|
Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci “Ümumi tariX”ümumi-tarix1.İbtidai icma cəmiyyəti.
Ən qədim insan izləri Yer üzərində ən qədim insanların izləri Şərqi Afrika
və Asiyada aşkar olunmuşdur. Alimlər Daş dövründə yaşamış qədim insan
skeletinin qalıqlarına əsasən onun xarici görkəminin necə olduğunu aşağıdakı kimi
müəyyən etmişlər: Qolları çox uzun olub dizlərinə çatırdı. Yalnız sadə işlər görə
bilirdilər. Ağacların budaqlarından meyvə yığırdılar. Torpağı ucu iti sivri daş və
ağacla qazaraq meyvə kökü və s. toplayırdılar. İlk zamanlar sürü halında («ulu
icma»da) yaşayırdılar. Sərbəst danışa bilmir, yalnız qırıq-qırıq səslərlə ünsiyyət
yaradırdılar. Ən qədim insanların ilk əmək alətləri dəyənək, itiuclu ağac və sivri
daşlar, ilk məşğuliyyəti isə yığıcılıq və ovçuluq olmuşdur. Zaman keçdikcə
insanlar daşdan və sümükdən əmək alətləri hazırlamışlar. Əmək aləti düzəltmək
üçün daha çox vulkanik şüşə (dəvəgözü), çaxmaqdaşı və əhəngdaşını seçirdilər.
Çünki bu növ daşlar zərbə nəticəsində asan parçalanır, iti yanları olan qəlpələr
əmələ gəlirdi. «Ağıllı insan»lar («Homo sapiens»lər) yeni əmək vərdişləri qazanır,
əmək alətlərini təkmilləşdirirdilər. Üst Paleolit dövründə qohumluğu əsasında
qəbilə icması yarandı, anaxaqanlığı (matriarxat) formalaşdı. Orta Daş dövründə
(Mezolitdə) ox və kamanın ixtirası insanların qidaya olan ehtiyacını təmin etdi.
Onlar iri heyvanları ovlayır, balalarını isə tutub xüsusi düzəldilmiş küzdə saxlayır,
əhliləşdirirdilər. Beləliklə, ovçuluqdan maldarlıq yaranmağa başladı. Toxumun
yerə düşüb cücərdiyini görən qadınlar sonralar özləri onu yumşaltdıqları torpaq
sahələrinə səpir və yenidən məhsul alırdılar. Əvvəllər taxıl əllə toplansa da sonralar
insanlar sünbülü biçmək üçün yeni əmək aləti olan və əsasən sümükdən hazırlan
oraq yaratdılar. Yeni Daş dövründə (Neolitdə) qədim insanlar toxa əkinçiliyi ilə su
mənbəyinə yaxın olan münbit torpaqlı sahələrdə əkinçiliklə məşğul olurdular. Ən
qədim əkinçilərin ilk məskənləri daha əlverişli şəraitə malik olan Ön Asiyada aşkar
olunmuşdur. Burada arpa və buğda əkilirdi. Bu dövrdə tədricən sənətkarlığın
müxtəlif sahələri meydana gəldi. İnsanlar gilin odda bişərək bərkidiyini görüb,
ondan keyfiyyətli gil qablar istehsal etməyə başlamışlar. Beləliklə dulusçuluq
meydana gəldi. Həmçinin dəri işləmə sənəti də ibtidai insanların mühüm peşəsi
olmuşdur.
|
|
|