Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə47/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

 164
Bununla yanaşı, vacib sayılmasa da, “zәif” hәdisi bir an-
lığa sәhihmiş kimi göstәrmәk baxımından belә hәdisi sәhih hә-
disә uyğunlaşdırmaq caizdir. 
Odur ki, İmam Qürtubi vә başqaları Ümmi-Sәlәmә hәdi-
si haqda demişlәr: 
“Әgәr sәhihdirsә, onda bu hәdis zövcәlәrinin örtün-
mәlәri – mәhrәmlik mәsәlәsinә Peyğәmbәrin (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) diqqәtli münasibәtindәn xәbәr verir. 
İmam Әbu Davud vә başqaları da bu cәhәtә toxunublar.  
Yerdә qalır Fatimә bint Qeyslә bağlı  sәhih hәdis. Dedik 
ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!), әv-
vәlcә, ona Ümmi-Şәrikin evinә getmәyi  әmr etmişdi. Ancaq 
sonra demişdi: “Ümmi-Şәrik evinә sәhabәlәrimin gedib-gәldik-
lәri qadındır. Elә isә  sәn get Ümmi-Mәktumun evindә “id-
dәt”ini gözlә. Çünki o kordur. Paltarını  çıxarsan da, sәni görә 
bilmәz”.  
İmam Qürtubi yazır: 
“Bәzi alimlәr bu hәdisi dәlil gәtirәrәk bildirmişlәr ki, qa-
dınların başlarına, qulaq sırğalıqlarına baxmaları kişilәrә 
“caiz”dir. Qadınlara da kişilәrin hәmin yerlәrinә baxmaları, 
hәmçinin. Övrәt yerlәrinә gәlincә, tәbii ki, bu qadağandır... 
Peyğәmbәr Fatimә bint Qeysә әmr etdi ki, Ümmi-Şәrikin 
evindәn Ümmi-Mәktumun evinә keçsin. Bu, Fatimәyә Ümmi-
Şәrikin evindә qalmaqdan daha münasib idi. Çünki Ümmi-Şәri-
kin evinә girib-çıxan çox olduğundan Fatimәyә baxanların sayı 
da çox olacaqdı. Ümmi-Mәktumun evindә isә onu kimsә gör-
mәyәcәkdi. Hәmçinin, onun öz baxışlarını Ümmi-Mәktumdan 
saxlaması daha asan vә uyğun idi. Bu sәbәbdәn Peyğәmbәr 
(Ona Allahın xeyir-duası vә salamı olsun!) ona icazә verdi. Al-
lah әn doğrusunu bilir”
1
.  
                                                 
1
 İmam  әl-Qürtubi.  әl-Came li-Ehkam әl-Quran, cild XII, “Dar әl-Kütub  әl-
Misriyyә” nәşriyyatı, sәh. 228.  


 165
 
Qadınların qəbir ziyarəti ilə bağlı hədislər 
 
Qadınlara qәbir ziyarәtini qadağan edәn hәdislәrdәn bi-
rinә  nәzәr salaq. Әbu Hüreyrә  rәvayәt edir ki: “Peyğәmbәr 
(Ona Allahın xeyir-duası  vә salamı olsun!) qәbirlәri tez-tez 
ziyarәt edәn qadınları  lәnәtlәyib”. Hәdisi  İmam  Әhmәd,  İbn 
Macә vә Tirmizi rәvayәt etmişlәr. Tirmiziyә görә, hәdis “hәsәn-
sәhih”dir.  İbn Hibban bu hәdisi “әs-Sәhih” kitabında rәvayәt 
edib
1

Bu hәdisi “...qәbirlәri ziyarәt edәn qadınları...” variantı 
ilә Abdullah ibn Abbas vә Hәssan ibn Sabit rәvayәt etmişlәr
2
.  
Cәnazәnin arxasınca getmәyi qadınlara qadağan edәn 
hәdislәr dә bunu tәsdiqlәyir. Elә isә bundan çıxış edәrәk qadın-
lara qәbir ziyarәtinin qadağan edildiyi hökmünü çıxarmaq 
mümkündür.  
Ancaq elә hәdislәr var ki, onların mәzmunundan, kişilәr-
dә olduğu kimi, qadınlara da qәbirlәri ziyarәt etmәk icazәsi ve-
rildiyi aydın olur.   
Aşağıdakı hәdislәrә nәzәr salaq: 
“Sizlәrә qәbir ziyarәtini qadağan etmişdim. Artıq ziyarәt 
edә bilәrsiniz”
3

“Qәbirlәri ziyarәt edin. Çünki bu, ölümü yada salır”
4

                                                 
1
 Hәdisi Tirmizi (“Sünәn” kitabı, “Cәnazә” fәsli, hәdis  № 1056), İbn Macә 
(hәdis № 1576) vә İmam Әhmәd (Müsnәd, cild II, sәh. 337) rәvayәt etmişlәr. 
Heysәmi dә “Mәvarid әz-Zәm`an” kitabında (789) bu hәdisә işarә edib. Hә-
disә Beyhәqinin “Sünәn” (cild IV, sәh. 78) kitabında da rast gәlirik.  
2
 Hәdis, onun istinadı  vә  sәhihliyinin yenidәn müәyyәnlәşdirilmәsi üçün 
bax: Әlbani. İrva әl-Ğәlil, 761, 774. 
3
 Hәdisi  Әnәs ibn Malikә istinadәn  İmam  Әhmәd vә Hakim rәvayәt etmiş-
lәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, 4584.  
4
 Hәdisi İmam Müslim rәvayәt edib, 976, 977. 


 166
Bu ümumi icazә qadınlara da şamildir. Çünki ölümü xa-
tırlamaq tәkcә kişilәrin işi deyil.  
İmam Müslim, Nәsai vә İmam Әhmәd rәvayәt edirlәr ki, 
Hәzrәti Aişә  deyib:  “Bir  dәfә Peyğәmbәrdәn (Ona Allahın xe-
yir-duası  vә salamı olsun!) soruşdum: “Ey Allahın rәsulu, (qә-
birlәri ziyarәt etdiyim zaman) nә söylәyim?” Dedi: “Belә söylә: 
“Bu diyarın mömin vә müsәlman әhlinә salam olsun! Allah biz-
dәn qabaq gedәnlәrә dә, sonraya qalanlara da rәhmәt etsin! Al-
lah qoysa, biz dә sizә qovuşacağıq!”
1
  
Hәmçinin,  Әnәs ibn Malikә istinadәn  İmam Buxari vә 
İmam Müslim rәvayәt edirlәr ki, Peyğәmbәr (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) bir qәbrin yanında ağlayan qadının 
yanından keçirmiş. Ona sәslәnir: “Allahdan qorx vә  sәbir et”. 
Qadın Peyğәmbәri tanımır vә deyir: “Get buradan! Başıma gә-
lәn sәnin başına gәlmәyib ki, (nә çәkdiyimi hiss edәsәn)...”
2

Göründüyü kimi, Peyğәmbәr (Ona Allahın xeyir-duası 
vә salamı olsun!) qadının sәbirsizliyinә qarşı çıxsa da, qәbri zi-
yarәt etdiyi üçün ona bir şey demәyib. 
İmam Hakim rәvayәt edir ki, Peyğәmbәrin (Ona Allahın 
xeyir-duası vә salamı olsun!) qızı Hәzrәti Fatimә (Allah ondan 
razı qalsın!) hәr cümә әmisi Hәzrәti Hәmzәnin qәbrinә baş çә-
kәr, dua edib ağlayardı
3

Qәbir ziyarәtinә icazә verәn hәdislәr qadağa qoyan hә-
dislәrdәn hәm sayca çoxdur, hәm dә daha sәhihdir. Onları uy-
ğunlaşdırmaq mümkündür. Bu, İmam Qürtubinin dә dediyi ki-
mi, hәdisdәki lәnәti qәbirlәri tez-tez ziyarәt edәn qadınlara şa-
mil etmәklә mümkündür. Çünki hәdisin mәtnindә sifәtin mü-
                                                 
1
 Hәdisi  İmam Müslim (“Came әs-Sәhih” kitabı, “Cәnazә” fәsli, 974), Nәsai 
(Sünәn, cild IV, sәh. 93) vә İmam Әhmәd (Müsnәd, cild VI, sәh. 221) rәvayәt 
etmişlәr. 
2
 Hәdisin mötәbәrliyi yekdilliklә  qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-
Mәrcan, hәdis № 533. 
3
 Şövkani. Neyl әl-Övtar, cild IV, sәh. 166. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə