Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

74 
Bitkilərə daxil olan suyun 99,2%-i buxarlanmaya sərf olunur və 
ancaq 0,8%-i üzvi maddələrin əmələ gəlməsi üçün istifadə edilir. 
Hər hansı bitkinin suya olan tələbatı, inkişaf fazalarından asılı 
olaraq dəyişir. Bitkilərin suya ən çox tələbat göstərdikləri müd-
dətlər böhran dövrü adlanır. Böhran dövrü buğda, arpa və çov-
darda-boruya çıxma, sünbülləmə; qarğıdalıda- çiçəkləmə, sütül 
yetişmə, kartofda-çiçəkləmə, yumruların  əmələ  gəlməsi; pambıq-
da- çiçəkləmə, qoza əmələ  gətirmə; pomidorda- meyvə  əmələ 
gəlmə, yetişmə və bostan bitkilərində- yetişmə fazalarında olur. 
 
Cədvəl 9 
Bitkilərin toxumunun cücərməsinə və üzvi kütlə əmələ  
gətirməsinə tələb etdiyi suyun miqdarı 
 
Bitkilər 
Toxumun cücərməsinə sərf olunan suyun 
miqdarı- öz çəkisinə nisbətən faizlə 
Transpirasiya 
əmsalı 
Buğda 46-57  450-600 
Arpa 48-60  410-620 
Çovdar 58-76  500-600 
Çəltik 60-65  500-800 
Vələmir 50-58  400-750 
Qarğıdalı 37-45  250-400 
Noxud 100-106  400-600 
Kartof -  300-630 
Çuğundur 100-120 
340-450 
Pambıq 100-110  300-600 
Yonca 52-58  800-850 
 
Başqa dövrlərdə bitkilər su ilə tam təmin olunsada, böhran 
dövrü su çatışmadıqda məhsuldarlıq kəsgin azalır. 
Su bitkiyə əsasən torpaqdan kökləri vasitəsilə, dumanlı havada, 
yağıntılar düşdükdə  və  şeh  əmələ  gəldikdə isə qismən yarpaq 
ağızcıqlarından daxil olur. 
Torpaqdan bitkilərə suyun daxil olması, suyun formasından və 
torpağın su xassələrindən asılıdır.  
Torpaqda su buxar halında, kimyəvi birləşmiş, hiqroskopik, 
pərdə, kapillyar və qravitasiya formalarında olur. Lakin bitkilər 
suyun ancaq kapillyar və qravitasiya formalarından istifadə edə 
bilir. 


75 
Torpağın su xassələrinə: - su tutumu, su sızdırması, su qaldır-
ması daxildir. Torpağın kapillyar və qeyri-kapillyar məsamələrinin 
su ilə tam dolması onun tam su tutumunu təşkil edir. Torpağın 
özündə saxlaya bildiyi qravitasiya və kapillyar suyun miqdarına 
tarla su tutumu deyilir.Torpağın özünə su hopdurması  və  aşağıya 
doğru süzməsi su sızdırma qabiliyyəti adlanır. 
Atmosfer çöküntülərinin torpağa daxil olması hopma və süzmə 
prosesləri ilə başa çatır.  Əvvəlcə su torpağa hopur və torpaq 
doyma dərəcəsinə çatanda süzmə prosesi başlayır. Su keçiriciliyinə 
torpağın məsaməliliyi birbaşa təsir göstərir. 
Su sızdırması pis olan torpaqlarda su torpağın üst hissəsində 
toplanır və ya kənarlara axaraq itir. Çox quru torpaqlar əvvəlcə az 
norma ilə nəmləndirilib, sonra yüksək norma ilə suvarıldıqda öz su 
sızdırma qabiliyyətini daha yaxşı saxlayır. Tədricən islandığına 
görə, uzun müddətli payız yağışları torpağa daha yaxşı hopur. 
Torpağın kapillyarları ilə suyu aşağı qatlardan yuxarıya doğru 
qaldırmasına su qaldırma qabiliyyəti deyilir. Torpaqda nəmlik tam 
tarla su tutumunun 60-80%-i qədər olduqda, əksər bitkilər üçün opti-
mal hesab edilir. Qumlu və qumsal torpaqlar, gilli və gillicəli torpaq-
lara nisbətən az su saxlayır və suyu tez buxarlandıraraq quruyurlar. 
Strukturasız torpaqlarda su torpağa hopmur, qış aylarında buz 
əmələ  gətirir və atmosfer çöküntülərinin torpağa hopmasının qar-
şısını alır.Strukturasız torpaqlarda su kapillyar məsamələrdə mün-
təzəm olaraq yuxarıya doğru qalxdığına görə, torpağın üst səthi 
həmişə nəmli olsa da, alt qatlarda nəmlik olmaya da bilər. Deməli, 
struktursuz torpaqlarda su ehtiyatı az və davamsız olur. 
Strukturlu topaqlarda isə su qeyri-kapillyar məsamələrlə asan-
lıqla torpağa daxil olur, ehtiyatını artırır və davamlı olur. 
Su sızdırma, kapillyar fəaliyyəti və suyu buxarlandırma torpa-
ğın nəmlənmə dərəcəsini müəyyən edir.Torpağın kapillyar fəaliy-
yəti, suyun kapillyarlarla çox nəm olan yerdən, az nəm olan yerə 
ötürməsidir. Kip torpaqlarda kapillyarlar bir- birinə yaxın 
olduğuna görə suyu ötürməsi sürətlənir. 
Torpağın öz səthindən suyu buxarlandırması, onun buxarlan-
dırma qabiliyyətidir. Buxarlandırmaya su qaldırma qabiliyyətindən 
əlavə torpağın və yerüstü hava qatının temperaturu, küləyin sürəti, 


