* * *
Piri kişi Qaraca qızm Ağca xamm ilə gizlin görüşüb dostluq etməsinə əsla razı
deyildi, 0 bilirdi ki, quduz bəyzadələrdən başqa, qeyrilərini insan dərəcəsinə
qoymayan Hüseynqulu ağa bu yetim qızı arvadmm acığma Ağca xanımm yanma
buraxır. O biri tərəfdən Piri kişi düşünürdü ki, bu sirr açıldıqda Pəricahan xanım
Qaraca qızı qovacaq Piri kişinin bir də narazılığı onda idi ki, Hüseynqulu ağa
ziynətli qaraçı libası tikdirib Qaraca qıza geyindirirdi və öz qonaqlıqlarmda
oynadırdı.
Bunun üstündə Piri kişinin Hüseynqulu ağaya çox acığı tuturdu. Lakin qızı
onun əlindən almaqdan aciz idi. Piri kişinin fikri yanlış deyildi Belə ki, bir dəfə
Hüseynqulu ağa böyük qonaqlıq edib çox adam çağırmışdı. Bu qonaqlıqda oxuyub
çalan dostəsi də vardı. Hüseynqulu ağa Qaraca qızm dalınca nökər göndərdi ki,
gəlib oynasm. Bu vaxt Qaraca qıza soyuq dəydiyinə görə yerdə yatırdı. Piri kişi
qızı getməyə qoymadı. Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq,
ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin, Piri kişi əlacsız
qaldıqda Qaraca qız qalxıb qaraçı paltarmı geydi və qavalmı əlinə alıb yola düşdü.
Qaraca qızm özünün də oynamağa meyli çox idi. O, rəqs etməyi olduqca
severdi. Odur ki, məclisə mübariz istəyən pəhləvan kimi atıldı. Bir məharətlə
oynamağa başladı ki, bütün danışıq və səs kəsildi. Qaraca qız elə coşmuşdu ki,
orada olan adamlar onun gözündən itmişdi. Ancaq
öz ustadı olan Yasəmən
gözünün önündə durmuşdu. Birdən Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanlarm
nəzərində bir şar kimi göründü. Qəflətən Qaraca qız bir dizi üstü çökərək əlinin
birini qaval ilə yuxarı tutub, o birini belinə qoydu.
Rəqsi belə bitirmək Qaraca qızm adəti idi. Qaraca qız qonaqlar tərəfindən
gurultulu alqışlandı. Sonra hamı rica etdi ki, bu oyunu bir də təkrar etsin. Qaraca
qız qəbul etmədi. Hətta Hüseynqulu ağanm da sözünə baxmadı. Hammm ümidi
kəsilmişdi ki, birdən Ağca xanım ortaya çıxıb, çalğıçılara həm in rəqsi çalmağı əmr
etdi. Hamı təəccüb ilə ona baxırdı. Çalğıçılar çaldılar, Ağca xanım da oynamağa
başladı. Bunun oynamağı gözəl və qaydalı idi. H ər hərəkətindən məlum edirdi ki,
bu, Qaraca qızm şagirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı cağırdı, o da
dərhal sıçrayıb ortalığa girdi və hər ikisi
qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda ağalıq xidmətçilərinə yayıldı.
Onlar dəstə ilə yüyürüb qapmm ağzmdan tamaşa etməyə başladılar. Bu xəbər
Pəricahan xanıma da çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızmm oynamağma əsla
şad olmayıb acığmdan bilmirdi ki, nə etsin.
Qızlar oynamaqlarım bitirdilər, hər tərəfdən onlar alqışladılar. Hüseynqulu ağa
fərəhlənib qızmı bağrma basdı. Bəylər onu tərif edib başmı sığalladılar.
Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib Ağca xanımı yanma
çağırtdı. Hüseynqulu ağa duydu ki, arvadı qızmı tənbeh etmək üçün çağırır. Bu
fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımm bağırtısı gəlirdi. Hüseynqulu
ağa səbir edə bilməyib qonaqlardan üzr istədi və Pəricahan xanımm yanm a gəlib
gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır:
De görüm, bu oynamağı sənə kim öyrətmişdir?
Hüseynqulu ağa dedi:
Buyur, cavabım m ən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir?
Qaraca qız onu harada görürdü ki, öyrətsin. M ən onunla görüşməyi
qadağan etməmişdimmi?
Sən etmişdin, lakin m ən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən?
Kimin həddi var bundan sonra mənim əmrimdən çıxsm...
Pəricahan xanım indiyə qədər ərini bu dərəcədə hirsli görməmişdi.
İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam.
Özün bilərsən, oturursan-otur, gedirsən-get. Bunu bilm əlisən ki, bundan
sonra m ən öz istədiyim kimi davranacağam.
O biri otaqdan bəylər onun səsini eşitdilər. Rəhim bəy və Səlim bəy onun
ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə gəldilər. Hüseynqulu ağanı
çəkib o biri otağa apardılar. Bu itifaqdan qonaqlar pərişan olub bir-bir dağılmağa
başladılar. Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb,
getsinlər. Bunlar istədiklərinə çatdılar. Hüseynqulu ağanm hirsi yatıb arvadma
dedi:
Nə üçün razı olmursan Ağca xanım oynasm, oynamağm nə zərəri var ki?
Səlim bəy dedi:
Pəricahan xanım, mənim qızım Ağca xanım kimi oynamaq bilsəydi, onun
başma dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz çıxıb, ayaq atmağı da
bilmir.
Rəhim bəy dedi:
Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır.
Yoxsa, mənim qızım kimi qaradinməzdən nə fayda.
Pəricahan xanım onun sözünü kəsərək dedi:
M ən dəmirəm ki, qızım oynamaq bilməsin, lakin mən deyirəm ki, Mehdi
ağanm nəvəsi Ağca xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq
yaraşmaz. Bu ittifaqdan sonra, mən Ağca xanımı burada qoya bilməyəcəyəm. M ən
irəliki kimi şəhərə köçəcəyəm və qızımı da pansiona verəcəyəm. Hüseynqulu ağa
burada qalsm, çünki şəhərdə yaşamağı sevmir.
Hüseynqulu ağa buna razı oldu.
* * *
Sabahısı günü Ağca xanım anası ilə şehərə köçdü. Yazıq qızcığaz istəkli dostu
Qaraca qızla görüşe bilmədi. Ağca xanımm şəhərə koç-məsi Qaraca qıza böyük
təsir etdi. Bir tərefdən Ağca xanımm aynlıq həsrətİ, o biri terəfdən də onun ata-
anasmm arasma ədavət düşməsi Qaraca qızı çox qəmgin edirdi. Onu şad edən bir
şey varsa, o da qonaqlıqda zühur edən ittifaqdan sonra Hüseynqulu ağanm
günlərini dostu Səlim bəy və Rəhim bəygildə keçirib öz evində az görünməsi idi ki,
beləliklə də Qaraca qızı da oynanıağa çağırmırdı. Bundan elavə Qara-ca qız özü də
oynamağı tərk etmişdi. O, günlərini bağda keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu
it Qaraca qızla elə dost olmuşdu ki, yanmdan iraq olmaq istəmirdi. Qaraca qız da
onu elə öyrətmişdi ki, hər istədiyini edirdi. Piri kişi həmişə bunları bir yerdə
görəndə gülüb deyirdi:
- İki qara yaxşı tapışmısmız.
Bir ittifaqdan sonra Qaraca qızm Qara köpəyə məhəbbəti daha da artmışdı.
Belə ki, bir gün Qaraca qız moruq yığm aq qəsdi ilə cəvərəni görürüb meşəyə
getmişdi. Qara köpək də yanm da idi. Meşə Hüseynqulu ağanm mülkündə idi.
Qaraca qız azmaqdan və meşə heyvan-
Dostları ilə paylaş: |