78
yetişәrsiniz” hәdisi bu cürdür. Hәdis olduqca “zәif”dir. Şeyx
Әlbaniyә görә isә “uydurma”dır.
“Müsәlmanların gözәl bildiklәri şey Allahın nәzdindә dә
gözәldir” hәdisi dә hәmçinin. Әslindә bu, Abdullah ibn Mәsu-
dun sözüdür vә Peyğәmbәrәdәk gedib çıxmır.
“Ümmәtimin ixtilafı rәhmәtdir”
1
hәdisi dә. Vә fiqh üsulu
kitablarındakı neçә-neçә bu cür hәdislәr.
Fiqh mirasından istifadənin zəruriliyi
Müasir dövr alimlәrinin vәzifәsi fiqh vә fiqh üsulu ilә
yanaşı, hәm dә hәdis elmi nöqteyi-nәzәrindәn fiqh mirasından
faydalanmaqdır, – özü dә şüurlu vә qanan zehniyyәtlә – “zәif”
hәdislәrә istinadәn çıxarılmış hökmlәri bir daha nәzәrdәn keçir-
mәkdir. Çünki hökm vermәdә “zәif” hәdislәrin әsas rolunu oy-
namadığı, halal vә haram mövzularına arqument olmadığı yek-
dilliklә qәbul edilib.
Mötәbәr alimlәrin fiqh mirasına şüurlu münasibәti mü-
hüm qanunvericilik vә sosial problemlәrә dair bir-sıra hökm-
lәrin “zәif” hәdislәrә әsasәn çıxarıldığı faktını aşkarlamağa im-
kan verәcәkdir.
Qeyri‐müsəlmanların qanbahası
Misal üçün, Cinayәt Qanunvericiliyinә görә zimmilәrә
çatacaq qanbahasının miqdarı mәsәlәsinә toxunaq. Fәqihlәrin
әhәmiyyәtli hissәsinә – cümhura görә, Kitab әhli zimmilәrinin
1
Bu hәdis haqda әtraflı mәlumat üçün bax: Yusif әl-Qәrdavi. Haqlı ixtilaf vә
qәbahәtli firqәbazlıq arasında islam oyanışı. Hәdis sәhih deyildir. Amma
fәhmdә vә dinin ikinci dәrәcәli mәsәlәlәrindәki ixtilaf baxımından onun
mәnasını doğru saymaq mümkündür. Hәmçinin, әgәr sәhabәlәrin fiqhi ixti-
laflarında olduğu kimi, әdavәt vә tәfriqәyә sәbәb olmazsa, ixtilaf tәbii vә
doğru bir şeydir.
79
(söhbәt “Darülislam” sakinlәrindәn gedir) qanbahası müsәlma-
na düşәn qanbahasının yarısı qәdәrdir
1
.
Cümhur bu mәsәlәdә “Müsnәd” vә “Sünәn”lәrdәki bәzi
hәdislәri dәlil gәtirmişdir. İmam Buxari vә Müslimin eyniadlı
“Came әs-Sәhih” kitablarında bu mәsәlәyә aid bir dәnә dә hә-
dis yoxdur. Yәni, cümhurun dәlil gәtirdiyi hәdislәri bәzi alim-
lәr qәbul, bәzilәri dә rәdd edir.
Mәsәlәn, Әmr ibn Şüeyb atasına istinadәn babasından
rәvayәt edir ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı
olsun!) deyib: “Kafirin qanbahası müsәlmana düşәn qanbaha-
sının yarısı qәdәrdir”. Hәdisi İmam Әhmәd, Nәsai vә Tirmizi
rәvayәt etmişlәr.
Bu hәdisin digәr variantı belәdir: “Peyğәmbәr hökm çı-
xardı ki, iki kitab әhlinin qanbahası müsәlmanlara düşәn qan-
bahasının yarısı qәdәrdir. İki kitab әhli isә yәhudi vә xristian-
lardır”. Hәdisin bu variantını İmam Әhmәd, Nәsai vә İbn Macә
rәvayәt etmişlәr.
Digәr alimlәr isә bildirmişlәr ki, yәhudi vә xristianların
qanbahası müsәlmanlara düşәn qanbahasının üçdә biri qәdәr-
dir. Mәsәlәn, bu fikir İmam Nәvәvinin “Minhac” adlı şәrh-kita-
bında mövcuddur. Demәli, bu alimlәrә görә, qeyri-müsәl-
manların qanbahasının müsәlmanlara düşәn qanbahasının yarı-
sı qәdәr olmağı haqda hәdis sәhih deyildir.
Ancaq İmam Sövri, Zühri, Zeyd ibn Әli, İmam Әbu Hә-
nifә vә şagirdlәri düşünürlәr ki, zimminin
2
qanbahası müsәlma-
na düşәn qanbahası qәdәrdir. Onlar belә bir hәdisi vә ya hә--di-
slәri dәlil gәtirirlәr ki, Peyğәmbәr öhdә altında olanların qanba-
hasını müsәlmanlarınkı qәdәr müәyyәn etmiş, müsәlmana nә
düşürsә, zimmiyә dә o qәdәr qanbahası ödәmişdir. Ancaq mü-
1
Bax: Şövkani. Neyl әl-Övtar, cild VII, sәh. 221-224.
2
Zimmi: (әrәb. “zimmi” – himayә altında, amanda olan). İslam ölkәlәrindә
yaşayan vә bu ölkәlәrin vәtәndaşları sayılan qeyri-müsәlmanlara verilәn ad
– tərcüməçinin qeydi.
80
xaliflәri onların әsaslandıqları bu hәdislәri “zәif” hesab etmiş-
lәr.
Qeyd edәk ki, hәr iki tәrәfin dәlil gәtirdiyi hәdislәr sәhih
deyildir. Elә isә ümumi dini mәtnlәri, dini qayda vә universal
mәqsәdlәri nәzәrә almaq lazımdır.
Әgәr Qurani-Kәrimi oxusaq görәrik ki, istәr müsәlma-
nın, istәrsә dә müqavilә bağladığımız qeyri-müsәlmanların sәh-
vәn öldürülmәsi zamanı hәr iki halda “onun (öldürülmüşün)
ailәsinә qanbahası verilmәli, mömin bir qul azad edilmәlidir”.
Aydın olur ki, Qurani-Kәrim bu mәsәlәdә qeyri-müsәlmanla
müsәlman arasında ayrı-seçkiliyә yol vermir
1
.
Demәli, islama görә, hәr bir kәsin canı toxunulmazdır,
insanlar şәrәf-izzәtdә bәrabәrdirlәr. İslam yurdunun – Darülis-
lamın bütün vәtәndaşları bu mәsәlәdә bәrabәrhüquqludurlar.
Tarix boyu islam dövlәtlәri, Abbasi vә Osmanlı xilafәtlәri bәra-
bәrlik prinsipini әldә bayraq etmişdir. Ancaq indiki dövrdә bö-
yük güclәr qeyri-müsәlman azlıqlar problemini ortaya ataraq
iddia edirlәr ki, bu azlıqlara zülm edilir vә müsәlman cinayәt
hüququ onlara bәrabәrhüquqlu vәtәndaşlar gözü ilә baxmır.
1
Bu haqda “әn-Nisa” surәsinin 92-ci ayәsindә oxuyuruq: “Heç bir möminә
başqa bir mömini öldürmәk yaraşmaz. Bu, sәhvәn (xәta üzündәn) olduqda
müstәsnadır. Hәr kәs bir mömini sәhvәn öldürәrsә, o zaman o, mömin bir
qul azad etmәli vә öldürülmüş şәxsin ailәsi qanbahasını sәdәqә olaraq bağış-
lamadıqda, onlara (ölәn şәxsin varislәrinә) tam şәkildә qanbahası vermә-
lidir. Әgәr (öldürülәn şәxsin özü) mömin olduğu halda, sizә düşmәn olan
bir tayfadandırsa, o vaxt (öldürülәn şәxs) mömin bir qul azad etmәlidir.
Әgәr (öldürülәn şәxs) sizinlә әhd (müqavilә) bağlamış bir tayfadan olarsa, o
zaman onun ailәsinә qanbahası vermәklә bәrabәr, mömin bir qul dәxi azad
etmәk lazımdır. Hәr kәs (azad etmәyә qul) tapa bilmәsә, o, Allah tәrәfindәn
tövbәsinin qәbul edilmәsi üçün bir-birinin ardınca (arası kәsilmәdәn) iki ay
oruc tutmalıdır. Allah (hәr şeyi) bilәndir, hikmәt sahibidir!” – tərcüməçinin
qeydi.
Dostları ilə paylaş: |