Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

59 
Bitki əkilən ərazidə şəraiti dəyişməklə bitkinin su təlabatına da 
təsir etmək olar. Belə ki, torpaqların münbitliyinin yüksəldilməsi
temperaturun aşağı salınması, havanın rütubətinin artırılması 
bitkinin su təlabatını nisbətən azaldır.  
Suvarma kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır. 
Təcrübələr göstərir ki, suvarılan sahələrdə məhsuldarlıq suvarılma-
yan sahələrə nisbətən təxminən 4 dəfə çoxdur. 
Suvarma torpağa hərtərəfli təsir göstərir.Əkin qatının su-fiziki 
xassələrini dəyişdirir, kimyəvi və mikrobioloji proseslərin sürətini 
və istiqamətini dəyişdirir, habelə üzvi maddələrin parçalanma və 
toplanmasının xarakterini dəyişdirir. Suvarma suyunun torpağa in-
tensiv təsiri nəticəsində ümumi və qeyri-kapilyar məsaməlik azalır, 
torpaqla atmosfer arasında düzgün qaz mübadiləsi pozulur, mikro-
bioloji fəaliyyətin şəraitləri pisləşir. 
Hava-su rejimini yaxşılaşdırmaqla torpağın becərilməsi mikro-
bioloji proseslərin fəallaşmasına, su və gübrələrin yaxşı istifadə 
olunmasına səbəb olur, habelə suvarılan torpaqların münbitliyi 
yüksəlir. 
Bitkilərin istifadə etdiyi suyun əsas hissəsi transpasiyaya sərf 
olunur. Transpasiyaya sərf edilən su, bitkinin qidalanmasına və 
yarpaqlarının assimilyasiyaedici səthlərin inkişafı xüsusilə bitkinin 
yerüstü hissəsinin temperaturunun nizamlanmasına sərf edilir. 
Qeyd etmək yerinə düşərdi ki, suvarma torpağın münbitliyini, 
ərazinin iqlim şəraitini dəyişdirməklə bərabər, nəinki bitkinin inki-
şafına, onun məhsuldarlığına hətta məhsulun keyfiyyət göstəricilə-
rinədə müsbət təsir göstərir. Respublikamızda istehsal olunan kənd 
təsərrüfatı bitkilərinin məhsuldarlığının statistikasında məlum olar 
ki, suvarılmayan torpaqlara nisbətən suvarılan torpaqlardan alınan 
məhsul hər cəhətdən keyfiyyətli və yüksək olur. 
Müəyyən torpaq, iqlim, aqrotexniki şəraitdə suvarmaya verilən 
suyun bu şəraitə müvafiq olmayaraq artıq verilməsi nəinki məhsul-
darlığı artırar. əksinə ziyan verə bilər. Belə ki, normadan artıq ve-
rilən su məhsuldarlığı azaltmaqla bərabər, suvarma suyunun, işçi 
qüvvəsinin artıq sərf edilməsinə səbəb olmaqla yanaşı, qrunt suyu-
nun səviyyəsini qaldırır, torpaqların erroziyaya uğramasına, bataq-
laşmasına,  şorlaşmasına səbəb olar. Buna görədə  kənd təsərrüfatı 


60 
bitkilərindən yüksək keyyfiyyətli məhsul  əldə edilməsi üçün, bu-
nunla yanaşı torpaq münbitliyinin qorunması  məqsədilə suvarma 
normalarına və vaxtlarına düzgün riayət edilməlidir. Bunun üçün 
respublikamızda hər bölgənin torpaq-iqlim şəraitinə  və bitkinin 
növünə uyğun olaraq suvarma normaları təyin edilmişdir. 
Kənd təsərrüfatında istifadə olunan torpaqların məhsuldarlığı 
bir sıra amillərlə yanaşı torpağın qranulometrik və mexaniki tərki-
bindən asılıdır.Kənd təsərrüfatı bitkilərdən yüksək məhsul, ancaq 
onlar üçün əlverişli mexaniki tərkibli torpaqlardan almaq olar.  
Qeyd etmək lazımdır ki, süni suvarmanın geniş  tətbiqi ilə  əla-
qədar olaraq bir sıra məsələlər həll edilməlidir.  İlk növbədə su-
varma suyundan qənaətlə və səmərəli istifadə edilərək tətbiq olu-
nan suvarma üsullarının yüksək effektliyi təmin edilməlidir. Mü-
hüm tədbirlərdən biri də bitkilərin bioloji tələbatına müvafiq 
səmərəli suvarma müddətlərinin, suvarma normalarının müəyyən 
edilməsidir.Bu tədbirlərin həyata keçirilməsi ilk növbədə suvarma 
suyunun keyfiyyətli, yararlı olmasından asılıdır.  
 
5.2. Suvarma suyunun keyfiyyətinə nəzarət 
 
Suvarma üçün suyun yararlı olmasına qiymət verərək becərilən 
bitkinin növünə nəzər salmaq lazımdır. Belə ki, bəzi bitkilər duza 
davamlı, digər bitkilər isə bunun əksinə. Respublikamızda suvarma 
üçün istifadə edilən suyun əksəriyyəti demək olar ki, çay sularının 
payına düşür. Buna görədə burada əsasən duzlu sulardan heç isti-
fadə olunmur. 
Suvarma suyunun keyfiyyət göstəriciləri  əsasən onun tərkibin-
dəki üzvi, mineral maddələrin miqdarı  və suyun temperaturu ilə 
müəyyənləşdirilir. Hansı ki, bu üzvi və qeyri-üzvi maddələr suvar-
ma suyu ilə torpağa daxil olaraq bitkilərin qidalanmasına  şərait 
yaradır ki, bu da öz növbəsində həm torpağın münbitliyini artırır, 
həm də suvarılan kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına 
müsbət təsir edir. 
Suvarma suyunun keyfiyyətinə  mənfi təsir göstərən  əlamət-
lərdən biri asılı gətirmələrdir. Belə asılı gətirmələr nəticəsində su-
varma sistemləri çirklənir. Suvarma sistemlərini çirkləndirən, 


61 
lilləndirən çöküntülər 0,1-0,15 mm diametrli hissəciklərdir. Bun-
ların qarşısını almaq üçün xüsusi durulduculardan istifadə etmək 
daha məqsədəuyğundur. Ancaq bunlardan kiçik diametrli, yəni 
ölçüləri 0,1-0,005 mm olan hissəciklər isə suvarma suyu ilə 
torpağa daxil olur ki, bu da ağır mexaniki tərkibli torpaqların fiziki 
xassələrini və su keçirmə qabiliyyətini artırır. Hətta bəzi alimlər 
göstərdiyi kimi belə tərkibli sular gübrə rolunu da oynayır.Ancaq 
qeyd etmək lazımdır ki, bu hissəciklər bir çox hallarda torpağın 
sukeçirməzliyini azaldaraq onun su-fiziki xassələrini pisləşdirə 
bilər. Bu hissəciklərlə  zəngi olan sular qumlu, qumsal torpaqlar 
üçün daha faydalıdır. Bununla bərabər suvarma suyu ilə torpağa 
diametri 0,005 mm-dən kiçik hissəciklərdə daxil olur ki, onunda 
tərkibi qida maddələri ilə zəngin olur. 
Suvarma suyu ilə asılı  gətirmələrlə  bərabər mineral duzlarda 
daxil olur.Belə mineral duzlardan kalsium, maqnezium, kalium və 
digər tərkibli mineral duzları göstərmək olar.Belə madddələrlə 
zəngin olan sular torpağa daxil olaraq onu münbitləşdirir.Ancaq 
buna baxmayaraq suvarma suyunun tərkibində olan duzların miq-
darı icazə verilən həddə olmalıdır.Su mənbəyindən sahələrə verilən 
suyun tərkibində  həll olmuş duzların miqdarı 1-1,5 q/l-ə  qədər 
olduqda belə sular suvarma üçün əlverişli hesab olunur. Ərazinin 
torpağı yüngül mexaniki tərkibli olduqda və orada duza davamlı 
bitkilər əkildikdə minerallığı 2-2,5q/l olan sulardan da kənd təsər-
rüfatı bitkilərinin suvarılmasında istifadə etmək məqsədəuyğun he-
sab edilir. Aparılmış tədqiqatlara əsasən duzluluğu 200-500 mq/l-ə 
qədər olan hidrokarbonatlı-kalsiumlu sular suvarma üçün yarar-
lıdır. Belə sular şorlaşma əmələ gətirmir, bioloji prosesləri ləngit-
mir. Ancaq onuda göstərmək lazımdır ki, duzluluğu 1000mq/l olan 
xloridli-natriumlu, sulfatlı-natriumlu sular suvarma üçün yararlı 
deyildir. 
Suvarma üçün suyun keyfiyyət göstəricilərinə qiymət verərkən 
becərilən bitkilərin suya dözümlüyüdə  nəzərə alınmalıdır.Elə 
bitkilər vardır ki, bunlar duza davamlıdır.Belə bitkilərdən pambıq, 
arpa, çuğundur, şəkər çuğunduru və s. 
Duza az davamlı bitkilər isə  ərik, armud, badam, bostan bit-
kiləri və s. göstərmək olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə