Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

71 
(m
3
/ ha-la) miqdarına deyilir.  
Təcrübədə vegetasiya suvarma normasını elmi tədqiqat idarələ-
rinin hazırladıqları tövsiyyələrlə, qabaqcıl təsərrüfatların apardıq-
ları çoxillik təcrübə materiallarına  əsaslanan, ekspermental və ya 
nəzəri yolla hesablamaq olar. Bu norma bitkinin normal inkişafı 
üçün onun tam su təlabatını  təmin edərək transpasiyaya və yer 
səthindən buxarlanmaya sərf edilən suyun miqdarı kimi başa 
düşülür. 
Vegetasiya suvarma norması aşağıdakı düsturlarla hesablanır. 
M=E-10a*P-Wo+W1-Q 
Burada M – vegetasiya suvarma norması m
3
/ha 
E – vegetasiya dövründə bitkinin tam su tələbatı m
3
/ha  
a – düşən yağıntıdan istifadə əmsalıdır 
P – vegetasiya dövründə yağıntı mm 
W

– vegetasiyanın başlanğıcında torpağın hesabat qatında olan 
su ehtiyatı m
3
/ha  
W

– vegetasiyanın başlanğıcında torpağın hesabat qatında 
qalan su ehtiyatı m
3
/ha  
Q – qurunt suları hesabına aktiv qata daxil olan suyun miqdarı-
dır.  m
3
/ha  
Bitki kökü yayılan aktiv torpaq təbəqəsinin sərhəd su tutumuna 
qədər nəmlənməsi üçün bir hektar sahəyə bir dəfədə veriləcək 
suyun miqdarına dövrü suvarma norması deyilir. 
Dövrü suvarma norması torpaq şəraitindən, torpağın su fiziki 
xüsusiyyətindən, bitkinin növündən, suvarma üsulu və texnika-
sından, aktiv təbəqənin dərinliyindən asılı olaraq müxtəlif üsullarla 
təyin edilə bilər.Dövrü suvarma normaları  təcrübi, analtik və 
qrafoanaltik hesablama üsulu ilə  təyin edilə bilər.Hazırda  ən çox 
analtik və qrafoanaltik üsullardan istifadə edilir.Analtik hesabla-
mada həcm və çəki hesablama üsulları tətbiq edilir. 
Azərbaycan  şəraitində dövrü suvarma normaları suvarma üsu-
lundan və texnikasından asılı olaraq 300-400-dən 700-800 m
3
/ha-ya 
və daha çox dəyişə bilər.Az suvarma normaları (300-400 m
3
/ha) yağış 
yağdırma üsulu ilə suvarmada, böyük suvarma normaları (700-800 
m
3
/ha) və daha artıq səth üsulu ilə suvarmada tətbiq edilə bilər. 


72 
5.6. Suvarma yolu ilə torpaqda və bitkilərdə 
su rejiminin nizamlanması 
 
Əhalinin kənd təsərrüfatı məhsullarına olan təlabatını ödəməyin 
əsas yollarından biri də sahələrin məhsuldarlığının artırılmasıdır. 
Bu da bir sıra aqrotexniki tədbirlərlə yanaşı suvarma işlərinin 
düzgün təşkil edilməsindən çox asılıdır. 
Kənd təsərrüfatı bitkilərinin suvarılmasında  əsas məqsəd müx-
təlif üsullarla kök sisteminin yerləşdiyi aktiv torpaq qatında mü-
vafiq nəmlik rejimi yaratmaqdır. Suvarma üsullarından hər birinin 
tətbiq dairəsi suvarılan  ərazinin torpaq, iqlim və  təsərrüfat  şəraiti 
ilə əlaqələndirilməli, iqtisadi cəhətdən əsaslandırılmalıdır. 
Suvarma rejimi, suvarmanın ən vacib məsələlərindən biri hesab 
olunur. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı suvarma reji-
minin nə dərəcədə düzgün müəyyən edilməsindən asılıdır. Suvarma 
əkinçiliyinin nəzəriyyə  və  təcrübəsində dövrü suvarma norması  və 
vegetasiya suvarma norması haqqında anlayış akademik A.N.Kost-
yakovun elmi əməyi sayəsində geniş surətdə yayılmışdır. Suvarma 
rejimi konkret iqlim və aqrotexniki şəraitdə mövcud bitki üçün la-
zım olan su rejimini təmin etməlidir. Suvarma rejimi əkiləcək bit-
kilərin növündən, təsərrüfatın, suvarılan bölgənin  şəraitindən ası-
lıdır. Buna görə də bu şərait dəyişildikdə suvarma rejimi də dəyişir. 
Suvarma rejimi kənd təsərrüfatı bitkilərinin suvarma normasını, 
suvarmaların sayını  və müddətini təyin edir.Müəyyən aqrotexniki 
şəraitdə torpağın su-hava rejimini tənzimləyir.Torpaqda yaranan 
suvarma rejimi bitkilərin tələb etdiyi rejimə yaxın olmalıdır. 
Suvarma rejimi bitkilərin inkişaf dövrü və fazalarında onların suya 
olan tələbatını və torpağın su, qida, duz və istilik rejiminin nizam-
lanmasına uyğun olaraq götürülməlidir.Belə uyğunluq suvarılan 
torpaqların münbtliyini artırır, kənd təsərrüfatı bitkilərindən yük-
sək və sabit məhsul götürülməsinə səbəb olur. 
Suvarma suyunun torpağa verilməsi, torpağın rütubətləndiril-
məsi və bitkinin su ilə  təmin edilməsi aşağıdakı üsullarla yerinə 
yetirilə bilər: 
-öz axını ilə suvarma üsulunda su açıq kanallar və ya boru kə-
mərləri ilə suvarılacaq sahəyə axıdılır.Buradan isə müvəqqəti açıq 


73 
suvarma şəbəkəsi, sərt və elastiki borularla şırımlara, zolaqlara və 
ya xüsusi ləklərə verilərək torpağa hopdurulur. 
-yağışyağdırma üsulu ilə suvarmada sahəyə axıdılmış su xüsusi 
maşın, qurğu və aparatlar vasitəsilə yağış  şəklində sahəyə verilir. 
Nəticədə  həm torpağın çatışmayan nəmliyi bərpa edilir, həm də 
yer səthində əlverişli mikroiqlim yaranır. 
-damcılarla suvarma üsulunda su kiçik diametrli boru kəmərləri 
üzərində quraşdırılmış az sərfli xüsusi damcıladıcılar vasitəsilə 
fasiləsiz olaraq bilavasitə bitkinin kök sisteminə verilir. 
Hər hansı suvarma üsulunun qəbul edilməsi suvarılacaq 
ərazinin təbii-təsərrüfat  şəraitindən,  əkiləcək bitkinin növündən, 
onların suvarma rejimindən və s. asılı olaraq əsaslandırılmalıdır. 
Su, kainatda canlı orqanizmlərin mövcudluğunu müəyyən edən 
əsas amildir və susuz həyat mövcud olmur. Bitkilərin toxumlarının 
cücərməsi və onların vegetasiya müddətində qida maddələrini 
mənimsəmələri üçün su tələb olunur.  
Müxtəlif bitkilərin toxumları öz çəkilərinin müəyyən misli 
qədər su udduqdan sonra, tərkibində olan qida maddələri bəsit 
tərkib hissələrinə parçalanır, fermentativ proseslər- «oyanma» 
başlayır və cücərti əmələ gətirirlər. 
Bitki yarpaqlarının 90-95, gövdəsinin 50 və toxumunun 9-15%-
i sudur. Xiyar və pomidorun 94-95%-ni, kartof yumrularının 74-
80%-ni, taxıl dəninin isə 12-14%-ni su təşkil edir. Bitkilərdə gedən 
bütün biokimyəvi-fizioloji proseslər, o cümlədən polisaxaridlərin 
və peptidlərin  əmələ  gəlməsi və parçalanması, su molekulunun 
birləşməsi və ya ayrılması ilə başa çatır. 
Bitkilərə lazım olan qida maddələri və karbon qazı torpaqdan və 
havadan ancaq su ilə daxil olur və bitkidə kökdən yarpağa və 
yarpaqdan kökə doğru yerini dəyişir.Bitkilər, qida maddələrini tor-
paqdan yalnız 1000 hissə suda 1-2 hissə həll olmuş mineral duzlar 
şəkilində qəbul edir. 
Müxtəlif bitkilərin toxumlarının cücərməsi üçün onların  şiş-
məsinə sərf etdiyi və vegetasiya müddətində üzvi kütləsini əmələ 
gətirmək üçün tələb etdiyi suyun miqdarı eyni olmur (cədvəl 9). 
Bir qram quru maddənin əmələ gəlməsi üçün sərf olunan suyun 
miqdarı transpirasiya əmsalı adlanır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə