Yenə deyirəm ki, sənin onun ilə əsla işin olmasm. Tez ol geyin, gedək.
Nurəddin Əmiraslanı acıqlı görüb dinməz-söyləməz tezcə geyindi. Yol uzunu
Əmiraslan fikirdə olub bir kəlmə söz demədi. Əmiraslan bu ittifaqdan sonra yenə
öz pis fikrindən əl götürməyib. Nurəddin isə başma gelən xataları qəza işi bilib,
Əmiraslandan şəklənməyirdi. Ancaq bir ittifaq onu şəkkə saldı. Bir defə Əmiraslan
onunla bazardan evə qayıdanda yolda çəpər üstündə bir gürzəni qıvrılıb yatmış
gördülər. Əmiraslan dedi:
Nurəddin, gör nə gözəl koramal balasıdır. Tut, aparıb kirpimə verək yesin.
Qorxma, koramalm zəhəri yoxdur, adamı vurmaz.
M ən də bilirəm zəhəri yoxdur. Ancaq o koramal deyil gürzədir.
Yox, sən tanımırsan, koramaldır.
K oram ahn başı sarımtıl olur, elə qara rəngli olmur.
Onu sənə kim deyibdir?
İmamverdi baba, neçə dəfə bağçada koramalı mənə göstəribdir.
Əmiraslan qəhqəhə ilə gülüb dedi:
Koramaldan qorxursan, ona görə də ilanı bəhanə gətirirsən.
Nurəddin bir söz deməyib, əlindəki ağacla tez ilanm başmdan vurub öldürdü.
İndi bax, gör ilandır, ya koramaldır.
Bu halda yol gedən iki adam buna baxıb dedi:
Əlbəttə, ilandır, özü də gürzədir.
Adamlar gedəndən sonra Əmiraslan ilanm o yan-bu yanm a baxıb dedi:
Düzdür, m ən səhv edirəm, bu koramal deyil. İlan koramala çox oxşayır,
ona görə səhv etmək olar.
Nurəddin ona cavab verməyib, ancaq fikrindən bunu keçirdi:
Sənə qulaq assaydım indi meyidim bu yol üstündə qalmışdı.
Bu ittifaqdan sonra Nurəddin Əmiraslandan şəklənib, sərvaxt dolanmağa
başladı.
Bir dəfə Nurəddin sərçəsini götürüb bağçada oynamaq bəhanəsi ilə qaçıb
İmamverdi babanı yoxlamağa getdi. İmamverdi baba döşəkdə yatırdı, azardan çox
zəif düşmüsdü. Yazıq kişi Nurəddini qucaqlayıb, sevindiyindən ağladı. Nurəddin
də başma gələn hadisələri nağıl etdikdə, İmamverdi babanm üzündə təşviş artırdı.
Nurəddin axırmcı ilan
fəqərəsini1 nağıl etdikdə, İmamverdi baba daha səbir edə bilməyib, zəif səsi ilə belə
qışqırdı:
Yox, daha səni orada qoymaq olmaz. M ən azarlıyam, durmağa taqətim
yoxdur, səni o iki şeytanm şerindən mühafizə erməyi bacarmıram. Oğlum, gərək
tezliklə şəhərə Baharm yanm a qayıdasan. Yoxsa tələf olarsan. İndi get, m ən də
görüm nə çarə tapıram. Ancaq sərvaxt ol, Əmiraslanm sözünə əsla inanma.
İmamverdi baba Nurəddini qucaqlayıb öpdü. Zavallı kişinin gözlərindən yaş
dolu kimi yağıb, üzünü, ağ saqqalmı islatdı.
Murəddin çox qəmgin evə qayıdırdı. Yol uzunu başma gələn qəza-qədərdən
fikir edirdi:
İndi anlayıram ki, Əmiraslan nə məqsəd ilə məni gah uca nazik budağa
çıxardırmış, gah dərin suya salımrmış və gah da ilanı koramal adma əlimlə
tutdururmuş. Bəli, mənim ölməyimi istəyirmiş. Ancaq burasmı anlamıram ki, m ən
ona nə etmişəm ki, mənim ölümümü istəsin və bundan ona nə mənfəət ola bilər. -
Bu barədə fikirdə ikən birdən Baharm bu sözü yadm a düşdü: "Qorxma, ağam, nə
qədər sən sağsan, Gülpəri sənin bir qəpiyinə də əl vura bilm əz", - Demək ki, mən
ölsəm malım Gülpəriyə düşəsidir. Əlbəttə, belədir, bu sadə fikri m ən indiyə kimi
niyə anlam am ışam ?!
Nurəddin evə qayıdanda, həyətdə Əmiraslana rast gəldi.
Haradan gəlirsən?
Bağçadan gəlirəm, - deyə Nurəddin cavab verdi və qızarıb başmı aşağı
saldı, çünki Nurəddin ömründo əvvəlinci dəfə idi ki, yalan deyirdi. Bunun
halətindən yalan deməyini duyub Əmiraslan acıqlı yenə soruşdu:
Düzünü de görüm, harada idin?
İmamverdi babanı yoxlamağa getmişdim.
Sən nə cürət edib mənim əmrimdən çıxırsan? - Əmiraslan bunu deyib
qışqırdı və Nurəddini çomaq ilə döyüb, anbara saldı və ağzmı kilidləyib getdi.
Bu İttifaqdan iki gün sonra İmamverdi babanm iflic azarmdan dili tutulmaq
xəbəri gəldi. Gülpəri və Əmiraslan cəld geyinib getdilər, amma Nurəddini
aparmadılar. İlan fəqərəsindən bəri Əmiraslan Nurəddinlə
1 Əhvalatını
mehriban dolanmağı bilmərrə buraxıb, hər bir cüzi şeyi bəhanə edərək, onu tez-tez
döyüb anbarda dustaq edirdi.
Gecə Əmiraslan ilə Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi
babanm dili tutulubsa da hələ ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub
öz-özünə dedi:
-
Yox, Əmiraslan məni öldürsə de səhər sübhdən qaçıb babamı yoxlamağa
gedəcəyəm.
Bu fikir ilə Nurəddin yatdı. Nurəddin Püstə nənə ilə bir otaqda yatırdı. Səhər
gözlərini açanda gördü ki, Püstə nənə otaqda yoxdur. Bundan şad olub cəld
geyinməyə başladı. Sonra sərçəsini görürüb bağçaya girdi ki, gizlincə bağ arası
İmamverdi babagilə getsin. Nurəddin nar koluna çatdıqda, qəflətən onun dalmdan
Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Cəld və üsulluca kolun içinə girib gizləndi.
Əmiraslan Gülpəriyə deyirdi:
Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur.
Yazıq baba, bu zalm ılar sənə zəhər verm ək istəyirlər. Yox, qoymaram, nə
yaxşı oldu ki, bunlarm fikrini bildim.
Nurəddin bu fikirdə ikən Əmiraslan başladı:
İndi yaxşı fürsətdir. Əminün dili tutulub, xəstəlikdə yatır, Bahar da ki,
uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü.
Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb tükləri biz-biz durdu. Yazıq uşaq
qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən biruh idi.
Gülpəri dedi:
Yox, Əmiraslan, bunu bacarmayacağam. M ən deyirəm ki, bu isdə
öldürmək olmasm.
Elə isə heç çarəsi yoxdur. Nə şəriət ilə, nə zakon ilə Nurəddin sağ ikən
onun malını sənə vermək olmaz. İndi ki, sən bacarmırsan, mən bacararam. Qulaq
as, gör bu fikir necədir?
Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. Özün də bilirsən
ki, quyunun dərinliyi qırx arşmdan artıqdır. Nurəddin su çəkdiyi halda daldan
itələyib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü
düşüb boğulmuşdur. Hərgah razısansa de, bu axşam əmələ gətirim.
Gülpəri bir dəqiqəyə kimi dayanıb cavab vermədi. Bu bir dəqiqə Nurəddinə bir
il göründü və ürəyindən keçirtdi ki, hərgah Gülpəri bu
Dostları ilə paylaş: |