Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

77 
A.N. Kostyakov atmosfer çöküntüləri ilə torpağa daxil olan 
suyun, torpaqdan və bitkilər tərəfindən buxarlanan suya nisbətin-
dən asılı olaraq rütubətlənmə  dərəcəsinin: 1. Çox nəmlənmiş, 2. 
Qeyri sabit nəmli və 3. Nəmliyi çatışmayan olmaqla üç tipini 
müəyyən etmişdir. 
İl  ərzində atmosfer çöküntüləri  şəkilində torpağa düşən suyun 
miqdarı, buxarlanmaya nisbətən artıq olduqda ərazi çox rütubətli 
bölgəyə aid edilir. Yağmurlarla torpağa daxil olan suyun miqdarı, 
buxarlanan suyun miqdarına yaxın olduqda qeyri- sabit nəmlənmə 
adlanır. Yağıntıların miqdarı, buxarlanmaya nisbətən az olduqda 
isə, ərazi nəmliyi çatışmayan bölgəyə aid edilir. 
Torpağa 1 mm yağıntı düşərkən hektara 10 ton və ya 10 m
3
 su 
daxil olur. Yəni bir dəfəlik yağıntılar 10-15 mm olduqda belə, 
hektara ancaq 100-150 m
3
, yəni suvarma normasının 
8
1
-i qədər su 
düşür. Həmin suyun əsas hissəsi buxarlanmaya və digər itgilərə 
sərf olunur və onun ancaq müəyyən hissəsi bitkilər tərəfindən 
istifadə olunur. Ona görə, atmosfer çöküntülərindən torpağa daxil 
olan suyun miqdarını müəyyən etmək üçün onun cəmini udma 
əmsalına (0, 5-0, 7) vurmaq lazımdır. 
Vegetasiya müddətində yağıntının illik miqdarı 100 mm-dən az 
olduqda səhra iqlimi, 100-300 mm olduqda isə quru- çöl iqlimi 
adlanır. 
Bitkilərin suya olan tələbatının ödənilməsi minimaldan opti-
mala qədər məhsuldarlığı artırır, sonra isə  tədricən azaldır. Ona 
görə  də,  ərazinin nəmlik təminatı müəyyən edilərkən, yağıntının 
buxarlanmaya və ya yağıntının havanın sutkalıq nəmlik çatışmaz-
lığına nisbəti göstəricilərindən istifadə olunur. 
İllik yağıntıların miqdarı mülayim iqlim şəraitində 400 mm-
dən, yüksək buxarlanma olan isti şəraitdə isə 500 mm-dən az ol-
duqda suvarmalar aparmaq lazım gəlir. İ.S.Petinova görə torpaqda 
nəmlilik az olduqda su qənaətlə istifadə olunur, transpirasiya 
əmsalı  aşağı düşür, transpirasiya məhsuldarlığı artır, lakin 
bitkilərin məhsuldarlığı azalır. 
Almaniyanın Valte İnstitutuna  əsasən nəmlik dərəcəsi aylıq 
yağıntının cəminin, aktual buxarlanmanın (0, 7) aylıq miqdarına 


78 
nisbəti kimi göstərir:  
İ
7
,
0
PB
Y
=

burada:-Y-yağıntı, PB- potensial buxarlanma (torpaq+bitki 0,7). 
Həmin nisbət:- 2, 5-dən artıq-çox nəm; 1,25-2,5 -nəm; 0,5-1,25 -az 
nəm; 0, 25-0, 50-yarı quru; 0,12-0,25 -quru və 0, 12-dən kiçik- çox 
quru nəmlik kimi qeyd olunur. 
Suyun bir hektar sahədən m
3
-lə ümumi məsarifi cəmi su sər-
fiyyatı (CS), bir ton məhsula olan məsarifi isə su sərfiyyatı əmsalı 
(SƏ) adlanır.  
Bitkilərin növündən, aqrotexniki tədbirlərdən, məhsulun miq-
darından, torpaq-iqlim şəraitindən və s. asılı olaraq su sərfiyyatı 
dəyişir. Eyni şəraitdə  məhsuldarlıq artdıqda hektara ümumi su 
sərfiyyatı əmsalı (SƏ) azalır, yəni su qənaətlə istifadə olunur. Su-
varılan torpaqlarda, dəmyə  şəraitinə nisbətən su sərfiyyatı  əmsalı 
daha az və davamlı olur. 
Cəmi su sərfiyyatı (CS):- vegetasiya müddətində faydalı çökün-
tülərdən, köklərin yayıldığı qatda səpin və  məhsul yığımı dövrlə-
rində olan su ehtiyatının fərqindən, daxil olan qrunt sularından və 
suvarma suyundan təşkil olunur. 
Cəmi su sərfiyyatından istifadə etməklə suvarma norması 
aşağıdakı düsturla müəyyən olunur: 
S
n
=CS-A-(R
0
+R
1
)-Q 
burada: S
n
 - suvarma norması, m
3
/ha; 
CS- vegetasiya müddətində cəmi su sərfiyyatı, m
3
/ha; 
A- həmin müddətdə faydalı çöküntülər, m
3
/ha; 
R
0
- kök yayılan qatda, səpin müddətində su ehtiyatı, m
3
/ha,  
R
1
- kök yayılan qatda, məhsul yığımı dövründə su ehtiyatı, 
m
3
/ha. 
Q- qrunt suları, m
3
/ha. 
A.N. Kostyakova görə  cəmi su sərfiyyatı:- (CS)=M: SƏ. Düs-
turu ilə hesablanır (M- məhsul, h/S-lə; SƏ- su sərfiyyatı əmsalıdır). 
Kənd təsərrüfatı bitkilərinin suya tələbi istilik rejimində olduğu 
kimi qeyri-fəal və fəal yolla ödənilir.Qeyri- fəal yolla su rejiminin 
nizamlanmasına: -bitkilərin suya olan tələbinə görə ərazidə düzgün 
rayonlaşdırılması; sahənin uyğun relyefinin seçilməsi; səpinin vax-


79 
tında, müəyyən edilmiş normada və üsulla aparılması; düzgün növ-
bələşdirmə; aqrotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi 
və s. daxildir. 
Fəal yolla su rejiminin nizamlanması, həm torpaqda nəmliyin 
toplanmasına və onun itirilməsinin qarşısının alınmasına, həm də 
artıq rütubətlənmiş torpaqlarda nəmliyin azaldılmasına yönəldilən 
tədbirlərlə  həyata keçirilir. Buraya: - süni suvarmalar, tarlaqoru-
yucu meşə zolaqlarının salınması və süni su hövzələrinin yaradıl-
ması ilə mikroiqlimin bərpası, sahədə qarın toplanması, xüsusi aq-
rotexniki tədbirlər aparılması, kollektor-drenaj şəbəkələrinin qurul-
ması və s. aiddir. 
Rayonlaşdırma zamanı ərazinin nəmlik təminatı, bitkilərin suya 
olan tələbini ödəməsi imkanı ilə əlaqələndirilir. Ərazinin az mailli 
çökək yerlərində suya daha çox tələbat göstərən bitkilər  əkilmə-
lidir. 
Səpin vaxtında, müəyyən edilmiş normada və üsulla aparıldıqda 
ərazinin rütubət ehtiyatından, xüsusən atmosfer çöküntülərinin he-
sabına yaranan nəmlikdən daha yaxşı istifadə olunur və su itkisinin 
qarşısı xeyli alınır. Çoxillik paxlalı bitkilər torpağın strukturasını 
yaxşılaşdırır və su xassələrinin dəyişilməsinə müsbət təsir edir. 
Ona görə də bitkilərin növbələşdirilməsi, növbəli əkin tarlalarında 
torpağın su-fiziki xassələrinin yaxşılaşdırılmasını təmin edir. 
Aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirildik-
də, suyun torpaqda toplanmasına və onun səmərəli istifadə olun-
masına əlverişli şərait yaranır. Məsələn, erkən şum aparılan sahə-
lərdə payız-qış  və erkən yaz yağmurları torpaqda yaxşı toplanır. 
Fəal yolla bitkilərin suya olan tələbatı,  əsasən süni suvarmalar 
aparmaqla ödənilir. 
Torpaqda nəmlik ehtiyatının azalması nəticəsində kapillyar əla-
qələrin pozulması müşahidə edildikdə, bitkilərin suya olan tələbatı 
suvarma ilə ödənilir. Suvarılan torpaqlarda dənli bitkilərin məhsul-
darlığı, suvarılmayan sahələrə nisbətən 2-3, yem bitkilərinin məh-
suldarlığı isə 4-6 dəfə yüksək olur. 
Tarlaqoruyucu meşə zolaqları, atmosferin yerə yaxın qatında 
rütubəti artırır, küləyin gücünü zəiflədir və  nəticədə buxarlanma 
azalır və tarlada qarın uzun müddət qalması təmin olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə