Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

99 
ildən bir dərin  şumlanmalıdır. Suvarma norması az sərf olunan 
yüngül torpaqlarda isə  dərin  şumun aparılması 4-5 ildən sonra 
təkrar oluna bilər. 
A.F.Ustinoviç, N.S.Rıjov, A.K.Bolyabo və V.Q.Tixonovaya 
görə, sahə hər il 20 sm dərinlikdə şumlandıqda, torpaqda kotandibi 
təbəqə əmələ gəlir ki, bu da torpağın sukeçirmə qabiliyyətini pis-
ləşdirir və bitkinin kökünün aşağı qatlara işləməsini çətinləşdirir. 
Becərmə zamanı  şum qatının fiziki vəziyyətinin dəyişməsi 
torpağın rütubətlənmə, havalanma, istiləşmə rejimini yaxşılaşdırır 
və torpaqda fiziki-kimyəvi, bioloji prosesləri dəyişdirir. 
Suvarılan torpaq şəraitində şum aparılarkən aşağıdakı qaydalara 
əməl edilməlidir: 
a)  Şum layı tam çevrilməlidir. 
b)  Lazımı torpaq strukturu alınması üçün torpaq xırdalan-
malıdır 
c)  Kövşənləri, alaq otlarının kök və toxumlarını tam dərinliyə 
basdırmalı. 
Bu tədbirləri həyata keçirmək üçün önkotancıqlı kotandan 
istifadə etmək lazımdır. 
Dərin əkin yaxud az münbit qatın üzə çıxarılmadan yumşaldıl-
ması natriumun (Na) zərərli duzlarına, dəmir (Fe) və alminium 
hidroksidlərinə (Al(OH)
3
) malik olan qatların səthə yaxın yerləş-
diyi çəmən və çəmən-bataqlıq torpaqlar üçün daha faydalıdır. 
Əkinqabağı suvarma şumun keyfiyyətini xeyli yaxşılaşdırır və 
onun aparılmasını asanlaşdırır.Bu zaman lazımı əkin dərinliyinə və 
ön kotancığın düzgün işləməsinə nail olunur. 
Suvarılan torpaqlar payızda dərin dondurma şumu edildikdən 
sonra erkən yazda həmin sahədə torpaq xeyli kipləşir və alaq otla-
rının cücərtiləri  əmələ  gəlir. Xüsusilə  qış aratı aparılan sahələrdə 
bu vəziyyət daha kəskin olur. Ona görə də, torpağın yazlıq bitkilər 
əkini üçün səpinqabağı becərilməsində çizel, kultivator, mala və s. 
tipli alətlərdən istifadə edilir. Bəzi halda torpaq çox kipləşmiş 
vəziyyətdə olduqda dərin yumşaltma və yaxud şumlama (pərşum) 
aparıla bilər. Pərşumu  əsas  şum dərinliyində aparmaq olmaz. 
Çünki, bu halda əsas şum zamanı torpağın alt qatına çevrilmiş bitki 


100 
qalıqları və alaq toxumları yenidən üst qata qaldırılır. Bu isə üzvi 
qalıqların tez parçalanmasına və sahənin alaq otları ilə zibillən-
məsinə səbəb ola bilər. Bundan başqa pərşum müstəsna halda, sa-
hənin çox bərkimiş və güclü alaqlanmış vəziyyətində, kifayət qə-
dər nəmliyə malik olduğu zaman aparılır.Şumun aparılması əsasən 
aşağıda göstərilən tipli kotanlarla həyata keçirilir. 
ПЛН-4-40 markalı 4 gövdəli kotan əsasən (şək 14) МТЗ-80/82 
traktorları ilə aqreqatlaşır. Kotanın gövdələri kroşteynə bolt vasi-
təsilə  bərkidilmişdir ki, buda kotanın işçi orqanları  sınan zaman 
onların dəyişdirilməsinə imkan verir. Kotanın işçi en götürümü 1, 
6 m, şum dərinliyi 27 sm, işçi sürəti 7-9 km/saat, məhsuldarlığı 0, 
92 ha/saat-dır.(şəkil 14) 
ПН-8-35У markalı 8 gövdəli kotan (şək 15) əsasən Т-150 və Т-
150K traktorları ilə aqreqatlaşır. Kotanın yarımvintvari gövdələri 
çərçivəyə möhkəm birləşməklə otimal en götürümündə müxtəli 
torpaq-iqlim şəraitində torpağı becərməklə traktorun dartı gücünü 
azaldır və yanacağa qənaət edir. Kotanın işçi en götürümü 2,8 m, 
şum dərinliyi 27 sm, işçi sürəti 7-9 km/saat, məhsuldarlığı 1,82 
ha/saat-dır. 
Arat:  Sahələrin səpinə hazırlanmasında torpaqda rütubət 
yaratmaq məqsədilə sahələrin arat edilməsinin böyük əhəmiyyəti 
vardır.Yaz dövründə atmosfer çöküntülərinin az düşdüyü Kür-
Araz ovalığı bölgələrində mütləq qış və ya yaz aratı keçirilməlidir. 
Bu bölgələrdə sahələrin arat edilməsi,  əkiləcək bitkilərin toxum-
larının tez cücərməsini, həmçinin inkişafının ilk mərhələsində 
bitkilərin normal böyüməsini təmin edir.Arat suvarması şırımlarla 
aparılsa daha yaxşı  nəticə verər.Beləki suvarma suyuna qənaət 
olunar, suçu əməyi yüngülləşər.Yüksək su tutumu olan torpaqların 
qış aratında hər hektara 1200-1500 m
3
, orta rütubətli torpaqlarda 
isə yaz aratı zamanı 800-1000 m
3
 /ha su norması verilməsi 
məqsədəuyğundur.Ümumiyyətlə arat elə vaxtda aparılmalıdır ki, 
toxum səpilənə qədər torpaq yetişə bisin.  
Respublikamızın aran pambıqçılıq rayonlarında dondurma 
şumu sistemi tətbiq olunan yerlərdə dondurma şumundan sonra 
malalama aparılır,  şırımlar çəkilir və tarla şırımlarla suvarılır. 
Yazda aparılan əkinqabağı suvarmanı əvəz edən bu suvarmaya qış 


101 
aratı deyilir. Qış aratı pambığın məhsuldarlığını yaz aratına 
nisbətən 15-20% artırır. Qeyd etmək lazımdır ki, yazlıq və payızlıq 
bitkilər  əkiləcək sahələrdə aparılan  əkinqabağı suvarma da bu 
bitkilərin məhsuldarlığını xeyli artırır. 
Qış aratından və  həmçinin yaz aratından sonra, aratın yetişmə 
vaxtını təyin etmək üçün tarla üzərində müşahidə aparmaq lazım-
dır ki, bundan sonra vaxtında kultivasiya etmək və malalamaq 
mümkün olsun. Torpaqdakı rütubəti saxlamaq məqsədilə yağışdan 
sonra da malalama aparılmalıdır.  
Rütubət toplayıcı suvarma aparmaq üçün əkin yamac uzunu 
aparılır, sonra kanalaçanlarla suvarma şırımlarının eninə  çıxış 
şırımları açılır. Çıxış  şırımları arasındakı  məsafə yamacın maillik 
dərəcəsindən asılıdır. Müvəqqəti suvarma arxları kanalaçanlarla 
çəkilməklə suvarma şırımları istiqamətində yerləşdirilir. 
Rütubət toplayıcı suvarmanı selləmə yolu ilədə aparmaq 
olar.Bunun üçün sahə 3-5 hektarlıq ləklərə bölünür və 10-15sm 
qalınlığında suvarma suyu ilə basdırılır. 
Rütubət toplayıcı suvarmanı aparmaq üçün tirələr və ya şırımlar 
düzəltmək lazım gəlir. Tirələr kotanın axırıncıdan  əvvəlki 
gövdəsinə  bərkidilmiş sacla düzəldilir.Şırımlar dörd gövdəli 
kotanın ikinci və dördüncü sacını uzatmaqla və ya adi əkində 
kotanın ramasına bərkidilmiş xüsusi şırımaçanlarla çəkilir. 
Suvarma qurtardıqdan sonra şırımlar malalama ilə, sonra isə 
alaqlar  əmələ  gəldikdə kultivasiya çəkməklə düzəldilir.Təmiz tor-
paqlarda becərmə suvarmadan sonra aparılan üzləmə ilə məhdudlaşır. 
Malalama: Səpinqabağı beçərmə zamanı alaq otlarının cücərti-
ləri tamamilə məhv edilməli, torpaq kifayət qədər xırdalanmalı və 
onun səthi hamar olmalıdır ki, toxumu barabər dərinliyə basdır-
maqla normal cücərtilər  əldə etmək və suvarmaları keyfiyyətlə 
aparmaq mümkün olsun. Bu məqsədlə tarlanın mövcud vəziyyə-
tinə uyğun olaraq, becərmələri yerinə yetirmək üçün tələb olunan 
alətlərdən istifadə edilir. 
Malalama-yumşaltma, qarışdırma, torpaq səthini hamarlaşdır-
ma, habelə alaqların cücərtilərini qismən məhv etmək məqsəilə 
tətbiq olunan torpaqbecərmə qaydasıdır. 
Yüngül qranulometrik tərkibə malik olan torpaqların səpinə ha-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə