Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə49/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

 171
icazәsi olmadan “әzl”i qadağan etdi”. Hәdisә İmam Şövkaninin 
“Neyl әl-Övtar” kitabında da rast gәlirik. 
Bütün bu hәdislәr göstәrir ki, “әzl” mübahdır. Fәqihlәrin 
böyük hissәsi bu fikrә  tәrәf çıxmışlar. Ancaq bir şeyi unutma-
yaq ki, azad qadının uşaq istәmәk haqqı olduğundan onun ica-
zәsi olmadan “әzl” etmәk olmaz.   
Bu görüş Cüdamә bint Vәhbin rәvayәt etdiyi hәdisin 
“Bunu etmәk uşağı gizli şәkildә diri-diri torpağa gömmәk de-
mәkdir” hissәsi ilә ziddiyyәt әmәlә gәtirir.  
Bәzi alimlәr sözügedәn hәdisi yuxarıdakı digәr hәdislәrә 
uyğunlaşdırmağa çalışmış, “әzl”i “tәnzihi-mәkruh”
1
 hesab  et-
mişlәr. Bu, Beyhәqinin görüşüdür.  
Daha çox istinadla rәvayәt olunmuş digәr hәdislәrlә zid-
diyyәtini nәzәrә alaraq Cüdamә  hәdisini “zәif” sayan alimlәr 
dә vardır. Ancaq Hafiz ibn Hәcәr bu fikrә qarşı çıxıb:  
“Bu, sәhih hәdislәri zәnnә әsaslanıb rәdd etmәk demәk-
dir. Hәdis sәhihdir vә buna heç kәsin  şübhәsi olmasın. Digәr 
hәdislәrlә uyğunlaşdırılması da mümkündür”.  
Cüdamә  hәdisini “mәnsux” (qüvvәsini itirmiş) hesab 
edәnlәr dә tapılıb. Ancaq onların bu iddiası  hәdisin nә vaxt 
“nәsx” edildiyi tarixinin qeyri-mәlumluğu üzündәn rәdd edi-
lib.  
Tәhavi yazır: 
“Ehtimal olunur ki, hәlә vәhy gәlmәdiyi dövrdә Hәzrәti 
Mәhәmmәd (Ona Allahın xeyir-duası  vә salamı olsun!) Kitab 
әhlinә uyğun olaraq Cüdamә hәdisini söylәyib. Daha sonra Al-
lah bu işin hökmünü peyğәmbәrinә bildirmiş, o da yәhudilәrin 
dediklәrini tәkzib etmişdi”.  
                                                 
1
 Tənzihi‐məkruh: qadağan edilmәsi haqda qәti vә aşkar dәlilin mövcud ol-
madığı әmәl. Buna baxmayaraq, belә әmәl vә hәrәkәtlәri etmәk yaxşı qarşı-
lanmır – tərcüməçinin qeydi.  


 172
Ancaq İbn Rüşd vә İbn әl-Әrәbi bu fikrinә görә Tәhavini 
ciddi tәnqid etmişlәr. Onlar bildirirdilәr ki, Peyğәmbәr (Ona 
Allahın xeyir-duası  vә salamı olsun!) bir şeyi yәhudilәrin de-
diklәrinә  әsaslanaraq nә haram qılmış, nә  dә sonradan onları 
tәkzib etmişdir.  
Elәlәri dә vardır ki, İmam Müslimin “Came әs-Sәhih” ki-
tabında rәvayәt olunduğu üçün Cüdamә  hәdisinә üstünlük 
vermiş, qalan hәdislәri dә istinadlarındakı  fәrqlilik vә dolaşıq-
lıqdan dolayı “zәif” saymışlar. Hafiz ibn Hәcәr yazır:  
“Bu (istinadların fәrqlәnmәsi – mütərcim), yalnız bir hә-
dis üçün doğru ola bilәr. Ancaq bu qayda bir-birini güclәndirәn 
hәdislәrә  şamil edilmәz. Belә  hәdislәrin tәtbiqi mümkündür. 
Odur ki, yuxarıdakı iddia mәqbul görülmәyib. Hәmçinin, bu 
hәdislәri bir-birinә uyğunlaşdırmaq da istisna olunmur”. 
İbn Hәzm isә mәsәlә ilә bağlı digәr hәdislәrin mübahlığa 
uyğun olub qadağaya dәlalәt etmәsi sәbәbi ilә Cüdamә hәdisi-
nin tәtbiqinә  tәrәfdar çıxaraq yazırdı: “Kim ki qadağan olun-
duqdan sonra “әzl”in “mübah” qılındığını iddia edәrsә, iddia-
sını sübut etsin”.  
Cüdamә hәdisindә açıq-aşkar qadağanın olmadığını bil-
dirәnlәrә dә rast gәlirik. Onlara görә, hәdisdәki “uşağı gizli şә-
kildә diri-diri gömmә” ifadәsi tәşbehdir ki, bu da haramlılığa 
dәlalәt etmәz.  
İbn әl-Qәyyim isә bu hәdislәrin bir-birinә uyğunlaşdırıl-
masının tәrәfdarıdır:  
“Әzl” edilәrsә, qadın  әsla hamilә qalmayacaq” – dedik-
lәri üçün Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!) 
yәhudilәri tәkzib etmişdir. Yәhudilәr hesab edirdilәr ki, uşaq-
ları diri-diri gömmәklә yanaşı, “әzl” etmәk dә  nәslin kәsilmә-
sinә sәbәb olur. Bu üzdәn Peyğәmbәr onların yalan danışdıqla-
rını bildirmiş, “Әgәr Allah yaratmaq istәyәrsә, hamilәliyә “әzl” 
mane deyildir” – demişdi. Yox, әgәr Allah yaratmaq istәmәzsә, 
onda bu, uşağın aşkarda diri-diri gömülmәsi deyildir. Pey-


 173
ğәmbәr dә bunu, Cüdamә  hәdisindә olduğu kimi, “gizli göm-
mә” adlandırmışdı. Çünki insan zövcәsinin hamilә qalma-
ğından ehtiyatlanaraq “әzl” edir. Bununla da o, uşağını diri-diri 
gömmә  mәqsәdinә üz tutmuş olur. Ancaq bu iki hal arasında 
açıq-aşkar fәrq var: diri-diri gömmәdә hәm mәqsәd, hәm dә ic-
ra vardır. “Әzl”dә isә yalnız mәqsәd mövcuddur. Bu üzdәn 
Peyğәmbәr “әzl”i gizli gömmә adlandırıb”. Bu cür uyğunlaş-
dırma daha tutarlıdır.  
Cüdamә  hәdisi dә “zәif” qәbul edilib. Mәn burada hә-
disin son hissәsini nәzәrdә tuturam. Belә ki, Әbu әl-Әsvәdә isti-
nadәn bu hissәni yalnız Sәid ibn әbu  Әyyub rәvayәt edib. 
İmam Malik vә Yәhya ibn Әyyub hәmin hәdisi Әbu әl-Әsvәdә 
istinadәn rәvayәt etsәlәr dә, bu hissәni göstәrmәyiblәr. Mövzu 
ilә bağlı digәr hәdislәrә zidd olduğu üçün Dörd “Sünәn” müәl-
liflәri dә hәmin hissәni rәdd ediblәr”
1
.  
“әs-Sünәn  әl-Kübra” kitabında Hafiz Beyhәqi “әzl”i 
“mübah” qılan bütün hәdis vә  rәvayәtlәri toplayıb. Hәmçinin, 
hәm “әzl”i mәkruh bilәnlәrә, hәm  әlaqәdar müxtәlif hәdislәri 
nәql edәnlәrә, hәm dә  “әzl”in “mәkruhluğu”na dair rәvayәt-
lәrә ayrıca fәsil ayırıb. İmam Müslimin rәvayәt etdiyi Cüdamә 
hәdisini dә bu fәslә daxil edәn Beyhәqi yazır: 
“Bizә Peyğәmbәrdәn (Ona Allahın xeyir-duası vә salamı 
olsun!) buna әks hәdis dә  gәlib çatıb. “Әzl”in “mübah” oldu-
ğunu deyәn rәvayәtçilәr sayca çox, hafizә baxımından daha 
güclüdürlәr. Adlarını  çәkdiyimiz sәhabәlәr (Sәd ibn әbu Vәq-
qas, Zeyd ibn Sabit, Cabir ibn Abdullah, İbn Abbas, Әbu Әyyub 
әl-Әnsari vә başqaları) bu işi “mübah” biliblәr. Bu görüş daha 
münasibdir.  
                                                 
1
 Şövkani. Neyl әl-Övtar, cild VI, “Dar әl-Cil” nәşriyyatı, sәh. 346-350. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə