Onda nə etməli, sənsiz olacaqdır, məni bağışla.
Gülpəri, açıq danış, görüm nə istəyirsən?
Bu gün Əmiraslan sənə mənim üçün elçi düşəcəkdir, sənin razılığım
istəyirəm.
Heç vaxt!
Onda sənsiz olacaqdır!
Nə qədər sağ varam, bu iş baş tutmaz.
Baxarıq! İndi də m ən balaca qız deyiləm ki, iyirmi beş yaşmda, hər
ixtiyarı öz əlində bir arvadam. M ən dedim ki, bu iş, ata izini ilə olsun, sən
istəmirsən, daha təqsir məndən götürüldü. Təvəqqe edirəm ki, bir də mənim işimə
qarışmayasan.
Bunu deyəndən sonra Gülpəri hirslə qapmı vurub çıxdı. İmamverdi baba
kürsüyə çöküb, başı aşağı xeyli fikrə getdi.
Bir azdan sonra Əmiraslan gəldi. İmamverdi baba o biri otağa keçdi, orada iş nə
yerdə qaldığmı Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanm qışqırığı
gəlirdi.
Bu ittifaqdan üç gün keçmiş, Gülpəri atasmdan izinsiz, kəbinini kəsdirib
Əmiraslana gəlin köçdü.
Gülpəri gətirdiyi şeylərin hamısmı özü ilə bərabər apardı.
Gülpəri Nurəddinin İmamverdi babanm yanm da qalmağma mane olmadı.
Nurəddin bu işə çox şad idi, çünki Gülpəri buraya gələn gündən onunla mehriban
rəftar etməyi atıb, əvvəlki kimi pis dolanırdı. Qızınm belə itaətsizliyi İmamverdiyə
artıq dərəcədə təsir etmişdi.
Nurəddinin ayağı təmiz sağalmışdı. H ər gün İmamverdi baba ilə gah bağçada
bal ansma tamaşa etməyə məşğul idi, gah da ipək qurduna tut yarpağı daşıyırdı,
gah da meyvə bağma gedib İmamverdi baba ilə meyvə dərirdi. Ya da çayda balıq
tuturdu və burada çimirdi, gah da meşəyə gedib moruq, göbələk yığırdı. Haraya
getsəydi, sərçəsini də özü ilə aparırdı. İmamverdi baba sərçəni qırmızı rəngə
boyamışdı. Ona görə Nurəddin ona Qızılca adı qoymuşdu. İndi Qızılca elə
öyrənmişdi ki, Nurəddin haraya getsəydi, sərçə də çağırılmamış, öz-özünə uçub
onun dalınca gedərdi.
Hər həftə şənbə günləri Güllücə kəndində bazar olardı. Bu günləri ətraf və
ətrafda sakin olanlar tökülüb bazara gələrdilər. Kimi mal almağa, kimi mal
satmağa gəlirdi. İmamverdi baba da hər şənbə Nurəddin ilə bazara çıxardı.
Nurəddinin məktəb paltarı cümlənin nəzərini özünə cəlb edərdi, ələlxüsus kənd
uşaqlarmm...
Nurəddin İmamverdi babanm yanm da çox gözəl vaxt keçirirdi və şükür edirdi
ki, Gülpəri onu özü ilə aparmadı. Şəhərin natəmiz havasmdan saralıb heyvaya
dönən Nurəddini bir aym ərzİndə tanımaq olmurdu. Ətə-cana gəlib üzü lalə kimi
qızarırdı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbextlik çox çokmədi. Gülpəri əre
gedəndə öz razılığı və Nurəddinin razılığı i]e onu atasrnm yanm da qoymuşdu.
Amma indi nədənsə fikrini deyişdirib, Nurəddini öz yanm a aparmaq istəyirdi.
Lakin İmamverdi baba əsla razı olmurdu. Buna görə de hər gün ata və qız arasmda
bu barede qovğa vardı. Bu isə Nurəddinə çox tesir edirdi. Axırda Nurəddin dedi:
Baba, daha Gülpəri ilə dalaşma, men razıyam. Onun yanm da olanda nə
olar? Qoy gedim, yenə hər gün sənin yanm a gələrəm.
İmamverdi baba, istər-istəməz razı oldu. Nurəddin də Əmiraslanm evinə köçdü.
Az bir müddətdə Əmiraslan Gülpərinin əlində olan nəqdi pulunu gah yalvarm aq və
gah da qorxutmaq ilə alıb qumara, kefə tələf etdi. Əmiraslan elə bilirdi ki, Gülpəri
Hacı Nəsirin dövlətindən lazımmca yükünü tutubdur. Amma onun əliboş olması
tezliklə məlum oldu. B u cəhətə Əmiraslan gündə Gülpəri ilə dava-qalmaqal etməyə
başladı. Gülpəri işi bu halda gördükdə neçə müddətdən bəri ürəyində Nurəddinin
dövləti barəsində bəslədiyi gizli fikri açıb Əmiraslana söylədi və ondan bu işə çarə
istədi. Əmiraslan çox şad olub dedi:
Hərgah indiyə kimi bunu məndən gizlətməsəydin, çoxdan çarə
tanımışdım. Yenə də taparam. Sənin işin yoxdur.
* * *
Nurəddin elə bilirdi ki, hər vaxt istəsə, İmamverdi babanm yanm a gedə bilər.
Lakin bu fikrin yanlış olması ertəsi günü ona məlum oldu. Bu tərəfdən də Gülpəri,
və ələlxüsus, Püstə qarı yazıq uşağa göz verib, işıq vermirdi. Ancaq Əmiraslan öz
fikri cəhətincə Nurəddinlə mehriban dolanıb onu yanm dan iraq qoymayırdı.
Haraya gedirdi özü ile apa-nrdı. Bir dəfə Əmiraslan Nurəddini götürüb bağma
gezməyə apardı. Orada onu gilas ağacma çıxartdı ki, gilas dərsin. Nurəddin gilas
ilə ətəyini doldurub aşağı düşmək istədikdə Əmiraslan dedi:
Nurəddin, o əlinlə tutduğun budağm başmda gör nə çox gilas var, çıx o
şaxı smdır. Eləcə evimizə aparaq.
Nurəddin dedi:
Budaq nazikdir, qorxuram sma.
Bəs sən deyirdin, mən qorxaq deyiləm. O budaq m ən yekəlikdə adamı
götürər.
Bu sözlərdən Nurəddin qeyrətə gəlib yuxarı dırmaşdı. Ağacm başma çatdıqda,
budaq şaqqıltı ilə smıb yerə düşdü. Amma Nurəddin iki budaq arasma pərçim olub
ölümdən xilas oldu. Nurəddin aşağı düşəndə Əmiraslan smıq budağı çiyninə
götürüb dedi:
Gedək, Nurəddin, allah bu səfər səni ölümdən qurtardı, - bunu deyib
qəhqəhə ilə güldü.
Nurəddin Əmiraslanm "bu səfər" deməsinə və gülməsinə təəccüb etdisə də
onun fikrini anlamadı.
O biri gün Əmiraslan Ceyranbasanı çullayıb dedi:
Nurəddin, atımızı apar həm çayda sula və həm də bir az gəz. Nurəddin
razı olmayıb, dedi:
M ən Ceyranbasandan qorxuram. Onu heç vaxt minməyəcəyəm.
Axırı ki, qorxaqlığmı boynuna aldm. Bunu deyib Əmiraslan atm belinə
sıçradı.
Elə isə gəl tərkimə min, gedib cayda çimək.
Nurəddin çimməyi cox sevirdi. Ona görə də tez razı oldu.
Çayda Əmiraslan soyunub atı mindi və suyun dərin yerinə salıb bir necə dəfə
üzdürdü. Sonra üzünü Nurəddinə tərəf tutub dedi:
Hərgah qorxmursan gəl səni də mindirim.
Nurəddin razı oldu, Əmiraslan Nurəddini ata mindirib, noxtanm ucundan
yapışdı. Əmiraslan atı lap dərin yerə salıb bir neçə dəf’ üzdürdu. Bir dəfə at dərin
yerə düşəndə qəflətən ipi çəkdi, at burxulub Nurəddini üstündən saldı. O, suya
batdı və bir neçə saniyədən sonra suyun üzünə çıxıb üzməyə başladı. Hərgah bu
dəmdə Nurəddinin nəzəri Əmiraslana düşsəydi, onun gözlərindən parlayan odu və
üzündə zuhur edən acığı görərdi. Nurəddin üzüb kənara çıxanda Əmiraslan
soruşdu:
Bu üzməyi haradan öyrənmisən?
İmamverdi baba öyrətmişdir. Sizə gəlməmişdən əvvəl hər gün çayda
çimirdik. İndi İmamverdi baba azarlamışdır.
Onu haradan bilirsən, yoxsa qaçıb getmisən?
Xeyr, dünən bağbanmdan eşitdim.
Dostları ilə paylaş: |