Hə, qızım, dustaqlıqdan qaçmısan. Çox da yaxşı etmisən. O, dəli ananm
sözlərinə qulaq asma, gəl bir az ata-bala söhbət edək.
Ağca xanım atasmm belə mehriban rəftarmdan istifadə edərək, onun qucağma
atıldı. Sonra başmı əyib divanm altma baxdı və Qaraca qızı orada görməyib mat
qaldı. Hüseynqulu ağa soruşdu:
Qızım, nə üçün mat qalmısan? Söhbət elə görək nə var, nə yox. Ağca
xanım soruşdu:
Ata, sən çoxdanmı buradasan?
Nahardan sonra gəldim, qızım.
Sən gələndə qapı açıq idimi?
Yox, m ən özüm açdım. - İçəridə kim vardı?
İçəridə, bax, bu xallı pişik vardı, - bunu deyə-deyə Hüseynqulu ağa dal
tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. - Qızım, bundan ötrümü soruşdun?
Ağca xanım pişiyi alıb dedi:
Yox, ata, bundan ötrü soruşmuram.
Bəs kimdən ötrü soruşursan?
Ağca xanım cavab verməyib fikrə getdi.
Qızım, nə üçün fikrə getdin? U şaq atasmdan söz gizlətməz.
Ağca xanım bilirdi ki, atası arvadmm acığma Qaraca qızla oynamağa ona izin
verər. Ona görə sirri açmaq istədi. Atasmm boynunu qucaqlayıb dedi:
Ata, anama deməzsən ki, söyləyim.
Demərəm, qızım, söylə.
Ağca xanım əhvalatı ona söyləyib soruşdu:
Ata, bes Qaraca qız buradan necə çıxmışdır.
İndi mənim Piri kişi ilə işim var. Sən də mənimlə gedərsən, orada Qaraca
qız ilə oynarsan və həm də onun buradan necə çıxmasmı özündən soruşarsan. -
Bunu deyən Hüseynqulu ağa divanm üstündən qalxdı. Ağca xanım şadlığmdan
bilmirdi ki, nə etsin.
Hüseynqulu ağa qızı ilə bağı gəzirkən Piri kişinin daxmasma çatdı. O vaxt Piri
kişi qapısmda oturub səbət hörürdü. Qaraca qız da arxda qabları yuyub, daxmaya
girirdi. Qaraca qız Hüseynqulu ağanı görüb qorxuya düşdü. O, içəridən döşək
gətirib yaşıl otlarm üstünə saldı. Hüseynqulu ağa oturdu və üzünü qızlara tutub
dedi:
Siz də gedin bağda oynaym.
Qaraca qız qavalmı götürüb Ağca xanımilə gəzməyə və oynamağa getdilər.
Ağca xanım və Qaraca qız əl-ələ verib bağda qaçmağa və oynamağa başladılar.
Ağca xanım başma gələni Qaraca qıza nağıl etdi, o da Baba otağmdan necə
çıxdığmı ona söylədi. Bunlar öz aralarmda söz qoydular ki, mümkün olduqca Baba
otağmda görüşsünlər. Qaraca qız Ağca xanıma qaval çalıb, mahnı oxumağı və
oynamağı öyrədirdi. Axırda hər ikisi göy otun üstündə oturub söhbət etməyə
başladılar. Ağca xanım bu halda çox şad idi. Ancaq anasınm bir neçə saatdan sonra
qayıtması yadm a düşdükcə ürəyi sıxılırdı.
Bir azdan sonra Hüseynqulu ağa Piri kişi ilə gəlib qızlar oturduğu yerə çıxdılar.
Bunlar qızları götürüb arı pətəklərinin tamaşasma getdilər. Qızlar arılarm
işləməsinə çox həvəslə baxırdılar. Piri kişi bir pətəyə çatdıqda dedi:
Bu pətəyin arıları çox vurağandılar, qızlarım, bunlardan özünüzü gözləyin.
Bir başqa pətəyə çatdıqda gördülər ki, buranm arıları pətəyin ağzmda qarışqa
kimi qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi:
Yaxşı vaxtda gəlmişik, bu saat buranm arısı beçə verəcəkdir. - Sonra
üzünü Qaraca qıza tərəf tutub dedi. - Qızım, qaçaraq get, evimizdən o gün sənə
göstərdiyim ağ torbanı götür gəl.
Qaraca qız yüyürərək getdi, bir azdan sonra arılar pətəkdən dəstə-dəstə çıxıb
uçmağa başladı. Piri kişi onlarm dalınca düşdü. Axırda aılar bir gilas ağacınm
budağma qondular. Bir dəqiqə keçmədi ki, bir-birinin üstünə qonaraq üzüm salxımı
kimi ağacdan sallandılar. Bu zaman Qaraca qız torbanı gətirdi. Hamı ağacm altmda
hazır oldu. Piri kişi Ağca xanıma dedi:
Ağca xanım, hər yuvada bircə dişi arı olar, ona şah deyərlər. Bir yuvada
iki şah olanda dava olur. Yeni doğmuş şah məcbur olur uçub başqa yuva arasm. O
vaxt onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahm qoşunları onu nə
cür əhatə etmişlər. İndi biz onu tutub təzə arı səbətinə salmalıyıq. Onda arılar da
onun başma cəm olacaqlar.
Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qıza tərəf tutub dedi:
Qızım, çıx ağaca və bu sallanan arıları torbanm içinə salıb ağzmı büz.
Qaraca qız pişik kimi ağaca dırmaşmağa başladı. Ağca xanım Piri kişidən
soruşdu:
Baba, o arılar Qaraca qızı sancmazlarmı?
Yox, xanım, armı incitməsən və onlardan qorxmasan adamı sancmazlar.
Qaraca qız arı dəstəsini torbaya salıb ağzmı büzdü. Piri kişi dedi:
İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün, ya da budağı smdır,
torbanm içində qalsm.
Qaraca qız budağı smdırdı və aşağı endi. Piri kişi torbanı ondan aldı. Hamı
arılığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı.
Ağca xanım, bu pətəyi sənin adma saxlayacağam və balı da öz ixtiyarmda
olacaqdır. Haçan könlün bal istədi, gələrsən, kəsib verərəm.
Bundan Ağca xanım çox şad oldu. Hüseynqulu ağa dedi:
Qızım, bu da sənin ann, indi gəl gedək, bir azdan sonra anan gələcəkdir.
* * *
Axşam çağı Pəricahan xanım M ariya İvanovna ilə şəhərdən gəlib çıxdı.
Pəricahan xamm Ağca xanımı çox şad və yanaqlan qızarmış görüb dedi;
Bax, qızım, mənə qulaq asıb evdən bayıra çıxmadm, ona görə sağalıb
rongin özünə gəldi. Gör, qızım, sənə nə qəşəng şeylər gətirmişəm.
Ağca xanım, anası gətirdiyi gözəl kuklalara, başqa oyun şeylərino və şirin
yeməli şeylərə baxıb çox şad oldu. Bu vaxt Ağca xanımm arzu etdiyi bir şey
vardısa, o da bu şeyləri Qaraca qıza göstərib onunla bölüşmək idi. Bu da ancaq
Baba otağmda mümkün idi.
Ağca xanımm təbiəti çox həlim idi, özü də sozə baxan bir qız idi. Lakin Qaraca
qız ilə görüşmək arzusu onda o qədər artıq idi ki, mürəbbiyəsinin əmrindən çıxıb
tez-tez özünü Baba otağma saldırırdı.
Ağca xanımm gündən-günə sağlam olmağı anasmı nə qədər şad edirdisə, bir o
qədər də mürəbbiyəsinin əmrindən çıxıb özünə tənbeh etdirməyi onu qəmgin
edirdi. Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə, Hüseynqulu ağa rişxəndlə
deyirdi:
-
İki böyük arvad bir balaca uşağı tərbiyələndirə bilmirsinizmi. M ən sizə
məsləhət görürəm ki, onu tez-tez Baba otağma salıb dustaq edəsiniz.
Bu kimi hallarda Hüseynqulu ağa qızma acıqlanıb Baba otağma göndərərdi və
gizlin Qaraca qıza xəbər verərdi.
Dostları ilə paylaş: |