Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

105 
torpaqda nitratların miqdarının artmasına səbəb olur. 
Əkinqabağı suvarmanı aparmaq üçün köhnə, dayaz suvarma 
şəbəkəsini, müvəqqəti suvarma arxlarını saxlamaq olar.Suvarma 
şəbəkəsini dağıtmamaq üçün kövşənlikdə üzləmə aparılmır.Yabanı 
vələmirlə çox alaqlanmış torpaqlarda suvarma üçün mövcud olan 
suvarma  şəbəkəsindən istifadə etmək olar.Ancaq cücərtilər  əmələ 
gəldikdən sonra belə tarlalarda üzləmə aparmaq lazımdır. Üzləmədən 
sonra  əmələ  gələn alaqlar dərin  şum zamanı  məhv edilir. Yabanı 
vələmirin cücərməmiş toxumları  dərin  şum zamanı  şırımın dibinə 
düşür və anaerob şərait yarandığından öz cücərmə qabiliyyətini itirir. 
Əgər sahədə suvarma şəbəkəsi yoxdursa, onda əkinqabağı suvarma-
dan əvvəl müvəqqəti arxlar çəkilir. Bu cür suvarma rütubət toplayan 
suvarma olub torpağın quraqlığının aradan qaldırılmasını təmin edir. 
Belə suvarmanın mahiyyəti ondan ibarətdir ki, sələf bitkisi yığıl-
dıqdan sonra torpağı artırılmış norma ilə rütubətləndirirlər ki, gələcək 
məhsul üçün bitki kökləri yayılan qatda rütubət ehtiyatı yaransın. 
Alaq otları ilə mübarizə məqsədilə aldadıcı suvarmadan istifadə 
olunur.Kənd təsərrüfatı bitkilərinin məhsulu yığıldıqdan sonra 
torpağı rütubətləndirirlər ki, alaqlar kütləvi çıxış versin, sonra on-
ları dərin şum aparmaqla və ya digər becərmələr aparmaqla məhv 
edirlər.Aldadıcı suvarmaları alaqların toxumlarının cücərməsi və 
onların məhv edilməsi üçün əlverişli olan şəraitdə aparmaq daha 
məqsədəuyğun hesab edilir. 
 
7.2. Suvarılan torpaqlarda əsas payızlıq becərmələri 
və əkin qatının dərinləşdirilməsi 
 
Payızlıq bitkilər yayın axırında, payızın əvvəlində səpilir, məh-
sul isə növbəti ilin yayında yığılır. Bu da aqrotexnikanın xüsusiy-
yətlərini müəyyən edir. Payızlıq bitkilər altında torpaqbecərmələ-
rinə düzgün qiymət ölkəmizin müxtəlif təbii bölgələrində aparılan 
tədqiqatlar əsasında verilə bilər. 
Torpağın becərilməsi zonal xarakterli olub, torpağı eroziyadan 
qorumalı, nəmliyin toplanmasına və qorunub saxlanmasına 
yönəldilməlidir. 


106 
Əkin qatının qalınlığı suvarma suyuna, tətbiq olunan gübrələr-
dən istifadə olunmasına, sahələrin alaqlanmasına və kənd təsərrü-
fatı bitkilərinin digər həyat şəraitlərinə böyük təsir göstərir. 
Tədqiqatlar göstərir ki, pamığın məhsuldarlığı  əsas dərin  şum-
dan sonra 3,5-4,2 s/ha artmışdır.  Ən yüksək məhsul artımı eyni 
vaxtda 60sm dərinləşdirilməklə 0-15 və 15-30sm qatlar üzrə iki 
qatlı əkində alınmışdır. Torpağın belə becərilməsinin müsbət təsiri 
onunla izah olunur ki, lay çevirilməklə  əkin dərinliyinin artırıl-
ması, habelə kombinə olunmuş becərmə  əkin qatının yumşal-
masına xeyli təsir göstərir. 
Əkin qatının yumşaqlığının artması onu göstərir ki, torpağın 
məsaməliyi və su keçiriciliyi artır ki, bu da pambığın becərilməsi 
üçün çox vacibdir. Əkin qatının dərinləşdirilməsi pambığın bö-
yüməsinə xeyli təsir edir. Əgər adi əkində pambığın kök sistemi 
əsasən 50sm-ə  qədər dərinlikdə inkişaf etmişsə  və  əsas kök daha 
dərin qatlara daxil olursa, onda 30sm dərinlikdə  əkin və 60sm 
dərinlikdə yumşaltma apardıqda pambıq bitkisinin kökü 80sm, 
əsas kök isə 100sm və daha çox dərinə getmişdir. Daha güclü kök 
sistemi suyu və qida maddələrini yaxşı istifadə edir və bununla da 
məhsulun əmələ gəlməsinə müsbət təsir göstərir. 
Orta hesabla üç ildə 30 sm dərinlikdə şum aparıldıqda yumşaq 
qatın qalınlığı 9,3 sm, 40 sm-lik ikiqatlı şumda 15,2 sm, kombinə 
olunmuş becərmədə isə yumşaq qatın qalınlığı 17,4 sm artmışdır. 
Becərmə  dərinliyi, becərilən bitkilərin bioloji xüsusiyyətləri, 
tətbiq olunan gübrələr və digər aqrotexniki qaydalar nəzərə alın-
maqla torpaq şəraitlərindən asılı olaraq müəyyən olunur. Ümu-
miyyətlə torpağın becərilməsi bölgələrdən asılı olaraq dəyişə bilər. 
Şirvan bölgəsinin suvarma şəraitində aparılmış təcrübələr nəti-
cəsində  məlum olmuşdur ki, boz torpaqları 5 sm dərinlikdə üzlə-
mək, suvarmaq, sonra isə 27 sm dərinlikdə  şum edib arxasınca 
yüngül hamarlama və vərdənə çəkmək ən yaxşı becərmə üsuludur.  
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və torpağı 
mədəni hala salmaq üçün aparılan aqrotexniki tədbirlərdən biridə 
şum qatının dərinləşdirilməsidir.  Şum qatı 30-32 sm və daha çox 
dərinləşdirilə bilər. Torpaq şəraitindən asılı olaraq. Şum qatı ya 


107 
birdən-birə, yaxudda tədriclə  dərinləşdirilir.Şum qatı birdən-birə 
dərinləşdirildikdə ona veriləcək əhəng, üzvi və mineral gübrələrin 
miqdarıda o nisbətdə artıq olmalıdır. 
Ağır mexaniki tərkibli yüksək suvarma normaları tətbiq olunan 
torpaqlarda dərin  şum 2-3 ildən bir, yüngül və az suvarma nor-
maları  tətbiq olunan torpaqlarda gec-gec aparılması  məsləhət 
bilinir. Ağır, tez kipləşən və yüksək suvarma normaları tətbiq olu-
nan torpaqlarda dərin şum kipləşmənin qarşısını almaq məqsədilə 
dərnlik tez-tez dəyişdirilməlidir. 
A.N.Ratnikov göstərir ki, bir çox hallarda atmosferdən torpağa 
daxil olan radionuklidlər torpağın səthində (0-2 sm) toplanır. Tor-
pağın dərin  şumlanması radionuklidlərin konsentrasiyasının azal-
masına gətirib çıxarır.  Şum qatı artdıqca radionuklidlərin bitkilər 
tərəfindən mənimsənilməsi 20-30% azalır.Bu da onu göstərir ki, 
dərin şum aparılmasının aqronomiki əhəmiyyəti ilə yanaşı, ekoloji 
əhəmiyyətidə böyükdür. 
 
7.3. Torpağın səpinqabağı becərilməsi və bitkilərin 
vegetasiyası dövründə torpağa qulluq işləri 
 
Torpağın səpiqabağı becərilməsi üçün malalardan, üzləyicilər-
dən və şaxmaladan istifadə olunur. Şiddətli kipləşmiş torpağı dərin 
yumşaldırlar, yaxud ikiləmə şum edirlər. Səpinə hazırlanmış torpa-
ğın səthi düz, yaxşı hamarlanmış olmalıdır ki, səpin və vegetasiya 
suvarmaları yüksək səviyyədə keçirilsin, torpaqda rütubət saxlan-
sın və səpilmiş toxumdan tam çıxış alına bilsin. 
Suvarılan torpaqların yazda malalanması aparıldıqda,  şoran 
torpaqların aşağı qatlarından duzların səthə çıxması ləgiyir. 
Tarlaları alaqlardan təmizləmək və torpağı yumşaltmaq məqsə-
dilə malalama ilə birlikdə səpinqabağ kultivasiyalar tətbiq olunur. 
Uzun müddətli tədqiqatlar sübut edir ki, torpağın səpiqabağı 
becərilməsində aşağıdakılara əməl olunmalıdır: 
a)  Toxumun normal cücərməsi, sonrakı inkişafı  və onun tor-
paqda lazımı  dərinlikdə yerləşməsi üçün torpaqda xırda dənəvər-
liyin yaradılması; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə