Yasəmən Qaraca qızı ərinə söz verdiyi kimi, yaxşı geyindirib oxumaq və
oynamaq öyrətmişdi. Tamaşaçılar Qaraca qızm gözel səsinə və oynamasma
təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalım açıb tamaşaçılara tərəf
tutanda, dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Y usif bu
barədə arvadmdan və Qaraca qızdan razı idisə də, yenə xasiyyətinin pisliyindən hər
ikisini çox incidərdi.
Qaraca qızm təbiətində inadcıllıq vardı. Bu xasiyyətinə görə Yusifdən nə qədər
kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. Qaraca qız, ancaq Yasəmənin
sözündən çıxmazdı, çünki Yasəmən onunla mehriban dolanırdı. Y usif Qaraca qızm
tərsliyinə təəccüb edib arvadma deyərdi:
Bu zorbalıqda ayı mənim qamçımm qorxusundan hər cür oyun çıxarır,
amma bu balacalıqda qızm əlində aciz qalmışam.
Yasəmən ona belə cavab verərdi:
Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır. Heyvanla edilən
rəftar insanla edilməz. Heyvana yoğun çubuq lazımsa, insana mehriban rəftar,
mülayim söz lazımdır.
Yusif arvadmm bu dogru sözünə inanmayıb deyərdı:
Yox, bu səbəb deyildir, sən olmasan, m ən onu iki günün ərzində mum
kimi edərəm.
Ərlə arvadm arasmda olan belə söhbətin nəticəsi o olardı ki, Y usif Qaraca qızı
daha da artıq kötəklərdi. Qaraca qız bu zülm dən xilas olmaq üçün neçə dəfə
qaçmaq fikrinə düşmüşsə də, lakin qaçmağa heç vəhclə imkan tapa bilməmişdi.
* * *
İki ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb, mahnı oxumağı və
oynamağı ilə ətrafda m əşhur olmuşdu. Y usif Qaraca qızı çox incidəndə Yasəmən
onu qorxudub deyərdi:
Bu zavallı qıza nə çox əziyyət verirsən. Axır təngə gəlib qaçar və sənin də
əlin belə böyük mənfəətdən çıxar.
Bu sözlər həmişə Yusifə təsir edib, Qaraca qızı döyməkdən bir müddət
çəkinərdi.
* * *
Yaym orta ayı idi. Gütıün istisindən insanlar, heyvanlar və quşlar kölgə yer və
sərin su arayırdı. Qaraçı dəstəsi bir dağ üzərindən axan çaym kənarmda çadırlarmı
qurub mənzil etmişdi.
Günorta vaxtı idi. Qaraçılar hərəsi bir işə məşğul idi. Y usif ayısmı götürüb
yaxm kəndə getmişdi. Yasəmən çaym qırağmda su qızrıdıb paltar yuyurdu. Qaraca
qız da çayda çimirdi. Çay dağ döşündən gəldiyinə görə xeyli iti və xarıldaya-
xanldaya axırdı; amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi.
Yasəmən paltarı yuyub kollarm üstünə qurmaq üçün sərmişdi. Özü də başmı
yumaq fikri ilə qara, uzun saçlarmı hörükdən açıb döşünə tökdü. Yasəmən Qaraca
qızı səslədi ki, gəlib onun başma su töksün. Qaraca qız iki arşm ucalıqdan tökülən
şəlalənin altmda durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra
Yasəmən yenə Qaraca qızı çağırdı. Bu dəfə də cavab almadı. Yasəmən saçlarmı
döşündən yığıb belinə atdı. Bu halda qulağma çay tərəfindən sel gurultusu gəldi.
Bunu eşitcək Yasəmən dik atılıb çaya tərəf yüyürdü. O vaxt Qaraca qız şəlalənin
altmda idi. Yasəmən çaym yuxarısmdan daşları və kolları yumalaya-yumalaya,
gurultu və nərilti ilə gələn seli görüb var gücü ilə qışqırdı: - Qızım, tez ol qaç, sel
gəhr.
Qaraca qız Yasəmənin səsini eşidib, şalələnin altmdan çıxdı, ancaq bir neçə
addım atmamışdı ki, sel onun üstünü cəllad kimi aldı. Yasəmən işi belə gördükdə
alıcı quş kimi özünü çaya atdı. Yasəmən özünü Qaraca qıza yetirincə sel qızı
götürdü və bir neçə saniyə suda itirdi. Bir azdan sonra qızm başı göründü.
Yasəmən özü də bir neçə dəfə suya batıb çıxandan sonra, üzüb Qaraca qıza çatdı
və saçlarmdan tutub çiyninə atdı. Hərçəndi Yasəmən çox üzücü idi. Amma bu iti
axan, daşları və boyük kolları yumalayan seldə üzm ək mümkün deyildi. Qaraçılar
Yasəmənin qışqırığmı eşidib köməyə töküldülər. Sel getdikcə artırdı. Axırda sel
bunları bir böyük daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşm üstündə
qaldı. Amma Yasəməni sel götürüb üzüaşağı axıtdı. Qaraçılar çaya tökülüb hər
ikisini sudan çıxartdılar. Onlarm ikisi də bihuş qalıb yerə sərilmişdi, üzlərinin rəngi
ölü rəngi kimi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər.
Qaraca qızm bədəni daşlara dəyib bir neçə yerdən qaral-
mışdı, amma qorxusu yox idi. Zavallı Yasəmənə gəldikdə başı bir neçə yerdən
yaralanmışdı. Lakin rəhmdil arvad özünə gələn kimi yaralarmı unudub, tez zəif
səslə Qaraca qızı soruşdu. Qaraçılardan biri Qaraca qızı qucağma götürüb
Yasəmənə göstərdi.
Bax, Yasəmən, budur, Qaraca qız sağdır. Arxaym ol.
Yasəmən bir qədər ona baxdı, sonra yenə bihuş olub gözləri yumuldu. Qaraçılar
Yasəmənin yaralarmı bağlayıb, Qaraca qız ilə bir yerdə çadırlarma apardılar və hər
ikisinə yer salıb rahat etdilər.
Axşam çağı Y usif gəlib evə çıxdı və yoldaşlarmdan bu xəbəri eşidib çox
qəzəbləndi və dedi:
M ən bilirdim ki, bu uçuqdan çıxmış qız axırda bizim başımıza bir bəla
gətirəcəkdir.
Qaraçılar Yusifi sakit edib dedilər:
Qorxma, heç bir şey olmaz. İndi onlara rahatlıq lazımdır, durum bayıra
çıxaq, səs-küy olmasm. Burada yalnız Yasəmənin dostu Hüsniyyə qalar, ona
qulluq edər.
Qaraçılarm hamısı Y usif ilə bərabər bayıra çıxdılar. Çadırda ancaq Hüsniyyə
qaldı.
Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxm yuxuya getdi.
Amma Yasəmən qızdırma içində bir dəqiqə rahat olmadı. Vəfalı Hüsniyyə
rəfiqəsinin yanm ı kəsdirib sübhə qədər gözlərini yummadı. Yasəmənin qızdırması
getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı.
Yazıq Yasəmən qızdırmanm təsirindən tora düşmüş quş kimi yerində
çapalayırdı. Onun gozləri həmişə yumulu idi.
Gecə yağış yağdığm a görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı
törədən çaylağm suyu indi enib əvvəlki həddinə düşmüşdü. Onun həzin şınltısı,
quşlarm cəh-cəh və nəğməsinə qarışmışdı. Qaraca qızm sevgili şəlaləsi günəşin
qırmızı şöləsindən parlayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kimi
yanaqları solub zanbağ rənginə dönmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Z əif səslə
ona dedi:
Hüsniyyə, Y usif haradadır?
Bayırdadır, bacım, çağırımmı?
Çağır, hammı çağır... ölürəm...
Qorxma, bacım, ölməzsən. Bu gün haradan olmuş olsa, sənin üçün həkim
tapıb gətirəcəyəm.
Dostları ilə paylaş: |