyərək  Piri  baba  Qaraca  qızm  əlindən  tutub 

apardı.

*  *  *


Piri  kişi  Qaraca  qızı  soyundurub  rahat  etdi.  Ona  tez-tez  ayran  verirdi.  Lakin 

Qaraca  qızm  dişinin  dibi  qanadığı  üçün  yaranı  sorduqda  zəhər  tüpürcəklə  onun 

qanma  yerimişdi.  Bununla  belə  Piri  baba  Qaraca  qızdan  ümidini  kəsməmişdi. 

Lakin öz canmı özgə uğrunda fəda etmiş qızcığazm həyatı bitm ək üzrə idi.

Baba,  mən  ölsəm,  məni  o  bağımızm yanmdakı  göy  təpədə  basdırm.  Oranı 

mən çox sevirəm.  Oradan hər yer görünür.  Orada hər cür çiçək var.

Qorxma,  qızım,  həkim   gəlib,  sənə  dərman  verəcək.  Sən  də  sağalacaqsan, 

uzun yaşayacaqsan.  M ən qoca babanı o dediyin göy təpədə basdıracaqsan.

Hüseynqulu  ağa  həkim  ilə  gəlib  çıxdı.  Həkim  Ağca  xanıma  baxdıqdan  sonra 

dedi:


Ağca xanımm heç  bir  qorxusu yoxdur.  İlanm zəhəri  bədəninə  yayılmamış 

ref olunmuş,  azacıq hərarəti var.  Dərman verərəm yaxşı olar.

Bu  xəbərdən  ata  və  ana  çox  şad  oldular.  Sonra  həkim   ilə  bərabər  Piri  babanm 

daxmasma  getdilər.  Qaraca  qızm  qanla  dolmuş  gözləri  yumulmuşdu.  Həkim  ona 

baxdıqdan sonra dedi:

Xəstənin  halı  çox  ağırdır,  çünki  soran  zaman  zəhəri  udmuşdur,  o  qanma 

qarışıb bədəninə yayılmışdır.  Sağalması çətindir.

Bu xəbərdən Piri kişi məyus olub  dedi:

Həkim,  öz  balasmı  ölümdən  xilas  etmək  üçün  başqa  bir  balanı  ölümə 

verən qadma nə deyərlər?

Sus,  qoca  köpək,  mənim  qızımı  bir  qaraçı  qızma  taymı  edirsən,  -  deyə 

Hüseynqulu ağa bağırdı.

Həkim  onları  sakit  edib,  gətirdiyi  dərmanı  Qaraca  qıza  içirtdi  və  Piri  kişiyə 

tapşırdı ki, bundan xəstəyə tez-tez versin.




Baba,  məyus  olma.  Qız  çox  sağlamdır.  Ümidvaram  ki,  sağalar,  deyə 

həkim ağalar ilə bərabər getdi.

Piri  baba  daxmanm  qapısmı  açıb  Qaraca  qızm  başı  tərəfində  oturdu.  Sonsuz 

qoca  Qaraca  qıza  artıq  dərəcədə  məhəbbət  bağlamışdı.  Qaraca  qız  onun  əski 

komasma yeni  bir həyat,  yeni  bir  şölə  gətirmişdi.  İndi  o  şölə  sönür...  Ona da  səbəb 

tam uşaqlığmdan zülmünü çəkdiyi  ağalan  olmuşdu.

Qaraca  qız  qan  ilə  dolmuş  gözlərini  açdı,  axır  nəfəsində  günəşin  şəfəqinə  bir 

müddət baxdı,  sonra gülümsündü,  gözlərini yenə yumdu.  Qaraca qız öldü!..

Daxmanm bülbülü uçub  getdi,  - deyə Piri baba göz yaşı tökdü.



ƏŞRƏF

Sevimli şagirdim 

Ə şrəf Babayeva ith a f

Hacı  Səməd  şam  namazmı  yenicə  qılıb  qurtarmışdı.  M əhəmməd  və  Fatma  da 

yem ək  otağmda  nazik  və  həzin  bir  səslə  “M ən  bir  türkəm 1,  elim-obam  uludur” 

mahnısmı  oxuyurdular.  Hacı  Səməd  müddət  onlara  qulaq  asıb,  sonra  içəri  girdi. 

Uşaqlar dərhal  səslərini kəsib,  ayağa qalxdılar.  Hacı  Səməd dedi:

Nə  gözəl  mahnıdır!  Nə  gözəl  sözlərdir:  “İnsan  olan  vətəninin  quludur!..” 

Bu mahnı,  övladlarım, bir gözəl  qəhrəman çocuğun hekayəsini yadıma saldı.

Uşaqlar atalarmdan bunu eşitcək cəld dedilər:

Ata, təvəqqe edirik bu hekayəni bizə  söyləyəsən!..

Yaxşı,  övladlarım,  soylərəm,  çünki  söyləməli  bir  hekayədir.  -  Hacı 

Səmədin  arvadı  çay  töküb,  onun  qabağma  qoydu.  Hacı  Səməd  de  çaydan  bir  neçə 

qurtum  içib  başladı:  -  Otuz  sənə  bundan  əqdəm  Qara  dəniz  kənarmda yapılmış  bir 

şəhərdə  Hacı  Kazım  nammda  bir  tacir  sakin  idi.  Bu  tacir  İstambul  ilə  güclü  xəlçə 

alış-verişi  edirdi.  Hacı  Kazımm  çox  övladı  təvəllud  etmiş  idisə  də,  cümləsi  qırılıb, 

tək  bircə  on  səkkiz  yaşmda  Əlimərdan  adlı  oğlu  qalmışdı.  Əlimərdan  çox  gözəl 

oğlan  idi.  Ancaq  alış-veriş  etməyi  sevməyirdi  və  bir də  çox pul  tələb  edərdi.  Atası 

ha istəyirdi  ki,  onu evləndirsin,  amma  Əlimərdan bu  əmrdən boyun  qaçırırdt.  Atası 

çox təkid  edib  deyəndə ki,  oğlum,  evimiz  arvad tərəfindən  sahibsiz  qalmışdır,  anan 

öləndən sonra nökər-qulluqçu ümidinə  qalmışıq,  evlən,  evimiz  qaydaya düşsün...

Əlimərdan onun sözünü kəsmək üçün deyərdi:

Yaxşı,  ata,  evlənməyə  hazıram,  ancaq  gərək  evləndiyim  qız  tərbiyəli, 

oxumuş ola:  hərgah  şəhərimizdə belə  qız varsa, bu saat nigahmı oxut.

Bunu  dedikdə,  Əlimərdan yaxşı  bilirdi  ki,  şəhərlərində  belə  qız yoxdur.  Ancaq 

bu cür hiylə ilə  atasmı  sakit etmək istəyirdi.  Hacı

ı

Azərbaycanlı




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə