Səlim bəy fursəti fövtə verməyib dedi:
Onda verin mən aparım.
Hüseynqulu ağa dedi:
Səlim bəy, heç vaxt ona razı olmaram. Necə ki, sizə dəmişəm, elə də
edəcəyəm. Qaraca qız bağbanm Piri babanm yanm da olacaqdır.
Pəricahan xanım dedi:
Bu şərtə mən də razryam. Ancaq Ağca xanımla bilmərrə əlaqəsi
olmayacaqdır, çünki ondan pis xasiyyət götürər.
Bu şərtlə aparıb Qaraca qızı Piri kişiyə tapşırdılar. Piri kişinin daxması ağalığm
böyük meyvə bağmm içində idi. Piri kişi yetm iş yaşmda, yum şaq təbiətli bir qoca
idi. Heç bir kəsi yox idi, özü də Hüseynqulu ağanm rəiyyəti olub onun atası
zamanmdan bu bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağda ömür sürüb, işi
düşməsə ağalıq qapısma gəlməzdi.
Xidmətçilər Hüsejnqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi
kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağalarm zülmündən mühafizə
edərdi. Ona görə onu başqa nökərlər sevərdi. Qaraca qızm saxlanmaq üçün Piri
kişiyə verilməsi onu çox şad etdi. Öz komasmda Qaraca qız üçün yer hazırladı; onu
yedirib rahat etdi. Qaraca qız yatağm a girib bir müddət yata bilmədi. Sonra Piri
kişidən soruşdu:
Baba, o xanım, qızmı nə üçün mənimlə oynamağa və söhbət etməyə
qoymur?
Qızım, onlar bəydirlər, biz rəiyyət, onlar ağadırlar, biz nökər. Bizimlə
onlarm nə yoldaşlığı. Qızım, sən Ağca xanımı yaddan çıxar. O sənə yoldaş
deyildir.
Qaraca qız bu sozlərlə sakıt olmayıb duşunurdu:
M ən Ağca xanıma nə etdim ki, anasınm mənə acığı tutdu. Bu gecə ona
yem ək verməyəcəklər. Yazıq ac qalacaqdır. Anam sağ olanda məni də naharsız
qoyardı, ancaq m ən nadinclik edərdim. Bu heç-zad etməmişdı.
Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. O gecəni həmin fikirlər
Ağca xanımı da sakit etmirdi. Nə anasmm, nə mürəbbiyəsinin nəsihətini anlamırdı.
Nə səbəbə mən o qızla oynayıb danışa bilmərəm. M ən bəy qızı olanda nə
olar. M əni nə üçün şamsız qoydular. Qaraca qız çox təəc-
cüblü şeyler danışırdl. O deyirdi ki, sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm.
Ah, nə üçün anam məni qoymadı ki, onunla çoxluca danışam.
Ağca xanım yorğanı başma çəkib gizlincə ağlamağa başladı və bir azdan sonra
yuxuya getdi.
* * *
Piri kişi hələ uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İndi də
tezdən qalxıb ocağı qaladı, özü kimi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə
doldurub ocağa qoydu və daxmadan çıxdı ki, bağı dolansm.
Piri kişi bu bəslədiyi bağı çox sevirdi. Buradakı ağaclarm çoxunu özü öz əli ilə
əkib-becərmişdi. O ətrafda bitən bir meyvə ağacı yox idi ki, bağda olmasm.
Hüseynqulu ağanm bu bağı mülkədarlar arasmda xeyli şöhrət qazanmışdı.
Hüseynqulu ağaya qonaq gələndə, o öz qonaqlarmı bağm a tamaşa etməyə aparardı.
Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardı. O da Qaraca qızı
mağaradan çıxaran Qara köpək idi. Qara köpək çox heybətli və hünərli bir it idi.
Onun qorxusundan heç kəs bağa dolana bilməzdi. Bu köpəkdə bir qəribə hal vardı.
Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib, yaxma qoymazdı. Piri kişi
bir yeni şəxs ilə tanış olanda, Qara köpək o adama quyruq bulayıb yaxmlaşsaydı,
Piri kişi onu özünə dost hesab edərdi. Əksinə, o adama dişlərini ağardıb
mırıldasaydı, onu özünə düşmən bilərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə
imtahan etdiyi üçün belə deyərdi:
- Dost-düşmənimi Qara köpəklə tanıyıram.
Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə
idi. Bununla belə Qara köpək bağdan kənara çıxmazdı. Ancaq bəzi vaxt
Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarma qoşulardı; bu vaxt onu
geri qaytarmaq üçün gərək Piri kişi özü gələydi, yoxsa kimsəyə qulaq asmazdı.
Piri kişi komadan çıxdıqda qapmı açıq qoymuşdu. Bu halda Qara köpək içəri
girib evdə bir adamı yatm ış gördü. Qulaqlarmı şəkləyib heybətli bir halət ilə ona
tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanm da
uzandı. Əlini yalam ağa başladı.
Bu vaxt Qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu üçün Qara kopəyi
tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib dedi:
Qızım, nə üçün qışqırdm? Kimdən qorxdun?
Baba, burada ayı var.
Yox, qızım, Qara köpəkdir, qorxma, burada aymm nə işi var? - Sonra
Qara köpəyə: - Çəkil, - deyib onu bayıra qovladı.
Yat, qızım, hələ tezdir.
Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam.
Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən dura ki, bədəni sağlam
ola.
Qaraca qız paltarmı geyib dedi:
Baba, əl-üzümü harada yuyum?
Budur, daxmamızm yanm dan su axır, get orada yu.
Qaraca qız üzünü yum ağa getdi. Piri kişi də süfrəni salıb pendir, çörək və yağ
qoydu, sonra çaydandan iki fincan çay töküb süfrəyə qoydu. Bu vaxt Qaraca qız
üzünü yuyub içəri girdi.
Al, qızım, üzünü sil, otur çay içək.
Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əl-üzünü qurudub süfrəyə
oturdu, hər ikisi yeyib-içməyə məşğul oldular. Çaydan sonra Piri kişi Qaraca qıza
dedi:
Dur, qızım, gün qızmamış həm bağımızı gəzək, həm də ağalar üçün
meyvə dərək.
Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir ceverən verdi. Evdən
bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya-bulaya Qaraca
qıza yanaşdı. Qaraca qız onun başmı sığallayıb cəvərəni onun boynundan asdı.
Qara köpək başmı bulayıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna
keçirdi. Qara köpək bu dəfə də başmı əyib cəvərəni yerə saldı. Piri kişi dedi:
Qızım, zəhm ət çəkmə, Qara köpək azadəliyə öyrənmişdir, o, təlimə
yatmaz.
Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.
Bunu deyib Qaraca qız Qara köpəyin qabağma çöməldi və onun gözlərinə
baxarkən dedi:
Qaraca köpəyim, ağıllı köpəyim, cəvərəni götür.
Qaraca qız cəvərəni yenə onun boynuna saldı. Bu dərə Qara köpək cəvərəni
yerə salmayıb Qaraca qızm üzünə baxa-baxa yanm ca getdi. O da sevincək dedi:
Dostları ilə paylaş: |