aynlıb, vaqon ilə yola düşdülər. Vaqon axırmcı fitini verib, tərpənəndə, stansiyada
bir övrət qışqırıb, ürəyi getdi. Bu övrət Kamilə xanım idi. Bacısmm Sibir kimi yad
və dəşhətli bir ölkəyə getməsinə zavalı arvad səbir edə bilməyirdi. Vaqonun dəmir
pəncərəsindən baxan Nəcibə xanım da bacısmı öylə gördükdə bitab olub, yerə
yıxıldı. Əlimərdana gəldikdə, onun ürəyində olan qəm və qüssə bir mərtəbəyə
çatmış idi ki, saatlarla gözünü bir nöqtəyə dikib, harada olduğunu hiss edə
bilməyirdi. Və onu da belə fikrə salan arvad və oğlu idi. O fikir edirdi ki, Sibir
kimi soyuq bir vilayətdə, cənub qönçəsi Nəcibə və Qafqaz çiçəyi Ə şrəf necə
dolanacaqlar?!
Ə şrəf ata-anası kimi qəmgin deyildi. Çünki Həsən lələnin deməsi ilə Ə şrəf öylə
bilirdi ki, özgə vilayətə köçürlər və orada atasmm dustaq etməyib, azad edəcəklər.
Bunlarm vaqonu özgə vaqonlar kimr deyildi. Pəncərələri dəmirdən olub,
qapılarmda da əsgər dayanırdı. Bu əsgər həmişə Əşrəfi görəndə nə isə, bir söz
deyirdi və gülümsünürdü. Ə şrəf rusca bilmədiyi üçün onun dediyini başa
düşməyirdi. Amma Həsən lələ əsgərlə rusca danışırdı. Həsən lələ tez-tez
stansiyalarda düşüb, Ə şrəf üçün yeməli şeylər alırdı. Və bəzən Əşrəfin özünü də
düşürdüb, gəzdirirdi. Səfərin altmcı günü gəlib, böyük bir stansiyaya çıxdılar. Bu
zaman Həsən lələ vağzalda bir səbirli müsəlmanla təzəcə tanış olmuşdu. Onunla
şirin söhbətdə ikən. Ə şrəf qeyri adamlarla bərabər vaqondan stansiyaya düşdü.
Həsən lələnin bundan xəbəri olmadı. Bayram günü olduğuna görə stansiyada və
onun ətrafmda çox adam var idi. Bir dəstə adam ney çalıb, oynayırdılar, bir dəstə
də, çinli bir oyunçunun cürbəcür oyun göstərməsinə tamaşa edirdi. Vaqondan
düşdükdə Əşrəfin nəzəri bu oyunbaza sataşdı və irəli gedib ona tamaşa etməyə
başladı. Bir azdan sonra vaqon fit verib, hərəkət etdi. Əşrəfin bundan xəbəri
olmadı. Həsən lələnin də başı söhbətə qarışıb, Əşrəfin stansiyada qalmasmdan
xəbəri olmadı. Çinli oyunbaz oyunu qurtarıb, pul yığm ağa başladı. Adam lar yavaş-
yavaş dağılışdılar. Ə şrəf də geri qayıdıb, gördü ki, vaqonları yoxdur, getmişdir.
Əşrəf vaqonlan getmiş görüb, ağlamağa başladı. Adamlar onun başma yığışıb,
onun kim olduğunu və burada nə qayırdığmı xəbər aldılarsa, Əşrəf cavab verə
bilmədi, çünki rus dilini bilməyirdi. Onlar Əşrəfin çərkəsi libasmdan duydular ki,
bu bir müsəlman uşağıdır və anladılar ki, bu, ata-anasmdan izinsiz vaqondan
düşüb, burada qalmış-
dır. Onlar Əşrəfin halma çox yanırdılar. Onlardan biri gedib "jandarm" çağırdı ki,
Əşrəfi ona tapşırsmlar. Əşrəf silahlı j andarmı görüb qorxudan qışqırdı və özünü bir
qoca övrətin üstünə atdı, qoca arvad Əşrəfin başmı sığallayıb öpdü. Zavalı çocuq
arvadm qucağmda qorxusundan tir-tir əsirdi. O, öylə bilirdi ki, jandarm ı ona tənbeh
etmək üçün çağırmışlar. Rəhimdil arvad Əşrəfin halma nəhayət yanırdı. Bu qoca
arvadm adı Sofiya Aleksandrovna idi. Nikolay İvanoviç ilə Samara şəhərinə
gedirdilər. Bunun əri orada edadi məktəbində ümumi təbiiyyat müəllimi idi. İndi
bu stansiyada vaqon gözləyirdilər ki, yola düşsünlər. Əşrəf jandarm m qorxusundan
səsini kəsib, Sofiya Aleksandrovnanm qucağma sıxılmışdı. Bu halda Nikolay
İvanoviç gəlib çıxdı. Əhvalatdan xəbərdar olandan sonra Nikolay İvanoviç
jandarm a dedi:
-
Yəqin ki, bu müsəlman uşağı Sibirə gedən vaqondan düşüb qalmışdır. Siz
gedib stansiya nazirinə məlum edin ki, bu barədə o biri stansiyaya teleqram vursun.
Qoy uşaq da bizim yanım ızda qalsm. Buyur bu da mənim "Kart vizitim"dir!
Jandarm "Kart viziti" alıb oxudu: - "Nikolay İvanoviç Barsov Samara edadi
məktəbinin ümumi təbiiyyat müəllimi". Jandarm buna razı olub getdi. Adam lar da
dağılışdılar.
İki rəhmdil qocanm səyi ilə Əşrəf ağlamağmı kesib könlü açıldı. Nikolay
İvanoviç Əşrəfin admı bilm ək üçün böylə bir dərs başladı. Barmağı ilə arvadmı
göstərib dedi: "Sofiya", sonra özünü göstərib dedi: "Nikolay". Əşrəf onun fikrini
anlayıb, hələ soruşmamış əli ilə özünü göstərib dedi: "Əşrəf". Ər və arvad Əşrəfin
böylə bir zehinli uşaq olduğu üçün başmı sığalladılar. Jandarmm stansiya nazirinə
əhvalatı deməsinə görə o da teleqraf vurmuşdu. Yarım saatdan sonra xəbər çıxdı ki,
ikinci stansiyanm yaxmlığmda vaqon yoldan çıxıb çox ölən və yaralı vardır. Bu
stansiyadan kom ək istəyirlər. Bu halda Samaraya gedən vaqon gəlib çıxdı. Nikolay
İvanoviç stansiya nazirindən təvəqqe etdi ki, Əşrəfi özü ilə Samaraya aparmağa
izin versin. Bu barədə öz dilindən iltizam kağızı verməyə hazırdır ki, hər vaxt
uşağm ata-anası çıxsa, öz xərci ilə haraya istəsələr, göndərsin. Stansiya naziri buna
razı olub, iltizam kağızmı və adresini ondan aldı. Nikolay İvanoviç Əşrəfi götürüb,
özü ilə Samaraya apardı.
Nəcibə xanım gözlərini açıb, vaqonda özünü yorğan-döşək içində gördü. Biçarə
övrət, öylə zəif idi ki, üzlərini də tərpətməyə qüdrəti yox
idi: iki gün idi ki, bihuşluğu davam edirdi. Nəcibə xanımm özünə gəlməyinə
Əlimərdan çox şad oldu. Lakin qorxusundan danışdıra bilmədi. Bu halda vaqonun
qapısı açıldı. Nəcibə xanımm gözləri silahlı əsgərə sataşdı. Əlimərdan durub qapmı
örtdü. Nəcibə xanım zəif səslə dedi:
Nə fən ay u x u gördüm!.. Vaqon dağılmayıbmış...
Əlimərdan arvadmm fikri özünə dürüst gəlmədiyini və vaqonun dağılmasmı
yuxu bildiyini görüb dedi:
Əzizim, azarlı olmağma görə həkim, bir müddət danışmayıb, rahat
olmağmı əmr etmişdir. İki gündür ki, acsan, al bir az süd iç!
Əlimərdan Nəcibə xanıma bir qədər südlə bulka yedirtdi. B ir azdan sonra
Nəcibə xanım yuxuya getdi. Əlimərdan isə onun yanm da qəmgin və məyus əyləşib
fikrə getdi. "Bir m üddətdən sonra Nəcibə yaxşı özünə gələrsə və Əşrəfim hanı? -
deyib sorarsa, nə cavab verəcəyəm, xudaya?"
* * *
O zaman Əşrəf Nikolay İvanoviç və Sofiya Aleksandrovna ilə gəlib, Samara
şəhərinə çatdılar. Vaqonda Əşrəf bir-iki dəfə ağladısa da, axtrda Nikolay
İvanoviçin səyi ilə sakit oldu. Samaraya çatanda Əşrəf, Ədil (Volqa) çaymda üzən
gəmiləri görüb, yenə vətənləri yadm a düşdü. Lakin bu səfər ağlamayıb, əli ilə
gəmiləri göstərərkən, Sofiya Aleksandrovnaya dedi:
Bax, bizim də boylə gəmimiz var idi. M ənim özümün "lodka"m da var idi.
Həsən lələmlə minib gəzirdik.
Sofiya Aleksandrovna "lodka" sözündən başqa bu danışıqdan heç bir şey anlaya
bilmədi. Əşrəfi qucağma alıb dedi:
Gözəl, Əşrəfim! Qoy evimizə çataq, sənə bazardan bir yaxşı lodka
alacağam. Çarhovuzumuzda oynadacaqsan. Ondan başqa çoxlu oyun şeyləri də
alacağam. - Əşrəf də bu danışıqdan ancaq "lodka" sözünü başa düşdü.
Barsov aldığı ev, Volqa çaymm kənarmda tikilmişdi. Bu evin eyvanmdan çox
gözəl mənzərə açılırdı. Səhərdən axşama kimi cürbəcür gəmilər Volqa çaymm
üzərində ağzı yuxarı-aşağı üzürdülər. Əşrəf buradan tamaşa etməyi çox sevərdi.
Dostları ilə paylaş: |