etdi. Bu zaman Sasanilər nəslindən olan I Ərdəşir Babəkan: Parfiya ordusunu
məğlub edərək paytaxt Ktesifonu tutdu. 226-cı ildə özünü şahənşah elan etdi və
Sasanilər dövlətinin əsasını qoydu. Ərdəşir Babəkan 226-cı ildə Ktesifonda
təntənəli şəkildə «şahlar şahı» titulunu qəbul etdi. Beləliklə, Sasanilər dövləti
yarandı və geniş işğallara başladı. Xarəzm, Xorasan, Mərv və Azərbaycan dövləti
olan Atropatena Sasanilər dövlətinə qatıldı. Sasanilərin
dövlət quruluşu erkən
feodal monarxiyası idi. Ölkəni şahənşah idarə edirdi. Ölkə əyalətlərə bölünürdü.
Əyalətləri şəhrdarlar və mərzbanlar idarə edirdi. Onlar müharibəyə öz silahlı
qüvvələri ilə gedir, mülki və hərbi işlərə başçılıq edirdilər. Şahdan sonra ikinci
rəsmi şəxs ali maq (baş kahin) hesab olunurdu. Ölkənin rəsmi dini olan zərdüştlük
dövlətin idarə olunmasında xüsusi rol oynayırdı. Zərdüştlüyün əsas mərkəzi
Azərbaycanın (Atropatenanın) Qazaka şəhərindəki məbəd hesab olunurdu.
Sasanilər dövlətinin yaranması feodal münasibətlərinin meydana gəlməsini
sürətləndirdi. Ölkədə feodal münasibətləri III-V əsrlərdə yarandı. Sasani şahları
hakimiyyətin dayaqlarını möhkəmlətmək, ucqar əraziləri qorumaq üçün hərbçilərə
torpaq sahələri paylayırdılar. Sasanilərdə feodal torpaq mülkiyyətinin iki forması
mövcud idi: Dastakert – iri feodallara məxsus əsas irsi torpaq mülkiyyət forması
idi. Xostak - orta və xırda feodallara məxsus şərti torpaq mülkiyyət forması idi.
Geniş torpaq sahəsinə (dastakertə) sahib olan iri feodallar - patriklər, xidmət
müqabilində verilən torpaq (xostak) sahibi olan orta və xırda feodallar - azadlar
adlanırdı. Azadlardan ibarət süvari qoşun ordunun əsasını təşkil edirdi. Vergini və
borcunu ödəyə bilməyən kəndlilər asılı kəndlilərə çevrilirdilər.
Ölkədə natural
təsərrüfat hakim idi. Feodal münasibətləri dini idarələri də əhatə edirdi. Dini ibadət
üçün vergi verilirdi. Kahinlərin əlində çoxlu torpaq və kəndli toplanmışdı. Məbəd
və nüfuzlu din xadimlərinin əlində iri torpaq sahələri cəmləşmişdi. Sasanilər
dövründə əsas vergilər aşağıdakılar idi: Xaraq - kəndlililərin məhsulun 1/3-nə
qədərini təşkil edən torpaq vergisi idi. Gezit - 20-dən 50-yaşa qədər bütün əhalinin
ödədiyi vergi idi. Bac - sənətkar və tacirlərdən alınan vergi idi..
IV əsrdə Hindistanda Qupta sülaləsi hakimiyyətə gəldi. Qupta sülaləsinin
hakimiyyət dövrü «Hindistanın qızıl əsri» adlanır. Bu dövrdə ədəbiyyat, incəsənət
və memarlıq inkişaf etdi. V əsrin sonunda: Qupta dövləti parçalandı. Qupta
hökmdarları Ağ hunların asılılığı altına düşdülər. VI-XIII əsrləri əhatə edən feodal
dağınıqlığı dövrü başladı. Kasta sistemi, ölkənin çoxmillətli olması və müxtəlif
dini etiqadların mövcudluğu ölkədə feodal pərakəndəliyini gücləndirirdi. Qupta
imperiyasının dağılması nəticəsində Hindistanda 70-ə qədər müstəqil kiçik dövlət
qurumları yarandı. Belə dövlət qurumlarının başçıları olan racələr hərbi xidmət
əvəzində torpağın bir hissəsini kəndlilərlə birlikdə yaxın adamlarına paylayırdılar.
Verilən torpaqlar irsən keçirdi. XII əsrdə türk tayfaları
Hindistan ərazilərinə
aramsız yürüşlər edirdilər. Bu hücumların nəticəsində 1206-cı ildə türk sərkərdəsi
Qütbəddin Aybək (1206-1210) Hindistanı tutaraq burada Dehli sultanlığının
əsasını qoydu. Dehli sultanlığı Hindistan ərazisində müsəlman türklərin yaratdığı
ilk ən böyük dövlət idi.
III-V əsrlərdə şərq ölkələrində yeni təsərrüfat münasibətləri yarandı. III-
VII əsrlərdə Çində iri xüsusi torpaq sahibləri - «güclü ailələr» (iri feodallar)
adlanırdı. «Güclü ailələr» dövlət üçün əlverilşi deyildir. Çünki «güclü ailələr»in
artması və möhkəmlənməsi nəticəsində: Kəndlilərin torpaqsızlaşmasına səbəb olur,
iri feodallar onları özlərindən asılı olan icarədarlara çevirirdilər. Dövlətə vergi
verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi. «Güclü ailələr»ə qarşı
mübarizə aparmaqla xüsusi torpaq mülkiyyətinin inkişafını tamamilə dayandırmaq
əlverişli olmadığı üçün Çində digər Şərq ölkələrində olduğu kimi dövlət feodalizmi
formalaşırdı. III-VII əsrlərdə Çində ən böyük torpaq sahibi olan imperator hərbi
xidmət müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə və məmurlara iri
torpaq sahələri paylayırdı. Həmin torpaqların sahibləri tədricən feodala
çevrilirdilər. «Sarısarıqlılar» üsyanı və digər amillər III əsrin əvvəllərində Çinin
zəifləməsinə, Xan sülaləsinin devrilməsinə səbəb oldu, Çin xırda dövlətlərə
parçalandı və Qədim Çin imperiyasının yerində bir-biri
ilə düşmənçilik edən bir
neçə dövlət yarandı. Çində feodal münasibətlərinin inkişafı yenidən vahid dövlətin
yaranmasına səbəb oldu. Sərkərdə Yan Szyan rəqiblərinə qalib gələrək: Suy
sülaləsinin (586-618) əsasını qoydu. Çanan şəhərini dövlətin paytaxtı elan etdi.
Ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətinə son qoydu.
VII əsrin əvvəllərində (618-ci ildə) Çində hakimiyyət Tan sülaləsinin (618-918)
əlinə keçdi. Tan sülaləsinin dövründə Tan imperatoru «Səma oğlu» adlandırılırdı.
Tan sülaləsi Çini təqribən 300 il idarə etdi. Tan sülaləsinin hakimiyyəti dövründə:
Çin yenidən vahid dövlətdə birləşdirildi. Çin işğalçılıq siyasəti yeritdi. Koreya və
Vyetnam Çinə tabe edildi. XIV əsrin ortalarında Çində monqol əsarətinə qarşı
üsyan - xalq hərəkatı baş verdi. Xalq hərəkatı nəticəsində: Monqollar Çindən
qovuldu. Hakimiyyətə Min sülaləsi gəldi. Min sülaləsi 1368-1644-cü illərdə Çində
hakimiyyətdə oldu.
Ərəblərin vətəni Asiya qitəsinin cənub-qərbi, Asiya, Afrika qitələri və
Aralıq dənizinin qovuşduğu Ərəbistan yarımadası idi. 610-cu ildə İslam dini
meydana gəldi. Ərəblərdə yeni dinin meydana gəlməsi Məhəmməd Peyğəmbərin
adı ilə bağlıdır. Bu dini qəbul edənlər müsəlman adlandırılırdı. Məhəmməd
Peyğəmbər İslam dinini qəbul etmiş tərəfdarları ilə o dövrdə ticarət mərkəzi olan
Məkkədə müsəlman icmasını yaratdı. Məhəmməd Peyğəmbər İslam dinini
Məkkədə çətinliklə yayırdı. Odur ki, maneələri aradan qaldırmaq üçün O, 622-ci
ildə Məkkədən Mədinəyə köçdü. Məhəmməd Peyğəmbərin 622-ci
ildə Məkkədən
Mədinəyə köçməsi ilə Hicri tarixi başlayır. 630-cu ildə Məhəmməd Peyğəmbər
Məkkədə Ərəb dövlətini yaratdı. Məhəmməd Peyğəmbər (630-632) yeni dinin və
dövlətin başçısı oldu. Peyğəmbərin vəfatından sonra dövləti xəlifələr idarə etməyə
başladılarMəhəmməd Peyğəmbər vəfat edəndən sonra dövləti Peyğəmbərin
müavinləri – xəlifələr idarə etməyə başladılar. Bu dövlətin başçılarına xəlifə, yəni
Peyğəmbərin davamçısı deyirdilər. 632-ci ildən başlayaraq 661-ci ilədək ölkəni
bir-birinin ardınca xəlifə Əbu Bəkr, Ömər, Osman və Əli idarə etdilər. Xəlifələr
dövründə: Ərəb işğalları genişləndi, Bizans və İran (Sasani) torpaqları işğal edildi.
Ərəblər Bizansın bir çox ərazilərini ələ keçirdilər və Şimali Afrikaya
yiyələndilərƏrəb xilafətində dövlətin başçısı xəlifə idi.
Xəlifə həm də ordunun ali
baş komandanı idi. Ölkədə ayrı-ayrı sahələri idarə etmək üçün divanlar
yaradılmışdı. Xilafət ərazisi inzibati cəhətdən vilayətlərə bölünürdü. Vilayətlər
xəlifə tərəfindən təyin olunan əmirlər tərəfindən idarə olunurdu. Bütün ərazilərdə
rəsmi danışıq və yazı dili ərəb dili idi.