Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

68 
dıqda əkiləcək bitkinin növü, bioloji xüsusiyyətləri, dəniz suyunun 
duzluluğu, fiziki-kimyəvi tərkibi, torpaq-iqlim şəraiti, torpağın su-
fiziki xassələri və digər amillər suvarma şəraitində mütləq nəzərə 
alınmalıdır.  
 
5.5. Suvarmanın torpaq proseslərinə və mikroiqlimə təsiri 
 
Torpaqda çatışmayan rütubəti nizamlamaq üçün, torpaq münbit-
liyinin qorunması  məqsədilə  kənd təsərrüfatı bitkiləri  əkiləcək 
sahələri suvarmaq lazım gəlir. Suvarma nəin ki, torpağı rütubətlən-
dirir, hətta yerüstü hava qatının rütubətlənməsinə torpağın duz və 
hava, qida rejiminə müsbət təsir göstərir. 
Suvarma torpağın münbitliyi ilə bərabər, əkiləcək bitkilərin in-
kişafına, məhsuldarlığına eləcədə torpaqda bioloji, fiziki, kimyəvi 
proseslərin gedişinə, torpaqların mikroiqlim xüsusiyyətlirinə müs-
bət təsir edir. 
Vegetasiyanın ayrı-ayrı dövrlərində dövrü suvarmalar yolu ilə 
torpağın aktiv qatında yaranan rütubət, torpağın tam rütubət 
tutumunun 80-90%-ni təşkil edir. Torpağın rütubəti onun bir dövrü 
rütubətləşməsinin qurtarması ilə digər dövrü rütubətləşməsinin 
başlanması müddətində dəyişilməklə irəlidəki rütubətləndirilmənin 
başlandığı vaxtda minimuma enir. 
İstər vegetasiya suvarmalarını, istərsədə dövrü suvarmaları vax-
tında və norma həddində verilməlidir.  Əgər suvarmalar zamanı 
normadan artıq su verilərsə bu torpağın fiziki-kimyəvi bioloji xü-
susiyyətlərinə, torpaq aşınmalarına, torpaqda humusun azalmasına, 
digər torpaq xüsusiyyətlərinə pis təsir edir. 
Vegetesiya suvarma normaları  nəinki torpaq münbitliyinə elə-
cədə  əkiləcək kənd təsərrüfatı bitkilərinin inkişafına da müsbət 
təsir edir.  
Bitkilər suyu kökləri vasitəsilə torpaqdan alır. Buna görə də on-
ların inkişafı üçün tələb olunan miqdarda suyun bitkinin köklərin-
dən yarpaqlarına fasiləsiz verilməsi təmin edilməlidir. Bitkinin 
normal inkişaf etməsi üçün torpaqda hava ilə su arasında olan nis-
bətin böyük əhəmiyyəti vardır. Bitkinin su-hava rejimi o zaman 


69 
normal ola bilər ki, torpağın rütubəti tarla su tutmuna bərabər 
olsun. 
Bitkilərin istifadə etdiyi suyun əsas hissəsi transpasiyaya sərf 
olunur. Transpirasiyaya sərf edilən su, bitkinin qidalanmasına və 
yarpaqların assimilyasiya edici səthlərin inkişafına, xüsusi ilə 
bitkinin yerüstü hissəsinin temperaturunun nizamlanmasına sərf 
edilir.  
Qeyd etmək yerinə düşərdi ki, suvarma torpağın münbitliyini, 
ərazinin iqlim şəraitini dəyişdirməklə  bərabər, nəin ki, bitkinin 
inkişafına, onun məhsuldarlığına hətta məhsulun keyfiyyət göstəri-
cilərinədə müsbət təsir göstərir. Respublikamızda istehsal olunan 
kənd təsərrüfatı bitklərinin məhsuldarlığının statistkasında məlum 
olur ki, suvarılmayan torpaqlara nisbətən suvarılan torpaqlardan 
alınan məhsul hər cəhətdən keyfiyyətli və yüksək olur. 
Müəyyən torpaq, iqlim, aqrotexniki şəraitdə suvarmaya verilən 
suyun bu şəraitə müvafiq olmayaraq artıq verilməsi nəin ki, 
məhsuldarlığı artırır, əksinə ziyan verə bilər.Belə ki, normadan ar-
tıq verilən su məhsuldarlığı azaltmaqla bərabər, suvarma suyunun, 
işçi qüvvəsinin artıq sərf edilməsinə  səbəb olmaqla yanaşı, qrunt 
suyunun səviyyəsini qaldırır, torpaqların eroziyaya uğramasına, 
bataqlaşmasına, şorlaşmasına səbəb olur. Buna görə də kənd təsər-
rüfat bitkilərindən yüksək və keyfiyyətli məhsul  əldə edilməsi 
üçün, bununla yanaşı torpaq münbitliyinin qorunması  məqsədilə 
suvarma normalarına və vaxtlarına düzgün riaət edilməlidir. Bu-
nun üçün respüblikamızda hər bölgənin torpaq-iqlim şəraitinə  və 
bitkinin növünə uyğun olaraq suvarma normaları təyin edilmişdir. 
Kənd təsərrüfatında istifadə olunan torpaqların məhsuldarlığı 
bir sıra amillərlə yanaşı torpağın granulametrik və mexaniki tərki-
bindən aslıdır. Kənd təsərrüfatı və texniki bitkilərdən yüksək məh-
sul ancaq onlar üçün əlverişli mexaniki tərkibli torpaqlardan almaq 
olar. Məsələn yüksək keyfiyyətli tütün yarpağı  tərkibində qumlu 
skletli, xeyli kolloid hissəcikləri olan yüngül torpaqlarda salınmış 
tütün plantasiyalarından yığılır. Kartof, bostan, tərəvəz bitkiləri isə 
qumluca və yüngül gillicə torpaqlarda yaxşı məhsul verir. 
Suvarılan sturuktursuz, pis su keçirən torpaqlarda əkilmiş bitki-


70 
lərin suvarma rejimində suvarma müddətini artırmaq lazım gəlir 
ki, bu da şəbəkədə artıq yükə, işçi qüvvəsinə, sızmaya və buxar-
lanmaya sərf olunan su itkisinə səbəb olur.Suvarmaya sərf olunan 
su itkisi isə qurunt suyunun səviyyəsini qaldıraraq  ərazinin  şor-
laşmasına bataqlaşmasına səbəb olur. 
Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri 
olub  əkiləcək bitkinin su təlabatını ödəməklə yanaşı  həm də tor-
pağın istiliyinə, kimyəvi tərkibinə, hava rejiminə və ondakı bakte-
riyaların mikrobioloji fəaliyyətinə  təsir göstərir.Bitkilərin sərf et-
diyi suyun miqdarı xarici şəraitdən, havanın temperaturu və onun 
becərilməsindən asılıdır. 
Suvarılacaq ərazinin təbii və təsərrüfat şəraitindən, bitkinin bio-
loji xüsusiyyətindən və s. səbəblərdən asılı olaraq müxtəlif bölgə-
lərdə kənd təsərrüfatı bitkilərinin suvarmaya ehtiyacı dəyişir. Res-
publikamızda suvarma tədbiq edilən  ərazilər torpaq-iqlim, relyef 
şəraitlərinə görə bir-birindən azda olsa fərqlənir. Respublikamızın 
ərazisi bu baxımdan 10 təbii iqtisadi bölgələrə bölünür: Gəncə-
Qazax, Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Quba-Xaçmaz, Şəki-
Zaqatala, Lənkaran, Abşeron, Naxçıvan, Dağlıq Qarabağ bölgələri. 
Ayrı-ayrı bölgələrdə  tətbiq edilən suvarma üsulundan və su-
varma texnikasından asılı olaraq kənd təsərrüfatı bitkilərinin 
suvarma rejimidə müxtəlifdir. AETHMİ tərəfindən öz axımı ilə su-
varma aparılan bölgələr üçün vegetasiya suvarma norması  və 
suvarmaların sayı müəyyən edilmişdir. Bununla yanaşı suvarma 
aparılan bölgələrin torpağında səpinqabağı müvafiq su ehtiyatı 
yaratmaq üçün arat suvarması aparılır. Arat suvarma normaları 
1000-1200m
3
/ha-dan 1500-1800m
3
/ ha-a qədər olur. 
Suvarma vaxtları suyun təxminən 50%-nin kanallardan və 
suvarılan sahələrdən filtirasiya sərf olunması  nəticəsində bu sular 
torpağa keçərək yağıntı sularının həcmini daha da artırır ki, bu da 
qrunt sularının səviyyəsinin artmasıa səbəb olur. 
Bitkilərin suvarma rejimini təyin edərkən tam su tələbatı ilə 
yanaşı, vegetasiya suvarma normasında bilmək lazımdır. Vegeta-
siya suvarma norması bitkilərin normal inkişafını  təmin etmək 
üçün vegetasiya dövründə  ərazinin hər hektarına verilən suyun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə