103
elmlәri isә sufi şeyxlәrindәn öyrәnmәyinizdә bir qәbahәt yox-
dur”.
İbn әbu Hatim deyib: “Atam danışırdı ki, Әbәdә (ibn Sü-
leyman әl-Mәrzәvi) belә rәvayәt edib: “Bir dәfә İbn Mübarәk
bir şәxsdәn hәdis rәvayәt etmişdi. Ona dedilәr: “Bu şәxs “zәif”
ravilәrdәn sayılır”. İbn Mübarәk dә belә qarşılıq verdi: “Hәmin
şәxsdәn bu qәdәr vә bu kimi şeylәri rәvayәt etmәk olar” (Bu za-
man İbn әbu Hatim atası Әbәdәdәn soruşur:) “Hansı şeylәri,
mәsәlәn?” Әbәdә belә cavab verdi: “Әdәb-әrkan, öyüd-nәsihәt
vә zöhd mәsәlәlәrini”.
İbn Mәin mәşhur abidlәrdәn sayılsa da, mötәbәr ravi he-
sab edilmәyәn Musa ibn Übeydә әr-Rәbәzi haqqında yazmışdı:
“(Buna baxmayaraq,) o, qәlb mәnәviyyatı mövzusunda hәdislәr
rәvayәt edә bilәr”.
Süfyan ibn Üyeynә deyib: “Peyğәmbәrin sünnәsi haq-
qında Bәqiyyә ibn әl-Vәlidin rәvayәt etdiyi hәdislәrә qulaq as-
mayın. Ancaq savab vә oxşar mövzulardakı hәdislәri ondan
dinlәyә bilәrsiniz”.
Әhmәd ibn Hәnbәl “Peyğәmbәrin hәyatı ( Sirət)” adlı
mәşhur kitabın müәllifi Mәhәmmәd ibn İshaq haqqında demiş-
di: “Onun yalnız vә yalnız qәzvәlәr (Peyğәmbәrin savaşları) vә
bu qәbil mövzulardakı mәlumatlarına istinad etmәk mümkün-
dür”.
Ziyad әl-Bәkkai haqqında İbn Mәin deyib: “Qәzvәlәr
haqqında onun dediklәrini nәql etmәyin bir qәbahәti yoxdur.
Digәr mövzularda isә ona bel bağlamaq olmaz”.
(İbn Rәcәb sözünә davam edir:)
“Hәvәslәndirmә, çәkindirmә, zöhd vә әdәb-әrkan möv-
zulu hәdislәri yalançılıqda ittiham olunmayan qәflәt әhlindәn
rәvayәt etmәk olar. Ancaq yalançılıqda tәqsirlәndirilәnlәrin –
104
töhmәt әhlinin rәvayәt etdiyi hәdislәr rәdd edilmәlidir. İbn әbu
Hatim vә başqaları bu qәnaәtdәdir”
1
.
Deyilәnlәrdәn mәlum olur ki, heç bir hәdis alimi (imamı)
hәvәslәndirmә vә çәkindirmә mövzulu hәdislәrin hәr yerindәn
duran, ciddi xәtalara yol verәn, namәlum vә tәqsirli ravilәr tә-
rәfindәn rәvayәt edilmәsinә tәrәfdar çıxmayıb.
Ancaq alimlәr hafizәsi bir qәdәr dalğın vә zәif olan bәzi
ravilәrin bu cür hәdislәri rәvayәt etmәsinә icazә vermişlәr. Hәt-
ta bu ravilәr, Süfyan әs-Sövrinin dediyi kimi, hәdislәrdәki çatış-
mazlıqları, әlavәlәri bilәn mәşhur alimlәrdәn sayılmasalar da,
onlardan hәdis әxz etmәk olar.
Belә ravilәrin dürüstlüyü vә әdalәtindә (insafında) şübhә
yoxdur. Problem onların hafizәsindәki dalğınlıq vә zәiflikdә,
ayıqlığı vә qabiliyyәtindәdir.
Bu sәbәbdәn Hafiz ibn Hәcәr әl-Әsqәlani qәlb mәnәviy-
yatı vә hәvәslәndirmә mövzulu “zәif” hәdislәrin rәvayәtini üç
şeylә şәrtlәndirib. İmam Süyuti özünün “Tәdrib әr-Ravi” kita-
bında İbn Hәcәrә istinadәn bu şәrtlәri belә izah edib:
“ Birinci. Hamının qәbul etdiyi birinci şәrt budur ki, hә-
dis hәdsiz “zәif” olmasın. Әgәr bir hәdisi yalançı vә ya yalan-
çılıqda tәqsirlәndirilәn vә ciddi xәtalara yol verәn ravilәr tәkba-
şına rәvayәt etmişlәrsә, onda hәmin hәdis rәdd edilir.
İkinci. Hәdis ümumi bir hökmlә (әsillә – әr. “ əsl”) bağlı
olmalıdır. Heç bir hökmün tәsiri altına girmәyәn uydurma hә-
dislәr rәdd edilmәlidir.
Üçüncü. Belә hәdislәrә әmәl edәrkәn onların sәhihliyini
iddia etmәk olmaz. Çünki bu, demәdiyi şeyi Peyğәmbәrin adı-
na çıxmaqdır.
1
İbn Rәcәb әl-Hәnbәli. Şәrh İlәl әt-Tirmizi, cild I / çapa hazırlayan: Nurәd-
din әl-İtr, sәh. 72-74.
105
Son iki şәrtin müәllifi İbn Abdussalam vә yoldaşı İbn
Dәqiq әl-Eyddir. Birinci şәrt haqqında Әlai bildirir ki, alimlәr
onu yekdilliklә qәbul ediblәr”
1
.
Nəyə diqqət yetirməliyik?
Bu mәqamda bir neçә mәsәlәyә toxunmaq istәyirәm. Dü-
şünürәm ki, bu, barәsindә danışdığımız vә çoxlarının da düz-
gün başa düşmәdiyi problemin hәllinә kömәk edәcәkdir. Mü-
sәlman kütlәlәrә istiqamәt verәn әksәr kәslәrin dini dünyagö-
rüşü mәhz belә sәhv fәhm üzündәn saflığını itirib.
1. Bəzi alimlər həvəsləndirmə və çəkindirmə
mövzulu “zəif” hədisləri belə rədd etmişlər
Bәzi klassik vә müasir alimlәr hәvәslәndirmә, çәkindir-
mә, zahidlik, qәlb mәnәviyyatı hәdislәrini hökm hәdislәri ilә
eynilәşdirmiş, yalnız sәhih vә “hәsәn” hәdislәri mәqbul say-
mışlar.
İbn Rәcәb әl-Hәnbәli “Şәrh әl-İlәl” kitabında yazır:
“Kitabının müqәddimәsindә İmam Müslimin yazdıqları
zәruri edir ki, hәvәslәndirmә vә çәkindirmә mövzulu hәdislәr
yalnız hökm hәdislәrinin ravilәrindәn nәql olunsun”
2
.
“İmam Müslim “Came әs-Sәhih” kitabının müqәddimә-
sindә “zәif” hәdislәrin, “münkәr” rәvayәtlәrin ravilәrini ciddi
şәkildә mәzәmmәtlәyib”
3
.
1
әs-Süyuti. Tәdrib әr-Ravi әla Tәqrib әn-Nәvavi, cild I / çapa hazırlayan: Әb-
dülvәhhab Әbdüllәtif. Qahirә: “Dar әl-Kütub әl-Hәdisә” nәşriyyatı, sәh. 298-
299.
2
İbn Rәcәb әl-Hәnbәli. Şәrh İlәl әt-Tirmizi, cild I / çapa hazırlayan: Nurәd-
din әl-İtr, sәh. 74.
3
İmam Müslim “Came әs-Sәhih” kitabının müqәddimәsindә yazır: “Allah
sәnә rәhm etsin! Özlәrini hәdisşünas sayanların çoxunda belә, bu cür xoşa-
106
İmam Buxari dә eyni qәnaәtdәdir. Hәmçinin, “cәrh” vә
“tә`dil” alimi Yәhya ibn Mәin, sonrakı dövr alimlәrindәn zahiri
İbn Hәzm, maliki Әbubәkr ibn әl-Әrәbi vә şafei Әbu Şamә bu
fikrә tәrәfdar çıxmışlar
1
.
Müasir alimlәrdәn Şeyx Әhmәd Mәhәmmәd Şakir vә
Şeyx Mәhәmmәd Nasirәddin әl-Әlbani dә bu mövqedәn çıxış
edirlәr.
İbn Kәsirin “İxtisar Ülum әl-Hәdis” kitabına yazdığı “әl-
Bais әl-Hәsis” adlı şәrhindә böyük alim Әhmәd Şakir yuxarıda
göstәrilmiş şәrtlәri açıqlamadan “zәif” hәdislәrin rәvayәtinә
icazә verәn bәzi alimlәrdәn söz etdikdәn sonra yazır:
“Düşünürәm ki, “zәif” hәdisin “zәifliyini” açıqlamaq hәr
bir halda lazımdır. Çünki açıqlama olmazsa, belә hәdisi eşidәn-
lәr onun sәhih olduğunu güman edәrlәr. Xüsusәn dә hәdisi
nәql edәn şәxs bu sahәdә mötәbәr alimlәrdәndirsә! “Zәif” he-
sab edilәn hökm hәdislәri ilә әmәllәrin fәzilәti vә bu qәbil hә-
dislәr arasında istinad edilmәmәk baxımından heç bir fәrq yox-
dur. Peyğәmbәrdәn (Ona Allahın xeyir-duası vә salamı olsun!)
rәvayәt edilmiş sәhih vә ya “hәsәn” hәdislәr qala-qala, heç kim
özgә dәlil axtarışına çıxmasın. Әhmәd ibn Hәnbәlin, İbn Mehdi
gәlmәz hallara rast gәlirik. Onlar “zәif” vә “münkәr” hәdislәri rәvayәt et-
diklәri zaman, dürüstlüyü vә mötәbәrliyi ilә tanınmış etibarlı ravilәrin mәş-
hur vә sәhih hәdislәri ilә kifayәtlәnmәmişlәr. Üstәlik, onlar hәm bilir, hәm
dә etiraf edirlәr ki, qafil insanlara söylәdiklәri hәdislәrin çoxu ya “mün-
kәr”dir, ya da hәdis әhli imamlarının mәzәmmәtlәdiyi, razı qalmadığı şәxs-
lәr tәrәfindәn rәvayәt edilmişdir! Әgәr bu kimi bәyәnilmәyәn hallar baş ver-
mәsәydi, “zәif” hәdislәri sәhihindәn ayırd etmәk, bir arada cәmlәmәk tәlә-
bini yerinә yetirmәk heç dә asan olmazdı. Ancaq görәndә ki, müәyyәn şәxs-
lәr “mәchul” vә “zәif” istinadlı “münkәr” hәdislәri yayaraq, bixәbәr insan-
ların (kütlәnin) zehinlәrinә yeridirlәr, onda sәnin bu tәlәbini cavablamaq
qәlbimizә asan gәldi”.
1
әs-Süyuti. Tәdrib әr-Ravi әla Tәqrib әn-Nәvavi, cild I / çapa hazırlayan: Әb-
dülvәhhab Әbdüllәtif. Qahirә: “Dar әl-Kütub әl-Hәdisә” nәşriyyatı, sәh. 298-
299.
Dostları ilə paylaş: |