Nurəddin qaçmaq istədikdə, dilənçi onun əlindən tutub qoymadı.
Ağılsız, nə etmək istəyirsən? Elə yaramaz. Qorxma, o səni bu paltarda
tanıya bilməz.
Əmiraslan bunlara çatıb qocadan soruşdu:
Kişi, bir on yaşmda, o yanmdakı boyda; başmda nişanlı papaq, əynində
boz mahuddan paltar, boynu yaşıl m əxm ər paltolu uşaq gördünmü?
Yox, ağa, görmədim. Budur nəvəm ilə səhər ertədən bu yol ilə gedirik,
amma elə uşağa rast gəlməmişik.
Əmiraslan bir az fikirli dayanıb atm başmı geri döndərdi və qamçılayıb gözdən
itdi. Nurəddinin ancaq indi ürəyi sakit oldu.
Əmi, nə yaxşı ki, paltarımı dəyişdin, yoxsa Əmiraslan məni öldürüb, bu
meşəyə atacaqdı.
Dilənçi dedi:
Oğlum, indi gərək admı da dəyişdirəsən, çünki Əmiraslan sənin itməyini
yəqin divana məlum edəcəkdir. Hərgah səndən sual etsələr ki, kimsən, adm nədir,
de ki, Əlaəddindir və özüm də dilənçiyəm, anladmmı?
Bəli, baba, anladım, - deyə Nurəddin cavab verdi.
Günortaya bir saat qalmış, meşənin qurtaracağmda, Cənnətəli ilə Nurəddin
ocaq qalayıb, meşədən yığdıqları göbələyi bişirib, dadlı moruq ilə yeməyə
başladılar. Nahardan sonra uzanıb bir qədər rahat oldular. Axşama bir saat qalmış
yolçular gəlib şəhərə çıxdılar və gecə orada qalıb, səhır yola rəvan oldular.
Kəndbəkənd dilənə-dilənə, on iki gündən sonra yolçular gəlib Cənnətəli deyən
böyük şəhərə çatdılar.
Bədəninin və üst başmm çirkindən və pasmdan, indi o gözəl və zərif Nurəddini
tanımaq olmazdı. Zavallı uşaq, qızdırma azarmdan yeni qalxmış adam kimi ayaq
üstündə dayana bilmirdi.
Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı amma gördüm deyən
olmadı. Axırda bir adam, iki ay bundan əqdəm öldüyünü və heç bir şeyi
olmadığma görə camaat pulu ilə basdırıldığmı onlara xəbər verdi. Bundan ümidləri
kəsildi.
Bir dəfə Cənnətəli xəstə olduğuna gorə küçənin bir tinində oturub, Nurəddini
dilənməyə göndərdi. Nurəddin indiyə kimi hec vaxt əl açıb dilənməmişdi, çünki
qoca həmişə özü dilənib yığardı. Bir-iki küçə dolandısa da Nurəddin həya edib bir
kəsə əl uzada bilmədi. Bu tərəfdən də əliboş qayıtmağa qocadan xəcalət çəkirdi.
Axırda Nurəddin bir
geniş küçəni keçərkən, ayağı büdrəyib yıxıldı. Bu halda daldan fayton içində bir
adam iti gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddini basdırdı. Bunu görcək
adamlar qışqırıb yüyürüşdülər. Nurəddini hərəkətsiz və qan içində gördükdə birisi
dedi:
Yazıq dilənçi öldü.
O
birisi dedi:
Hərgah zəfərli yerindən basılmayıbsa heç zad olmaz. Bu halda adamlar
geri çəkilib Rəhimə təzim etdilər.
Boş-boş danışmaqdansa, bu yazıq uşağa kömək vermək yaxşı deyilmi,
cəld götürüb bunu faytona qoyun.
Bir neçə adam Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da
minib dedi:
T ezsü rev ə!
Evə çatan kimi Rəhim şəhərin m əşhur cərrahım çağırtdı. Həkim Nurəddini
soyundurub hər yerinə baxdı. Sonra yaralanan yerlərini yuyub sarıdı və dedi:
Qorxulu yarası yoxdur. Beş-on günə kimi sağalıb durar. Ancaq uşağm özü
çox zəif və bədəni də çox çirklidir. Bunlara əlac etməlidir.
Hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz.
Ancaq yerinin içində bulud1 və sabun ilə bədənini təmizləmək lazımdır.
Həkim gedəndən sonra Rəhim, arvadı Rəhiməni çağırıb dedi:
Arvad, evə qayıdarkən bu uşağı basdırıb ölüm halına salmışam.
Bu halda Nurəddin gözlərini açıb təəccüb ilə ətrafma baxırdı və harada
olduğunu anlamırdı. Rəhimə onun başmı sığallayıb, dedi:
Oğlum, adm nədir?
Rəhim dedi:
Arvad, hələ o lazım deyil, uşaq çox zəifdir, danışdırma. Tez ol isti su,
sabun və bulud hazır et. Uşağm bədənini yum aq lazımdır. Həkim belə əmr edibdir.
Qulluqçu bunları hazır etdi. Uşağı soyundurub yum ağa məşğul oldular. Rəhimə
Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Bu duanm parçası həm
çirkli və həm də köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədilə cırdı.
İçindən bir balaca kitab çıxdı.
1
Y uyunm aq üçün düzəlm iş lif.
Kişi, gör bu nədir, - deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb
dedi:
Şükür olsun, axırda tapdım. - Sonra üzünü uşağa tərəf tutub dedi:
Sənin adm Nurəddindirmi, oğlum?
Bəli, - deyə Nurəddin zəif səslə cavab verdi. Bunu eşidən Rəhimə
soruşdu:
Kişi, sən bunun admı haradan bildin?
Rəhimə, bu uşaq axtardığımız, Hacı Nəsirin oğlu Nurəddindir. Bu
əlimdəki də sənə nağıl etdiyim " Gülüstandır".
Bunu allah bizə övlad göndərmişdir.
Afərin Rəhimə, yaxşı anlamısan, - deyə Rəhim Rəhimənin sözünü təsdiq
etdi. Rəhim və Rəhimə Nurəddini yuyub, qurtardılar. Nurəddin rahat olub yuxuya
getdi.
* * *
Rəhim, Nurəddinin atası mərhum Hacı Nəsirdən aldığı puldan maya tutub
ildən-ilə alış-verişinin dairəsini artırmışdı. Sonralar dəri alış-verişinə girişmişdi.
İşinin xatiri üçün Buxaraya köçmüşdü. Orada da dəri alış-verişindən əlavə ipək
işinə də girişmişdi. Üç-dörd ilin ərzində Rəhimin işi tutub yaxşı qazanmışdı, ancaq
övladları qırılıb vərəsəsiz qalmağma görə özünü xoşbəxt hesab etmirdi. Axırda
arvadmm təkidi və təklifmə görə, altı ay idi ki, almalısmı alıb, satmalısım satmışdı;
Rəhimənin vətəni olan bu şəhərə köçmüşdü. Burada işi rast gətirib, tərəqqiyə
başlamışdı.
Həkim təyin etdiyi vaxtdan da irəli. Nurəddin sağalıb ayağa durdu. Rəhim və
Rəhimə Nurəddindən bu dilənçilik halına düşməyinin səbəbini ancaq indi
soruşdular. Nurəddin başma gələni tamamilə nağıl etməyə başladı. O, nağıl etdikcə
rəhimdil qocalar ah çəkirdilər. Nurəddin nağılım tamam edib Rəhimdən təvəqqe
elədi ki, onu evlərinə, Baharm yanma göndərsin. Rəhimə Nurəddini öpüb dedi:
Oğlum, Nurəddin, budur bir həftədir sən bizdəsən, mən o qədər şadam ki,
özümü göydə hiss edirəm. Oğlum, hər nə istəyirsən verək, ancaq bizi atıb getmə.
Kim bilir, yenə başma nə gələcəkdir.
Rəhimə sözünü qurtarmamışdı ki, Rəhim Nurəddinin kitabmı əlinə götürüb
dedi:
Oğlum, bu kitabm əhvalatmı bilirsənmi?
Dostları ilə paylaş: |