76 
torpağın rəngi, səthinin xarakteri və s. təsir göstərir. Səthi hamar 
olmayan tünd rəngli torpaqlar, hamar səthli açıq rəngli torpaqlara 
nisbətən suyu çox buxarlandırır. Bitki ilə örtülü olan sahələrdə bu-
xarlanma, açıq sahələrə nisbətən xeyli az olur. 
Torpaqda suyun toplanması əsasən atmosfer çöküntüləri hesabı-
na olur. Suvarma əkinçiliyində suvarma suları  və yeraltı sular 
səthə yaxın olan yerlərdə isə qrunt suları torpaqda suyun toplanma 
mənbəyinə daxildir. 
Torpaqda ümumi su ehtiyatı hiqroskopik nəmliyin iki misli 
qədər olduqda bitkilər ondan daha yaxşı istifadə edir.M.Lvoviçə 
görə hidrosferin 1, 45 mlrd km
3
 su ehtiyatı :-60 mln km
3
 yeraltı 
çaylarda, 24 mln km
3
 buzlaqlarda, 83 min km

torpaq nəmliyində, 
14 min km

atmosferdə və s. toplanır və ümumi su dövranında az 
və ya çox dərəcədə iştirak edirlər. 
Bitkilərin istifadə  etdiyi  torpaq  və atmosfer nəmliyi, ümumi 
dünya su ehtiyatlarının≈0, 00007%-ni təşkil etməsinə baxmayaraq
suyun ümumi dövranı bitkiləri su ilə təmin etməyə imkan verir. 
Torpaqda su ehtiyatı W=10.000⋅H⋅
Н
Р

= 100
100
Pq düsturu ilə 
hesablanır. Buradan H- torpaq layının qalınlığı, P-həcm kütləsi, q-
tarla su tutumuna görə nəmlikdir. 
Bitkilərin suya olan tələbatı torpağın su balansı ilə ödənilir. Su 
balansı  mədaxil və  məxaric olunan suyun miqdarından asılıdır. 
Suyun mədaxili yağıntılardan (YS) və üst qata qalxan qrunt 
sularından (QS); məxarici isə transpirasiyadan (TS), torpaqdan 
suyun buxarlanmasından (TB), səth üzrə axan sudan (SA), torpaq 
daxilində yanlara axan sudan (YAS) və  dərin qatlara sızan sudan 
(SS) ibarət olur.Yəni: 
YS+QS=TS+TB+SA+YAS+SS 
Mədaxilin  əsas hissəsi atmosfer çöküntülərindən, yeraltı 
sulardan və suvarmalardan, məxaricin əsas hissəsi isə transpirasiya 
və buxarlanmadan ibarətdir.Suyun mədaxili onun məxaricindən 
çox olduqda, su balansı müsbət hesab edilir və ərazi humid bölgə 
adlanır. Humid bölgədə  bəzi halda torpağın həddindən artıq 
nəmlənməsi baş verə bilər.Suyun mədaxili məxaricindən az 
olduqda isə, su balansı mənfi, ərazi isə arid bölgə adlanır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə