178
Deyilmə səbəbləri, şəraiti və
məqsədləri baxımından hədisləri öyrənmə
Sünnәni lazımınca başa düşmәk üçün hәdislәrin hansı
sәbәbә görә deyildiyini müәyyәnlәşdirmәk lazımdır. Fikir ver-
mәk lazımdır ki, hәdislәr müәyyәn bir sәbәblә әlaqәlidir ya
yox; bu sәbәb hәdisinin mәzmunundan ya açıq-aşkar görünür,
ya müәyyәn ifadәdә, sözdә ifadә olunur, ya da hәdisdә öz әk-
sini tapmış hadisәnin mәzmunundan çıxarılır.
Diqqәtli tәdqiqatçı yaxşı bilir ki, bir sıra hәdislәr müәy-
yәn şәraitlә әlaqәdar deyilib. Şәraitdәn asılı olaraq hәdislәr – ya
hәqiqi mәnafelәri tәmin edib müәyyәn zәrәri aradan qaldır-
maq, ya da mövcud problemi hәll etmәk mәqsәdi daşımışdır.
Demәli, hәr hansı bir hәdisin mәzmunundakı hökm ilk
baxışdan ümumilik vә davamlılıq ifadә edirmiş kimi görünür.
Ancaq yaxşıca tәhlil edildikdә görürük ki, bu hökm müәyyәn
bir sәbәblә bağlıdır; sәbәb durduqca hökm dә durar, aradan
qalxarsa, hökm dә qüvvәdәn düşәr.
Bunu
müәyyәnlәşdirmәk üçün dәrin mühakimә qa-
biliyyәti, obyektiv yanaşma, bütün dini mәtnlәrә bәlәdçilik, şә-
riәtin mәqsәdlәrinә vә dinin mahiyyәtinә hәrtәrәfli agahlıq tә-
lәb olunur. Bununla yanaşı, cәmiyyәtdәki adәtkәrdәliyә, adәt-
әnәnәlәrә, әnәnәvi situasiyalara әks olsa da, hәqiqәti olduğu ki-
mi söylәmәk üçün psixoloji gücә, hәm dә yüksәk nәzakәtә (etik
keyfiyyәtlәrә) sahib olmaq lazımdır. Tәbii ki, bu, asan şey deyil.
Belә keyfiyyәtlәrә sahib olmaq Şeyxülislam İbn Teymiyyәyә
ağır başa gәlmişdir; dövrünün әksәr alimlәri ona әdavәt bәslә-
miş, әleyhinә müxtәlif tәdbirlәr tökmüşlәr. Nәticәdә, bu nadir
vә әzәmәtli insan dәfәlәrlә hәbs edilmiş, mәhbәsdә dә vәfat et-
mişdir. Allah ondan razı qalsın!
179
Hәmçinin, hәdislәri düzgün başa düşmәk üçün onların
deyildiyi şәraitә bәlәd olmaq lazımdır. Çünki hәdislәr ya şәraiti
xarakterizә etmәk, ya da onu tәnzimlәmәk mәqsәdilә deyilib.
Şәraitә bәlәd olsaq, hәdisin mәnası, mәzmunu dәqiqliyi ilә bizә
aydınlaşacaq, sәhv güman vә ehtimalların güdazına getmәyә-
cәkdir. Bununla da biz doğrunu qoyub zahiri ehtimalların arxa-
sınca qaçmayacağıq.
Mәlumdur ki, alimlәrimiz Quranın obyektiv başa düşül-
mәsi üçün ayәlәrin göndәrilmә sәbәblәrini öyrәnmәyi şәrt qoy-
muşlar. Qoymuşlar ona görә ki, xaricilәr vә qeyrilәrinin müb-
tәla olduqları ifratçılığa tuş gәlmәyәk. Xaricilәr. müşriklәr barә-
dә enmiş ayәlәri müsәlmanların әleyhinә istifadә etmişdilәr.
Mәhz bu sәbәbdәn İbn Ömәr Allahın kitabının nazil olduğu şә-
raiti istәdiklәri şәkildә yozduqları üçün xaricilәri әn şәr insanlar
kimi xarakterizә etmişdi
1
.
Quranı öyrәnәn, ya da tәfsir edәnlәrә ayәlәrin enmә sә-
bәblәrini bilmәk zәruri olduğu kimi, hәdislәrdәn hökm çıxar-
maq istәyәnlәrә dә onların deyilmә sәbәblәrinә dәrindәn agah
olmaq, xüsusilә vacibdir.
Çünki Quran mahiyyәti etibarı ilә ümumidir, әbәdidir.
Prinsip vә ibrәtlәr xaric, Quran xırdalıqlara, ötәri mәsәlәlәr vә
ayrı-ayrı hallara münasibәt bildirmәyәn kitabdır.
Sünnә isә bir çox lokal, xırda vә müvәqqәti problemlәrin
hәlli yollarını göstәrir, Quranın münasibәt bildirmәdiyi ayrı-
ayrı mәqamlardan söz açır.
Elә isә biz xüsusini ümumidәn, әbәdini müvәqqәtidәn,
bütövü hissәdәn fәrqlәndirmәyi bacarmalıyıq; hәr birinin öz
mәğzi, öz mәqamı vardır.
Demәli, hәdislәrin mәzmununa, deyilmә sәbәblәrinә vә
әlaqәli şәraitә, mühitә agah olmaq – Allahın müvәffәq qıldığı
şәxsә kömәk edәcәkdir ki, Sünnәni doğru-dürüst başa düşsün.
1
Bax: Şatibi. әl-Müvafәqat.
180
“Siz dünyanıza daha
yaxşı bələdsiniz” hədisi
Mәsәlәn, belә bir hәdis var: “Siz dünyanıza daha yaxşı
bәlәdsiniz”
1
.
Bәzi insanlar iqtisadi, siyasi-ictimai sahәlәrdә şәriәtin
hökmlәrinә riayәtdәn boyun qaçırmaq üçün bu hәdisә tez-tez
istinad edirlәr. Onların iddialarına görә, bu sahәlәr dünya iş-
lәrindәndir vә biz dә dünyamıza daha yaxşı bәlәdik. Axı Al-
lahın rәsulu dünya işlәrini, hәdisdә deyildiyi kimi, bizim öhdә-
mizә buraxıb(!)
Görәsәn, hәdis bunumu demәk istәyir?
Әsla!!! Çünki Allah tәala peyğәmbәrlәri hәm dә ona görә
göndәrir ki, insanlar üçün әdalәtli qaydalar qoysunlar, dün-
yadakı hüquq vә vәzifәlәrini onlara öyrәtsinlәr. Bu – ona görә-
dir ki, meyarlar, qaydalar itirilmәsin, tәfriqә baş qaldırmasın.
Uca Allah buyurur:
“And olsun ki, Biz peyğәmbәrlәrimizi açıq-aşkar dәlillәr-
lә (möcüzәlәrlә) göndәrdik. Biz onlarla birlikdә (Allahın hökm-
lәrini bildirәn sәmavi) kitab vә әdalәt tәrәzisi (şәriәt) nazil etdik
ki, insanlar (bir-biri ilә) әdalәtlә rәftar etsinlәr...” (әl-Hәdid, 25).
Bu
sәbәbdәn, alış-veriş, ortaqlıq, girov, icarә, borc vә di-
gәr münasibәtlәri tәnzimlәyәn ayә vә hәdislәr mövcuddur. Belә
ki, Quranın әn uzun ayәsi borcların yazılması barәdәdir:
“Ey
iman
gәtirәnlәr! Müәyyәn müddәtә bir-birinә borc
verib aldıqda, onu yazın! Bunu (bu sәnәdi) aranızda bir nәfәr
katib әdalәtlә yazsın! Katib gәrәk Allahın öyrәtdiyi kimi yaz-
maqdan boyun qaçırmasın, yazsın! Borclu olan şәxs borcunu
söylәyәrәk (deyә-deyә) yazdırsın vә Rәbbi olan Allahdan qor-
1
Müslim. Came әs-Sәhih, “Fәzilәtlәr” fәsli, hәdis № 2363. Hәzrәti Aişәyә
istinadәn rәvayәt olunub.
Dostları ilə paylaş: |